Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-865/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 50 yaşına çatan zaman kifayət qədər sığorta stajına malik olma və 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmə ilə əlaqədar yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2271/2019 saylı iş üzrə xx.xx.2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx.xx.2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə Abşeron rayonu Giləzi kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaf iə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı 50 yaşına çatdığı zaman yaşa görə pensiya təyin edilməsi üçün kifayət qədər sığorta stajına malik olduğundan və 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi, ona təyin ediləcək pensiyanın cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanaraq ümumi məbləği ötən dövrdəki ayların sayına bölərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə anadan olmuş, xx.xx.1976-cı ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2017-ci ilə qədər, yəni 41 il ayrı-ayrı vəzifələrdə çalışmışdır. İşləmədiyi dövrlər çıxılarsa işlədiyi dövlər üzrə ümumi iş stajı 25 ildən çox müddəti əhatə edir ki, bu hal əmək kitabçası ilə tam təsdiq olunur. xx.xx.2008-ci il tarixdə 50 yaşı tamam olan zaman 18 ildən çox əmək stajı olmuşdur. 4 övladı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun xx.xx.2008-ci il tarixə olan redaksiyasının 8-ci maddəsinin mənasına görə, 4 uşaq doğub onları səkkiz yanadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 50 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Hesab edir ki, 50 yaşına çatdığı zaman yaşa görə pensiya təyin edil məsi üçün kifayət qədər sığorta stajına malik olduğundan və 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar, ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etməsinə baxmayaraq, müraciəti cavabsız qalmışdır. Cavabı tələb etmək üçün şöbəyə yaxınlaşsa da, ona pensiya yaşına çatmadığı üçün pensiya təyin edilməyəcəyi şifahi olaraq bildirilmiş, lakin yazılı cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2026/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 50 yaşına çatdığı zaman yaşa görə pensiya təyin edilməsi üçün kifayət qədər sığorta stajına malik olduğundan və 4 uşaq doğub onları səkkiz yaşınadə k tərbiyə etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi, ona təyin ediləcək pensiyanın cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanaraq ümumi məbləği ötən dövrdəki ayların sayına bölərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2271/2019 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, Fondun Yasamal rayon şöbəsinə pensiya təyinatı üçün 2014-cü ildə müraciət etmiş, həmin tarixdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsinə əsaslanaraq ona pensiya təyinatından imtina edilmişdir. Məhkəmə qeyd edilən halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmə si və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2271/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdi r ki, iddiaçı, Fondun Yasamal rayon şöbəsinə pensiya təyinatı üçün 2014-cü ildə müraciət etmiş, həmin tarixdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsinə əsaslanaraq ona pensiya təyinatından imtina edilmişdir. Məhkəmə qeyd edilən halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Başqa sözlə, iddiaçıya məxsus əmək kitabçasına əsasən 50 yaşının tamam olduğu tarixə onun 5 ildən artıq sığorta stajı mövcud olmuşdur. Belə ki, iş material larından görünür ki, iddiaçı xx.xx.1958-ci ildə Abşeron rayonu Giləzi kəndində anadan olmuşdur. xx.xx.1979-cu il tarixdə Oqtay Abasov ilə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1981-ci il təvəllüdlü Ülkər Məhərrəmova, xx.xx.1982-ci il təvəllüdlü Günel Baxşəliyeva, xx.xx.1984-cü il təvəllüdlü Rumiyyə Abbasova, xx.xx.1993cü il təvəllüdlü Xədicə Abasova anadan olmuş və həmin dörd uşaq səkkiz yaşınadək iddiaçı tərəfindən tərbiyə edilmişdir. İddiaçıya məxsus əmək kitabçasına əsasən o xx.xx.1976-ci ildən - xx.xx.1994-cü ilədək, xx.xx.1998-ci ildən - xx.xx.2001-ci ilədək, xx.xx.2009-cü ildən - xx.xx.2017-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun (xx.xx.2009-cu il tarixli 904-İİİQD saylı Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) 8.1-ci maddəsinə əsasən dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 50 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci mədəsinə xx.xx.2009-cu il tarixli 904-İİİQD saylı Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə görə beş və daha çox doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Zamana görə qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə əsasən iddiaçıya 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün iki şərt tələb olunurdu dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi; 2. 50 yaşınadək 5 il sığorta stajının olmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək ol an müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək İ sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Həmin "Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə 1 minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan R espublikası Qanunun tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi i Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının tələblərinə uyğun deyildir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respublikası Kon stitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 8-ci maddəsinin zamana görə qüvvədə olmuş (xx xxxxxxx 2008-ci il) tələblərinə əsasən iddiaçının 50 yaşının tamam olduğu tarixdən pensiya hüququ yaranmışdır. Bununla yanaşı Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun hazırda qüvvədə olan 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət ed ilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2271/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-865/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-865/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver