Məhkəmə qərarları › İş №2-1(102)-862/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-862/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-862/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “62 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1241/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-ci il tarixdə doğulmuşdur.

2. Tərtib edilmə tarixi 10 fevral 1979-cu il olan ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-ci il tarixdən (Əmr №07, xx.xx.1979-cu il) xx.xx.1992-ci il tarixədək (Əmr №79, xx.xx.1992-ci il) Ağdam rayonu 8 saylı TTSMD-də kat ibə, tərtib edilmə tarixi xx.xx.2003-cü il olan ******* nömrəli əmək kitabçasına əsasən isə xx.xx.1993cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam rayon Təhsil şöbəsi 45 saylı məktəbdə kargüzar (Əmr №05, xx.xx.1993-cü il), xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək müəllim (Əmr №53, xx.xx.1995-ci il) vəzifələrində işləmişdir.

3. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu məktubla (məktubun tarixi, nömrəsi yoxdur) imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan xx.xx.2003-cü il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasına əsasən, ümumi sığorta stajı 18 il 8 ay olmaqla, tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15552,81 ma nat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Ağdam rayon 8 saylı TTSMD-nin rayon ərazisində heç bir yerdə fəaliyyət göstərmədiyi və hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə, sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 62 yaşı tamam olduğu xx.x x.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.

7. İşin məhkəmə araşdırması zamanı iddiaçıya aid “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündə **********528 saylı nömrəli fərdi şəxsi hesabı ilə müəyyən edilmişdir ki, iddiaçıya dair 2006-cı ilin yanvar ayından 2012-ci ilin noyabr ayına qədər sığortaedən qismində Ağdam rayon İcra Hakimiyyətinin Manikli ərazi nümayəndəliyi və Ağdam rayon Təhsil şöbəsi tərəfindən cəmi 3897,21 ma nat məbləğində pul vəsaiti məcburi sığorta haqqı kimi ödənilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 20 oktyabr 2022-ci il tarixli, 21(112)-4202/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi üçün əsas hesab edir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə tələb o lunan 25 il iş stajının qarşılığında yalnız 18 il 11 ay iş stajı toplamışdır. Onun xx.xx.2003-cü ildə tərtib edilmiş ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1993-xx.xx.1995-ci illərdə Ağdam rayon Təhsil şöbəsinin 45 saylı məktəbində kargüzar (1 il 9 ay), xx.xx.1995xx.xx.2012-ci illərdə müəllim (17 il 2 ay) işləməklə, cəmi 18 il 11 ay iş stajı toplaması işin mübahisə doğurmayan halıdır. Bununla yanaşı, cavabdeh inzibati orqanın iddiaçının xx.xx.1979 - xx.xx.1992-ci illərdə Ağdam rayon 8 saylı TTSMD-də işlədiyi dövrün onun iş stajı kimi nəzərə alınmaması ilə bağlı dəlilləri əsaslıdır. Çünki, cavabdehin məhkəməyə təqdim etdiyi inzibati araşdırma materiallarından, habelə məhkəmənin sorğusu ilə toplanmış sənədlərlə iddiaçının həmin müəssisədə işləyib-işləməməsi barədə Ağdam rayon İcra Ha kimiyyətində, həmçinin də Əmlak Məsələləri Dövlət Xidmətində və 11 saylı Ərazi Vergilər Baş İdarəsində Ağdam rayon 8 saylı TSMD ilə bağlı hər hansı məlumatın aşkar edilmədiyi müəyyən olunur.

10. Bundan əlavə, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçının isə təqdim etdiyi 10 fevral 1979-cu il tarixdə tərtib olunmuş əmək kitabçasının tərtiba tında olan pozuntular, yəni, 42 və 43-cü səhifələrində qeyd olunmuş 1ci və 2-ci qeydlərində müəssisənin möhürünün yanında vəzifəli şəxsin vəzifəsi qarşısında “Kadro şöbəsi” yazılaraq imza qoyulması, qeydlərin və möhürdəki yazıların kriİ qrafikası ilə azərbaycan dilində yazılması, həmin qeydlərin yarı rus, yarı azərbaycan dilində kiril qrafikası ilə yazılması, ümumiyyətlə, “kadro” sözünün Azərbaycan dilinin leksikologiyasında olmaması əmək kitabçasının mötəbərliyinə əsaslı şübhə yaradır. Bu şübhələr həm də ona görə əsaslıdır ki, həmin dövrdə latın qrafikalı əlifba hələ tətbiq olunmadığı halda, qeydlərdə müəssisənin adının “Ağdam rayon 8 saylı TTSMD” kimi qeyd edilməsi, müəssisənin adında olan “S” hərfinin digər hərflərdən fərqli olaraq kiril deyil, latın qrafikalı əlifba ilə yazılması, habe lə əmək kitabçasının 42 və 43-cü səhifələrində qeyd olunmuş 1-ci qeydə imza edən vəzifəli şəxsin soyadının sonuncu hərfində də düzəliş edildiyi, latın qrafikalı əlifbadakı “v” hərfinin dəyişdirilərək, kiril əlifbasındakı “b” hərfi yazıldığı müşahidə olunur. Eləcə də, əmək kitabçasının 42 və 43-cü səhifələrində aparılmış 2-ci qeydin xx.xx.1992-ci il tarixdə yazılmasına baxmayaraq, kiril qrafikalı əlifba həkk olunmuş möhürdən istifadə edilmişdir. Halbuki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarına əsasən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə 1992-ci ildə başlanılmışdır. Belə liklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə).

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın l əğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya icraatında məhkəməyə təqdim olunmuş Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavinin 26 yanvar 2023-cü il tarixli 02/67 nömrəli məktubunda göstərilmişdir ki, Ağdam rayonunun işğalda olmuş hissəsində Ağdam rayonu 8 nömrəli TTSMD adlı idarə 1979-1992-ci illərdə fəaliyyət göstərmiş və həmin idarə təmirtikinti işləri aparmaq fəaliyyəti ilə məşğul olmuşdur.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, həmin dövrdə Ağdam rayonu 8 nömrəli TTSMD-nin 36 il direktoru olmuşdur, həqiqətən də, iddiaçı 13 il TSMD-də onun katibəsi vəzifəsində işləmişdir. Əmək kitabçasını 1993-cü ilin iyulundan qabaq ona vermiş dir. Kitabçanı kadrlar şöbəsi yazıb və möhür vurmuşdur. Kadrlar şöbəsinin işçisi U.Əliyeva vəfat etmişdir. Müəssisənin əmrlər kitabı vardı, həmin vaxt əmr yazılıb, olmasa kitabçaya yazılmazdı. Bütün sənədlər və avadanlıqlar hamısı orda qalmışdır. 80 manat maaş olmuşdur. Hər gün tabelə qol çəkməsələr işçilərin günləri kəsilirdi.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1241/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2-1(112)-4202/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin olunm ası vəzifəsi cavabdehə həvalə edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən birinci əmək kitabçası üzrə iddiaçının əmək fəaliyyətinin qeydləri hərtərəfli araşdırılmamış, həmin dövr üzrə onun fəaliyyətinə düzgün qiymət verilməmişdir. Birincisi, Ağdam rayonunun işğal altında olması, həmin dövrə aid istər Ağdam rayonu 8 nömrəli TTSMD idarəsi, istərsə də Ağdam rayon Dövlət Arxivi erməni millətçiləri tərəfindən məhv edildiyi halda, iddiaçının həmin dövrdəki əmək fəaliyyəti üzrə hər hansı arxiv məlumatının əldə olunması mümkünsüzdür. Cavabdehin iddia ərizəsinə etirazına və onun nümayəndəsinin hazırkı mərhələdə məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən isə müəyyən olunur ki, birinci əmək kitabçası üzrə iddiaçının 1979-1992-ci illər üzrə sözügedən 8 nömrəli TSMD-də katibə vəzifəsində işlədiyi dövrün nəzərə alınmamasının əsası ondan ibarətdir ki, həmin dövrdə “Kiril” əlifbasından istifadə olunduğu halda, əmək kitabçasının yazılarında “Latın” əlifbası üzrə hərf yazılışına yol verilmişdir. Mübahisəli əmək kitabçasının azərbaycan dili bölməsinin 42-43-cü vərəqləri tədqiq olunduqda, həqiqətən də iddiaçının işlədiyi – “Ağdam rayonu 8 nömrəli TTSMD” qurumunun “TTSMD” adında ən azından “S” hərfinin “Kiril” əlifbası ilə deyil, “Latın” əlifbası ilə yazıldığı aydın görünür. Həmin mübahisəli məqama aydınlıq gətirilməsi üçün hazırkı mərhələdə iddiaçı tərəfin nümayəndəsinə həm iddiaçının özünün, həm də onun işlədiyi müəssisə rəhbərinin məhkəməyə təqdim olunması t əklif olunmuş və hazırkı məhkəmə iclasına gəlmiş iddiaçının özünün izahatından və şahidin ifadəsindən göründüyü kimi, həqiqətən o, 1979-1992-cü illərdə 13 il Ağdam rayonu 8 nömrəli TTSMD-də katibə vəzifəsində işləmiş, erməni təcavüzü nəticəsində məcburi köçkün düşərək Ağcabədi rayonunda məskunlaşmış, 1993-cü ilin birinci yarısında onun əmək kitabçasında işdən çıxması barədə qeyd aparılaraq, kitabça ona təqdim olunmuşdur. Beləliklə də, iddiaçının izahatında və şahid ifadəsində təsbit olunan məlumatların bir-birini tamamlaması, həm də işdən çıxma ərəfəsinin həmin dövrün ağır məqamlarına təsadüf etməsi baxımından, məhkəmə kollegiyası 1979-1992-ci illərdə onun Ağdam rayonu 8 nömrəli TTSMD-də katibə vəzifəsində çalışdığına inandırıcı yanaşır. Həmin əmək kitabçasının qeydlərində “TTSMD” sözünd ə latın qrafikalı “S” hərfinin yazılması ilə əlaqədar məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, 25 dekabr 1991-ci il tarixində artıq "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 34 nömrəli Qərarı qəbul olunmuşdur. Bu baxımdan, 1992-1993-cü illərdə yazılarında latın qrafikası ilə yazılara təcrübədə rast gəlinməsi qanunazidd və zamana münasibətdə belə yazılara rast gəlinməsi heyrət doğura və mümkünsüz hesab oluna bilməz. Eyni zamanda, həmin qeydlərdə “Kadro şöbəsi” söz birləşməsində “Kadro” sözünün işlədilməsi, həmin dövrün xüsusiyyətlərindən, habelə, idarədə onu yazan kadrlar şöbəsinin əməkdaşının dil və əlyazma vərdişlərindən irəli gələn subyektiv xətanın nət icəsi olması da istisna edilmir. Hər bir halda, burada sözün kökü azərbaycan dilində işlədilən mənanı ehtiva edir. Bu baxımdan, mübahisələndirilən söz birləşməsi iddiaçının həmin idarədə işləməsini qətı şəkildə istisna edən hal kimi qiymətləndirilə bilməz. Ən azından, əmək kitabçasının qeydlərində iddiaçının Ağdam rayonu 8 nömrəli TSMMD-yə işə qəbul tarixi, vəzifəsi və işə daxil olma və işdən çıxma tarixlərini əks etdirən əmrin tarixi və nömrəsi mövcuddur və bütün bu yazılar qaralamalara yol verilmədən təsbit olunmuş və müəssisənin “Kiril” əlifbasına malik dairəvi möhürü ilə təsdiq olunmuşdur.

16. Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Ağdam rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli 02/67 nömrəli məktubunda da bildirilmişdir ki, Ağdam rayonunun işğalda olmuş hissəsində Ağdam rayonu 8 nömrəli TTSMD adlı idarə 1979-1992-ci illərdə fəaliyyət göstərmiş və həmin idarə təmir-tikinti işləri aparmaq fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə də, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının “Sovetlər” dövrünə düşən 13 illik əmək fəaliyyəti dövrünün tamamilə şübhə altına alınaraq, onun sığorta stajına daxil edilməsindən imtina edilməsi əsassız olmuş, onun hüquqlarını pozmuşdur.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaya etirazın dəlilləri təşkil e dir. Cavabdeh həmin dəlillərə istinad edərək, apelyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmadığını, beləliklə də maddi və prosessual hüquq normalarının pozulduğunu, məhkəmənin iş üzrə səhv nəticəyə gəldiyini bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyin ə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.... Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası” Bənd 4.1 Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanva rın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddə ti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən. …

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” i şi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus hər iki əmək kitabçası üzrə iş stajı cəmləndikdə iddiaçının ümumi iş stajı 25 ildən artıq olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunda nəzərdə tutulan sığorta stajına dair tələbi ödəyir.

31. Məhkəmə kollegiyası iddiaçının adına tərtib edilmiş əmək kitabçalarındakı qeydlərin, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilən dövrə aid qeydin mötəbərliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırma və gəldiyi nəticə ilə razılaşır.

32. Qeyd edilməlidir ki, cavabdehin kassasiya şikayətinin əsasını iddiaya qarşı etirazında qeyd olunmuş dəlillər təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin qərarında cavabdehin iddiaya qarşı etirazında irəli sürdüyü dəlillər üzrə ətraflı araşdırma aparılmaqla onlara hüquqi qiymət verildiyindən, hazırkı kassasiya şikayətində təkrarlanan həmin dəlillərə hüquqi qiymət verilməsinə lüzum qalmır.

33. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 21(103)-1241/2023 nömrəli qərarı dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar