Məhkəmə qərarları › İş №2-1(102)-865/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-865/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-865/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya, ümumi staj Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2265/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına, hərbi biletə və diploma əsasən o, 01 sentyabr 1979-cu il tarixdə peşə məktəbinə daxil olmuş və 15 iyul 1982-ci il tarixdə həmin məktəbi bitirmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən hal hazırda da əmək fəaliyyəti ilə məşğuld ur.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh 20 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli peşə texniki məktəbində “teplovoz maşinistinin köməkçisi" ixtisası üzrə təhsil almışdır. Bu barədə ona 1982-ci il tarixli, 602732 saylı diplom təqdim olunmuşdur. xx.xx.1982-ci il tarixində 364 saylı əmrlə Lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyoru vəzifəsi üzrə işə qəbul olunmuşdur. xx.xx.1982-ci il tarixində 388 saylı əmrlə teplovoz maşinistinin köməkçisi üzrə müstəqil işə buraxılmış, xx.xx.1983-cü il tarixində 175 saylı əmrlə sovet ordusu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixində 26 2 saylı əmrlə Lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixində 292 saylı əmrlə həmin vəzifə üzrə müstəqil işə buraxılmış, xx.xx.1986-cı il tarixində 167 saylı əmrlə yaşayış yerinin dəyişməsi ilə əlaqədar işdən öz istəyi ilə azad edilmişdir. Daha sonra xx.xx.1986-cı il tarixində 86 saylı əmrlə Zığ zeytun sovxozunda tikinti üzrə fəhlə kimi işə başlamış, xx.xx.1987-ci il tarixində 86 saylı əmrlə traktorçu vəzifəsinə keçirilmiş, 12.01,1989-cu il tarixində 03 saylı əmrlə öz istəyinə əsasən işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixində 8 saylı əmrlə “Alov" Kooperativində 1-ci dərəcəli şüşə kəsici kimi işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixində 101 saylı əmrlə 2-ci dərəcəli lakçı kimi işə davam etmiş, xx.xx.1990-cı il tarixin də 60 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixində 26 saylı əmrlə “Palıd” Kooperativi 2-ci dərəcəli şüşə kəsicisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixində 19 saylı əmrlə işdən azad edilmişdir xx.xx.1991-ci il tarixində 4 paraqraf 2 saylı əmrlə “Mehriban" ÖM yanında “Arzu” X1 müəssisəsi ayaqqabıçı kimi işə qəbul olmuş, xx.xx.1992-ci il tarixində 25 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1992-ci il tarixində 28 saylı əmrlə ayaqqabıçı kimi işə bərpa edilmiş, xx.xx.1992-ci il tarixində 50 saylı əmrlə işdən azad edilmişdir. Bundan sonra, xx.xx.1992-ci il tarixində 224/şh saylı əmrlə “Azərneftyağ” BNZ-də 1 nömrəli sexin 102 nömrəli qurğusuna 3-cü dərəcəli qurğu əməliyyatçı kimi işə qəbul olmuş, xx.xx.1993-cü il tarixində 208/k saylı əmrlə 3-cü dərəcəli sexə texniki nasoslar maşinisti vəzifəsinə, xx.xx.1994-cü il tarixində 295 saylı əmrlə yanacaq istehsalı 1 nömrəli sahə ELOU-AVT-2-2 3-cli dərəcəli texn.nasoslar maşinisti, xx.xx.1995-ci il tarixində 113/şh saylı əmrlə 4-cü dərəcəli, xx.xx.1996-cı il tarixində 14/şh saylı Əmrlə 5-ci dərəcəli texn.nasoslar maşinisti vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda da həmin müəssisədə əmək fəaliyyətini davam etdirir. İş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, guya xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(112)-473/2023 saylı qərarı ilə (hakim X6) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2006-cı ilədək iddaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır.

10. Cavabde h apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2265/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X4iu (məruzəçi), X3 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(112)-473/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a ) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

15. Cavabdeh bildirmişdir ki, iddiaçının pensiya hüququnun yaranması üçün 25 il sosial sığorta mövcud deyildir. Lakin buna baxmayaraq məhkəmələr konkret sübutlara istinad etmədən iddiaçının iddia tələbini təmin etmişlər. Belə ki, məhkəmə sorğusu əsasında iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 21 nömrəli məktubunda iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixədək “Mehriban” İB-nin nəzdində olan “Arzu” İM-də çəkməçi işləməsi qeyd edilmişdir. Müvafiq məktubda İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Mehriban” İB-nin nəzdində olan “Arzu” İM-də çəkməçi işləməsi qeyd olunsa da, iddiaçının həqiqətən həmin müəssisədə işləməsinə dair müvafiq sübutlar təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri... 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kab ineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texni ki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəali yyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri A li Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şik ayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin t əşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət də aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;

2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;

3. Ümumi iş stajı minimum 25 il olmalıdır.

30. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirir. Qeyd edilir ki, "xxxx" MMC tərəfindən verilmiş məktubda İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Mehriban” İB-nin nəzdində olan “Arzu” İM-də çəkməçi işləməsi qeyd ol unsa da, iddiaçının həqiqətən həmin müəssisədə işləməsinə dair müvafiq sübutlar təqdim edilməmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Mehriban” İB-nin nəzdində olan “Arzu” İM-də çəkməçi işləməsi ona məxsus əmək kitabçasında qeyd edilir. Həmin əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi və saxtalığı ilə əlaqədar olaraq cavabdeh inzibati orqan hər hansı sübut təqdim etməmişdir. 32. “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan müddəalarına görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilm əyibsə, mötəbər hesab olunur.

33. Bu müddəaları hazırkı mübahisəyə tətbiq edən məhkəmə kollegiyası bildirir ki, iddiaçıya məxsus əmək kitabçasında olan məlumatların cavabdeh tərəfindən həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər hesab olunur.

34. Bundan əlavə, "xxxx" MMC xx.xx.2022-ci il tarixli 21 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1991-xx.xx.1992-ci il tarixədək; xx.xx.1992-xx.xx.1992-ci il tarixədək həqiqətən ayaqqabının fərdi tikişi və təmir üzrə “Mehriban” İB-nin nəzdində olan “Arzu” İM-də çəkməçi işləmişdir.

35. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alın madan ümumi qaydada sığorta stajına daxil edilir.

36. Hazırda cavabdeh tərəfindən mübahisələndirilən dövrün bir hissəsi (xx.xx.1991xx.xx.1992-ci il) qanunun bu müddəasının təsir dairəsini əhatə etdiyindən həmin müddət qeyri-şərtsiz iddiaçının sığorta stajına daxil edilməlidir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-2265/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar