Məhkəmə qərarları › İş №2-1(102)-863/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-863/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-863/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahələrinə mül kiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2021-ci il tarixli, 2-1(107)-14/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi - AZE0*******; FİN kodu xxxxxxx; Doğum tarixi – xx xxxx 1952-ci il) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 0,49 ha. və 0,61 ha. torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 30 yanvar 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. C avabdeh bildirmişdir ki, təqdim edilən sənədlər hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz şəhəri ünvanında yerləşən 0,61 ha. və 0,49 ha. əkin torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 9.-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və koope rativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı cavabdeh orqana müraciət etsə də, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda, iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etmir və ümumiyyətlə torpaq sahəsinin yerini tanımır. Bu səbəbdən də, iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır.

7. Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli, 2-1(116)-777/2020 nömrəli qərarı (hakim: İlqar Cabbarov) ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Oğuz şəhəri ünvanında yerləşən 0,61 ha. və 0,49 ha. torpaq sahələrinə dair iş materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin belə sənəd məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2- 1(107)-98/2021 nömrəli (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Elçin Hüseynov və Vəzirxan Məlikov) ilə Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021ci il tarixli, 2-1(102)-973/2021 nömrəli qərarı (hakimlər: Nigar Rəsulbəyova (sədrlik edən və məruzəçi), İlqar Hüseynov, Kəmaləddin Bədəlov) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı öz apellyasiya şikayətində bu dəlillərə istinad etmişdir ki, onunla eyni ad və soyadı olan başqa vətəndaşla sənədləri səhv salınmış, cavabdeh iddiaçının torpaq sahəsinin yerini bilmədiyini bildirsə də iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən bu halı təkzib edən dəlillər irəli sürmüş və öz dəlillərinin əsası kimi 12 iyul 2000-ci il tarixli 29 nömrəli arayış, 13 iyul 2000-ci il tarixli müqavilə və digər sənədləri məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının nə qeyd edilən dəlillərini, nə də təqdim etdiyi sənədləri qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəmə si isə işə baxarkən iddiaçının bu dəlillərinə heç bir münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qərarı ilə eyni məzmunlu qərar qəbul etmiş, qərarında DƏDRX-nin 13 iyul 2018-ci il tarixli, **********49 nömrəli məktuba istinad etməklə kifayətlənmişdir. apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı idi. İşə təkrar baxan məhkəmə iddiaçının dəlillərini qiymətləndirməli, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tərəflərin bildirməsindən asılı olmayaraq araşdırmalı, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməli və öz qərarında gəldiyi nəticəni əsaslandırmalıdı r. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Məhkəmə kollegiyası 23 sentyabr 2021-ci il tarixli məktubla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlayaraq 12 iyul 2000-ci il tarixli, 29 nömrəli arayış və 13 iyul 2000-ci il tarixli müqavilə haqqında müfəssəl (müqavilənin qeydiyyata alınması arayışda göstərilən öhdəliklərin icrası və s.) məlumatların Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

16. Həmin sorğuya cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 6 yanvar 2022-ci il tarixli məktubu məhkəmə kollegiyasına daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı 12 iyul 2000-ci il tarixli, 29 nömrəli arayış və 13 iyul 2000-ci il tarixli müqavilə haqqında heç bir məlumat aşkarlanmamışdır.

17. Oğuz Rayon Oğuz X4 Məhkəməsinə göndərdiyi 13 dekabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, Oğuz Bələdiyyəsinin vergi ödəyicisi olmaqla elektron xəritədə də əks olunduğu kimi 1320 nömrə ilə iddiaçının adına 0.61 ha, JN819 nömrə ilə isə 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. İddiaçıya qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədi hazırlanmasına Oğuz Bələdiyyəsi etiraz etmir və qeyd olunan sənədlərin hazırlanmasını qanunauyğun hesab edir.

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2021-ci il tarixli, 21(107)-14/2022 nömrəli qərarı (hakimlər: Məcidov Ələddin (sədrlik edən və məruzəçi), hakimlər Əsədli Mahir və Mahmudov Ayaz) ilə Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin göstərişləri üzrə də zəruri araşdırma aparılmış, lakin iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

20. Həmçinin Oğuz Rayon Oğuz Bələdiyyəsinin 13 dekabr 2021-ci il tarixli arayışı ilə bağlı apellyasiya instansiyası məhkəməsi münasibət bildirmişdir ki, Oğuz Rayon Oğuz Bələdiyyəsi yuxarıda göstərilən arayışı məhkəməyə göndərsə də həmin arayışda göstərillənləri təsdiq edən sübutları arayışa əlavə etməmişdir. Bu isə qeyd olunan arayışda göstərilənlərin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi məktubda qeyd olunanlarla üst-üstə düşmədiyini, rəsmi mənbəsi olmadığını göstərir.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(102)-973/2021 nömrəli qərarında qeyd edilən göstərişlərə əsasən Şəki Apellyasiya Məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 23 sentyabr 2021-ci il tarixli sorğu göndərərək 12 iyul 2000-ci il tarixli, 29 nömrəli arayış və 13 iyul 2000-ci il tarixli müqavilə haqqında müfəssəl (müqavilə nin qeydiyyata alınması, arayışda göstərilən öhdəliklərin icrası və s.) məlumatların verilməsini xahiş etmişdir. Məhkəmənin 2000-ci ildə tərtib olunmuş sənədlər barədə müfəssəl məlumatları 2015-ci ildə yaradılmış orqandan tələb etməsi anlaşılan deyil. Bundan başqa, həmin müqaviləni imzalayan, “Beytullah” fermer təsərrüfatının rəhbəri X5 hazırda Oğuz Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Əvvəllər JN-1230 nömrə ilə qeyd edilən 0.61 ha torpaq sahəsi “Beytullah” fermer təsərrüfatının rəhbəri X1 icarəsində olmuş, hazırda isə X2 adlı digər fermerin icarəsindədir. Digər JN-819 nömrə ilə qeyd edilən 0.49 ha torpaq sahəsi isə X3 icarəsindədir. İddiaçı hər il həmin fermerlərdən icarə haqqı kimi taxıl məhsulu alır. Məhkəmə verdiyi sorğuların cavablarını gözləmədən qərar qəbul etmiş, qərar qəbul e dildikdən bir ay sonra - 10 mart 2022-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri gələrək mübahisələndirilən torpaq sahələrinin koordinatlarının göstərilməsini iddiaçıdan tələb etmişlər. Bundan sonra Oğuz Bələdiyyəsinin, mütəxəssislərin və iddiaçının iştirakı ilə akt tərtib olunmuşdur.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında verdiyi izaha əsasən əgər məhkəmə sübutlara qiymət verərkən təqdim olunmuş hər hansı materialların, şahid ifadələrinin, digər faktiki halların tərəflərin özlərinin tələb və etirazlarının əsaslandırılması məqsədi ilə istinad etdikləri halları təsdiq etmədiyini müəyyən edərsə, qətnamənin əsaslandırıcı hissəsində gəldiyi nəticəni qaneedici ş əkildə əsaslandırılmalıdır. Şəki Apellyasiya Məhkəməsi əsassız olaraq Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qənaətə gələrkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 76-89cu maddələrində nəzərdə tutulmuş zəruri əlamətlərə malik olan sübutlara söykənməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri ünvanında yerləşən 0.61 ha və 0.49 ha əkin torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbi ilə məhkəməyə müraciət etmişdir.

30. Hazırkı inzibati mübahisə iddiaçının kassasiya şikayəti əsasında artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının baxışında olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021 tarixli, 2-1(102)-973/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(107)- 98/2021 nömrəli, 22 fevral 2021 tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi inzibati mübahisəyə təkrar baxarkən müəyyən etmişdir ki, JN-819A kod 40501004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Oğuz rayon AİK-nın 5 noyabr 1998-ci il tarixli, 75 nömrəli Qərarına əsasən 0.06 hektar həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

32. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 10 iyul 2012-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın və 10 iyul 2012-ci il tarixli, AA seriyalı 012892 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin 0.06 ha torpaq sahəsinin İ ddiaçı mülkiyyətinə verilməsi qeyd edilmişdir.

33. Eyni zamanda, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2020-ci il tarixli, **********90 nömrəli məktubuna əlavə edilən “Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısı”nda iddiaçı və onun ailə üzvlərinin adları qeyd edilərək onlara 0.06 ha torpaq sahəsi ayrıldığı göstərilmişdir.

34. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 sentyabr 2020-ci il tarixli, **********97 nömrəli məktubuna əlavə edilmiş "xxxx" MMC tərəfindən 22 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş arayışına əsasən mübahi sə predmeti olan əraziyə mütəxəssis tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, İddiaçı iddia etdiyi 0.61 ha və 0.49 ha torpaq sahəsinin hər hansı bir mərz nişanı və ya fiziki sərhədi mövcud olmadığına görə həmçinin Xidmətin və Mərkəzin sənədlərlə iş və arxiv şöbəsinə göndərilən sorğuya əsasən Mərkəzin arxivində JN-819 nömrəli Dövlət aktı mövcud olmadığından Mərkəz tərəfindən mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.

35. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13 iyul 2018-ci il tarixli, **********49 nömrəli məktubuna əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və "xxxx" MMC-nin arxivlərindən əldə olunmuş məlumata əsasən yerli aqrar i slahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq edilmiş pay torpağı alacaq subyektlərin siyahısında iddiaçının adı 146-cı sıra sayında qeydə alınmış, ailə tərkibi 5 nəfər - İddiaçı, X7, X8, X10 və X6 ibarətdir. Qaytanlanmış kitabda torpaq sahəsi 0,06 ha, faktiki torpaq sahəsi 0,56 ha göstərilmişdir.

36. Yuxarıda artıq göstərildiyi kimi, hazırkı iş Ali Məhkəmə tərəfindən məcburi xarakter daşıyan göstərişlərlə apellyasiya məhkəməsi təkrar baxışa göndərilmişdir.

37. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi işə təkrar baxarkən ali məhkəmənin göstərişlərini icra etmişdir.

38. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021 tarixli, 2-1(102)-973/2021 nömrəli qərarında qeyd edilmişdir ki, cavabdeh iddiaçın ın torpaq sahəsinin yerini bilmədiyini bildirsə də, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən bu halı təkzib edən dəlillər irəli sürmüş və öz dəlillərinin əsası kimi 12 iyul 2000-ci il tarixli 29 nömrəli arayış, 13 iyul 2000-ci il tarixli müqavilə və digər sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçının qeyd edilən dəlilləri, təqdim etdiyi sənədləri qiymətləndirilməlidir. Həmçinin verilmiş vəsatətlər üzrə araşdırma aparılmalıdır.

39. Bunun əsasında apellyasiya məhkəməsi 23 sentyabr 2021-ci il tarixli məktubla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlayaraq 12 iyul 2000-ci il tarixli, 29 nömrəli arayış və 13 iyul 2000-ci il tarixli müqavilə haqqında müfəssəl (müqavilənin qeydiyyata alınması arayışda göstərilən öhdəliklərin icrası və s.) məlumatların Ş əki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

40. Həmin sorğuya cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 6 yanvar 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı 12 iyul 2000-ci il tarixli, 29 nömrəli arayış və 13 iyul 2000-ci il tarixli müqavilə haqqında heç bir məlumat aşkarlanmamışdır.

41. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Oğuz Rayon Oğuz X4 Məhkəməsinə göndərdiyi 13 dekabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, Oğuz Bələdiyyəsinin vergi ödəyicisi olmaqla elektron xəritədə də əks olunduğu kimi 1320 nömrə ilə İddiaçı adına 0.61 ha, JN819 nömrə ilə isə 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədi hazırlanmasına Oğuz Bələdiyyəsi etiraz etmir və qeyd olunan sənədlərin hazırlanmasını qanunauyğun hesab edir.

42. Lakin Həmçinin apellyasiya məhkəməsi bununla əlaqədar düzgün olaraq belə qənaətə gəlmişdir ki, Oğuz Rayon Oğuz Bələdiyyəsi yuxarıda göstərilən arayışı məhkəməyə göndərsə də həmin arayışda göstərillənləri təsdiq edən sübutları arayışa əlavə etməmişdir. Bu isə qeyd olunan arayışda göstərilənlərin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi məktubda qeyd olunanlarla üst-üstə düşmədiyini, rəsmi mənbəsi olmadığını göstərir.

43. Beləliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin göstərişləri üzrə də zəruri araşdırma aparılmış, lakin iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır.

44. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun cavabdehdə qeydiyyata al ınaraq dövlət reyestrindən müvafiq çıxarışın verilməsi üçün qanunvericiliyin tələblərinə cavab verən mötəbər sübutlar yoxdur.

45. Belə olan halda, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər, yəni onun qənaətinə görə apellyasiya məhkəməsinin Mülki Məcəlləsinin 139.1, 152.1-ci maddələrinin və İnzibati Prosessual Məcəllənin 68.2, 92.0.5, 92.0.6, 96.5.1,96.5.2-ci maddələrinin pozulması barədə dəlilləri əsassızdır.

46. İddiaçı həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh iddiaçının tələbində haqlı olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilidə əsassız olmaqla, iş materialları ilə də təkzib olunur. Belə ki, işin 4-cü səhifəsində olan cavabdehin iddiaçıya yazdığı **********15 saylı imtina məktubunda eləcə də cavabdehin nümayəndəsi R.M.Mi rzəliyevin birinci instansiyası məhkəməsində iştirak etdiyi 3 noyabr 2020-ci il tarixli məhkəmə iclası protokolundan görünür ki, cavabdehin iddiaçının tələbində haqlı olduğunu etiraf etməsini təsdiq edən hər hansı sübut yoxdur, əksinə cavabdehin nümayəndəsi iddiaçının iddiasının təmin edilməməsini təsdiq etmişdir.

47. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2021-ci il tarixli, 2-1(107)-14/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 9 fevral 2021-ci il tarixli, 21(107)-14/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar