Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-865/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X11, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının əmək müqaviləsinə xitam veri lməsinə dair çıxarılmış Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11.03.2019-cu il tarixli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi) bərpa olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-143/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək kitabçasına əsasən iddiaçı 27 oktyabr 2016-cı il tarixdən 11 m art 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir.
2. Sumqayıt şəhər Məşğulluq Mərkəzinin 10 iyul 2018-ci il tarixli iclasının 2 saylı protokol qərarı ilə 6 iyul 2018-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzində iddiaçı ilə “xxxx” MMC-nin qeyri-rəsmi nümayəndəsi kimi təqdim edən vətəndaş arasında baş vermiş münaqişəyə görə iddiaçıya xəbərdarlıq elan edilmişdir.
3. Sumqayıt 4 nömrəli şəhər Poliklinikasının 1 mart 2019-cu il tarixli arayışına əsasən iddiaçı 26.02.2019-cu il tarixdə xəstəlik səbəbindən 4 saylı Sumqayıt şəhər poliklinikasına müraciət etmişdir. Ərazi üzrə sahə həkim-terapevti işdə olmadığı üçün onu həkim- terapevt Rəcəbova Arzu qəbul etmiş, obyektiv müayinə etmişdir. Xəstəyə ilkin olaraq “Xroniki qastritin kəskinləşməsi” diaqnozu qoyulmuşdur. Xəstəyə müayinə olunmaq üçün göndərişlər verilmiş, 27, 28 fevral və 1 mart 2019-cu il tarixlərində işdən azad olunacağı bildirilmiş, həmçinin, xəstəyə ölkə ərazisindən kənara çıxmamaq şərti ilə uzaq yol çıxmasına həkim tərəfindən razılıq verilmişdir. Lakin TPM vaxtı olduğu üçün, həkimin işi çox olduğundan xəstəyə qeyd edilən tarixdə ƏQOV açılmamışdır. Bu səbəbdən xəstəyə təqdim edilmiş arayışı ƏQOV əvəzi qəbul edilməsi xahiş edilmişdir.
4. Sumqayıt şəhər 4 nömrəli Poliklinikasının 26 fevral 2019-cu il tarixli 4 ədəd yardımçı kabinetə göndərişlərdən görünür ki, iddiaçı müxtəlif müayinələr üzrə müayinə olunması üçün laboratoriyaya və Sumqayıt şəhər 3 nöm rəli Poliklinikasına göndərilmişdir. 26 fevral 2019-cu il tarixli resept blankında iddiaçıya müalicə olunmaq üçün müxtəlif adda dərman yazılmışdır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış xidməti məruzədə qeyd olunur ki, Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi İddiaçı öz vəzifə funksiyalarını layiqincə yerinə yetirmir, əmək və icra intizamını pozur, ona edilən xəbərdarlıqlardan nəticə çıxarmır. İddiaçı 27 fevral 2019-cu il tarixdə işə getməmiş, Mərkəz tərəfindən onunla əlaqə saxlanıldıqda isə xəstə olduğunu və müalicə aldığını bildirmişdir. Lakin həmin tarixdə nazir tərəfindən keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün heç kimə məlumat vermədən özbaşına Sabirabad rayonuna getmişdir. Bu onun ilk intizamsızlığ ı deyildir. Belə ki, 6 iyul 2018-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzində İddiaçı ilə özünü “xxxx” MMC-nin qeyri-rəsmi nümayəndəsi kimi təqdim edən vətəndaş arasında münaqişə baş vermişdir. Münaqişənin araşdırılması məqsədi ilə Mərkəzin 9 iyul 2018-ci il tarixli əmri ilə Komissiya yaradılmışdır. Komissiyanın araşdırması nəticəsində İddiaçı xəbərdarlıq elan edilmişdir. Onda Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi iddiaçı barəsində ciddi tədbir görülməsinə münasibət bildirilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən etik davranış qaydalarına əməl etmədiyinə görə (heç bir üzrlü səbəb olmadan 3 (üç) iş günü müddətinə işə gəlmədiyinə görə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla 28 iyul 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 11 mart 2019-cu il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 9 aprel 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11.03.2019-cu il tarixli əmrinin ləğv edilm əsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi) bərpa olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, qüvvədə olan qanunvericiliyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin hərəkəti qanunaziddir. İddiaçı işdən çıxarılmasını qeyri-qanuni hesab edir. Əmr formal-hüquqi baxımdan qanunsuzdur. İşdən azad edilmə barədə əmrdə işdən azad edilmənin hüquqi əsası doğru göstərilməmiş, əmr lazımı qaydada həyata keçirilən icraat nəticəsində qəbul edilməmişdir. Belə ki, sözügedən əmrdə istinad o lunan “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi bu Qanunun 25.2.6cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad etməni nəzərdə tutur. Sözügedən 25.2.6-ci maddə isə dövlət qulluğundan azad etmə növündə intizam tənbehidir. Bu intizam tədbirinin icrası isə sözügedən Qanunun 34-cü maddəsinə əsasən Əmək Məcəlləsinin 70ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, əmr Əmək Məcəlləsinin 76.2ci maddəsinin tələbləri pozulmaqla qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla qəbul edilmiş və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan tərtib edilmişdir. Sözügedən əmrə əsasən etik davranış qaydalarına əməl etmədiyinə, yəni heç bir üzrlü səbəb olmadan 3 iş günü müddətində işə gəlmədiyinə görə işdən azad olunmuşdur. Əsasın belə bir redaksiyada göstərilməsindən aydın olur ki, mötərizədə göstərilmiş – “heç bir üzrlü səbəb olmadan 3 iş günü müddətində işə gəlmədiyinə görə” cümləsi etik davranış qaydası kimi götürülmüşdür. Lakin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun “Etik davranış qaydaları” haqqında 2-ci fəslində sadalanan 14 etik davranış qaydası arasında işə davamiyyət qaydası ilə bağlı heç bir müddəa yoxdur. Hətta işə davamiyyət 15-ci qayda kimi müəyyən edilsə belə, bu Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas olduğu üçün işə götürən “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq işçi barəsində işdən azad etmə növündə tənbeh tədbiri seçdikdə belə Əmək Məcəlləsinin 70-ci m addəsinə istinad etməli, habelə 71.3-cü maddəyə əsasən onu Əmək Məcəlləsinə uyğun olaraq əsaslandırmalıdır. Əmrdə qeyd olunduğu kimi üzrsüz səbəbdən iş buraxmamışdır. Belə ki, səhhətində narahatçılıq səbəbindən poliklinikaya müraciət etməzdən öncə işlədiyi Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktorunun yanında olmuş, ondan xəstəliyi ilə bağlı, həmçinin qayınatasının yas mərasiminin təşkili ilə əlaqədar ödənişli, yaxud ödənişsiz məzuniyyətə çıxmaq istədiyini bildirmişdir. O, da öz növbəsində hazırda işlər çox olduğundan nazirlikdən icazə verməyəcəklərini bildirərək ona istənilən vaxtı şifahi icazə verəcəyini bildirmişdir. 26.02.2019-cu il tarixdə səhhəti ilə əlaqədar direktor müavininə bildirərək Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Orada həkimterapevt Arzu Rəcəbo va tərəfindən ilkin müayinə olunduqdan sonra digər müayinələr üçün göndərişlər verilmiş, “xroniki qastritin kəskinləşməsi diaqnozu qoyuldu” müalicə resepti yazılmış və ilkin olaraq 27, 28 fevral və 1 mart tarixlərində işdən azad olunduğunu bildirmişdir. Öz növbəsində 27 fevral 2019-cu il tarixdə saat 08:52 radələrində bir daha direktor müavininə zəng edərək ambulator xəstəliyi səbəbindən işə gəlməyəcəyini demiş və votsap vasitəsi ilə eyni məzmunlu yazı göndərmişdir. O, da ona bir neçə dəqiqə sonra zəng edərək, gələrkən xəstəlik vərəqi gətirməsini bildirmişdir. Bunun sübutu olaraq da Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasının 01.03.2019cu il tarixli arayışından da aydın olduğu kimi üzrlü səbəbdən 3 gün müddətində səhhətində yaranan problemlərlə bağlı işə getməmişdir. Bu arayış tərəfindən əmr qəbul olunmamışdan öncə, yəni 04.03.2019-cu il tarixdə rəhbərliyə şəxsən təqdim olunmuşdur. Deməli onun işə gəlməməsi üzrsüz deyil, üzrlü haldır. Bundan əlavə olaraq 01.03.2019-cu il tarixdə yaxın qohumunun vəfatı ilə əlaqədar hüzur mərasimində iştirak etməli də olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, ona münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 72-ci maddəsinin “a” bəndinin əsasları mövcud deyildir. Əlavə olaraq bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri 11.03.2019-cu il tarixdə qəbul edilsə də, 13.03.2019-cu il tarixədək işdə olmuş, təxminən 11:30 radələrində xidmət etdiyi otağa zəng gəlmiş, direktorun onu çağırdığını bildirmişlər. Direktorun yanına getmiş, orada ona nazirlikdən kadrlardan çağırıldığını bildirmiş və başqa heçnə deməmişdir. Na zirliyə getmiş, ona heç kim heç nə demədən əmək kitabçasını və əmrin surətini ayın 13-nə imza etdirərək ona təqdim etmişlər. Mart ayının 11 günündə işdən azad olunmasına baxmayaraq 11, 12 və 13 mart tarixlərində iş yerində olaraq vəzifələrini icra etmişdir. Bu haqda idarənin davamiyyət kitabında qeydlər mövcuddur. Bütün bu baş verənlərin səbəbi isə 01.11.2019-cu il tarixdə Nazirlik üzrə elan olunmuş daxili müsahibədə iştirak edərək direktor vəzifəsinə uyğun bilinməsi olmuşdur. Daha sonra Nazirliyə dəvət olunmuş, ona daha aşağı təsnifat və daha aşağı vəzifə təklif olunmuş, yəni sektor müdiri. İmtahandan keçdiyi vəzifəyə təyin etmələrini xahiş etmişdir. Bununla bağlı Məşğulluq Xidmətinin kadrlar şöbəsində, Nazirliyin kadrlar şöbəsində olmuşdur. Ona yalnız sektor müdir vəzifəsi verilə biləcəy ini bildirmişlər. Nazirlə görüşmək istədiyini xahiş etmiş, DMX rəisi, nazir müavinin qəbuluna düşməklə bağlı müraciətlərinə rədd cavabı almışdır. Sonra şəxsən nazirə müraciət etmiş, nazir ona narahat olmaması, məsələnin həll olunacağını onun yanında tapşırıq vermişdir. Bundan sonra nazirliyə dəvət olunmuş, daxili nəzarət şöbəsində təhdid etməyə başlamışlar. Sonunda da bu addımı ataraq qanunsuz, ədalətsiz əmr vermişlər.
9. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, iddiaçı 11 mart 2019cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən, yəni etik davranış qaydalarına əməl etmədiyinə görə işdən azad edilmişdir. İddiaçının işdən azad olunmasına əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 5 mart 2019-cu il tarixli xidməti məruzəsi olmuşdur. İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə (etik davranış qaydalarına əməl etmədiyinə görə) əsasən işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Bundan əlavə, iddiaçı barəsində 2004-cü ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci, yəni hərbi xidmət keçməkdən boyun qaçırma və 2012-ci ildə 320-ci, yəni rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələrinə əsasən məsuliyyətə cəlb edilmişdir.
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2- 1(085)-868/2019 saylı iş) 15 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən (heç bir üzrlü səbəb olmadan 3 (üç) iş günü müddətinə işə gəlmədiyinə görə) dövlət qulluğundan azad edilməsi barədə 11 mart 2019cu il tarixli əmri qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən əmrin ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun, o cümlədən “Dövlət qulluğu haqqında” Qanunun tələblərinin pozulması müəyyən edilməmişdir. İddiaçı məh kəmə iclasında izahat verərək işə getmədiyi 3 iş günü müddətində xəstə olmasını və bu barədə Sumqayıt 4 nömrəli şəhər Poliklinikasının 1 mart 2019-cu il tarixli arayışını 04.03.2019-cu il tarixdə rəhbərliyə şəxsən təqdim etdiyini bildirsə də, həmin arayışın cavabdehə təqdim olunmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin arayışın cavabdehə təqdim olunmaması, iddiaçı barəsində tərtib edilmiş xidməti məruzənin məzmunundan da müəyyən olunur. Məruzədə qeyd edilmişdir ki, “Mərkəz tərəfindən onunla əlaqə saxlanıldıqda isə xəstə olduğunu və müalicə aldığını bildirmişdir.” Göründüyü kimi iddiaçı xəstəliyi barədə məlumatı iş yerinə şifahi qaydada vermişdir. Bundan əlavə 6 iyul 2018-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzində iddiaçı ilə vətəndaş ara sında münaqişə baş vermiş və münaqişənin araşdırılması nəticəsində iddiaçıya xəbərdarlıq elan edilmişdir. İddiaçı öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsi, əmək və icra intizamını pozması nəticəsində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 5.1-ci maddəsinin tələblərini pozmuş və bu hal da iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X12-məruzəçi, X13 və X8, 21(105)-190/2020 saylı iş) 3 fevral 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X9 -məruzəçi, X2 və X1, 2-1(102)-1122/2020 saylı iş) 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmrin hüquqi əsası kimi istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələb lər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut işdə yoxdur. Əmrdə bilavasitə göstərilməsə də, cavabdeh iddiaya etirazın əsası kimi iddiaçıya əvvəllər – 10 iyul 2018-ci il tarixdə “xəbərdarlıq” edildiyinə istinad edir. Lakin “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində “xəbərdarlıq” intizam tənbehi kimi nəzərdə tutulmadığından, cavabdehin istinad etdiyi “xəbərdarlıq” intizam tənbehinə xas olan hüquqi nəticələri yaratmır. Başqa sözlə, cavabdeh pozuntunun nəinki mütəmadiliyini (davamlı olaraq baş verdiyini), hətta onun təkrarlığını sübu t edə bilməmişdir. Məhkəmələr işin hallarını “Dövlət qulluğu haqqında” Qanunun 20, 25.2, 25.4-cü maddələrinin tələbləri baxımından araşdırmayıblar. İddiaçı barəsində inzibati orqan tərəfindən, ümumiyyətlə, araşdırma (xidməti yoxlama) aparılmışdırmı? Araşdırma aparılmasının qaydalarına riayət olunmuşdurmu (Qanunun 25.3 və 25.4-cü maddələri)? İnzibati icraat zamanı cavabdeh inzibati orqan, bundan sonra məhkəmə icraatında məhkəmələr həmin sualları cavablandırmamışlar. Əmrin faktiki əsası kimi iddiaçının “etik davranış qaydalarına əməl etmədiyi” göstərilsə də, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun məhz hansı müddəasının iddiaçı tərəfindən pozulduğu əmrdə göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticənin hüquqi əsası kimi “Dövlət qulluqçuları nın etik davranış qaydaları haqqında” Qanunun 5.1 və 9-cu maddələrinə istinad etmişdir. Cavabdeh inzibati orqanın əmrində bilavasitə istinad edilməsə də, apellyasiya instansiyası məhkəməsi özünün qiymətləndirməsinə əsasən hesab etmişdir ki, iddiaçının öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsi, əmək və icra intizamını pozması nəticəsində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun 5.1-ci maddəsinin tələblərini pozmuş və bu hal da iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Cavabdehin əmrinin əsasları (həmin əmrdə isə iddiaçının peşəkarlıq səviyyəsinə istinad yoxdur) və məhkəmənin əsaslandığı hallar, həmçinin istinad etdiyi hüquq normalarının dispozisiya şərtləri “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı maddəsinin tələbləri nəzərə alınmaq la İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə uyğun yoxlanılmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir. Bundan başqa, məhkəmənin istinad etdiyi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 9-cu maddəsinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtlər məhkəmə qərarında göstərilməmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X7məruzəçi, X10 və X3, 2-1(105)-143/2021 saylı iş) 27 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddiaçının iddiası təmin edilmişdir.
18. Apelyasiya insta nsiyası məhkəməsi qərarını kasasiya instansiyası məhkəməsinin göstərişinə uyğun əsaslandırmışdır.
19. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarını 4 mart 2021-ci il tarixdə almış, 1 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
20. İddiaçı 11 mart 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6cı maddəsinə (etik davranış qaydalarına əməl etmədiyinə görə) əsasən işdən azad edilmişdir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 5 mart 2019-cu il tarixli məruzəsinə əsas ən Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi iddiaçı öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş, əmək və icra intizamım pozmuş, ona edilən xəbərdarlıqlardan nəticə çıxarmamışdır. Həmçinin, iddiaçı 27 fevral 2019-cu il tarixdə işə getməmiş, Mərkəz tərəfindən onunla əlaqə saxlanıldıqda isə xəstə olduğunu və müalicə aldığını bildirmişdir. Lakin, həmin tarixdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün heç kimə məlumat vermədən özbaşına Sabirabad rayonuna getmişdir. Həmin dövrdə iddiaçı 3 gün işdə olmamışdır (davamiyyət cədvəlləri əlavə edilir). İşdə olmadığı günlər üçün əmək qabiliyyətini itirmə vərəqəsi tələb edildikdə isə iddiaçı bunu edə bilməmiş və əvəzində səhiy yə müəssisəsindən əldə etdiyi arayış təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 1-ci hissəsinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur.
22. Qeyd edilən məsələyə aydınlıq gətirilməsi üçün Səhiyyə Nazirliyinə müvafiq sorğu verilmiş və Səhiyyə Nazirliyinin 07.03.2019-cu il tarixli məktubundan və onun qoşmasında n göründüyü kimi iddiaçıya əmək qabiliyyətli olmama vərəqəsi açılmamışdır (surətləri iş materiallarında).
23. Məhkəmə isə xəbərdarlığın edilməsini intizam tədbirinə xas olmayan əməl kimi qiymətləndirmişdir, lakin məhkəmə nəzərə almalıdır ki, intizam tədbirləri müvafiq xəbərdarlıqdan sonra baş verir və intizam tədbiri birbaşa yönəldiyi üçün və birbaşa icra edildiyi üçün şəxsə qeyri-etik hərəkətlərinin davamı nəticəsində intizam tədbirləri görüləcəyi bildirilir. Məhkəmə intizam tədbiri görülməzdən əvvəl bu halın təkrar olmasının məcburiliyini bildirir. İntizam tədbiri görülərkən şəxsə müvafiq seçilir və həmin şəxsin qeyd olunan qeyri-etik hərəkətlərin təkrarlanaraq baş verməsini Sumqayıt şəhər Məşğulluq Mərkəzinin 10 iyul 2018-ci il tarixli iclasının 2 saylı protokol qərarının surətində təsd iq edilir. 24. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. 25. 1 mart 2019-cu il tarixli arayışın cavabdehə təqdim olunmaması iddiaçı barəsində tərtib edilmiş xidməti məruzənin məzmunundan da müəyyən olunur. İddiaçı xəstəliyi barədə məlumatı iş yerinə şifahi qaydada vermişdir. 26. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsinin 72-ci maddəsinin birinci hissəsinin “ a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmək əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
27. Lakin işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iş materiallarında olan sübutlara və istinad edilən normalara düzgün qiymət verməmiş, tətbiq etməli olduğu “Dövlət qulluğu haqqında” Qanunun 33, 25, 18-ci maddələrini tətbiq etməmiş, səhv hüquqi nəticəyə gəlmişdir və nəticədə düzgün olmayan qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
30. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 31. “Dövlət qulluğu haqqında” Qanun: Maddə
18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-); 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olma dan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun s tatusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa q ayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-); 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən e dilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci ma ddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə
34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. 32. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyə sində yerinə yetirməyə borcludur. Maddə
9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
33. Əmək Məcəlləsi: Maddə
5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeyd iyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-); ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (-). Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).
2. Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəru riliyini əsaslandırmalıdır. Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (-). Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar http://frameworks.e-qanun.az/46/f_46943.html
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci h issəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 34. “İnzibati icraat haqqında” Qanun: Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslan dırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
35. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikl əri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi g östərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
36. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
38. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X6 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən iddiaçı cavabdehin 11 mart 2019-cu il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən etik davranış qaydalarına əməl etmədiyinə görə (heç bir üzrlü səbəb olma dan 3 (üç) iş günü müddətinə işə gəlmədiyinə görə) tutduğu vəzifədən azad edilmiş və onunla 28 iyul 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 11 mart 2019-cu il tarixdən xitam verilmiş, mübahisə ilə bağlı yuxarıda bəhs edilən məhkəmə qərarları qəbul edilmişdir.
39. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı etik davranış qaydalarına əməl etmədiyinə görə işdən azad edilmişdir. İddiaçı vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlardan nəticə çıxarmamışdır. 27 fevral 2019-cu ildən başlayaraq 3 gün işə çıxmamış, əmək qabiliyyətli olmama barədə xəstəlik vərəqi təqdim etməmişdir.
40. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
41. Cavabdehin imzaladığı 11 mart 2019-cu il tarixli əmrdə hüquqi əsas kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir.
42. Əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır.
43. Cavabdehin kasasiya şikayətində qeyd etdiyi kimi, “Dövlət qulluğu haqqında ” Qanunun 34-cü, habelə Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən mübahisəyə Əmək Məcəlləsinin bəzi müddəaları tətbiq edilə bilər.
44. Əmək Məcəlləsinin yuxarıda bəhs olunan müddəalarına görə işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
45. Bununla belə əmək qanunvericiliyinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi).
46. Cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair, həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini 11 mart 2019-cu il tarixli əmrində əsaslandırmamış, məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.
47. Əksinə, iddiaçının təqdim etdiyi Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 1 mart 2019-cu il tarixli arayışı ilə təsdiq olunur ki, iddiaçı 26 fevral 2019-cu i l tarixdə xəstəlik səbəbindən 4 saylı Sumqayıt şəhər Poliklinikasına müraciət etmiş, xəstəyə ilkin diaqnoz qoyulmuş, müayinə olunmaq üçün göndərişlər verilmiş (göndərişlər işə əlavə olunmuşdur) 27, 28 fevral və 1 mart 2019-cu il tarixlərdə işdən azad olunacağı bildirilmiş, həkimin işi çox olduğundan xəstəyə qeyd edilən tarixdə əmək qabiliyyəti olmama vərəqi açılmamışdır. Bu səbəbdən təqdim edilmiş arayışı ƏQOV əvəzi kimi qəbul edilməsi xahiş olunur.
48. İşdə olan sənədlərlə həmçinin təsdiq olunur ki, iddiaçı xəstəliyi barədə iş yerini də məlumatlandırmışdır.
49. Məhkəmə kollegiyası cavabdehin şikayətinin o dəlili ilə razılaşaraq qeyd edir ki, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətənda şlara xəstəlik vərəqlərinin verilməsi qaydası haqqında Təlimat”ın tələbinə görə müvəqqəti əmək qabiliyyətini itirmə xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Lakin səhiyyə orqanının 1 mart 2019-cu il tarixli arayışın məzmununa görə iddiaçı 3 gün ərzində xəstəliyi ilə bağlı işə çıxa bilməmişdir və arayışdakı məlumatlarla iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi istisna olunur.
50. İddiaçının etik davranış qaydalarına əməl etməyərək ona edilən xəbərdarlıqdan nəticə çıxarmaması barədə cavabdehin şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqq ında” Qanunun 18ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun.
51. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut işdə yoxdur.
52. Cavabdeh əvvəllər, yəni 10 iyul 2018-ci il tarixdə iddiaçıya “xəbərdarlıq” edildiyini bildirsə də, “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində “xəbərdarlıq” intizam tənbehi kimi nəzərdə tutulmadığından, cavabdehin istinad etdiyi “xəbərdarlıq” intizam tənbehinə xas olan hüquqi nəticələri yaratmır. Başqa sözlə, cavabdeh pozuntunun nəinki mütəmadiliyini (davamlı olaraq baş verdiyini), hətta onu n təkrarlığını sübut edə bilməmişdir. 53. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur. İşdə olan sənədlərlə də iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə əməl etmədiyi müəyyən olunmamışdır.
54. Cavabdeh kasasiya şikayətində hüquq əsası kimi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 5.1 və 9-cu maddələrinə istinad etmiş, lakin iddiaçının həmin normaların tələblərini pozmasına dair hər hansı sübut təqdim etməmiş, işdə olan sübutlarla iddiaçının adı çəkilən normaların tələblərinə riay ət etməməsi təsdiq olunmamışdır.
55. Cavabdeh 11 mart 2019-cu il tarixli əmri qəbul edərkən əsaslandırmadığından və inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul etdiyindən iddianı təmin etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur.
56. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
57. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
58. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddəl ərini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-143/2021 saylı 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.