Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-864/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (bağ sahəsinə çıxarışın verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2626/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 5/518 saylı qərarı, Sahil b/y-nın xx.xx.1988-ci il tarixli 1 saylı protokolu ilə Şüvəlan bağ massivində yerləşən 0.12 ha torpaq sahəsind ən ibarət olan xxxxsaylı bağ sahəsi İddiaçı1 (bundan sonra mətndə iddiaçı) mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) xx.xx.2019-cu il tarixdə müraciət etsə də, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, «Şüvəlan» bağ massivində yerləşən, sahəsi 0.12 ha olan, xxxxsaylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qə bul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Bakı şəhəri XDS İK-nin xx.xx.1988-ci il tarixli 5/518 saylı qərarı, xx.xx.1988-ci il tarixli, 01 saylı protokolu ilə 0.12 ha, Şüvəlan bağ massivində yerləşən xxxxsaylı bağ sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Buna dair Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə və Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətə verilməsi barədə JN-4062D nömrəli, KOD 00306016 saylı şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək adına həmin torpaq sahəsinə dair çıxarışın verilməsini tələb etsə də, əvvəlki müraciətlərində şəhadətnamənin surətinin arxivdə olmaması əsas gətirilərək müraciətin təmin edilməsindən imtina edilmiş, sonuncu müraciətinə isə cavab verilməmişd ir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2315/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan xxxxsaylı bağ sahəsinə dair hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilmədiyindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadığından cavabdehin mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2626/2019 saylı qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2315/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə surəti əlavə edilmiş 12 ha torpaq sahəsinin mülkiyyət hüququna dair iddiaçının adına verilmiş şəhadətnamə barədə keçmiş DTXK tərəfindən təhvil verilmiş qeydiyyat kitabında və elektron kadastr bazasında məlumat aşkar edilməmişdir və İddiaçı1 təqdim etdiyi şəhadətnamənin həqiqiliyinə ciddi şübhələr mövcuddur. Belə ki, İdarənin arxiv məlumatlarına əsasən, JN-40 62D kod 00600036 saylı şəhadətnamə digər fiziki şəxsin (X6) adına qeydiyyatdan keçmişdir. Bu səbəbdən də, iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bundan əlavə, iddiaçının ona məxsus olmasını iddia etdiyi ünvanda İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir (iddiaçı tərəfindən əvvəllər müvafiq ünvanda yoxlama ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır) ki, göstərilən torpaq faktiki olaraq 0,1227 kv.m-dir və göstərilən ərazi İdarənin elektron kadastr baza məlumalatlarına əsasən 38 və 39 saylı bağ sahələrinin ərazisidir. Həmçinin, göstərilən sahənin sərhədləri şərtidir. Bundan başqa, göstərilən torpaq sahəsinin ya xınlığından yüksək gərginlikli elektrik xətti keçir. Şikayətdə daha sonra qeyd edilir ki, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, İddiaçı1 təqdim etdiyi şəhadətnamənin həqiqiliyi araşdırılmamış, vəsatət verilməsinə baxmayaraq X6 üçüncü şəxs qismində cəlb edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış, ekspertiza təyin edilməsi ilə bağlı idarənin vəsatəti təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətl i araşdırılması məqsədi ilə X6, “xxxx” ASC, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1 -ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cavabdeh əsas olaraq aşağıdakı məsələləri mübahisələndirir: 1. təqdim edilmiş şəhadətnamənin keçmiş DTXK tərəfindən verilmiş qeydiyyat kitabında və elektron kadastr bazasında aşkar edilməməsi; 2. arxiv məlumatlarına əsasən mübahisəli bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi və adına JN-4062D kodu olan 00600036 saylı şəhadətnamə verilməsi; 3. torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi;
4. X6, “xxxx” ASC, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi, Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əsassız olaraq üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməməsi. Məhkəmə kollegiyası kassasiya şikayətinin hər bir dəlilinə ayrı-ayrılıqda münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliklə aşağıdakılar müəyyən olunurdu: “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövl ət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə ilə əvəzsiz mülkiyyət verilən torpaqlarla bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağ ların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağla rın və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.
3. Vətəndaşların arzusu ilə bu torpaqların onların mülkiyyətinə keçirilməsinə dair ərizə və hüquqi sənədlər aşağıdakı yerli qurumlar vasitəsi ilə də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinə göndərilə bilər: rayon (şəhər) torpaq şöbəsi; torpaq şöbəsi olmayan şəhərlərdə memarlıq şöbəsi; Bakı şəhərində: a) fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altındakı torpaqlara dair sənədləri — şəhər rayonlarının memarlıq şöbələri; b) fərdi, kollektiv, kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağları n altındakı torpaqlara dair sənədləri — Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair qanunvericilikdə nəzərdə tutulmuş formada torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlayıb verir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublik ası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Bakı şəhər şöbəsi tərəfindən iddiaçıya verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, qanunvericiliyin sadalanan tələbləri qaydasında da, məhz, Bakı şəhəri XDS İKnin xx.xx.1988-ci il tarixli, 5/518 saylı qərarı və Sahil bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli 01 saylı protokolu əsasında iddiaçının adına - Şüvəlan bağ massivində yerləşən, sahəsi 0,12 ha olan, xxxxsaylı bağ sahəsi 1388 nömrə ilə kitabda qeydə alınmış və ona JN-4062D saylı 00306016 KOD-lu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən ver ilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, istinad edilən Qanunun qeyd olunan tələbindən göründüyü kimi, DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən iddiaçıya verilən «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə iddiaçıya məxsus mübahisəli bağ sahəsinə onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması v ə ona çıxarış verilməsi üçün əsasdır. Cavabdeh həmçinin kassasiya şikayətində qeyd edir ki, arxiv məlumatlarına əsasən həmin bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş və adına JN-4062D kodu olan 00600036 saylı şəhadətnamə mövcuddur. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən bu hal eyni ilə apelyasiya şikayətində də göstərilmiş və apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X5 adına olan həmin şəhadətnamədə xx xxxx 2002-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında, Hövsan qəsəbəsi Çöllük küçəsində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsinin əldə olunması və 3546 nömrə ilə qeydiyyata alınmasını özündə əks etdirir, lakin hazırkı iş üzrə iddiaçının adına olan şəhad ətnamənin göstəriciləri tamamilə başqadır. Belə ki, iddiaçının adına verilən şəhadətnamənin kodu «00306016»-dır, torpaq «Şüvəlan» bağ massivində yerləşir, sahəsi 0,12 ha-dır, Bakı şəhər XDS İK-nın qərarı və Sahil bağçılıq yoldaşlığının protokolu əsasında 1988-ci ildə verilmiş, 2005-ci ildə isə torpaq şöbəsi tərəfindən 1388 nömrə ilə qeydiyyatdan keçmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi İddiaçı2 izahatından da görünür ki, bağ sahəsi onların sahibliyindədir, 20 il bundan əvvəl hasarlanmış, darvaza qoyulmuş, ağaclar əkilmiş, sair işlər görülmüşdür. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin şikayətinin bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyini mübahisələndirən dəlilləri əsassızdır. Beləliklə də, faktiki olaraq mübahisəli bağ sahəsinin iddiaçının istifadəsində olduğu və həmin torpağa dair ona verilən mülkiyyət şəhadətnaməsinin tamlığının pozulmaması və onun göstəricilərinin həqiqətə uyğun olması və bütün bu qeyd olunanların təkzibinin cavabdeh tərəfindən sübuta yetirilməməsi həmin şəhadətnamənin mötəbər sənəd kimi qəbul edilməsini zəruri edir. Bu baxımdan məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsi kimi cavabdehin kassasiya şikayətinin dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir. Cavabdeh kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xətti keçir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin belə bir qənaətə gəlməsi başa düşülən deyil. Belə ki, iş materiallarında torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçdiyi görünmür. Bundan əlavə torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi şərti olaraq qəbul edilsə belə, bu hal da bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Kassasiya şikayətinin digər dəlili X6, “xxxx” ASC, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəh əri Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əsassız olaraq üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməməsi ilə bağlıdır. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbb üsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə o şəxsləri üçüncü şəxs qismində cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırkı halda isə belə bir ehtimal yaranmadığı üçün aşağı instansiya məhkəmələri həmin şəxsləri üçüncü şəxs kimi işə cəlb etməməkdə haqlı olmuşlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübah isə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2626/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.