Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-866/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: (torpaq sahəsinə plan və ölçü sənədinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs: Xammədova Sevinc Qələmmirzə qızı) qarşı “cavabdeh tərəfindən üçüncü şəxs Xammədova Sevinc Qələ mmirzə qızının adına xx.xx.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçülərinə dair sənədin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-116/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarından üçüncü şəxs S.Xammədova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 02 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 2,67 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X4 və onun ailə üzvlərinin, o cümlədən, iddiaçı Babayeva (Hüse ynova) Əzizə Əziz qızının mülkiyyətinə verilmişdir. 2. 13 sentyabr 2006-cı il tarixli AN-İ №0094809 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X7, X16, X17, X20 və X18 tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 5 avqust 1998-ci ildə verilmiş JN 0045 saylı, kodu 30211038 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Xaçmaz rayon Hacıqurban Oba kəndində yerləşən 2,0 ha torpaq sahəsi alıcı X6 mülkiyyətinə verilmişdir. 3. 11 yanvar 2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışa əsasən, X8 məxsus Xaçmaz rayonu, Hacı Qurbanoba kəndində yerləşən 2.0 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 adına qeydiyyata alınmış və sonuncunun adına dövlət reyestrindən 24 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək Xaçmaz rayonu, Hacıqurban Oba kəndində yerləşən X2 mülkiyyətində olan 2.0 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdeh 25 fevral 2021-ci il tarixli **********58 saylı məktubla iddiaçının müraciətini təmin olunmasından imtina edərək bildirmişdir ki, 2.0 ha torpaq sahəsinə dair X2 adına olan xx.xx.2006-cı il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən Xaçmaz rayon Birinci Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2006-ci il tarixli 4Ə/9-1832 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında hazırlanmışdır. S.Xəmmədovanın adına olan xx.xx.2020-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli 2V-60 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Hacıqurban-Oba kəndində yerləşən X2 mülkiyyətində olan 2.0 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı haqqında müvafiq qanunvericiliyə uyğun olaraq Dövlət tərəfindən iddiaçının ailəsinə torpaq payı verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN-0045 saylı, 30211038 kodlu Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. Ailə başçısı X7 olmaqla, altı nəfərlik ailəsinə Hacıqurban-Oba kəndi ərazisindən 2.67 ha kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin aşağı tərəfdən 2.0 ha hissəsi xx.xx.2006-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X1. Torpaq sahəsi satılarkən iki hissəyə bölünmüş, arada yol saxlanılmış və həmin vaxtdan da tərəflər öz torpağından istifadəyə başlamışlar. Başqa sözlə, s atılmış torpaq sahəsi ilə iddiaçıda qalan 0.67 ha topaq sahəsi arasında hazırda da ara yol mövcuddur. 2006-ci ildə X12 və ailəsi torpağı aldıqdan sonra öz vəsaitləri hesabına torpaqda fındıq bağı salmış və sonradan aldıqları torpağın aşağı hissəsində əkdikləri qələmləri çıxararaq orada taxıl əkməyə başlamışlar. Satılmamış hissədə 2009-cu ildə özləri fındıq bağı salaraq istifadə etməyə başlamışlar, başqa sözlə onlarda qalan torpaqla qarşı tərəfin torpağı tamamilə ayrılmış torpaqlardır. X6 vəfatından sonra arvadı X5 vərəsəlik alaraq torpağı adına keçirmişdir. Torpaq sahəsinin plan və ölçüsü düzgün tərtib edilməmiş, X3 məxsus 2.0 ha torpaq sahəsi aradakı yol göstərilmədən mülkiyyətində olan 0.67 ha torpaq sahəsini əhatə etməklə göstərilmiş, ümumilikdə torpaq sahəsinin aşağı hissəsi, yəni qarş ı tərəfə məxsus ərazi onların torpağı kimi göstərilmişdir. Göstərilən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən ərazidə hər-hansı ölçmə işləri aparılmamış və onlara bu barədə heç bir məlumat verilməmişdir. Ona görə də, X2 adına DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən işlənmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilməlidir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Eirazın dəlilləri cavabdehin imtina məktubunda qeyd edilənlərdən ibarətdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-855/2021 saylı qərarı ilə (hakim: İ.Quliyev) iddia təmin edilmiş, üçüncü şəxs Xammədova Sevinc Qələmmirzə qızının adına xx.xx.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçüsünə da ir sənədin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeydiyyat orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur.
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı ayrılıqda apellyasiya şikayəti verilmiş, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunması xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-116/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qərardadı ilə inzibati iş üzrə Zeynalova (Hüseynova) Kamilə Əziz qızı, Ağayeva (Hüseynova) Könül Əziz qızı, X18 və Əsgərova (Hüseynova)Vüsalə Əziz qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilm işlər.
13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-116/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov - sədrlik edən: və məruzəçi, Z.İ.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-855/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya ins tansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, işə baxan məhkəmə birtərəfli mövqe nümayiş etdirməklə qarşı tərəfin mülkiyyət hüquqlarını üçüncü şəxsin bu torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından daha üstün hesab etmiş və bunu əsaslandırmamışdır. Üçüncü şəxsin adına verilmiş çıxarışa uyğun torpaq sahəsinin plan və ölçüsünün hazırlanması zamanı iddiaçının mülkiyyət hüquqları pozulmuşdur, halbuki üçüncü şəxs bu şəxslərdən 2.0 ha torpaq sahəsini onların razılığı əsasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və üçüncü şəxsə hazırlanmış plan və ölçüdə həmin torpaq sahəsinin dəqiq koordinatları qeyd edilmişdir. Bu sənəd hazırlanan vaxt cavabdehin nümayəndələri də bu əraziyə gəlmiş və ölçmə işləri aparmaqla sənədi hazırlamışlar. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasla ndırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ape llyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiyası məhkəmsi tərəfindən işin araşdırılan halları ilə müəyyən olunur ki, JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 02 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 2.67 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X4 və onun ailə üzvlərinin, o cümlədən iddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızının paylı mülkiyyətinə verilmişdir.
23. Eyni zamanda məhkəmə tərə findən müəyyən olunmuşdur ki, 13 sentyabr 2006cı il tarixli AN-İ №0094809 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X7, X16, X17, X20 və X18 tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 5 avqust 1998-ci ildə verilmiş JN 0045 saylı, kodu 30211038 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Hacıqurban Oba kəndində yerləşən 2.0 ha torpaq sahəsini alıcı X6 mülkiyyətinə verilmişdir.
24. Göründüyü kimi, mübahisəli torpaq sahəsi JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə X4, X9, X10, X13, X11 və X14 ümumi birgə mülkiyyətinə verilmişdir.
25. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəmsi haqlı olaraq qeyd etmişdir ki, JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ümumi birgə mülkiyyət olduğundan onun Mehman Xammədova hissəvi satışı zamanı torpaq sahəsinin bölgü sxemi tərtib edilməli idi. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavəyə əsasən, notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır: ərizə (müraciət); alğı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.; daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Xidmətin m üvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi; dövlət rüsumunun ödənilməsi barədə qəbz.
26. Lakin iş materiallarında olan həmin alqı-satqıya dair notariat işinin təsdiq edilmiş surətində bölgü sxeminin olduğu aşkar edilməmişdir. Eləcə də, cavabdehin işə əlavə edilmiş 29 iyul 2021-ci il tarixli, **********14 nömrəli məktubuna əsasən, arxiv qovluğunda X8 məxsus Xaçmaz rayonu, Hacı Qurbanoba kəndində yerləşən 2.0 ha torpaq sahəsinə dair bölgü sxemi aşkar edilməmişdir.
27. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Xammədova Sevinc Qələmmirzə qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2-1(105)-116/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.