Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-866/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (üç illik müavinətə əlavələrin hesablanması ). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı əmək pensiyasına əlavənin verildiyi tarixdən əvvəlki 3 illik dövr üzrə fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2998/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli M/V 085173 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət edərək, pensiyanın sığorta hissəsinə əlavələrin ödənilməsini xahiş etmiş, lakin cavabdeh ona imtina cavabı vermişdir. İmtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasına 11 manat əlavənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən əvvəlki 3 illik dövr üzrə fərq məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x xxxxxxx 1992-ci il tarixdə Qazax Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx xxxxxxx 1992-ci il tarixdə hərbi hissənin şəxsi heyətinə daxil edilmişdir. O, Gədəbəy rayonunun Ermənistanla həmsərhəd ərazisində hərbi xidmət keçmişdir. 1996-cı ilin iyul ayınadək hərbi xidmətdə olmuşdur. Həmin müddətdə o, vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Onun hərbi bileti naməlum şəkildə itdiyindən, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən ona xx xxxxxx 2018-ci il tarixdə yeni hərbi bilet verilmişdir. O, 2018-ci ildə “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün ilkin olaraq AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciət təmin olunmadığından, o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində həmin quruma qarşı müvafiq tələblə iddia qaldırmışdır. Məhkəmənin 2-1(82)-4217/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuş və həmin qərar əsasında ona müharibə veteranı adı və və siqəsi verilmişdir. Qeyd olunur ki, Tibbi Sosial Ekspert Komissiyasının müvafiq rəyinə əsasən onda “parkinson” xəstəliyi mövcuddur. Buna görə də ona ümumi xəstəlik səbəbi ilə İİ qrup əlillik təyin edilmişdir. O, hazırda əlilliyə görə 184,87 manat müavinət alır. Pensiya ödənişi yalnız bu səbəbdən verildiyi üçün o, pensiyanın sığorta hissəsinə əlavələrin ödənilməsi ilə bağlı ərizə ilə hazırkı cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq b u Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müəyyən müddətlərə təyin edilir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Cavabdehin imtina məktubu çox səthi yazılmışdır. Halbuki, inzibati orqan müraciətə əsaslı şəkildə baxmalı, araşdırma aparmalı, araşdırmanın nəticələri barədə, imtinanın əsasını təyin edən qanun norması barədə imtina məktubunda ətraflı qeydiyyatlar aparmalı və ən əsası da hüquq pozuntusu barədə məhkəməyə müraciət olunmasını tövsiyə etməli idi. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)1921/2019 nömrəli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya əmək pensiyasına 11 manat əlavənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən əvvəlki 3 illik dövr üzrə fərq məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2998/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayət i təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1921/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: siğorta hissəsindən və yığım hissəs indən. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır:- (19.1.6) döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunverici şəxsin əmək pensiyasının siğorta h issəsinə əlavəni almaq hüququnun yarandığı gündən yox, konkret olaraq əmək pensiyasını almaq hüququnun yarandığı gündən (hazırki mübahisə üzrə əlilliyə görə əmək pensiyasına hüququnun yarandığı tarix) 3 illik geriyə ödənilməni nəzərdə tutur. Başqa sözlə desək, müharibə veteranı vəsiqəsi ona yalnız əmək pensiyasının sığorta hissəsinə əlavə hüququ verir və özlüyündə əlilliyə görə əmək pensiyası təyin olunması hüququnu yaratmır. Qeyd edilən 3 illik geriyə ödəmə isə əmək pensiyası almaq hüququ ilə əlaqəli olduğundan həmin hüququn yarandığı gündən, hazırki halda iddiaçıya əlillik təyin edilən gündən hesablanaraq ödənilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəs i) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin məhkəmə kollegiyası kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4217/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçıya Azərbaycan Respublikası Müda fiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli M/V 085173 nömrəli müharibə veteranı vəsiqəsi verildiyi tarixdən etibarən cavabdeh tərəfindən müavinətlərin təyin edilərək ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adanın verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. Kollegiya aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəala rının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunver iciliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəl irlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.12-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. 4.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən və yığım hissəsindən. 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: - (19.1.6) döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən m üharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində. 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nə ticə ilə razılaşaraq qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.6-cı maddəsi Azərbaycan Respublikasının xx xxxxx 2019-cu il tarixli 1568-VQD nömrəli Qanunu ilə ləğv edilməsinə baxmayaraq iddiaçı “müharibə veteranı” statusuna əvvəlki dövrdə olan xidmətlərinə görə malik olduğundan, habelə ona əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.6-cı maddəsinin qüvvədə olduğu dövrdə, yəni həmin Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxx 2019-cu il tarixli 1568-VQD nömrəli Qanunu qüvvəyə minənədək təyin edildiyindən, əmək pensiyasının sığorta hissəsinə əlavə kimi 11 manat pul vəsaiti müharibə veteranı adı və vəsiqəsi verildiyi vaxtdan üç il əvvəlki dövrdən başlayaraq hesablanmalıdır. “Sosial müavinətl ər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təy in edilir. Kollegiya hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2998/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-866/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-866/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver