Məhkəmə qərarları › İş №2-1(102)-862/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-862/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-862/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs - X5”) “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixl i X2 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-298/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3077/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyest ri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə əsl cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyəti tanınması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsi” kimi baxılması və X5 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

3. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3077/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddi açı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli X2 aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır.

4. Sonradan İddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, mübahisə edilən inzibati aktın-Hacıqabul rayon XDM-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli X2 aid olan hissəsinin icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbi barədə-yəni ona mülkiyyət hüququ əsasında məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə xx.xx.2010cu il tarixdə ********** reyester nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət X1 məxsus olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin “Hüquqların Dövlət Qeydiy yatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyesterində” aparılmış qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması, iş üzrə Əmlakın Dövlət Reyester Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin cavabdeh qismində, Hacıqabul rayon İcra Hakimiyyətini 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. 5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən cavabdeh və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən ərizə təqdim edilərək Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli X2 aid hissədə ləğv edilməsi və cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyətinin qoyulmasını xahiş etmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-801/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi üzrə iddia tələbi dəqiqləşdiri lərək, “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli X2 aid hissədə ləğv edilməsi” kimi baxılması və cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyətinin tanınması qərara alınmışdır.

7. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-801/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-298/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmələr iddianın mümkün sayılmaması barədə qərara gələrkən qeyd etmişdirlər ki, mübahisələndirilən Hacıqabul r ayon XDM Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı hazırki iş üzrə İddiaçı cavabdehlər X3, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsinin əsaslandırma hissəsində göstərilmişdir. Yəni həmin qətnamədə “Hacıqabul rayon XDM Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı ilə sözügedən əmlakın X6 mülkiyyətinə verilməsi” barədə məlumat göstərilmişdir. Həmin mülki iş üzrə İddiaçı iddiası təmin edilm ədiyi üçün İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən Hacıqabul rayon XDM Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan xx.xx.2022-ci il tarixli məhkəmə prosesində iddiaçının (onun nümayəndəsinin) iştirakı ilə müzakirə edilmiş və həmin qərardan məlumatlı olmuşdur.

11. İddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2( 106)- 504/2022 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan, yəni 2022-ci ilin mart ayından məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qətnamədən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur.

12. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995ci il tarixli qərarından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir.

13. Göründüyü kimi, iddiaçı sözügedən qərardan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keç dikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir.

14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı razılaşmadığı Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli qərarından məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

16. İddiaçı həmçinin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim e tmişdir. Kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti üzürlü hesab etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

18. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhk əmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1.“Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. 2.Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əl aqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. 4.Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılm amış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

19. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olma lı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

21. Mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdırsa və iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutları təqdim etməmişdirsə, iddia mümkün sayıla bilməz.

22. İddiaçı müddətin bərpasına dair ərizə (vəsatət) ilə məhkəməyə müraciət edə bilər, lakin nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Həmçinin İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

23. Hazırkı işdən də görünür ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 504/2022 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan, yəni 2022-ci ilin mart ayından məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qətnamədən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur.

24. Belə ki, hazırkı iddia ərizəsi xx.xx. 2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Hacıqabul rayon XDM Rəyasət Heyyətinin xx.xx.1995ci il tarixli qərarından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir.

25. Göründüyü kimi, iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

26. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik pr insipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir.

27. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitli yini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

28. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1602/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-1859/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1871/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-2802/2023 nömrə li, xx.xx.2024-cü il tarixli 2-1(102)-344/2024 nömrəli qərarları).

29. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həll i ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(106)-298/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar