Məhkəmə qərarları › İş №2-1(102)-866/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-866/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-866/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “xxxx” ASC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəxsi hesab vərəqəsindəki borcun ümidsiz borc qismində silinməsi, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan borc barədə qeydin ləğv edilməsi, ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanza də Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16.250,09 manat borcun ümidsiz borc qismində silinməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13.200 manat borc barədə qeydin ləğv edilməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borcla ra silinmiş 27.920 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-78/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus şəxsi hesab vərəqəsinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 05.03.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamə əsasında 961,75 manat, 14.03.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli qətnamə əsasında 19134,05 manat, 11.06.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnamə əsasında 6365,51 manat, 27.11.2012-ci il tarix li 2(85)-2078/2012 nömrəli qətnamə əsasında 1400,20 manat, 16.04.2013-cü il tarixli 2(85)-554/2013 nömrəli qətnamə əsasında 325,88 manat, 24.04.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli qətnamə əsasında 2856,70 manat, ümumilikdə isə 31044,09 manat vergi borcu şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən edilmiş 25.05.2012-ci il tarixdə 981,75 manat, 13.06.2014-cü il tarixdə 2041,60 manat ödənişlər və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30.12.2016cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı 11.770,65 manat silinmə əməliyyatı nəticəsində əmlaka yönəldilən məbləğ üzrə vərəqədə cəmiyyətin hazırda ödənilməmiş vergi borcu 16.250,09 manat təşkil edir.

2. İddiaçı tər əfindən cavabdeh vergi orqanına ünvanlanmış 20.05.2019-cu il tarixli ərizəyə və ona əlavə edilmiş sənədlərə əsasən iddiaçı cavabdehə müraciət edərək cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200,0 manat, “Əmlaka yönəldilmiş məbləğ üzrə vərəqə”də öz əksini tapan 16250,09 manat borcun və 2977,30 manat faiz borcunun silinməsini, tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat və qətnamə ilə əhatə edilən borclara silinmiş 3023,35 manat vəsaitin artıq ödəmə qismində bərpa edilməsini xahiş etmişdir.

3. Cavabdehin 31.07.2019-cu il tarixli “Müraciətə baxılması haqqında” cavab məktubunda qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən əsas vergi üzrə 56831,63 manat, faiz üzə 11136,84 manat, maliyyə sanksiyası üzrə 400,00 manat olmaqla ümumilikdə 68316,51 manat vergi borcunun tələbetmə müddəti bitməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarı üzrə yaranmış öhdəlik 30 (otuz) il keçdikdən sonra qüvvəsini itirir və məhkəmə qərarları üzrə (əmlaka yönəldilən vərəqə) 16.250,09 manat vergi borcunun silinməsi mümkün deyil.

4. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş “Vergi borcunun ödənilməsinə dair” 31.05.2020-ci il tarixli bildirişə əsasən iddiaçının həmin tarixə dövlət büdcəsinə ümumilikdə 122,365.02 manat, o cümlədən vergilər üzrə 85,395.44 manat, maliyyə sanksiyaları üzrə 500,0 manat, faizlər üzrə 20,219.49 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 16,250.09 manat borcu vardır. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən Sumqayıt İnziba ti-İqtisadi Məhkəməsinin 24.04.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli, 16.04.2013-cü il tarixli 2(85)-554/2013 nömrəli, 27.11.2012-cü il tarixli 2(85)2078/2012 nömrəli, 11.06.2012-ci il tarixli 2(85)- 129/2012 nömrəli, 14.03.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli və 05.03.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamələri qəbul edilmiş və həmin qətnamələr cavabdeh vergi orqanı tərəfindən icra edilərək şəxsi hesab vərəqəsində həmin qətnamələr ilə əhatə olunan vergi borcları əsas vərəqədən azaldılaraq, “əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə” daxil edilmişdir. Şəxsi hesab vərəqəsinin “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə” hissəsinə əsasən iddiaçının hazırkı tarixə qətnamələr üzrə ödənilməmiş qalıq borcu 16.250,09 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci ins tansiya məhkəməsindəki icraat

5. İddiaçı 22 oktyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cəmiyyətin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13200,0 manat borcların silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və ya məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə mindiyi tarixdə tələbetmə müddəti ötməmiş borclar mövcud olduqda, həmin vergi borcları ilə əvəzləşdirilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 22.06.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən göründüyü kimi cəmiyyətin vergi öhdəlikləri aşağıdakı kimidir: cəmi ödənilməli borc 150.223,92 manat, o cümlədən, vergilər üzrə 69.657,69 manat, maliyyə sanksiyası üzrə 500,0 manat, faizlər üzrə 14.792,35 manat, əmlaka yönəldilmiş məbləğ üzrə 16250,09 dövlət rüsumu üzrə 55,0 manat, torpaq icarəsi üzrə 14400,0 manat, təsdiqlənməmiş azalma 21482,07 manatdır. İlk öncə cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapan əmlaka yönəldilmiş 16.250,09 manat vergi borcu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb etmə müddəti ötməsinə baxmayaraq cəmiyyətin şəxsi hesab vərəqəsində əsassız olaraq aktiv vergi qismində qalmaqda davam edir. Belə ki, göstərilən vergi məbləği ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2013-cü il tarixli 2(85)-523/2013 nöm rəli, 16.04.2013-cü il tarixli 2(85)-554/2013 nömrəli, 27.11.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli, 11.06.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli, 14.03.2012ci il tarixli 2(85)-43/2012 nömrəli və 05.03.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamələri qəbul edilmiş və həmin qətnamələr cavabdeh vergi orqanı tərəfindən icra edilərək şəxsi hesab vərəqəsində həmin qətnamələr ilə əhatə olunan vergi borcları əsas vərəqədən azaldılaraq, “əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə” daxil edilmişdir. Qeyd olunan qətnamələr 2012-2013-cü illərin müxtəlif aylarında qəbul edilmiş və bir ay sonra qanuni qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 93 və 93.13-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiya larının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Beləliklə, şəxsi hesab vərəqəsində əmlaka yönəldilən vərəqədə öz əksini tapan 16.250,09 manat vergi borcu ilə bağlı məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyindən, həmin borc ümidsiz borc qismində silinməlidir. Bundan başqa cəmiyyətin faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən göründüyü kimi həmin vərəqə üzrə bəzi ödənişlər tələbetmə müddəti ötmüş vergi borclarına silinmişdir. 22.06.2017-ci il tarixdən 14.09.2017-ci il tarixədək-cəmiyyət tərəfindən edilmiş cəmi 27.920,00 manat ödəniş-ödəniş tarixində tələbetmə müddəti ötmüş vergi borclarına silinmişdir. Belə ki, ödəniş olan tarixdə cəmiyyətin mövcud olmuş vergi borcunun 27946,87 manat hissəsi 2010-2012-ci il hesabat dövrələri üzrə səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergilərdən təşkil olunur ki, bu da həmin borclar üzrə tələbetmə müddətinin ödəniş aparılan tarixdə bitdiyini göstərir. Göründüyü kimi, 22.06.2017-ci il tarixdən 14.09.2017-ci il tarixədək cəmiyyət tərəfindən edilmiş cəmi 27.920,00 manat ödəniş əsassız olaraq məhz tələbetmə müddəti ötmüş vergi borcuna aid edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibat i cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş və əsassız olaraq tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsait şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməli və ya mübahisə üzrə yekun qərar qanuni qüvvəyə minən tarixə aktiv vergi borcları ilə əvəzləşdirilməlidir. Şəxsi hesab vərəqəsində öz əksini tapan 13200,0 manat torpaq icarəsi üzrə borca münasibətdə isə qeyd olunur ki, həmin borcun tutulması ilə bağlı cavabdeh vergi orqanının iddia tələbi məhkəmə qərarına əsasən rədd edildiyi və həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə min diyi halda, həmin borc şəxsi hesab vərəqəsindən silinməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanının həmin borc üzrə iddia qaldırmaq hüququ mövcud deyil. Göstərilənlərə əsasən, şəxsi hesab vərəqəsində öz əksini tapan torpaq icarəsi üzrə 13.200,0 manat borc silinməlidir.

7. Cavabdeh vergi orqanının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda qeyd edilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş və qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli qətnaməsi üzrə 5301,80 manat borc məbləği və 5,0 manat dövlət rüsumu, 11.06.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnaməsi üzrə 6365,51 manat borc məbləği və 5,0 manat dövlət rüsumu, 27.11.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli qətnaməsi üzrə 1400,20 manat borc məbləği və 5 manat dövlət rüsumu, 24.04.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli qətnaməsi üzrə 2856,7 manat borc məbləği və 10,0 manat dövlət rüsumu ödənilməmiş qalmışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3, 2-1(118)-134/2020 saylı iş) 25 avqust 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsində mövcud 13200 manat borc qeydinin silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və ya məhkəmənin iş üzr ə qərarı qanuni qüvvəyə mindiyi tarixdə cəmiyyətin tələbetmə müddəti ötməmiş borcları mövcud olduqda, həmin vergi borcları ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Apelyasiya instansiyası məhkəməsində iddiaçının vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16.250,09 manat borcun ümidsiz borc qismində silinməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13.200 manat borc barədə qeydin ləğv edilməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27.920 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni icraata qəbul etmişdir.

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X6məruzəçi, X4 və X2, 2-1(105)-78/2021 saylı iş) 17 fevral 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçının şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat borcun ümids iz borc qismində silinməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200 manat borc barədə qeydin ləğv edilməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyi üzərinə qoyulmuşdur.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də əksini tapan 16.250,09 manat vergi borcu ilə bağlı məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi tarixdən 5 illik müddət ötdüyündən həmin borc ümidsiz borc qismində silinməlidir. İddiaçı özəlləşdirilmiş müəssisə olduğundan və cəmiyyətin istifadəsində olan dövlətə məxsus torpağının üzərində cəmiyyət tərəfindən inşa edilmiş obyekt mövcud oldu ğundan, iddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqının yığılmasına nəzarət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməli olduğundan, cavabdehin icarə haqqını tələb etmək hüququ olmadığından cəmiyyətin “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud 13200 manat borc qeydi ləğv edilməlidir. İddiaçı tərəfindən aparılmış 27920,0 manat ödənişlər Vergi Məcəlləsinin tələblərinə zidd olaraq tələbetmə müddəti ötmüş borclara silindiyindən, həmin məbləğlər iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməlidir.

14. Cavabdeh 31 mart 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. İddiaçı ərizəsində bildirmişdir ki, 22.06.2017-ci il tarixdən 14.09.2017-ci il tarixədək ödədiyi 27.920,0 manat onun 2010-2012-ci il hesabat dövrləri üzrə yaranmış və tələbetmə müddəti ötmüş borclarına aid edilmişdir. İşə baxan aşağı instansiya məhkəmələri isə heç bir araşdırma aparmadan, xüsusi bilik tələb etdiyi halda mütəxəssis cəlb etmədən iddiaçının mövqeyi ilə razılaşmışlar.

16. İddiaçı tərəfindən 22.06.2017-ci İl tarixdən 14.09.2017-ci il tarixədək ödənilmiş 27.920,0 manat vəsaitin ASC-nin 09.03.2015-18.06.2017-ci illər üzrə 1.404,25 manat mənfəət vergisi, 339,24 manat əmlak vergisi, 26.173,44 manat torpaq vergisi olmaqla, cəmi 27.916,93 manat vergilərin ödənilməsinə aid edildiyi i ddiaçı ilə bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanmış cinayət işinə xitam verilməsi barədə 04.05.2018-ci il tarixli qərarın 1-ci və 4-cü abzaslarında öz əksini tapmışdır (surəti əlavə olunur). Lakin iddiaçı qeyd olunan xitam qərarını məhkəmədən gizlətməklə öz mövqeyinin doğru olması ilə bağlı aşağı instansiya məhkəmələrini aldatmağa çalışmış və yekunda buna nail olmuşdur. İstinad edilən xitam qərarında ödənilmiş 27.920,0 manat vəsaitin məhz 2015-2017-ci illər üzrə yaranmış borclara aid edildiyi açıq-aşkar qeyd edilmişdir. Hələ o zaman, yəni 2018-ci ildə iddiaçı hesab etsəydi ki, ödədiyi 27.920,0 manat vəsait guya vaxtı ötmüş 2010-2012-ci il üzrə borcların ödənilməsinə aid edilib, o zaman bu barədə istintaqa, yaxud vergi orqanına öz etirazını bildirməli idi. L akin belə bir etirazın vergi orqanına daxil olmaması da onu sübut edir ki, ödənilmiş vəsait iddiaçının vaxtı ötmüş borclarına aid edilməmişdir.

17. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün qeyd etmişdir ki, şəxsi hesab vərəqəsindən çıxarışlardan görünür ki, cəmiyyətin tələbetmə müddəti ötmüş borcları 22.06.2017-ci il tarixdə 7.000,0 manat ödəniş edilən zaman 18.054,38 manat, 21.07.2017ci il tarixdə 1.000,0 manat ödəniş edilən zaman 18.054,97 manat, 24.07.2017-ci il tarixdə 4.000,0 manat ödəniş edilən zaman 18.054,97 manat, 31.07.2017-ci i) tarixə 3.000,0 manat ödəniş edilən zaman 16.122,37 manat, 16.08.2017-ci il tarixdə 3.000,0 ödəniş edilən zaman 20.537,47 manat, 07.09.2017-ci il tarixdə 2.000,0 manat ödəniş edilən zaman 13.594,07 manat, 14.09.2017-ci il tarixdə 7.920,0 manat ödəniş edilə n zaman 11.594,07 manat təşkil etmiş və həmin ödənişlər məhz tələbetmə müddəti ötmüş borclara silinmişdir.

18. Məhkəmənin və iddiaçının qeyd etdiyi 18.054,38 manat, 16.122,37 manat, 20.537,47 manat, 13.594,07 manat və 11.594,07 manat rəqəmlərinin hansı hesablamalardan hasil olduğu iş materiallarından aydın deyildir. Həmçinin şəxsi hesab vərəqəsində “tələbetmə müddəti ötmüş borclar” adında hər hansı bir sütun yoxdur.

19. Göründüyü kimi, qeyd olunan məbləğlər iddiaçının öz mülahizəsinə əsasən tərtib etdiyi cədvəldə əks etdirdiyi ixtiyari rəqəmlərdir ki, reallıqla heç bir əlaqəsi təsdiq olunmur. Aşağı instansiya məhkəmələri də heç bir araşdırma aparmadan iddiaçının qeyd olunan uydurma mülahizələri ilə razılaşaraq həmin fikirləri qərarlarında əks etdirmişlər. 20. “Dövlət torpaq sahələrinin ica rəsi üzrə vərəqə”də öz əksini tapan 13.200,0 manat borc barədə qeydin ləğv edilməsi ilə bağlı bildirilir ki, icarə haqqının hesablandığı torpaqlar üzərində müəssisə tərəfindən inşa edilmiş obyektlərin mövcud olması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə isə yalnız iddiaçının vəkilinin izahatını bu faktın müəyyən olunması üçün sübut hesab edir ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. Sözsüz ki vəkil burada maraqlı tərəfdir və onun qeyd etdikləri konkret sübutlarla təsdiqini tapmalıdır.

21. Eyni zamanda Dövlət Vergi Xidməti dövlətə məxsus torpaqların icarəyə verilməsindən daxilolmalara dövlət nəzarətini həyata keçirən orqan olduğundan icarə haqları üzrə borc məbləğlərinin şəxsi hesab vərəqəsində ayrıca qrafada əks etdirilməsi sırf uçot və nəzarət funksi yası ilə əlaqədar olduğundan həmin qeydin vərəqədən silinməsi qeyri- mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, bu qeyd informativ xarakter daşıyır və onun tutulması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir hərəkət icra edilmir.

22. ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16.250,09 manat borcun ümidsiz borc qismində silinməsi tələbi ilə bağlı bildirilir ki, iddiaçı bu tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələbinə əsasən cavabdeh vergi orqanına ərizə ilə müraciət etməli olmasına baxmayaraq belə bir müraciət etməmiş və nəticədə iddianın mümkünlük tələbləri ödənilməmiş qalmışdır. Ona görə də iddia bu hissədə mümkünsüz hesab edilməli və iddiaçıya həmin tələbin əks olunduğu ərizə ilə cavabdeh vergi orqanına müraciət e tməsi tövsiyə olunmalı idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

25. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq

26. Vergi Məcəlləsi: Maddə

2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəll ənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. 2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. (-). Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları is tisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir (Bu cümlələr 28 dekabr 2019-cu il tarixdən qüvvədədir). 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. (-). 85.5-2. Vergi ödə yicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir (28 dekabr 2018-ci il tarixdən qüvvədədir). (-). Maddə

93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhd əlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3-cü maddə 28 dekabr 2019-cu ildən qüvvəyə minmişdir).

27. Mülki Məcəllə: Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: (-); 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda t ələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. 28. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun12 yanvar 2011-ci il tarixli qərarı: (-).

3. Hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. 29. “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, “xxxx” ASC 2014-cü ildə də 2008-ci il üçün hesablanmış borcun ümidsiz hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş və qeyd edildiyi kimi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Göründüyü kimi, 2012-ci ildən 2015-ci ilin sentyabr ayına qədər 2008-ci il üçün hesablanmış vergi məbləği üzrə ərizəçinin ayrı-ayrı tələbləri məhkəmə araşdırmalarının predmeti olmuş və bu dövrdə cavabdeh obyektiv səbəblərdən həmin borcun tutulmasını tələb edə bilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin keçməsinə dair ərizəçinin dəlilləri əsaslı sayıla bilməz. 30. “Torpaq icarəsi haqqında” Qanun: Maddə

4. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Maddə

14. İcarə haqqı (-). Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 31. “Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbayca n Respublikası Prezidentinin Fərmanının 2.5-ci bəndinə əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

32. İnzibati Prosessual Məcəllə: Maddə 12.İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üç ün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İddiaçı onun şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16.250,09 manat borcun ümidsiz borc kimi silinməsini, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13.200,0 manat borc barədə qeydin ləğvini, habelə cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27.920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsini xahiş etmişdir.

37. Cavabdehin şikayətinin dəlillərinə görə 16.250,09 m anat borcun ümidsiz borc kimi silinməsi barədə iddiaçı məhkəməyə qədər ona müraciət etmədiyindən iddia mümkün sayılmamalı, dövlət mülkiyyətində iddiaçının icarəsində olan torpaq sahəsində özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlər yerləşmədiyinə görə belə torpaqlara münasibətdə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət cavabdehin səlahiyyətinə aid olduğundan “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13.200,0 manat borc barədə qeydin ləğvinə dair iddia rədd edilməli, 27.920,0 manat vəsait isə 2015-2017-ci illərin vergi borcu olduğundan və iddiaçının rəhbəri haqqında cinayət işi olduğuna və həmin məbləğ ödənildiyinə görə cinayət işinə xitam verildiyindən iddia rədd edilməlidir.

38. Kasasiya şikayəti nin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir.

39. İşin 6-7-ci səhifəsində Vergilər nazirinin birinci müavininin iddiaçıya ünvanlandığı məktubun surətinin məzmunundan görünür ki, iddiaçı tələbetmə müddəti ötmüş borclara münasibətdə silinmiş 27.920.0 manat, qətnamə ilə əhatə edilmiş borclara münasibətdə isə silinmiş 3.023,35 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsini, cəmiyyətə hesablanmış 2.977,30 manat faiz borcunun silinməsini xahiş etmişdir. Məktubda qeyd edilmişdir ki,...Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarı üzrə yaranmış öhdəlik 30 il keçdikdən sonra qüvvəsini itirir və məhkəmə qərarları üzrə (əmlaka yönəldilən vərəqə) 16.250,09 manat vergi borcunun silinməsi mümkün deyil.

40. İddiaçının hansı məzmunda müraciət etməsinə dair işdə sənəd olmasa da, Vergilər nazirinin müavininin imzaladığı məktubun məzmunundan görünür ki, iddiaçı tələbetmə müddəti keçdiyinə görə vergi borcunun silinməsini xahiş etmiş, 16.250,09 manat vergi borcunun silinməsinin mümkünsüzlüyü ilə bağlı cavabdeh mövqeyini bildirmişdir.

41. Odur ki, iddiaçının məhkəməyə qədər (əmlaka yönəldilən vərəqə) üzrə 16.250,09 manat vergi borcunun silinməsi barədə cavabdehə müraciət etmədiyinə dair şikayətin dəlili əsaslı sayıla bilməz.

42. Cavabdeh Mülki Məcəllənin 551.2.4-cü maddəsinə istinad edərək hesab edir ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirdiyindən, iddiaçı vergi borcunu ödəmədiyinə görə borcun siyahıya alınmış əmlaka yönəldilməsi barədə 2012 və 2013- cü illərdə qəbul edilmiş məhkəmə qətnamələri olduğundan və qətnamələrin icrası ilə bağlı 30 il müddət keçmədiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

43. Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisə vergi münasibətləri ilə bağlıdır, Vergi Məcəlləsinin müddəalarına görə vergitutma və vergi məsələləri ilə bağlı münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilməli olmadığından, həmçinin 28 dekabr 2018-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergi orqanları tərəfindən silinməli olduğundan, Azərb aycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyindən, məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdən sonra borc ödənilmədiyinə görə vergi orqanları tərəfindən ümidsiz borc kimi silinməli olduğundan iddianı təmin etməklə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

44. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı cəmiyyət özəlləşdirilmiş müəssisə olduğundan və cəmiyyətin istifadəsində olan dövlətə məxsus torpağının üzərində cəmiyyət tərəfindən inşa edilmiş obyekt mövcud olduğundan, iddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqının yığılmasına nəzarət Azərbaycan Respu blikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməli olduğundan, cavabdehin icarə haqqını tələb etmək hüququ olmadığından cəmiyyətin “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud 13.200 manat borc qeydi ləğv edilməlidir. 45. “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə görə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci bəndinə əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

46. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi onu ehtiva edir ki, dövlət mülkiyyətində olan bəzi torpaq sahələri ilə bağlı icarə haqlarının dövlət büdcəsinə ödənilməsi hissəsi Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və icarə haqqı ödənilmədiyi halda Vergilər Nazirliyi torpaq sahəsini icarəyə verən dövlət orqanı (məsələn, Bakı şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazir liyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və s.) ilə yazışmalar apara bilər.

47. Odur ki, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13.200,0 manat borc barədə qeydin ləğvi hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

48. İddiaçı cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27.920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi barədə apelyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən və iddiaçı tərəfindən təqdim edilmiş faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən çıxarışlardan görünür ki, şəxsi hesab vərəqəsində cəmiyyətin tələbetmə müddəti ötmüş borcları: 22.06.2017-ci il tarixdə 7.000,0 manat öd əniş edilən zaman 18.054,38 manat; 21.07.2017-ci il tarixdə 1.000,0 manat ödəniş edilən zaman 18.054,97 manat; 24.07.2017-ci il tarixdə 4.000,0 manat ödəniş edilən zaman 18.054,97 manat; 31.07.2017-ci il tarixdə 3.000,0 manat ödəniş edilən zaman 16.122,37 manat; 16.08.2017-ci il tarixdə 3.000,0 manat ödəniş edilən zaman 20.537,47 manat; 07.09.2017-ci il tarixdə 2.000,0 manat ödəniş edilən zaman 13.594,07 manat; 14.09.2017-ci il tarixdə 7.920,0 manat ödəniş edilən zaman 11.594,07 manat təşkil etmiş və həmin ödənişlər məhz tələbetmə müddəti ötmüş borclara silinmişdir.

49. İddiaçının şəxsi hesab vərəqində cəmi 27.920,0 manatın cavabdeh tərəfindən vaxtı ötmüş borclara silindiyi qeyd edilmişdir (səh. 160-231).

50. İddiaçının ayrı-ayrı vaxtlarda apardığı 27.920,0 manat ödəniş cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə zidd olaraq tələbetmə müddəti ötmüş borclara silindiyindən, həmin məbləğ haqlı olaraq iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilmişdir.

51. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı tərəfindən 22 iyun 2017-ci il tarixdən 14 sentyabr 2017-ci il tarixədək ödənilmiş 27.920,0 manat vəsaitin onun 9 mart 2015-ci ildən 18 iyun 2017-ci ilədək olan dövr üzrə 1.404,25 manat mənfəət vergisi, 339,24 manat əmlak vergisi, 26.173,44 manat torpaq vergisi olmaqla cəmi 27.916,93 manat vergilərin ödənilməsinə aid edildiyi iddiaçı ilə bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsində başlanmış cinayət işinə xitam verilməsi barədə 4 may 2018-ci il tarixli qərarında əksini tapmışdır.

52. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı bil dirir ki, cavabdeh iddiaçının şəxsi hesab vərəqində cəmi 27.916,93 manat ödənişin silindiyi vaxt ötmüş borcun tərkibinə aid etmiş, bu barədə hər hansı mübahisə açmamış, ödəniş cinayət işinə xitam verilməsi barədə qərardan əvvəl həyata keçirilmiş, həmçinin 4 may 2018-ci il tarixli qərarda 27.916,93 manat ödənişin cinayət işi ilə bağlı konkret olaraq ödəmə vaxtı göstərilməmişdir.

53. Odur ki, bu hissədə məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.

54. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.

55. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

56. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-78/2021 saylı 17 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar