Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-863/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi; subyektiv hüququn olmaması; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə (üçüncü şəxslər: X30, X15, X11 və X21) qarşı “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(106)-521/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 816 nömrəli orderin surətindən görünür ki, və təndaş X22 verilmiş dörd nəfərdən ibarət ailəsi ilə birlikdə T.İsmayılov küçəsində 20 nömrəli evdə, 2 nömrəli mənzildə, 1-ci mərtəbədə 2 otaqdan ibarət 27,99 kv.metr mənzil vardır. Ailə üzvləri X15, X11 və X16r.
2. İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanında qeydiyyatda olan X19 xx.xx.2023-cü il tarixli, **********119 nömrəli, X12 xx.xx.2023-cü il tarixli, **********115 nömrəli, X10 xx.xx.2023-cü il tarixli, **********113 nömrəli ərizələrindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X6 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdır.
3. İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışından görünür ki, X30 həqiqətən İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20, mənzil 2, otağın sayı 2, 27,99 kv.msahəsi olan 2 mərtəbəli binanın 1 mərtəbəsindəki mənzildə yaşayır. Adına 29 dekabr 2007-ci ildən 816 nömrəli order maliyyə hesabı açılmışdır. İmişli Mənzil Kommunal X3 balansındadır. Dörd nəfər ailə üzvü vardır. X30 mənzilin sahibi, X15, X11 və X21 bacılarıdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Tofiq İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanı X6 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabın ın 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. 5. 13.06.2023-cü il tarixli, AZ-İ 429796 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Cəmalə Şamur qızı ilə olan nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13 günündə 76 nömrə ilə qeyd edilmişdir.
6. İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mənzil Kommunal X3 2 nömrəli ümumi təsərrüfatbaşı kitabının 24-cü səhifəsində X19 adı T.İsmayılov küçəsi bina 20 mənzil 2 ünvanında qeyd edilmişdir.
7. İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli, 160 nömrəli məktubundan görünür ki, X19 İmişli şəhəri, Tofiq İsmayılov küçəsi bina 20 mənzil 2,2799 kv.m sahəsi olan 2 mərtəbə binanın 1-ci mərtəbəsində yaşamasına dair 1 0 fevral 2023-cü il 04 nömrəli arayış 29 dekabr 2007-ci il İmişli rayon İcra Hakimiyyətinin 428 nömrəli sərəncamına əsasən verilmiş 29 dekabr 2007-ci il 816 nömrəli order əsasında verilmişdir.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 83/2-15739 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən İmişli şəhəri T.İsmayılov küçəsi 20 saylı evin, 02 saylı mənzilinə qeydiyyata düşmüşdür. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-3031/2022 saylı sərəncamına əsasən xx.xx.2022-ci il tarixdə İmişli şəhəri T.İsmayılov küçəsi 20 saylı evin, 02 saylı mənzildən qeydiyyatdan çıxarılmışdır. Vətəndaşın müraciəti və BPQMİ-nin xx.xx.2023-cü il tarixli 18/2-10435/2023 nömrəli məktubuna əsasən vətəndaşı n həmin ünvanda qalmaqla vəsiqəsi aktiv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(120)- 1284/2023 nömrəli qərarı İddiaçı həmin ünvanda qalmasını təsdiqləyir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X30 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə gir ib evlənmiş, birgə nikahlarından 19 noyabr 2012-ci il tarixdə X26 və X27 adlı iki nəfər ekiz uşaqları doğulmuşdur. Aralarında olan narazılığa əsasən İmişli rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. X30 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənərkən 29 dekabr 2007-ci il tarixli 816 nömrəli orderlə X22 məxsus İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 mənzilinə gəlin köçmüş və həmin vaxtdan da halhazıra kimi həmin mənzildə yaşayır. 16 fevral 2013-cü il tarixdən də həmin mənzildə pasport qeydiyyatındadır. 2023- cü ilin iyun ayında məlum oldu ki, yaşadığı həmin İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 tam mülkiyyət hüququ əsasında **********1305101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilmişdir. X11 əri X19 bacısıdır. İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 İmişli rayon XDS İcraiyyə Komitəsinin 03 noyabr 1989-cu il tarixli 95 saylı orderi ilə X4 verilmişdir. Bundan sonra həmin mənzil 29 dekabr 2007-ci il tarixli 816 saylı orderlə X22 verilmişdir. Həmin mənzil mülkiyyət hüququ əsasında **********13-05101093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilərkən bir ailə üzvü kimi onun məlumatı olmamış və razılığı alınmamışdır. Ona görə də **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli çıxarış qanunsuz və saxtadır
11. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qə rardadı ilə X30, X15, X11 və X21 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdurlar.
12. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2-1(120)-1126/2024 saylı qərarı (hakim H.Nəcəfov) ilə iddia rədd edilmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(106)-521/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.Həsənov sədrlik edən və məruzəçi, F.Hüseynov və H.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilə dair hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas İmişli ayon XDS İK-in 03 noyabr 1989-cu il tarixli, daha sonra İmişli rayon İcra hakimiyyətinin 29 dekabr 2007-ci il tarixli 428 saylı sərəncamı və sərəncam əsasında verilən 29 dekabr 2007-ci il tarixli, 816 nömrəli order olmuşdur. İş materiallarından görünür ki, mübahisələndirilən çıxarış verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yer ə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi təqdim olunmuşdur. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması iddiaçı və digər şəxslər tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda həmin inzibati aktlarda mənzil sahəsinin mülkiyyətçisi (payçısı) kimi İddiaçı adına rast gəlinməmişdir. İş materiallarında olan sənədlərə əsasən İddiaçı ilə X30 arasında nikah xx.xx.2012-ci il tarixəd bağlanılmış və İmişli rayon Məhkəməsinin 2(036)-2351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzil isə X30 və digərlərinin mülkiyyətinə 1989-cu il və 2007-ci illərdə yuxarıda qeyd edilən inzibati aktlara əsasən verilmişdir ki, həmin tarixdə iş üzrə İddiaçı ilə X30 arasında ailə münasibətləri olmamışdır. Eləcə də, iddiaçının həmin mənzildə qeydiyyatda olması həmin mənzilin mülkiyyətçilərindən biri olması demək deyildir. Belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cəmalə X9 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmiş. Birgə nikahlarından 19 noyabr 2012-ci il tarixdə X26 və X27 adlı iki nəfər uşaqları doğulmuşdur. Aralarında olan narazılığa əsasən İmişli rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı Cəmalə X9 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənərkən 29 dekabr 2007-ci il tarixli, 816 nömrəli orderlə X22 məxsus İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 mənzilinə gəlin köçmüş və həmin vaxtdan da hal-hazıra kimi həmin mənzildə yaşayır. 16 fevral 2013-cü il tarixdən də həmin mənzildə pasport qeydiyyatındadır. 2023-cü ilin iyun ayında ona məlum oldu ki, yaşadığı həmin İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 tam mülkiyyət hüququ əsasında **********13- 05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilmişdir.
18. Bildirir ki, X11 əri X19 bacısıdır. İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 İmişli rayon XDS İcraiyyə Komitəsinin 03 noyabr 1989-cu il tarixli 95 saylı orderi ilə X4 verilmişdir. Bundan sonra həmin mənzil 29 dekabr 2007-ci il tarixli 816 saylı orderlə X22 verilmişdir. Həmin mənzil mülkiyyət hüququ əsasında **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilərkən bir ailə üzvü kimi onun məlumatı olmamış və razılığı alınmamışdır. Ona görə də hesab edirəm ki, **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli Çıxarış qanunsuz və saxtadır.
19. Bundan başqa İmişli rayon Polis şöbəsi Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-3031/2022 saylı sərəncamına əsasən iddiaçını xx.xx.2022-ci il tarixdə İmişli şəhəri, T.İsmayılov küçəsi 20 saylı evin, 02 saylı mənzildən qanunsuz olaraq qeydiyyatdan çıxarmış və onun müraciəti əsasında həmin ünvanda qalmaqla şəxsiyyət vəsiqəsi aktiv edilmişdir.
20. İddiaçı həmin mənzildən İmişli rayon Polis şöbəsi tərəfindən qanunsuz olaraq qeydiyyatdan çıxarılmağı nəticəsində İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışında onun adı qeyd e dilməmişdir.
21. Göründüyü kimi iddiaçının X30 ilə ailə münasibətləri pozulsa da, həmin mənzildən istifadə və yaşayış hüququ vardır.
22. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
23. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinm əyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsa slandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X6 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbində qeydiyyat çıxarışının ləğv edilməsini tələb etdiyi yaşayış sahəsi İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin 2 saylı mənzildir.
28. İşin 83-cü səhifəsində olan İmişli rayon XDS İcraiyyə Komitəsinin 95 nömrəli, 3 noyabr 1989-cu il tarixli orderin surətindən görünür ki, sözügedən mənzil X2 adına verilmişdir ki, ailənin tərkibində onun özündən başqa, oğlu X30 və gəlini X13 olması göstərilmişdir.
29. Həmçinin iş materiallarından görünür ki, X8 iş üzrə 3-cü şəxslərin nənəsi, X30 atası, X23 anası olmuşlar.
30. Eyni zamanda işdə olan (iş səhifəsi 82) İmişli Rayon İcra Hakimiyyətinin 816 saylı, xx.xx.2007-ci il tarixli orderindən görünür ki, mübahisə predmetinə çevrilmiş mənzilə dair order 3-cü şəxs X19 adına verilmiş, ailə tərkibi olaraq onun başçıları: X24, X20 və X28 yazılmışdır.
31. Orderin verilməsi üçün əsas İmişli Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2007-ci il tarixli, 428 saylı sərəncam göstərilmişdir.
32. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı adı, soyadı sözügedən mənzilə aid ilkin sənədlərindən heç birində yoxdur.
33. Bu fakt işin mübahisəsiz halıdır ki, iddiaçı iddia ərizəsində özü bildirir ki, 3-cü şəxs X30 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ona ərə getmişdir.
34. Yəni, mübahisə predmetinə çevrilmiş mənzil iddiaçı 3-cü şəxs İ.Ağayevlə evlənməmişdən 5 il öncə İ.Ağayevə məxsus olmuşdur ki, nəticə etibarı ilə də həmin mənzil Mülki Məcəllənin 225-ci maddəsinə görə, onların ümumi mülkiyyəti deyildir.
35. Belə ki, həmin məcəllənin 225.1-ci maddəsinə müvafiq olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
36. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
37. Beləliklə iddiaçı sözügedən mənzillə, o cümlədən hazırda irəli sürdüyü iddia tələbi ilə bağlı hər hansı bir subyektiv hüququ yoxdur.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi İPM-in 35.1-ci maddəsinə görə mümkün sayıl mamlıdır.
39. Belə ki, İPM-in 35.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
40. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ilə X30 arasında nikah xx.xx.2012-ci il tarixdə bağlanılmış və İmişli rayon Məhkəməsinin 2(036)-2351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
41. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi düzgün olaraq göstə rmişdir ki, İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilə dair hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas İmişli rayon XDS İK-in 03 noyabr 1989-cu il tarixli, daha sonra İmişli rayon İcra hakimiyyətinin 29 dekabr 2007-ci il tarixli 428 saylı sərəncamı və sərəncam əsasında verilən 29 dekabr 2007-ci il tarixli, 816 nömrəli order olmuşdur. Mübahisələndirilən çıxarış verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi təqdim olunmuşdur. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyridəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması iddiaçı və digər şəxslər tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda həmin inzibati aktlarda mənzil sahəsinin mülkiyyətçisi (payçısı) kimi İddiaçı adı mövcud deyildir.
42. Lakin məhkəmə kollegiyası qeyd edir ki, belə hallarda, yəni şəxsin mübahisə predmetinə subyektiv hüququ olmadığından, iddia rədd edilməli deyil, mümkün sayılmamalıdır.
43. Buna görə də məhkəmə kollegiy ası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-521/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.