Məhkəmə qərarları › İş №2-1(102)-865/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-865/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-865/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-3170/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2020-ci tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının sənədlərində Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının xx.xx.2017-ci və xx.xx.2021-ci il ta rixli iclaslarında baxılmış, sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. İddiaçının ərizədə qeyd etdiyi məsələ ilə əlaqədar ona Xidmətin Aparatı tərəfindən dəfələrlə (sonuncu dəfə xx.xx.2021-ci il tarixli H/4345 nömrəli məktubla) ətraflı cavab verilmişdir. Bu səbəbdən iddiaçının sənədləri ünvanına geri qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəra r qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ilin iyun, noyabr aylarında, 1990-cı ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin alınması üçün yaşadığı rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsinə müraciət etmişdir. O, xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Binəqədi rayon Hərbi Komissarlığa müraciət etmiş və mövcud olan sənədlərə baxış keçirdikdən sonra müharibə veteranı adı və vəsiqəsini almaq hüququna malik olduğunu bildirilmişdir. xx.xx.2017-ci il tarixli məktubunda Şuşa rayonun İcra hakimiyyətinin başçısı iddiaçının təqdim etdiyi sənədlərdəki hüquqi əhəmiyyəti olan faktı təsdiq etmək üçün məhkəməyə müraciət etməyini məqsədə uyğun olduğu hesab etmişdir. Bu məsələ ilə bağlı o, Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsi 02 oktyabr 2017-ci il tarixli qərardadında göstərilmişdir ki, ərizəyə əlavə edilmiş arayışlardan görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərlə müəyyən edilir və Şuşa rayon İcra hakimiyyətinin Başçısı tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli arayışından görünür ki, İddiaçı 1988-ci ilin iyun, noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa Xankəndi şəhərlərində döyüş bölmələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2005-ci il Şuşa rayon Hər bi Komissarlığının verdiyi arayışda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi sübut olunur. İddiaçı məsələyə yenidən baxılması üçün müraciət etsə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2017-ci və xx.xx.2021-ci il tarixli iclaslarında baxılmış sənədlərin hüquqi əsas vermədiyinə əsaslanaraq (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığını xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Sadalanan arayışlarla on un Dağlıq Qarabağ ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etdiyi bir başa sübut olunur. AR Şuşa rayon İcra Hakimiyyəti başçısının 16 yanvar 2017-ci il tarixli və 22 noyabr 2017-ci il tarixli məktublarında və 21 oktyabr 2005-ci il tarixli arayışında birbaşa onun 1988-ci ilin iyun, noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olduğunu və döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edir. Binəqədi rayon Məhkəməsi 02 oktyabr 2017-ci il tarixli qərardadında da iddiaçının Şuşa rayon İcra hakimiyyəti başçisi tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli arayışına əsasən 1988-ci ilin iyun, noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olduğunu və döyüş əməliyyatlarında iştirak etdiyini mü əyyən edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Şuşa Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünüm üdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıya İddiaçı adı mövcud deyil. İddiaçı “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı araşdırma aparılmış və Şuşa Rayon İcra Hakimiyyəti 14.02 2020-ci il tarixli, 5/65 nömrəli məktubla bildirmişdir ki, Şuşa rayon İcra Hakimiyyətində vətəndaş İddiaçı 1988-ci ilin iyun-noyabr aylarında, 1990-cı ilin iyun ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa şəhərində döyüş bölgələrində olaraq döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə heç bir rəsmi sənəd yoxdur. Azər baycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçı verilən 21 oktyabr 2005-ci il tarixli 3278 saylı arayışda qeyd edildiyi kimi o, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində olsaydı və döyüş əməliyyatlarında iştirak etsəydi müvafiq əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə daxil edilər, xidməti barədə məlumat olardı. Ancaq bu barədə də heç bir məlumat yoxdur. İddiaçı cavabdehdə olan məlumata görə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 30 iyun 1988-ci il tarixli, 187 saylı əmrilə Şuşa rayon ərazisində qanunsuz meşə qırılmasını yoxlamaq üçün Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti Mühafizə Komitəsinin nü mayəndələri ilə 4 gün müddətinə Şuşa rayonuna, 9 noyabr 1988-ci ildə 324 saylı əmrlə Topxana ərazisində ağac və kolların köklənməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş siqnalı yerində yoxlamaq üçün 5 gün müddətinə yenə Şuşa və Əskəran rayonlarına, Azərbaycan SSR Meşə Təsərrüfatı istehsalat Birliyinin 17 iyul 1990-cı il tarixli 137 nömrəli əmrinə əsasən 7 gün və 2 avqust 1990-cı il tarixli 148 nömrəli əmrinə əsasən isə 3 gün olmaqla 10 gün Laçın və Kəlbəcər meşə təsərrüfatlarında meşələrin qorunub mühafizə edilməsi vəziyyətini nəzarəti qaydada və X1 Vilayətinin təşkilat komitəsinin çağırışına əsasən Xankəndi (Stepanakert) şəhərinə ezam olunmuşdur. Bir neçə gün meşə qırılması faktını yoxlamaq üçün Şuşaya və qonşu rayonlara ezamiyyətə gəlmiş adamın adının Şuşa rayon icra Hakimiyyətinin tərtib etdiyi siyahılara daxil edib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müharibə veteranı adı verilməsi üçün təqdim etməyi qeyri-qanunidir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-7838/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova)

7. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlər ilə İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olarkən döyüş əməliyyatlarında iştirak etməsinə dair heç bir sübut mövcud deyil.

8. İddiaçı apely asiya şikayəti verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3170/2022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakimlər – A.Hüseynov və A.Hüseyn ) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-7838/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sü buta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir.

11. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 7-ci maddəsinin, Azərbaycan Respublik ası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinin normaları ilə əsaslandırmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)3170/2022 nömrəli qərarının qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

16. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni m illətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami his sə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

18. Həmin qərarda dəyişikliklər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər.

19. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirli yi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəm iyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutla r məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilm əli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə ba xılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillər ini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində İddiaçı 1988-ci ilin iyun-noyabr aylarında, 1990-cı ilin iyun ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa şəhərində döyüş bölgələrində olaraq döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə heç bir rəsmi sənəd mövcud olmamışdır.

28. Eyni zamanda arxiv arayışları ilə müəyy ən olunmuşdur ki, İddiaçı haqqında cavabdehdə olan məlumata görə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 30 iyun 1988-ci il tarixli, 187 saylı əmrilə Şuşa rayon ərazisində qanunsuz meşə qırılmasını yoxlamaq üçün Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti Mühafizə Komitəsinin nümayəndələri ilə 4 gün müddətinə Şuşa rayonuna, 9 noyabr 1988-ci ildə 324 saylı əmrlə Topxana ərazisində ağac və kolların köklənməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş siqnalı yerində yoxlamaq üçün 5 gün müddətinə yenə Şuşa və Əskəran rayonlarına, Azərbaycan SSR Meşə Təsərrüfatı istehsalat Birliyinin 17 iyul 1990-cı il tarixli 137 nömrəli əmrinə əsasən 7 gün və 2 avqust 1990-cı il tarixli 148 nömrəli əmrinə əsasən isə 3 gün olmaqla 10 gün Laçın və Kəlbəcər meşə təsərrüfatları nda meşələrin qorunub mühafizə edilməsi vəziyyətini nəzarəti qaydada və X1 Vilayətinin təşkilat komitəsinin çağırışına əsasən Xankəndi (Stepanakert) şəhərinə ezam olunmuşdur. Bir neçə gün meşə qırılması faktını yoxlamaq üçün Şuşaya və qonşu rayonlara ezamiyyətə gəlmiş adamın adının Şuşa rayon icra Hakimiyyətinin tərtib etdiyi siyahılara daxil edib.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın “15-19” bəndlərində qeyd olunan məhkəmə hüquq normalarının tələbləri baxımından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahla rın təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Şuşa Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıya İddiaçı adı mövcud deyil.

30. Beləliklə, iddiaçının döyüşən ordunun tərkibində döyüş əməliyyatları aparılan zaman iştirakı iş materialları ilə öz təsdiqini tapmamışdır.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 20 bəndlərində qeyd olunmuş prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3170/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar