Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-865/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; kameral vergi yoxlaması; işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin verg i qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(107)53/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2 may 2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində gəlir vergisini 1.740,34 manat göstərmiş, həmin bəyannamə üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilən verginin məbləği 135.490,05 manat olmuş və “Vergilərin hesablanması barədə” 22 may 2018-ci il tarixli, **********895000 nömrəli qərara əsasən iddiaçıya 133.749,71 manat əlavə verg i hesablanmışdır. 2. 1 iyun 2018-ci il tarixdə iddiaçı tərəfindən 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim olunmuş, bu bəyannamə üzrə vergi orqanı tərəfindən 1 iyun 2018-ci il tarixli, **********528600 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya 133.749,71 manat əlavə hesablanmış vergi məbləği qüvvəsində saxlanılmış və 22 may 2018-ci il tarixli **********895000 nömrəli əvvəlki qərar ləğv edilmişdir.
3. İddiaçı 6 avqust 2018-ci il tarixdə yenə də 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bu bəyannamə üzrə vergi orqanı tərəfindən 6 avqust 2018-ci il tarixli, **********017800 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya 133.749,71 manat əlavə hesablanmış vergi məbləği yenə də qüvvəsində saxlanılmış və 1 iyun 2018-ci il tarixli, **********528600 nömrəli əvvəlki qərar ləğv edilmişdir.
4. İddiaçı 17 sentyabr 2019-cu il tarixdə yenidən 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bu bəyannamədə gəlir vergisini 6.275,02 manat göstərmiş, bəyannamə üzrə kameral yoxlama zamanı ödənilməli verginin məbləği 135.490,05 manat müəyyən olunmuş, ona görə də vergi orqanı 15 oktyabr 2019-cu il tarixli, **********036000 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edərək iddiaçıya 129.215,03 manat əlavə vergi hesablanmış və 6 avqust 2018ci il tarixli, **********017800 nömrəli əvvəlki qərarı ləğv etmişdir.
5. İddiaçı 8 noyabr 2019-cu il tarixdə yenə də 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş b əyannamə təqdim etmiş, bu bəyannamə üzrə vergi orqanı tərəfindən 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya 129.215,03 manat əlavə hesablanmış vergi məbləği qüvvəsində saxlanılmış və 15 oktyabr 2019-cu il tarixli, **********036000 nömrəli əvvəlki qərar ləğv edilmişdir. Bundan sonra isə iddiaçı tərəfindən 2017-ci ilin gəlir vergisinə dair bəyannamə üzrə vergi orqanının (cavabdehin) 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli “Vergilərin hesablanması barədə” sonuncu qərarı məhkəmə qaydasında mübahisələndirilmişdir.
6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli qərarla İddiaçı (VÖEN: * *********) aparılmış kameral yoxlama nəticəsində 135.490,05 manat vergi hesablanmışdır.
7. Yevlax Rayon Məhkəməsinin 7 iyul 2021-ci il tarixli, 1(039)-2/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində (ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihama görə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə) nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilərək əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2021-ci il tarixli, 1(107)-311/2021 saylı qərarı ilə Yevlax Rayon Məhkəməsinin İddiaçı bəraət verilməsinə dair 7 iyul 2021-ci il tarixli, 1(039)-2/2021 nömrəli saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli 1(102)-681/2022 qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2021-ci il tarixli İddiaçı haqqındakı qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı 5 dekabr 2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə görə gəlir vergisi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 102.1.11ci maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əl də olunan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər maşın üçün 271.40 manat gömrük rüsumu və vergilər, malların göndərilməsinə görə 100 manat məbləğində sertifikat və sənədlərin alınmasına ödənilmişdir. İxrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilməsi nəzərə alınarsa, bir maşın kənd təsərrüfatı mallarına 1857 manat gəlir hesablanmış olar. 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxi l olması deməkdir. Cavabdeh tərəfindən ona analoji olaraq vergi hesablanmışdır.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 1 iyun 2005-ci il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü saxlama və anbarlara yığma olmuşdur. İddiaçının özünün də etiraf etdiyi kimi, o 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam “bilavasitə” sözü ilə bağlıdır, hansının ki mənası vasitəsiz olaraq, arada heç bir vasitə olmadan mənasına bərabərdir. Başqa sözlə, şəxs özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarından alınan gəl irə görə gəlir vergisindən azaddır. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını vətəndaşlardan alaraq həmin məhsulları ixrac edirsə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. Digər tərəfdən, İddiaçı (VÖEN: **********) 2 may 2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsi 4.064.701,68 manat, xərclərin isə 4.056.000,0 manat, vergiyə cəlb edilən gəlir 8701.68 manat, gəlir vergisinin 1740.34 manat olduğu göstərmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisi “nəzərdə tutulmamalıdır” yazsa da, 2 may 2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində ödəməli olduğu gəlir vergisinin 1740.34 manat olduğunu göstərmişdir. İ ddiaçı kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisinin ödənilməli olduğunu bilmiş və qəbul etmişdir. Razılaşmadığı məqam isə ödəməli olduğu verginin həqiqi məbləğidir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra iddiaçı xərclərini təsdiq edən “malların alış aktını” vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar "xxxx" MMC tərəfindən çap edilmişdir. "Bərdə Poliqraf” MMC 2017-ci ilin noyabr ayında iddiaçı üçün HAN seriyalı 001251-001300 saylı və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901-004050 malların alış aktını çap etmişdir. HAN seriyalı 001251-001300 saylı malların alış aktı 2017-ci ilin noyabr ayında çap edilsə də iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr aylar ı qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktı 2019-ci ilin iyul ayında çap edilsə də iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir
13. Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı ilə (hakim X6) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuş, kənd təsərrüfatı məhsullarını istehsal etməmişdir. Qanunvericiliyin tələbi baxımından iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli qərarın qanuna zidd olduğunu və həqiqəti əks etdirmədiyini sübut və bunun təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı qərarın qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2-1(107)-289/2020 nömrəli qərarı ilə (hakimlər: X11 (sədrlik edən, məruzəçi), X3 və X2) Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(102)-2000/2020 nömrəli qərarı ilə (hakimlər: X5 /sədrlik edən və məruzəçi/, X12 və X13) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçının kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğuna görə vergidən azad edildiyi barədə dəlilini rədd etməkdə haqlı olmuş, lakin sonrakı yoxlamanı tamamlamamışdır. Mübahisələndirilən qərardan göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının 2017-ci ilə dair hesabat dövrü üzrə kameral vergi yoxlaması keçirilmişdir. Buna görə də cavabdehin qərarı, Vergi Məcəlləsinin kameral vergi yoxlamasının əsaslarını və keçirilməsi qaydalarını müəyyən edən 37-ci maddəsinin şərtləri əsasında yoxlanmalıdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bu halda kameral vergi yoxlaması vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilə bilərdi. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin iş materialları ilə vergi orqanının bu tələblərə əməl olunmasını müəyyən etmək mümkün deyildir. İş materiallarına iddiaçıya dəqiqləşdirilmiş hesabatın verilməsinin təklif olunması barədə sənəd əlavə olunmamışdır. Əgər həqiqətən də kameral yoxlama bəyannamənin 2 may 2018-ci il tarixdə təqdim edilməsindən bir ay müddətinə başlanmışsa, qərarın 25 noyabr 20019-cu ildə, yəni 1 il 5 ay sonra qəbul edilməsinin səbəbləri bilinmir. Bundan başqa, iddiaçı kameral qaydada verginin hesablanmasının qanunsuzluğunu təkcə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olması əsası ilə deyil, həm də şərti rentabellik tətbiq olunmaqla hesablanmasını da mübahisələndirmişdir. Lakin məhkəmə bu dəlilə ümumiyyətlə qiymət verməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2021-ci il tarixli, 2-1(107)-155/2021 nömrəli qərarı ilə (hakimlər: X1 /sədrlik edən və məruzəçi /, X8 və X16) Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı kameral qaydada verginin şərti rentabellik tətbiq olunmaqla hesablanmasını mübahisələndirməkdə haqlı deyildir və vergi orqanının iddiaçının üzərinə vergini şərti rentabellik tətbiq etməklə hesablaması qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, malların alış aktları həmin mallar alınan vaxtlarda deyil, sonradan geriyə tarixlərlə tərtib olunmuşdur. Ona görə də vergi orqanı (cavabdeh) haqlı olaraq iddiaçının təqdim etdiyi malların alış aktlarını saxta, qeyri-mötəbər sənədlər hesab etmiş, onları xərcləri təsdiq edən sənədlər kimi qəbul etməmişdir. Həmçinin iddiaçı 1 il 5 ay ərzində dəfələrlə (5 dəfə) 2017-ci ilin gəli r vergisinə dair dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş və vergi orqanı hər dəfə yenidən təqdim olunmuş (yenilənmiş) bəyannamə üzrə kameral yoxlama aparıb yeni qərar qəbul etmək məcburiyyətində olmuşdur. Bu hal eyni kameral yoxlamanın 1 il 5 ay ərzində davam etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamələrin təqdim edildiyi vaxtdan vergi orqanı tərəfindən aparılmış kameral yoxlama və vergilərin hesablanması (yenidən hesablanması) Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən olunan müddətə riayət edilməklə həyata keçirilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı inzibati iş üzrə iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə əsaslı deyildir. Vergi orqanının (cavabdehin) iddiaçı tərəfin dən mübahisələndirilən qərarı qanuni və əsaslıdır, iddiaçının irəli sürdüyü dəlillər həmin qərarın ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsində ikinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1525/2021 nömrəli qərarı ilə (hakimlər: X18 /sədrlik edən və məruzəçi/, X9 və İlqar Dadaşov Ağababaş oğlu) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Kassasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğini hesablama qaydasının tətbiqini istisna edən əsasların cavabdeh tərəfindən müəyyən edilib-edilmədiyi, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini zəruri edən halların və əsasların mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalı və müvafiq sənədlər tədqiq olunması üçün cavabdehdən tələb olunmalıdır. Bundan əlavə, məhkəmə tərəfindən mübahisəyə baxıldığı dövrdə iddiaçının şəxsi vərəqi cavabdehdən tələb edilməli, həmin anda vergi ödəyicisinin borclu olub-olmaması da yoxlanılmalıdır. İddiaçı tərəfindən dəfələrlə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyinə istinad olunsa da, iş üzrə mate riallarda həmin bəyannamələr, habelə vergi ödəyicisinə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi barədə Vergi Məcəlləsinin uyğun olaraq bildiriş aşkar edilməmişdir. Halbuki, iş üzrə düzgün qərarın qəbulu baxımından həmin sənədlərin araşdırılması və onlara qiymət verilməsi zəruridir. Apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(102)-2000/ saylı Qərarında nəzərdə tutulmuş göstərişlər, o cümlədən mübahisə edilən qərarın 1 il 5 ay sonra qəbul edilməsini, verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini şərtləndirən hüquqi əsasların və halların müəyyən edilməsi barədə göstərişlər tam yerinə yetirilməmiş və həmin xüsusatlar araşdırılmamışdır. Nəzərə alınmalıdır ki, iş üzrə materiallara əlavə olunmuş və cav abdehin kassasiya şikayətinə etirazında qeyd etdiyi Yevlax Rayon Məhkəməsinin 7 yanvar 2021-ci il tarixli, 1(039)-2/2021 saylı hökmün surətindən görünür ki, iddiaçının 2017-ci il və 2018-ci ilin birinci rübü üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı təsdiq olunmadığı və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir. Həmin iş üzrə cavabdehin mülki iddiası da baxılmamış saxlanılmışdır. Apellyasiya məhkəməsi tərəfindən bu xüsusat da araşdırılmalı, həmin hökmün qüvvəyə minməsi məsələsi yoxlanılmalı, İPM-in 7.2-ci maddəsi tələbləri baxımından həmin hökmün mübahisənin həllinə və məhkəmə icraatının gedişinə təsiri ilə bağlı hallar da yoxlanılmalıdır. e. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(107)-53/2022 nömrəli qərarı ilə (hakimlər: X14 /sədrlik edən və məruzəçi/, X19 və X15) Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin 25 noyabr 2019-cu il tarixli **********028400 nömrəli qərarı ləğv edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Vergi Məcəlləsində kameral vergi yoxlamasının hansı hallarda və hansı müddətlərdə keçirilə biləcəyi sadalanmış, lakin həmin müddətin 30 iş günü və verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə 15 iş günü müddətində keçirilməlidir. Lakin iş materialları ilə müəyyən olunur ki, mübahisə edilən qərar 1 il 5 ay sonra qəbul edilmişdir ki, bunun cavabdeh tərəfindən ağlabatan izahı verilməmişdir. X29 Bəya nnamələri üzrə “0” dərəcəsi ilə ixrac zamanı depozit hesabı vasitəsi ilə ödənilmiş 9396 manat ƏDV məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən vergi borcu ilə əvəzləşdirilməli olduğu halda, qeyd olunan ƏDV məbləği əvəzləşdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.7 maddəsinə əsasən Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV-yə cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir. YGB üzrə ödənilmiş 9396,0 manat əvəzləşdirilməyən ƏDV məbləğini nəzərə aldıqda 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi üzrə yaranmış gəlir vergisi borcu ilə müqayisədə vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləği müəyyən edilmir. Yəni tədqiqatla qeyd edilənləri nəzərə alaraq, İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il üzrə fiziki şəxsin gəlir vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunmur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Cavabdeh malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməmişdir. Belə ki, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçiril məsini zəruri edən şərtlərin mövcud olduğunu sübut edə bilməmişdir. Çünki, məhkəmənin qanuni qüvvəsini almış bəraət hökmü ilə iddiaçının vergi borcunun olmadığı müəyyən edilmişdir. Həmin hökmdə iddiaçının vergi borcunun olmaması öz təsdiqini tapdığından bu hal hazırkı işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır.
28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən 25 noyabr 2019-cu il tarixli, **********028400 qərar Vergi Məcəlləsini n 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin deyil, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisinin öz təşəbbüsü ilə 8 noyabr 2019-cu il tarixdə təqdim etdiyi 2017-ci ilin üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin kameral qaydada yoxlanması nəticəsində qəbul edilmişdir və yoxlamanın müddəti 1 il 5 ay deyil 17 təqvim günü olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin iş materialları ilə mübahisə edilən qərarın 1 il 5 ay sonra qəbul edilməsi və bunun cavabdeh tərəfindən ağlabatan İzahının verilməməsi” barədə mövqeyi iş materiallarına, işin faktiki hallarına zidd olmaqla maddi hüquq normalarının kobud şəkildə pozulmasıdır. Məhkəmənin bu mövqeyi cavabdehin məhkəmələrə təqdim etdiyi etirazlarda göstərilən sübutlar, verg i ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannamələri, Vergi Məcəlləsinin 37-ci, 72-ci və 85.5-ci maddələrinə zidd olmasına baxmayaraq işin hansı faktiki hallarına istinad edərək qiymətləndirməni həyata keçirməsi qərarda mövcud deyildir. Məhkəmə kollegiyası bu istiqamətdə heç bir araşdırma aparmadan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş izahatda göstərilən xüsusatları, digər sübutları araşdırmadan qəbul etdiyi məhkəmə aktının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməsini istisna etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarında istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2021-ci il tarixli, 1(107)311/2021 saylı qərarından kassasiya protesti və kassasiya şikayəti verilmişdir.
31. İddiaçı xərclərinin uçotunu aparma mışdır. Məhz vergi orqanının tərəfindən hesablanmış 2017-ci il üzrə gəlir vergisi məbləği ilə məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində gəlinən nəticə üzrə hesablanmış vergi məbləğləri arasında fərqin olmasının əsas səbəbi xərc sənədi kimi təqdim edilmiş alış aktlarının vergi orqanı tərəfindən qanunvericiliyin tələbi ilə xərc sənədi kimi nəzərə alınmaması, ekspertlər tərəfindən isə həmin alış aktlarının xərc sənədi kimi nəzərə alınması olmuşdur. Belə ki, İddiaçı 2017-ci ilin gəlir vergisi üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi ödəyicisi xərclərini təsdiq edən sənədlər kimi “malların alış aktlarını” vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar “Bər də Poliqraf MMC tərəfindən çap edilmiş, “Bərdə Poliqraf MMC 2017-ci ilin noyabr ayında İddiaçı üçün HAN seriyalı 001251-001300 saylı və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901-004050 malların alış aktlarını çap etmişdir. HAN seriyalı 001251001300 saylı malların alış aktı 2017-ci ilin noyabr ayında çap edilsə də, iddiaçı vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr ayları qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktları 2019-ci ilin iyul ayında çap edilsə də vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir. Odur ki, İddiaçı vergi orqanına təqdim etdiyi “malların alış aktları" xərc sənədi kim i tanınmaq baxımından qanunvericilik normalarının tələblərinə cavab vermədiyi üçün haqlı olaraq vergi orqanı tərəfindən xərc sənədi kimi qəbul edilməmişdir. Yəni, təkcə bu fakt iddiaçı tərəfindən xərclərin uçotunun aparılmadığını, yalnız sonradan xərclərinin əsassız olaraq süni şəkildə artırılmaq yolu ilə məsuliyyətdən yayınmaq məqsədilə tərtib edilərək saxtalaşdırılmış xərc sənədləri hazırlandığını sübut edir.
32. Məhkəmənin qərarında istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2021-ci il tarixli 1(107)-311/2021 saylı qərarına əsasən işə Vəzirxan Məlikov sədrlik etməklə Rövşən Rəfiyev və Elçin Hüseynovdan ibarət tərkibdə baxılmışdır. Şikayət edilən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci tarixli, 2-1(107)-53/2022 saylı qərar a əsasən inzibati işə Elçin Hüseynovun sədrliyi ilə Ayaz Mahmudov və Mahir Əsədlinin iştirakı ilə baxılmışdır. Eyni zamanda hazırkı inzibati işin bundan əvvəlki apellyasiya məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2-1(107)-289/2020 saylı qərara əsasən işə Rövşən Rəfiyevin sədrliyi ilə Vəzirxan Məlikovun və İmanverdi Şükürovun iştirakı ilə baxılmışdır. Beləliklə, hakimlər Elçin Hüseynov, Vəzirxan Məlikov və Rövşən Rəfiyev eyni hesablama ilə bağlı olan inzibati və cinayət işlərinə həm inzibati kollegiyanın, həm də cinayət kollegiyasının tərkibində baxılmasında iştirak etmişlər ki, bu da yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə ziddir. Həmçinin o da qeyd olunmalıdır ki, eyni hakimlər eyni bir hesablama üzrə işə ayrı-ayrı kollegiyalarda (inzibati və cinayət) fərqli qərarla r qəbul etmişlər ki, bu da yolverilməzdir.
33. Həmçinin məhkəmə kollegiyası sübutları qiymətləndirərkən Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 16.1.11-10, 67.1, 67.14, 83.9, 130-cu maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı qərarının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli, Q-09 nömrəli qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli “09” yanvar 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydalarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlə rinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»nın, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının tələblərinə zidd olaraq xərclərin çəkildiyi dövrdən sonra lisenziyalı mətbəədə çap olunmuş ciddi uçot blankı olan alış aktlarının xərclərin çəkilməsini təsdiq edən sənədlər kimi qəbul etmişdir.
34. İş üzrə təqdim olunmuş alış aktlarının saxtalaşdırılmış xərc sənədləri olması barədə digər sübutlar da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bu halın özü bir daha məhkəmə kollegiyasının iş üzrə tam və hərtərəfli araşdırma aparmamasına dair ciddi əsasdır. Məhkəmə qərarının əsası kimi isti nad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
36. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tə rəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandır ılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
40. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların v ə ya ümumiyyətlə, izahat verməmələrinin üzərindən sükutla keçə bilməz.
42. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1525/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə araşdırılması zəruri olan halları göstərmişdir.
43. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh iş üzrə yazılı izahat təqdim etmiş, həmin izahatda işin digər halları ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 21(102) -1525/2021 nömrəli qərarında göstərilən iş üzrə araşdırılması zəruri olan hallarla bağlı göstərişlərə (qərarın müvafiq bəndlərinə istinadla) münasibətini bildirmiş, özünün həmin hallara dair mövqeyini apellyasiya instansiyası məhkəməsinin diqqətinə təqdim etmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi istinad etdiyi digər halları qərarında əsaslandırsa da, cavabdehin yazılı izahatında göstərilən faktiki halları icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri).
45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına istinad etsə də, həmin normaların dispozisiya şərtlərinin hazırkı işin faktiki halları ilə təmin olunub-olunmadığına dai r cavabdehin izahatında ifadə olunan mövqe və dəlillərə qərarda hər hansı münasibət bildirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında mübahisə edilən qərarın 1 il 5 ay sonra qəbul edildiyinə, bununla bağlı cavabdeh tərəfindən ağlabatan izahın verilmədiyinə əsaslansa da, cavabdeh bəyan edir ki, hazırkı iş üzrə mübahisələndirilən 25 noyabr 2019-cu il tarixli, **********028400 qərar Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin deyil, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisinin öz təşəbbüsü ilə 8 noyabr 2019-cu il tarixdə təqdim etdiyi 2017-ci ilin üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin kameral qaydada yoxlanması nəticəsində qəbul edilmişdir və yoxlamanın müddəti 1 il 5 ay deyil 17 təqvim günü olmuşdur.
46. Cavabdehin bu dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış, ona münasibət bildirilməmişdir.
47. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.
48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2021-ci il tarixli, 1(039)-2/2021 saylı bəraət hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə (ibt idai araşdırma orqanı tərəfindən elan olunmuş ittihama görə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə) nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilərək əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 1(107)-311/2021 saylı qərarı ilə Yevlax Rayon Məhkəməsinin İddiaçı bəraət verilməsinə dair 07 iyul 2021-ci il tarixli, 1(039)-2/2021 nömrəli saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm qanuni qüvvəsini almışdır. Həmin hökmlə iddiaçının vergi borcunun olmadığı müəyyən edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi, həmçinin İPM-in 58.8-ci maddəsinə istinadla göstərmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş di gər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda sözügedən qanuni qüvvəsini almış bəraət hökmündə iddiaçının vergi borcunun olmaması öz təsdiqini tapdığından bu hal hazırkı işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır.
50. Bununla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 1(102)-681/2022 qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2021-ci il tarixli İddiaçı haqqında qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
51. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1525/2021 nömrə li qərarında ifadə olunmuş mövqe nəzərə alınmaqla, İPM-in 7.2-ci maddəsinin tələbləri baxımından həmin cinayət işinin hazırkı mübahisənin həllinə və məhkəmə icraatının gedişinə təsiri ilə bağlı hallar da yoxlanılmalıdır.
52. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(107)-53/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə rədd edili