Məhkəmə qərarları › İş №2-1(102)-864/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-864/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-864/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə 09.02.2021-ci il tarixli, 2-1(105)-148/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 may 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqt isadi Məhkəməsinə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09 yanvar 2011-ci il təvəllüdlü X2 rayonu Xanalion kənd sakini X3 övladlığına verilmiş, bununla bağlı Masallı rayon qeydiyyat şöbəsində 06 iyul 2013-cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə verilmişdir. Şirinbacı Şahbazova 03 may 2019-cu il tarixdə vəfat etmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının 20 may 2019-cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verilmişdir. X9 vəfat edən günədək yaşa görə əmək pensiyası almışdır. Onun vəfatından sonra azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verildiyindən DSMF-nin Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pen siyası təyin edilməsini xahiş etmişdir. 20.10.2019-cu il tarixdə Sumqayıt şəhər ASAN xidmət mərkəzindən əldə etdiyi DSMF-nin Sumqayıt şəhər şöbəsinin 28.09.2019-cu il tarixli məktubundan görünür ki, azyaşlı Valeh Səbziyev X9nın övladlığına verilsə də, şəxsiyyət vəsiqəsində anası qrafasında Şirinbacı Şahbazovanın deyil, İddiaçı adının qeyd edilməsi əsasına görə Şirinbacı Şahbazovanın ölümü ilə bağlı Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə müraciəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(118)-306/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim İsmayıl Quliyev) iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəmə si həmin nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.,14.1.1.,14.1.1.1.,14.1.1.2.,14.1.1.3.,14.1.2.,14.1.3.,16.1., 16.2-ci maddələrə əsaslanaraq belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(118)-306/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2020-ci il tarixli, 2-1(105)-300/2020 nömrəli qərarı ilə (hakimlər Fərmayıl Zeynallı sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) iddiaçının apelyasiya şikayətinin təmin edilməmə si, Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(118)-306/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun eyni maddələrini, eləcə də Ailə Məcəlləsinin 125-ci maddəsini və İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmişdir.

8. İddiaçı həmin qərardan kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2-1(105)-300/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya instansiya məhkəməsind əki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1882/2020 nömrəli qərarı ilə (hakimlər Kamaləddin Bədəlov-sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov) kasasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

10. Ali Məhkəmə həmin nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1., 16.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, aşağı instansiya məhkəmələrin icraat zamanı mərhum X3 pensiya hüququnun olub-olmaması müəyyən edilməmişdir. İddi açı iddia ərizəsində mərhum X3 pensiyaçı olduğunu bildirmiş, bu hal cavabdeh tərəfindən mübahisələndirilməmiş, məhkəmə araşdırmalarının da predmeti olmamışdır. İddiaçının pensiyaçı olmasına dair iş materiallarında heç bir sübut yoxdur. apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2-1(105)-148/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(118)306/2020 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi, X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesa blanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alinmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən də Ailə Məcəlləsinin 125.4.,127.1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1., 14.1.1.,16.1., 31.1-ci maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 68.1., 68.2., 82-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası qanuna uyğundur və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

13. Cavabdehin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X7 ailə başçısını itirməyə görə əmək pensiyası t əyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması üçün cavabdehə müraciət etmişdir. Lakin müraciətinə tələbini əsaslandırdığı heç bir hüquqmüəyyənedici sənəd əlavə etməmişdir. Bu səbəbdən də onun müraciətinin müsbət həlli mümkün olmamışdır.

14. İddiaçı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, iddiasını belə əsaslandırmışdır ki, 09 yanvar 2011-ci il təvəllüdlü X2 rayon Xanalion kənd sakini X3 övladlığına verilmiş, bununla bağlı Masasllı qeydiyyat şöbəsində 06 iyul 2013-cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə verilmişdir. Şirinbacı Şahbazova 03 may 2019cu il tarixdə vəfat etmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının 20 may 2019-cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumlu ğuna verilmişdir. X9 vəfat edən günədək yaşa görə əmək pensiyası almışdır. Onun vəfatından sonra azyaşlı, iddiaçının qəyyumluğuna verilmişdir. Bu səbəbdən də o, Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq orqana müraciət etmişdir. Lakin tələb edilən sənədləri təqdim etmədiyi üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)306/2020 nömrəli, 17.03.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiva şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 21(105)-300/2020 nömrəli, 24 iyul 2020-ci il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir.

15. İddiaçı həmin qərardan kasasiya şikayəti vermiş, Azərba ycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1882/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, iş yenidən araşdırlması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxan Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-148/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

16. Beləliklə, iddiaçının iddia ərizəsindən belə aydın olur ki, sonradan yəni Ali Məhkəmədə təqdim edilən məhkəmə qətnaməsi nə cavabdeh orqana, nə də işi araşdıran məhkəmələrə təqdim edilməmişdir. Belə olan halda iş üzrə düzgün hüquqi nəticəyə gəlmək mümkün ola bilməzdi. Eyni zamanda qanunun tələblərinə görə bu halda inzibati orqana qarşı iddiasında iddiaçı haqlı hesab edilə bilməzdi.

17. Həmçinin Ali Məhkəmədə təqdim edilmiş məhkəmə qətna məsinin əsaslılığı və həqiqiliyi araşdırılmamış, məhkəmə iclası da cavabdeh orqanın iştirakının təmin edilməməsi ilə baş tutmuşdur.

18. Məhkəmənin əsaslandığı qətnamənin məzmununa gəlincə isə aydın olur ki, məhkəmə qətnaməsi özü azyaşlının övladlığa verilməsi ilə yanaşı öz doğma anasının hüquq və vəzifələrinin qorunub saxlanıldığını ehtiva edir. Belə ki, qətnamədə azyaşlının ana qrafasında adın olduğu kimi qalması deyil, anası kimi İddiaçı qalması qət edilmişdir. Belə olan halda həmin qətnamədən apelyasiya şikayətinin verilməsi və ya izah verilməsi üçün məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır.

19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 21(105)-148/2021 nömrəli qərarı nı ləğv edilməsini və ya inzibati işi yenidən araşdırması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə gaytarılmasını xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

22. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Hümbət Cəfərov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

25. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

28. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki göstərdiyi dəlillər əsassızdır.

29. Belə ki, ilk öncə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə təkrar baxarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qərarında yazılmış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən məcburi xarakter daşıyan göstərişlərini tam olar aq icra etmiş və inzibati mübahisəni hərtərəfli və obyektiv araşdırmışdır.

30. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09 yanvar 2011-ci il təvəllüdlü X1 Şirinbacı Əjdər qızının övladlığına verilmiş, bununla bağlı Masallı rayon qeydiyyat şöbəsində 06 iyul 2013-cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə verilmişdir. Övladlığa götürən X4 03 may 2019-cu il tarixdə vəfat etmişdir.

31. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının 20 may 2019-cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş azyaşlı X11 iddiaçının qəyyumluğuna verilmişdir. Bundan sonra iddiaçı, azyaşlı X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh **********35 saylı, 28 sentyabr 2019-cu il tarixli məktubla iddiaçıya imtina cavabı vermiş və bildirilmişdir ki, X6 adına Masallı rayon qeydiyyat şöbəsindən verilmiş 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə övladlığa götürən X4 olduğu, lakin onun AZE N11518260 saylı şəxsiyyət vəsiqəsində anası İddiaçı yazıldığı üçün X7 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir.

32. Birinci instansiya məhkəməsi cavabdehin həmin hüquqi mövqeyinin əsas götürərək, iddianı təmin etməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdi ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, buna görə də qərarı ləğv edib, iddianı təmin etmiş, və bu zaman maddi və prosessual hüquqi normaları düzgün tətbiq etmişdir.

34. Belə ki, Azərbaycan Respublikasının Ailə Məsəlləsinin 125.1-ci maddəsinə əsasən, övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır.

35. Həmin Məcəllənin 1 25.4-cü maddəsinə müvafiq olaraq, övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.

36. Həmin Məcəllənin 127.1-ci maddəsinə görə, məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1 və 14.1.1 -ci maddələrinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

38. Həmin Qanunun 16.1-ci maddəsinə görə, övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır.

39. Bununla əlaqədar olaraq xüsusi olaraq qeyd edilməlidir ki, Ali Məhkəmənin 13.10.2020-ci il tarixli qərarında Ali Məhkəmənin hüquqi mövqeyi belə ifadə edilmişdir ki, azyaşlı X11 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kateqoriyasına aid olduğundan, hazırkı halda, övladlığa götürən mərhum X3 pensiya hüququnun olub-olmaması müəyyən edilməlidir.

40. Apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi xarakter daşıyan həmin göstərişini icra edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialı tərəfindən verilmiş **********2 nömrəli, 09 dekabr 2020-ci il tarixli arayışına əsasən müəyyən etmişdir ki, X4 vəfat etdiyi 03 may 2019-cu il tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsindən yaşa görə 237 manat 21 qəpik ömürlük əmək pensiyası almışdır.

41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, azyaşlı X6 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1 və 16.1-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kateqoriyasına aid olduğundan və X3 pensiya hüququ olduğundan, X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı gündən, yəni 03 may 2019-cu ildən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1ci maddəsinə əsasən, əmək pe nsiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

44. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya ins tansiyası məhkəməsinin 09 fevral 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

46. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2-1(105)-148/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar