Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-864/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2-1(103)-2144/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-ci il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-cı il tarixdən xx.xx.2016-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək eyni diaqnozla, yəni “Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dər. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Astenodepressiv sindrom şəxsiyyət dəyişikliyi” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti “Revmotoidli artrid seropozitiv forma, İİ ak.du, proqresivləşən gediş. Hər iki bilək - əldarağı oynaqların daralması. Oynaqların funksional çatmamazlığı. İl f-İ sinif. OU-presbiopiya., İİ Anemiya. Xroniki övrə., Essensial hipertenziya. Allergik rinit. Xroniki xolestit. Asteno nevrotik sindrom. Üzvi funksional-stabil pozuntu” diaqnozu ilə 15 nömrəli Bakı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında yenidən qiymətləndirilmiş və ona “əlavə müalicəyə ehtiyacın olması (müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə “Əsas diaqnoz: M05.8 Digər seropozitiv revmatoid artritlər, Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ. Ağırlaşmalar: D50 Dəmir defisitli anemiya, İkincili anemiya; M18.0 Birinci bilək-əldarağı oynağını birincili ikitərəfli artrozu, Hər iki bilək-əldarağı oynaqlarının daralması. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər: 110 Essensial [birincili] hipertenziya, Arterial hipertiniya İİ dərəcə; H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya; F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu” diaqnozu ilə Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında yenidən baxılmış və “göndərişin natamam doldurulması (həkim müayinələrinin nəticələrində psixi və terapevtik statuslar ətraflı qeyd olunsun)” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir.
4. İş üzrə birinci instan siya məhkəməsində icraat zamanı iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və “Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoioji İİ mərhələ.” diaqnozu ilə L00015229XRX nömrəli göndəriş əsasında iddiaçının xx.xx.2022ci il tarixdən xx.xx.2023-ci il tarixədək üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir.
5. İddiaçı əlilliyinin təyinat tarixinin dəyişdirilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya L00015229XRX nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılm ış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin xx.xx.2021-ci il tarixi kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən “Revmatoid poliartrit” xəstəsi olmuş, uzun müddət müalicə olunduqdan sonra 2008-ci ildən həmin xəstəliyə görə ona 2-ci qrup əlillik təyin edilmişdir. Hər il mütəmadi müalicə olunmuş və əlilliyi təsdiq edilmişdir. Sonuncu dəfə ona xx.xx.2016-cı il tarixdə “Deropozitiv revmatoid artrid İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Astenodepressiv sindrom şəxsiyyət dəyişikliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əl illik verilmişdir. İddiaçının sonuncu əlillik müddəti ərzində “Emosional davamsız tip şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. “Sol tərəfli Pertes xəstəliyinin qalıq əlaməti” diaqnozu ilə ikinci dərəcəli əlil olan oğlu X1 ağır xəstə olduğundan müalicəyə gedə bilməmiş və yalnız ambulator qaydada özünün müalicəsi ilə məşğul olmuşdur. Oğlu 2020-ci ildə məhkum edilmiş və yalnız bundan sonra 2021-ci ildə 2 dəfə müalicəyə getmişdir. İddiaçı tək yaşayır və hazırda yalnız oğlunun əlillik müavinətinin ümidinə qalmışdır, səhhəti ilə bağlı işləyə bilmir, soyuq havada ağrıları artır. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0027003AAEGB göndərişi əsasında iddiaçı xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına müayinəyə dəvət edilməmişdir. TSEK-in xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı ya “Əlavə müalicəyə ehtiyacın olması. Müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmamışdır, ixtisaslaşdırılmış müayinə və stasionar müayinələr davam etdirilməlidir” əsası ilə əlillik təyinatından imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı əlilliyin təyin edilməsindən imtinadan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, lakin şikayətində göstərdiyi hallar araşdırılmamışdır. Hesab edir ki, Agentliyin və TSEK-in əsassız qərarı ilə iddiaçının hüquqları pozulmuşdur.
8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 08 fevral 2023-cü il tarixli, 2-1(112)-923/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya L00015229XRX nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin dəyişdirilərək xx.xx.2021-ci il tarixi kimi göstərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda ona əlillik təyin edilməsinə əsas olan xəstəlikdən xx.xx.2005-ci il tarixdən əziyyət çəkir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixədək ona eyni diaqnozla müxtəlif fasilələrlə əlillik təyin edilmişdir. Həmin tarixdən sonra onun sağlamlığı xx.xx.2021-ci il tarixli göndəriş əsasında yenidən qiymətləndirilmiş və təyinatdan imtina edilmişdir. Daha sonra iş məhkəmənin icraatında olan vaxt cavabdeh iddiaçının xeyrinə qərar qəbul edərək L00015229XRX nömrəli Forma 88 əsasında iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023ci il tarixədək “Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ.” diaqnozu ilə üçüncü qrup əlillik təyin etmişdir. Halbuki, bu xəstəlik iddiaçıda xx.xx.2005-ci il tarixdən mövcud olmuş və cavabdeh tərəfindən də əvvəllər ona əlillik dərəcələri verilmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əlillik təyinatında fasilə yaranmış və bu fasilə cavabdeh tərəfindən sonuncu təyinat zamanı nəzərə alınmamışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni vermiş və ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, əlillik təyinatının fasiləsizliyini təmin etmək məqsədilə (bu iddiaçının hüquqi marağına cavab verir, çünki bu tələbinin təmin edilməsi nəticəsində o, almadığı dövrə görə əlillik müavinətini tələb edə bilər) iddiaçıya L00015229XRX nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi xx.xx.2021-ci il tarixi kimi (xx.xx.2021-ci il tarixədək əvvəlki əlilliyinin qüvvədə olan tarixinin növbəti günü) göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 01 noyabr 2023-cü il tarixli, 2-1(103)-2144/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi, iddiaçıya L00015229XRX nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin dəyişdirilərək, xx.xx.2021-ci il tarixi kimi göstərilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi qənaətinə gəlmiş, lakin bu zaman iddiaçının əlillik təyinatı tarixinin xx.xx.2021-ci il tarixi olmasını düzgün müəyyən etməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi iddiaçı barəsində göndərilən göndərişin tarixi – xx.xx.2021ci il tarixi nəzərə alınmaqla müəyyən olunmalıdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublika sının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquq i aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelə rini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edild ikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə y aradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliy in qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iş tirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfində n gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə v erilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, h əmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. Mübahisəyə dair işin apellyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək eyni diaqnozla fasilələrlə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti növbəti dəfə qiymətləndirilərkən cavabdeh tərəfindən ona “əlavə müalicəyə ehtiyacın olması (müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış və “göndərişin natamam doldurulması (həkim müayinələrinin nəticələrində psixi və terapevtik statuslar ətraflı qeyd olunsun)” səbəbi ilə ona əlillik təyinatından imtina ed ilmişdir. İş üzrə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və L00015229XRX nömrəli göndəriş əsasında ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir.
26. İddiaçı göndərişlərin məzmunu və diaqnozun eyniliyinə istinadla L00015229XRX nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin müəyyən edilməsi haqqında onun barəsində qəbul edilmiş qərarda təyinat tarixinin xx.xx.2021-ci il tarixə dəyişdirilməsini tələb edir.
27. Birinci instansiya məhkəməsi L00015229XRX nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçı barəsində əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qəbul edilmiş qərarda təyinat tarixinin xx.xx.2021ci il tarixə, yəni xx.xx.2021-ci il tarixədək qüvvədə olan əvvəlki əlilliyin bitdiyi tarixdən sonrakı günə dəyişdirilməsi qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə, əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi iddiaçı barəsində göndərilən göndərişin tarixi, yəni xx.xx.2021-ci il tarixi nəzərə alınmaqla müəyyən edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş və iddiaçı həmin qərarla razılaşmışdır.
28. Bununla bağlı qeyd olunmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu ba rədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir
29. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli yeni göndərişi əsasında iddiaçının əlilliyinin müəyyən edilməsindən imtinaya dair növbəti qərar qəbul olunmuşdur. L00015229XRX nömrəli növbəti göndəriş əsasında isə iddiaçının əlilliyin müəyyən edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı da hazırda cavabdeh tərəfindən qəbul edilmiş sonuncu qərarı mübahisələndirmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin təyinat tarixinin əlilliyin bitdiyi tarixdən sonrakı ilk göndərişin tarixinə dəyişdirilməs i barədə qərar qəbul olunmuşdur.
30. Nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz.
31. Hazırkı mübahisəyə münasibətdə iddiaçı ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərarın mübahisələndirilməsi və əlilliyin ilk göndəriş əsasında müəyyən edilməsi barədə cavabdehə qarşı iddia qaldırmaq hüququndan istifadə edə bilərdi. Lakin iddiaçı qeyd olunan hüquqi müdafiə imkanından yararlanmamışdır və bunun neqativ nəticələri onun məsuliyyət sferasına aid olunmalıdır.
32. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilə n halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2-1(103)-2144/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.