Məhkəmə qərarları › İş №2-1(102)-863/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-863/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-863/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı qı zının vəkili Vəkil iştirakı ilə, İddiaçı qızının (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində hüququn bərpa edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-132/2021 saylı, 2 fevral 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 22 oktyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, 21.08.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində hüququn bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhərinin “Yaşma” bölgəsindəki, Yaşma bağlar massivində yerləşən “№Çinar” bağçılıq cəmiyyətinə aid olan 476 saylı bağın sahibidir. Həmin torpaq sahəsi bağçılığa aid olan normativ hüquqi sənədlərə malikdir. “Çinar” Bağçılıq Yoldaşlığı İdarəsi 3 saylı Protokolundan 28 dekabr 1989-cu il tarixli çıxarışla bağ №-476 qardaşı X10 verilmişdir. Həmin çıxarışa Sumqayıt şəhərinin “Yaşma” bölgəsindəki “Çinar” Bağçılıq Yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsində 474 saylı bağ sahəsinin özəlləşdirməyə təqdim olunan Litr-A №-474 saylı sahə sxematik planından çıxarış əlavə edilmişdir. 03.10.2019-cu il tarixdə iddiaçıya məxsus torpaq sahəsi Faiq Abdullayev adlı şəxs tərəfindən dələduzluq yolu ilə heç bir xəbərdarlıq edilmədən zəbt edilmiş və tikinti işlərinə başlamışdır. Həmin torpaq sahəsini Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində X5 Abdullayev Faiqə verdiyi etibarnaməsi əsasında məhkəmədə nümayəndə qismində iddia qaldırılmış, mübahisələndirilmiş və onun iddiası təmin edilmişdir. Daha maraqlısı isə cavabdeh tərəf kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər 2 saylı Ərazi İdarəsi olmuşdur. Bu fakt cavabdehin rəisi tərəfindən təsdiq edilmişdir. Buna baxmayaraq, Faiq Abdullayev dələduzluq əməlini davam etdirərək, 2 saylı Polis Bölməsinə saxta sənədlər təqdim etməklə işini davam etdirmişdir. Təqdim etdiyi sənədlərin kse rokopiyalarından məlum olmuşdur ki, 476 saylı bağ sahəsi “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən təqdim edilmiş saxta sənədlər əsasında X5 adına cavabdeh 21.08.2019-cu il tarixli çıxarışla özəlləşdirmişdir. “Çinar” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin sədri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, “Çinar” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin keçmiş sədri X4 vəfatı faktından istifadə edərək, keçmiş tarixə sənədlər və xəritələr tərtib etməklə kobud saxtakarlıqlara yol vermişdir. Belə ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, ona məxsus bağ sahələrinin sənədlərinin mövcudluğunu bildiyi halda, sifariş əsasında şəxsi maddi maraqlarını təmin etmək məqsədi ilə saxta sənədlər tərtib etmişdir. Etibarnamənin kserokopiyasından məlum olmuşdur ki, X11 tərəfindən “Çinar” bağçılıq cəmiyyətinə aid olan 339 saylı bağla əlaqəli səlahiyyətlər Abdullayev Faiqə etibar edilmişdir. O da məlum olmuşdur ki, Abdullayev Faiqin 476 saylı bağçılığa aid heç bir etibarnamə verilməmişdir. Məlum olmuşdur ki, bir qrup səlahiyyətli vəzifəli şəxslər əlbir olaraq Faiq Abdullayevin qanunsuz hərəkətlərə meyllilik əməllərindən bəhrələnərək ələ keçirmək istədikləri bağ sahələrini onun adına sənədləşdirməklə həyata keçirirlər. Tərtib etdirdikləri bağçılığa aid saxta xəritələrlə bağ sahiblərini aldadırlar. Səlahiyyətli vəzifəli şəxslər qanunsuz yollarla istənilən bağ sahəsinə aid alt-sənədlər tərtib edərək bağ sahələrini ələ keçirirlər.

3. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının ləğvini xahiş etdiyi bağ sahəsinə aid 21.08.2019-cu il tarixli çıxarış Sumqayıt İnzibatiİqtisadi Mə hkəməsinin 22 may 2019-cu il tarixli 2-1(085)-915/2019 saylı qərarı əsasında verilmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmişdir. İddiaçı tərəfə hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. X6 qeyd etmişdir ki, ona məxsus bağ sahələri vardır. Bağ sahələri onun adına, arvadının adına, qardaşının və digər qohumlarının adınadır. Həmin bağ sahələrinə hazırda müvafiq çıxarışlar alınmamışdır. Bağ sahələrindən bəzilərinə digər şəxslərin adına qanunsuz olaraq çıxarışlar verilmişdir. Həmin çıxarışların ləğv edilməsini və torpaq sahəsi üzərində hüququn bərpa edilməsini istəyir. X3 hüquqi yardım edilmiş və izah edilmişdir ki, bağ sahələri kimin adınadırsa mülkiyyətçi də həmin şəxs hesab olunur. İddianı da həmin şəxslər qaldıra bilər. Qohumluq dərəcələrindən asılı o laraq onun həmin şəxsləri məhkəmədə təmsil etmək hüququ vardır. Bağ sahəsinə aid olan sənədlər kimin adınadırsa, həmin şəxs torpaq sahəsinə aid digər şəxsin adına verilmiş mülkiyyət sənədini mübahisələndirə bilər. İddiaçı qızı X2 arvadı olduğuna görə həmin şəxsi məhkəmədə təmsil etmək hüququ vardır. Bağ sahibinin ilk növbədə hüquqlarını dövlət qeydiyyatını müvafiq qurumdan tələb etməsi daha məqsədəmüvafiqdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X13, 2-1(118)-238/2020 saylı iş) 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmədə X5 mülkiyyət sənədi mübahisələndirilsə də, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasına aid sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi də bildirmişdir ki, iddia çıya məxsus bağ sahəsi X5 adına yox, digər şəxsin adına rəsmiləşdirilmişdir. Beləliklə iddiaçının X5 mülkiyyət sənədini mübahisələndirməsi üçün subyektiv hüququnun olması müəyyən edilmir.

7. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X17-məruzəçi, X14 və X7, 2-1(105)-132/2021 saylı iş) 2 fevral 2021-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

9. İddiaçı 5 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işə ləğv edilə n hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

10. Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qərardad ləğv edilməli, işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmalıdır. Məhkəmə iddiaçının mübahisəli bağ sahəsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququnun olmadığını və iddia tələbini verməmişdən əvvəl cavabdehə müraciət edilmədiyini bildirərək istinad etdiyi İPM-nin 35-ci maddəsinin tələblərini cavabdehin mənafeyinə uyğun şəkildə təfsir edir. Halbuki qeyd edilən çıxarışın ləğv edilməsi və mübahisəli bağ sahəsinə dair yeni çıxarışın verilməsini iddiaçı cavabdehdən rəsmi şəkildə tələb etmiş, müraciətinə müsbət cavab verilmədiyinə görə məcbur qalaraq Ədalət Məhkəməsinə müraciət etmişdir. Məhkəmələr iddiaçının xəstə, 1-ci qrup gözdən əlil olduğunu, başqa şəxsin yardımı olmadan hərəkət edə bilmədiyini, iddianın mümkün hesab edilməsinə dair kifayət qədər sənədlərin olduğunu bildikləri halda sözügedən sənədləri iddiaçıdan qəbul etməyərək, qəbul edilmiş qərardadında iddiaçının işlə bağlı heç bir sənəd təqdim etmədiyinə dair absurd nəticəyə gəlmişdir.

11. Azərbaycan Respublikası İPM-nin 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, məsələ ilə bağlı iddiaçının cavabdehə etdiyi saysız hesabsız müraciətlərin heç birinə cavab verilmədiyi, məsələ ilə bağlı cavabdeh tərəfindən heç bir addım atılmadığı halda iddiaçı qanunvericiliyin ona vermiş olduğu 35 təqvim gün müddəti gözləməklə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə iddiaçıya xəstə, 1-ci qrup gözdən əlil olan şəxsə hüquqi yardım etməyə borclu idi. İPM-nin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəq iqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməs ini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

16. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətd ə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya b axışının hədləri

18. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

20. İddiaçı cavabdeh tərəfindən verilmiş Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, ”Çinar” BY 476 saylı 0,06 ha bağ torpaq sahəsinə dair 21.08.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində hüququn bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, “Yaşma” bölgəsindəki, Yaşma bağlar massivində yerləşən “Çinar” bağçılıq cəmiyyətinə aid olan 476 saylı bağın sahibidir. “Çinar” Bağçılıq Yoldaşlığı İdarəsi 3 saylı protokolundan 28 dekabr 1989-cu il tarixli çıxarışla 476 saylı bağ qardaşı X10 verilmişdir.

22. İddiaçı qardaşına aid bağ sahəsinin ona məxsus olması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçı həmçinin X8 adından onun hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

23. İddiaçının apelyasiya şikayətinə əlavə etdiyi “Çinar” Bağçılıq Yoldaşlığı İdarəsi 3 saylı protokolundan 28 dekabr 1989-cu il tarixli çıxarışdan görünür ki, 18 a saylı bağ sahəsi X1 məxsusdur. İddiaçı eyni qaydada adı çə kilən şəxs tərəfindən bağ sahəsi ilə bağlı məhkəmədə müdafiə olunmasına dair etibarnamə təqdim etməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ix tiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı ol mayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, mübahisə açdığı bağ torpaq sahəsi ilə bağlı lazımi sənədlərin təqdim edilməsi ona təklif edilmiş, lakin iddiaçı bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir.

27. Mübahisə açdığı torpaq sahəsi ilə bağlı dövlət reyestrindən verilmiş çıxarışın iddiaçının hüququna toxunması məhkəmə iclasında sübuta yetməmi şdir.

28. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

29. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqa malik olması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna etmir.

30. Bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

31. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının ləğvini xahiş etdiyi bağ sahəsinə aid 21.08.2019-cu il tarixli çıxarış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli 2-1(085)-915/2019 saylı qərarı əsasında verilmişdir.

33. İddiaçıya izah edilir ki, mübahisə açdığı torpaq sahəsi ilə bağlı subyektiv hüququ mövcud olduğu halda İPM-in 28-ci maddəsinin tələb etdiyi qaydada icraata cəlb olunması və Sumqay ıt İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli 2-1(085)915/2019 saylı qərarının ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə həmin məhkəməyə müraciət edə bilər.

34. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-132/2021 saylı, 2 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar