Məhkəmə qərarları › İş №2-1(102)-864/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-864/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-864/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsi Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 (bundan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən onun və ailə üzvlərinin istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş qardaşının payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-29/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İş in halları

1. Zərdab rayonu Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X12, X13, X5, X6, X14, X7 və X3 mülkiyyətinə verilmişdir. Sənəd 20 noyabr 1998-ci ildə dövlət aktı qeydiyyatı kitabında 184 nömrə ilə qeydə alınmış və iddiaçı və onun ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

2. X2 03 iyun 2003-cü il tarixdə vəfat etmişdir. 3. 11 noyabr 2020-ci il tarixli **********24 reyestr nömrəli çıxarışa və AA seriyalı 542916 nömrəli "torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 2.2848 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X12, X13, X5, X6, X14, X7 və X3 ümumi birgə mülkiyyətindədir.

4. İddiaçı 04 mart 2020-ci il tarixdə cavabdehə müraciət edərək əlavə olaraq onun i stifadəsində olan 5,76 ha torpağa çıxarışın verilməsini xahiş etmişdir.

5. İddiaçı1 tərəfindən Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən pay torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciətə cavabdeh orqan tərəfindən təqdim olunmuş 14 aprel 2020-ci il tarixli **********01 saylı cavab məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş DTXK-nın Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində iddiaçı və onun 7 nəfər ailə üzvlərinə bir konturdan ibarət olmaqla 2,28 ha torpaq sahəsinin verilməsi barədə JN-184 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Müraciətdə iddiaçının qeyd etdiyi 5,76 ha torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilə bilmədiyinə görə, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən iddiaçıların istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiа оnunlа əsаslаndırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən iddiaçı və di gər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 8.82 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi göstərilən miqdarda ölçülərək iddiaçı və ailə üzvlərinə verilsə də, lakin verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-184 KOD-90509028 nömrəli Dövlət Aktında yalnız 2.28 ha göstərilmişdir. Digər 6.55 ha (Dövlət Aktında şəhid olmuş qardaşının payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 ha torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinə isə Dövlət Aktı verilməmişdir. İddiaçı 2.28 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənəd ala bilsə də, digər 6.55 ha (Dövlət Aktında şəhid olmuş qardaşının payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 ha torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinə hüquqmüəyyənedici sənəd olmadığına görə hüquqları qeydi yyata alınmır. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

8. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etiraz məktubunda qeyd etmişdir ki, araşdırma aparılan zaman İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab RAİK-nın 29.11.1997-ci il tarixli, 10 saylı qərarı ilə Zərdab rayonu, Gödəkqobu kəndi ərazisindən 2,28 ha torpaq sahəsinin verilməsi və adlarına JN-184 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edildiyi məlum olmuşdur. İddiaçı1 26.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində yerləşən 2.28 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin əvvəllər yaranmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adlarına ******* ***24 reyestr nömrəli elektron çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır.

9. Şəki İnzibati Məhkəməsinin (hakim X10, 2-1(116)-150/2021 saylı iş) 20 avqust 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, iddiaçıların İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 mülkiyyətlərinə verilmiş elektron baza məlumatlarında qeyd olunmuş, koordinatları X=720936.2704 Y=4460286.3241; X=720815.9317 Y=4460162.3799; X=720516.5739 Y=4460237.5692; X=720507.5131 Y=4460400.8682 olan 5.76 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnaməyə müvaf iq olaraq Zərdab rayon AİK-nin 29 noyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq paylarının yerquruluşu layihələri hazırlanmış, lakin iş üzrə iddiaçıların adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktı tam tərtib edilməmişdir. JN-184 kod 90509028 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zərdab rayon AİK-nın 29 noyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (cizgisi) hissəsində planşet 184A, sahəsi 22848.96 kv.m qeyd olunmuş, digər çatışmayan 5.76 ha isə qeyd edilməmişdir. İddiaçılara ümumil ikdə iki hissədən ibarət olmaqla 2.28 və 5.76 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi iddiaçıların istifadəsində olmuş, hazırda da istifadəsindədir. Baza məlumatlarına əsasən da qeyd olunan hal öz təsdiqini tapır. İddiaçıların istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı barədə araşdırma zamanı heç bir sübut aşkar olunmamışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati koll egiyasının (hakimlər X17-sədrlik edən və məruzəçi, X11 və X4, 2-1(107)-29/2022 saylı iş) 1 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

16. Məhkəmə kollegiyası “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə istinad etmişdir, halbuki həmin Əsasnamədə 6-cı maddə ümumiyyətlə mövcud deyil.

17. Məhkəmə kollegiyası “Soxvoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublik ası Qanununun 7 və 8-ci maddəsinin tələblərini pozaraq iddiaçılara X30 Komissiyasının qərarı ilə hansı ölçüdə torpaq sahəsinin ayrılmasını araşdırmamışdır. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası qərar qəbul edərkən nəzərə almamışdır ki, həmin qərara əsasən Ərazi İdarəsi tərəfindən iddiaçıların 2.28 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. 5.76 ha torpaq sahəsinin ayrılmasına dair Zərdab rayon AİK-nın 29 noyabr 1997-ci il tarixli 10 nömrəli qərarı isə hazırki işin materiallarında mövcud deyil, iddiaçılar həmin qərarı təqdim etməmişlər. Belə olan halda isə məhkəmə kollegiyası mövcud olmayan qərar əsasında yanlış nəticəyə gəlmişdir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə uyğun olaraq qərar qəbul edərkən məhkəmə kollegiyası hansı akta, şəhadətnaməyə və ya qeydiyyat vəsiqəsinə istinad etdiyini göstərməmişdir. Digər tərəfdən isə həmin sənədlərin heç biri işin materiallarında mövcud deyil, iddiaçılar tərəfindən də təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərini kobud surətdə pozaraq iddianı icraata götürən zaman iddiaçıların Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən 5.76 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etməmisini və hər hansı imtina almamasını nəzərə almamışdır. İddiaçılardan yalnız İddiaçı1 məhkəmədə inzibati işə baxılarkən cavabdehə müraciət etmiş, digər iddiaç ılar isə məhkəmənin gedişi zamanı da cavabdeh orqana müraciət etməmişdir.

21. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 28.2-ci maddəsinin tələblərini pozaraq X15 vəfat etdiyindən onun paylarının vərəsələrinin dairəsini müəyyən edərək icraata cəlb etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, indiyədək müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilməmiş, torpaq sahəsi verilərkən buna mane olan hal müəyyən edilməmişdir, torpaq sahəsindən köçürülməyi, onun başqa müvafiq torpaq sahəsi ilə əvəz edilməsi barədə dövlət orqanının və ya məhkəmənin qərarı yoxdur.

23. Torpağa mülkiyyət hüququna dair 20 noyabr 1998-ci il tarixli JN:184, Kod 90509028 saylı Dövlət Aktında adı göstərilməmiş X8 torpaqlarımızın azadlığı uğrunda 1994-cü il may ayının 12-si şəhid olmuş, onun payına düşən iki pay torpağı isə dövlət Aktında qeyd edilməmişdir.

24. Kassasiya şikayətində cavabdeh bildirir ki, maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh Əsasnamənin 6-cı maddəsinin olmadığını bildirir. Hesab edir ki, burada texniki səhv olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə iki Əsasnamə təsdiq edilmişdir. İstinad edilən 6-cı maddə həmin Fərmanla təsdiq edilmiş ikinci Əsasnaməyə "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyə n edilməsi haqqında Əsasnamə”yə aiddir. Həmin 6-cı maddənin məzmunu belədir: Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini X30ı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı həyata keçirir.

25. Torpaq payı alan Subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə X30ı komissiyasına müraciət etməlidirlər.

26. Kassasiya şikayətində cavabdeh bildirir ki, məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının tələblərini pozaraq iddiaçılara X30 Komissiyasının qərarı ilə hansı ölçüdə torpaq sahəsinin ayrılmasını araşdırmamışdır. Halbuki, müvafiq qanunvericiliyə əsas ən hansı ölçüdə torpaq sahəsinin ayrılması məsələsini X30 komissiyası ilə razılaşdırılmaqla torpağı verən yerli icra hakimiyyəti orqanı həyata keçirir. O, məhkəmə kollegiyasının mübahisələndirə biləcəyi məsələ deyil.

27. Kassasiya şikayətində cavabdeh bildirir ki, 5.76 ha torpaq sahəsinin ayrılmasına dair Zərdab RAlK-nın 29.11.1997-ci ıl tarixli, 10 nömrəli qərarı isə hazırkı işin materiallarında mövcud deyil, iddiaçılar həmin qərarı təqdim etməmişlər. Sözügedən 5,76 ha torpaq sahəsinin ayrılmasına dair sənədlər mövcud olsaydı elə cavabdeh tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması həyata keçirilərdi və onlar da məhkəməyə üz tutmazdılar.

28. Kassasiya şikayətində cavabdeh bildirir ki, subyektlər siyahısında adları qeyd olunan vətəndaşların eyni şəxs olub-olmaması sənədlərlə araş dırılmamışdır və bu hal iş üzrə iddiaçılarla subyektlər siyahısındakı şəxslərin ayrı-ayrı şəxslər olması şübhəsini yaradır. Subyektlərin hər birinin bir ailənin üzvü olması barədə arayış və şəxsiyyət vəsiqələri Məhkəməyə təqdim edilmişdir.

29. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar ta rixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Fərmanı geriyə şamil edilə bilər. Tətbiq edilən hüquq 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipote ka qoyulmasına dair qəbul olunmuş aktlar;...... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... “Sovxoz və kovxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamə İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hal ları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər v ə ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

31. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona a id müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

36. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq Zərdab rayon AİK-nin 29.11.1997-ci il t arixli 10 saylı Qərarına əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq paylarının yerquruluşu layihələri hazırlanmış, lakin iş üzrə iddiaçıların adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktı tam tərtib edilməmişdir.

37. Belə ki, JN-184 kod 90509028 nömrəli Dövlət Aktına əsasən, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 nömrəli Qərarı ilə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (cizgisi) hissəsində planşet 184A, sahəsi 22848.96 kv.m qeyd olunmuş, digər çatışmayan 5.76 ha isə qeyd edilməmişdir. İddiaçılara ümumilikdə iki hissədən ibarət olmaqla 2.28 və 5.76 ha torpaq sahəsi verilmiş, həmin tor paq sahəsi iddiaçıların istifadəsində olmuş, hazırda da istifadəsindədir. Baza məlumatlarına əsasən da qeyd olunan hal öz təsdiqini tapır.

38. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 dekabr 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən iddiaçıların adına iki hissədən ibarət olmaqla 2.28 ha və 5.76 ha pay torpaq sahəsi qeyd edilmişdir.

39. Zərdab rayon Aqrar İslahat Komissiyası və Zərdab rayon Gödəkqobu kəndi “Gümüşlü” kolxozu üzrə X30 Komissiyası tərəfindən Gödəkqobu kəndi üzrə özəlləşdirilən torpaqlardan pay almaq hüququ olan subyektlərin hər birinə hansı ölçüdə torpaq sahəsi verilməsi barədə sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Rey estri publik hüquqi şəxsinin 30 dekabr 2021-ci il tarixli, **********47 saylı cavab məktubunda göstərilmişdir ki, Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində islahat iki hissədən aparılmış, birinci hissə üzrə adam başına düşən orta pay normasının 39,73 bal/ha, ikinci hissə üzrə isə 329 bal/ha olduğu müəyyən edilmişdir. İddiaçı1 və ailə üzvlərinin pay torpaq sahəsinin yerləşdiyi paselin bonitet balının 46 olduğu nəzərə alınaraq həmin parseldə orta pay norması 0,9359 ha olmuşdur.

40. Məhkəməyə ünvanlanmış cavab məktubunda qeyd olunan ailə üzvlərinə düşməli olan pay torpağı sahəsinin norması haqqında məlumat nəzərə alınarsa, iddiaçının tələbinin əsaslı olması müəyyən olunur.

41. Subyektlər siyahısında adları qeyd olunan vətəndaşların eyni şəxs olubolmamasının sənədlərlə araşdırılmadığı barədə k assasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Zərdab rayon İcra Hakimiyyətinin Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli 145 saylı arayışda İddiaçı1 atası mərhum - X1 və digər ailə üzvləri ilə birlikdə pay torpağı verilən zaman JN-184-li, 10 iyun 1998-ci il tarixli torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən ailə üzvlərinin (təsərrüfat başçısı - X2 (vəfat edib), arvadı - İddiaçı2, oğlu İddiaçı3 (evlidir), oğlu - İddiaçı1 (evlidir), qızı- Astanova (Rüstəmova) Şahidə Məhəmməd qızı (evlidir), qızı - Şahmurova (Abbasova) Aytən Həbib qızı (evlidir), oğlu -İddiaçı6 (evlidir), gəlini - İddiaçı7 (evlidir)) tərkibi qeyd olunmuş, həmçinin Dövlət aktı yazılan zaman texniki səhv olaraq ailə üzvlərinin "Astanov" soyadındakı "L", "T" və "D" hərfləri fərqli yazılmasına baxmayaraq, adları yuxarıda qeyd olunmuş şəxslərin bir ailənin üzvləri olması xüsusilə vurğulanmışdır.

42. Odur ki, cavabdehin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 mülkiyyətlərinə verilmiş Elektron baza məlumatlarında qeyd olunmuş, koordinatları X=720936.2704 Y=4460286.3241; X=720815.9317 Y=4460162.3799; X=720516.5739 Y=4460237.5692; X=720507.5131 Y=4460400.8682 olan 5.76 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması nəticəsinə gələrkən apellyasiya instansiya məhkəməsi haq lı olmuşdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 1 fevral 2022-ci il tarixli 21(107)-29/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar