Məhkəmə qərarları › İş №2-1(102)-863/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-863/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-863/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə Açar söz: şəxsin ixtisas imtahanından azad edilməsindən imtina GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2030/2019 saylı 15.10.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2020-ci il t arixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı Iddiaçı 03.08.2000-ci il tarixində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş, 24.06.2004-cü il tarixində bitirmişdir. 26.04.2004-cü il tarixindən 13.05.2005-ci il tarixinədək AR Silalı Qüvvələrində Təlim və Tədris Mərkəzində dinləyici zabit olmuş, 13.05.2005-ci il tarixindən 02.08.2010-cu il tarixinədək AR Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən *** saylı Hərbi Hissənin Artilleriya Divizonunun tağım komandiri vəzifəsində xidmət etmiş, AR MN-in 23.07.2010-cu il tarixli *** saylı əmrilə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluq) bəndinə əsasən AR Silahlı Qüvvələri sırasından tərxis olunaraq 02.08.2010-cu il tarixində hərbi hissənin şəxsi heyətinin bütün növ təminat növlərindən çıxarılıb, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə göndərilmişdir. Bundan sonra 01.07.2011-ci ildə “X” ASC-nin Bakı Sukanal İdarəsində mühəndis vəzifəsində işə qəbul olunmuş, 19.03.2012-ci il də həmin müəssisədə növbə rəisi və 05.03.2014-cü ildə Bakı şəhəri Suyun Tənzimlənməsi sahəsinin sahə rəisi təyin edilmiş, 01.09.2016-cı il tarixində öz arzusu ilə işdən azad edilmişdir. Bundan əlavə 20.06.2016-cı il tarixindən 16.06.2017-ci il tarixinədək “X” MMC-də mühafizəçi vəzifəsində işləmiş, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Xidmətinin Ağsu rayon Məşğulluq Mərkəzində 12.03.2018-ci il tarixindən iş axtaran kimi qeydiyyatda dayanmışdır. İddiaçı 30.10.2018-ci il tarixində Miqrasiya Baş İdarəsində olan inspektor vəzifəsi vakansiyasına müraciət etmiş, ixtisası “hüquqşünas” olmadığı üçün daha sonra ərizəsini Yevlax rayonunun Miqrasiya İdarəsinin inspektor vəzifəsinə dəyişmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən imtahana buraxılması barədə ona məlumat verilmiş, 19.12.2018-ci ildə qeydiyyatdan keçməsi barədə sənədi götürmüş, lakin iddiaçı imtahanda iştirak etməmiş və 21.12.2018-ci il tarixində cavabdeh orqana bununla bağlı elektron ərizə göndərərək Azərbaycan Respublikası Prezidentinin 15.07.2010-cu il tarixli, 305 nömrəli Fərmanının 8-ci bəndinə əsasən dövlət qulluğuna qəbul edilməsini xahiş etmiş, cavabdeh isə iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2010-cu il tarixli, 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında” Əsasnamənin 8.1-ci bəndinə əsasən, prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər müsabiqənin ixtisas imtahanından azad edilərək yalnız söhbət mərhələsinə buraxılırlar. Bundan sonra, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində işə qəbulla bağlı sonra təşkil olunacaq müsabiqənin ixtisas imtahanından azad olunması və yalnız söhbət mərhələsinə buraxılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 28.01.2019-cu il tarixli, *** saylı cavab məktubu ilə yenidən yuxarıda göstərilən normaya istinad edərək iddiaçının müraciətindən imtina etmişdir. Bununla razılaş mayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun barəsində tərtib etdiyi hərəkətlərin qanunsuz hesab edilməsi, miqrasiya orqanlarında xidmət etməsinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 4-cü bəndinə əsasən və ya Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli 305 saylı Fərmanının 8.1-ci maddəsinə əsasən cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün Dövlət Miqrasiya Xidmətinə müəyyən edilmiş formada ərizə ilə (söhbət mərhələsində iştirak etmək üçün) müraciət etmiş və hal-hazırda dö vlət qulluğunda işləmədiyinə görə ona 15.01.2019-cu il tarixdə imtina cavabı göndərilmişdir. İddiaçının müsabiqənin ixtisas imtahanından azad edilməməsi nəticəsinə gəlinərkən DMX tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə müqaviq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2-1(81)-2012/2019 nömrəli qərarına əsasən, iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2-1(81)-2012/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.10.2019-cu il tarixli, 21(103)-2030/2019 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2-1(81)-2012/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin iddiaçı tərəfindən istinad edilən norması xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslərə şamil edilir, iddiaçı isə 2010-cu ildən xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.10.2019-cu il tarixli, 21(103)-2030/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanın 8.1-ci bəndinin hal-hazırda xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslərə şamil olunduğunu bildirir ki, bu da səhv anlayışdır. O, ehtiyatda olan hərbi vəzifəlidir. Azərbaycan Respublikası Prezidentinin 15.07.2010-cu il tarixli 305 saylı Fərmanının 8.1-ci bəndi ona şamil olunduğunu hesab edir Kassator, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.2-ci, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.10.2019-cu il tarixli, 2-1(103)-2030/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.10.2019-cu il tarixli, 2-1(103)-2030/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində qeyd edilir ki, miqrasiya xidməti orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu dövlət orqanında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir. Azərbaycan Respublikasının 04 dekabr 2009-cu il tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin 7-ci bəndində qeyd edilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının miqrasiya orqanlarında qulluq etmək hüququ vardır. Miqrasiya orqanlarının orta və böyük xüsusi rütbələr nəzərdə tutulan vəzifələrində qulluğa yalnız ali təhsilli şəxslər, kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrində qulluğa ən azı tam orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. (7-1) İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər hüquq mühafizə və ya başqa dövl ət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə bu orqanlardan xaric edilmiş şəxslər miqrasiya orqanlarına qulluğa qəbul edilə bilməzlər. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər. Əsasnamənin 13-cü bəndinə əsasən miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən və ya müsahibədən keçirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Kiçik xüsusi rütbələr nəzərdə tut ulan vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müsabiqənin və müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir İddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında” Əsasnamənin 8.1-ci maddəsinin tələbi ona aid olduğu üçün işə qəbulla bağlı ixtisas imtahanından azad olunmalı və birbaşa söhbət mərhələsinə buraxılmalıdır İddiaçının bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Əsasnamənin 8-ci maddəsində qeyd edilir ki, aşağıdakı şəxslər ixtisas imtahanından azad edilirlər və onlarla yalnız söhbət a parılır: 8.1. prokorurorluqda və digər dövlət orqanlarına xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər; 8.2 digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları; 8.3 hüquq sahəsində elmi dərəcəsi olan şəxslər; 8.4 texnika və informasiya texnologiyaları sahələri üzrə üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər; 8.5 böyük (kiçik miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə qəbul üçün müraciət edən şəxslər. İşin apellyasiya instansiya məhkəməsində müəyyən olunmuş hallarından məlum olur ki, iddiaçı Iddiaçı, artilleriya diviziyonunun 3-cü artilleriya batareyasının 2-ci taqım komandiri, Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.07.2010-cu il tarixli, *** nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqq ında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğua görə) əsasən ehtiyyata buraxıldığına görə 02.08.2010-cu il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və uçota durmaq üçün Ağsu RHK-ya göndərilmişdir Göründüyü kimi, Əsasnamənin iddiaçı tərəfindən istinad edilən norması xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslərə şamil edilir, iddiaçı isə 2010-cu ildən xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılmışdır. Odur ki, iddiaçı qeyd edilən normanın ona da şamil olunduğunu iddia etsə də, cavabdeh orqanda qulluğa qəbulla bağlı müraciət etdiyi vaxt iddiaçı xüsusi və ya hərbi rütbə nəzərdə tutan vəzifədə işləmədiyindən həmin norma da ona aid edilə bilməz. Bununla bağlı apellyasiya instansiya məhkəməsi haqlı olara q qeyd etmişdir ki, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında” Əsasnamənin 8.1-ci maddəsi faktiki olaraq işləyən şəxslərə şamil edildiyi üçün, iddiaçının ehtiyat xidmətində olması ixtisas imtahanından azad olmaqla, yalnız söhbət mərhələsini keçərək miqrasiya xidməti orqanlarında qulluğa qəbul üçün əsas deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. G östərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.10.2019-cu il tarixli, 21(103)-2030/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar