Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-866/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus o lması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022ci il tarixli, 2-1(103)-3356/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X8 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X4 arasında bağlanmış xx.xx.1990-cı il tarixli, 17799 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq, sahəsi 18,36 kvm. olan 1 otaqdan ibarət bina ilə birlikdə 1589 nömrəli bağ sahəsi xx.xx.2000-ci ilədək X2 icarəsinə verilmişdir. X4 xx.xx.2000-ci il tarixli ərizə ilə müraciət edərək bağ müqaviləsinin vaxtının uzadılmasını xahiş etmişdir. B akı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2000-ci il tarixli, 17799 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq, sahəsi 18,36 kvm. olan 1 otaqdan ibarət bina ilə birlikdə 1589 nömrəli bağ sahəsi xx.xx.2010-cu ilədək X2 icarəsinə verilmişdir.
2. İdarə tərəfindən verilmiş **********72 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, bağ sahəsi ümumi hasar daxilində olmaqla 2224,0 kv.m təşkil edir.
3. Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 933852 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2009cu ildə ölmüşdür.
4. Bakı şəhəri 39 saylı Notariat ofisinin 5 saylı, 13 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 xx.xx.2009-cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçının miras qoyanın vərəsəsi kimi tanınmışdır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi xahiş etmişdir. 6.Cavabdeh müraciətin təmin olunmasından imtina edərək iddiaçının müraciətinin təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 11 mart 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnk işafı və İstismarı Birliyi tərəfindən verilmiş 15 may 2000-ci il tarixli, 17799 saylı icarə müqaviləsi ilə X2 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 1589 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının, yolun mühafizə zonasına düşən hissə 200 kv.m. sahə istisna olmaqla X3 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 15 may 2000-ci il tarixli, 17799 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 1589 saylı bağ sahəsi X1nun icarəsinə verilmişdir. X1 xx.xx.2009-cu il tarixdə v əfat etmişdir. Onun təqdim etdiyi ərizə əsasında mərhum atasının vərəsəsi qismində tanınmışdır. Qeyd edilən torpaq sahəsi 22 ilə artıq müddətdir iddiaçının və onun atasının istifadəsindədir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin nömrəsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir (göstərilən ərazi 5070-5080 saylı bağların ardıcıllığına uyğun gəlir). Həmçinin torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında yerləşir. Həmçinin sənəd ü zrə torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də faktiki ölçüsü 2224 kvm. təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanla rının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6987/2022 saylı, xx.xx.2022-ci il nömrəli qərarı (hakim: X5) ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1589 nömrəli bağ sahəsinin Bilgəh Kürdəxanı dairəvi yolunun mühafizə zonasına düşən 200 kvm. sahəsi istisna olmaqla qalan hissəsinə mülkiyyət hüquqlarının mərhum X3 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X3 Ləhiş qəsəbəsində sahəsi 0,25 hektar olan 1589 nömrəli bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin bağ sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən ayrılmışdır. Belə olan halda sonuncu “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. Elektron kadastr məlumat ına əsasən iddia edilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, torpaq sahəsinin nömrəsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlməməsi, göstərilən ərazinin 5070-5080 saylı bağların ardıcıllığına uyğun gəlməsi hüquqların qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Çünki inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş bağların bölgüsünə dair sxematik xəritədə 1589 saylı bağ mövcuddur. Hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmi n olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-3356/2022 nömrəli qərarı (hakimlər: Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X6 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq vətəndaşın iradəsindən asılı olan hal deyil və qeyd edilən uyğunsuzluğun aradan qaldırılması cavabdehin öhdəliyidir. X3 Ləhiş qəsəbəsində sahəsi 0,25 hektar olan 158 9 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə qüvvədədir, etibarsız sayılmamış, eləcə də mübahisələndirilməmişdir. Torpaq sahəsinin bir hissəsinin mühafizə zonasında yerləşməsi ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, iddiaçı dəqiqləşmə ərizəsi ilə iddianın həcmini azaltmış və mübahisəli torpaq sahəsinin Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zolağına düşən hissəsindən imtina etmişdir. Cavabdehin sənəd üzrə mübahisəli torpaq sahəsinin faktiki ölçüsünün 2500 kv.m yox, 2224 kv.m olması ilə bağlı dəlili əsassızdır. İddiaçı müqavilədə göstərilən torpaq sahəsinin ölçüsündən daha artığını iddia etməmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüy ünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzə rdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin mə sələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Həmçinin cavabdehin iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.1990-cı il tarixli, 17799 nömrəli və xx.xx.2000-ci il tarixli, 17799 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə ilə X2 Ləhiş qəsəbəsində 1589 nömrəli bağ sahəsinə is tifadə hüququ təsdiqlənir. Bakı şəhəri 39 saylı Notariat ofisinin 13 yanvar 2022-ci il tarixli məktubundan da görünür ki, İddiaçı miras qoyanın vərəsəsi kimi tanınmışdır. Belə olduğu təqdirdə iddiaçı arayışın verilməsini tələb etməkdə haqlıdır. Cavabdehin bununla bağlı yeganə dəlili iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bütün hüquqmüəyyənedici sənədləri təqdim etmiş və cavabdehin istinad etdiyi uyğunsuzluq vətəndaşın iradəsindən asılı olan hal deyil. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması cavabdehin öhdəliyidir.
28. Cavabdehin digər dəlili onunla bağlıdır ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də, fakt iki ölçüsü 2224 kv.m təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi dəlili əsaslı hesab etmək olmaz. Belə ki, idarə tərəfindən verilmiş **********72 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, bağ sahəsi ümumi hasar daxilində olmaqla 2224,0 kv.m təşkil edir. İddiaçı bu faktı mübahisələndirməmiş və müqavilədə göstərilən torpaq sahəsinin ölçüsündən daha artığını iddia etməmişdir.
29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düş ür. Hazırkı qərarın 20-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
30. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-3356/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.