Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-866/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs: X9) “magistr” ali elmi-ixtisas dərəcəsinin və magistr diplomunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şirvan Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(106)-585/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2. X4 xx.xx.2019-cu il tarixli, 484/4/2019 saylı əmr ilə “maliyyə” ixtisası üzrə magistrant təhsil pilləsi ilə məzun olmuş, AM №028780 nömrəli, xx.xx.2019-cu il tarixli magistr diplomuna əsasən X8 xx.xx.2019-cu il tarixli 13 №-li qərarı ilə ona "Maliyyə" ixtisası “Vergi və vergiqoyma" i xtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir.
3. İddiaçı X4 və Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X9 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında cavabdeh X4 verilmiş magistr dərəcəsinin ləğv edilməsi, X2 15000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 20.000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 15 000 manat məbləğində kompensasiyanın, cavabdeh X2 7000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 7000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 6.000 manat məbləğində mənəvi zərərin alınaraq ona ödənilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi cavabdeh X2 İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək iddianın rədd edilmiş hissələrində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarıl masını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-850/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X9 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş “magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilmiş, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilərək 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X9 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası ləğv edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır
7. İddiaçı kassasiya şikayəti verərək qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3304/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin X4 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı, X4 verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
9. İddiaçı X4 verilmiş magistr dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, “...məzun E.M.Əhədzadə magistr elmi-ixtisas dərəcəsini almaq üçün 2 tədris ili müddətində təsdiq olunmuş proqramlar çərçivəsində tədris prosesində iştirak etmiş, bütün fənlər üzrə müvəffəqiyyətlə imtahanlar vermiş, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrini keçmişdir. Beləliklə, o, magistrlik dissertasiyasının müdafiəsinə buraxılmaq üçün tədris proqramları ilə təyin edilmiş təhsil nailiyyətlərini əldə etmişdir. E.M.Əhədzadənin müdafiə etdiyi magistrlik dissertasiyasında Sizin əsərlərdən istinad göstərmədən istifadə etməsi səbəbindən məhkəmə çəkişməsi zamanı plagiat halı aşkarlanmış və nəticədə o, mülki məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, UNEC-in 2019-cu il magistr məzunu X5 verilmiş magistr elmi-ixtisas dərəcəsinin ləğvi əsassız hesab edilmişdir.”
10. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-850/20 23 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə Beynəlxalq magistratura və doktorantura mərkəzinin rəhbər müavininin müraciətini nəzərə alaraq Beynəlxalq magistratura və doktorantura mərkəzinin “Maliyyə" ixtisası "Vergi və vergiqoyma” ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X3 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya işi ləğv olunmuşdur.
11. Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2024-cü il tarixli 368/4/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrə əsasən Beynəlxalq magistratura və doktorantura mərkəzinin "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X3 "Azərbaycanda vergidən yayınma risklər inin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya ləğv olunduğu üçün E.M.Əhədzadənin yeni dissertasiya işi mövzusu və elmi rəhbəri müvafiq qaydada təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura X1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda müdafiə edilmiş magistr dissertasiyası əsasında X4 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin və magistr diplomunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən başlayaraq iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA-nın İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini yerinə yetirməyə başlamışdır, 2010-cu ildən beynəlxalq konfranslarda tezis, elmi jurnallarda isə məqalələrlə çıxış etmişdir. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2020-ci ilin may ayında internet resurslarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və X7 Əhədzadə tərəfindən müdafiə edilmiş “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyasına rast gəlmişdir. Həmin magistr dissertasiyasının mövzusu onun 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə oxşarlıq təşkil etdiyindən diqqətini cəlb etmiş və linkə daxil olaraq dissertasiyanı oxuyub müqayisə etdikdə ona məlum olmuşdur ki, Elməddin Əhədzadənin dissertasiyası onun dissertasiyası ilə eynilik təşkil edir.
14. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2723/2024 nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddia ərizəsi mümkün sayılmamışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qərarları üzrə eyni mövzuda müdafiə edilmiş magistr dissertasiyası üzrə müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi X2 İddiaçı xeyrinə tutulmuşdur. Bundan sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrinə əsasən X3 yerinə yetirdiyi dissertasiya işi ləğv olunmuş, dissertasiya ləğv olunduğu üçün E.M.Əhədzadənin yeni dissertasiya işi mövzusu və elmi rəhbəri müvafiq qaydada təsdiq edilmişdir. E.M.Əhədzadə magistr elmi-ixtisas dərəcəsini almaq və diplom əldə etmək üçün 2 tədris ili müddətində təsdiq olunmuş proqramlar çərçivəsində tədris prosesində iştirak edərək, müxtəlif fənlər üzrə imtahanlar vermiş və elmi-pedaqoji və elmitədqiqat təcrübələrini keçmiş, yekun olaraq cavabdeh orqan tərəfindən ona magistr diplomu təqdim edilmişdir. Beləliklə, əvvəllər tərəflər arasında mübahisə predmeti olmuş X3 yerinə yeti rdiyi dissertasiya işi artıq cavabdeh orqanın öz əmri əsasında artıq ləğv edildiyi və üçüncü şəxs barəsində başqa mövzuda yeni disertasiya işi təsdiq edildiyi üçün, iddiaçıya məhkəmə qərarları əsasında müəyyən edilmiş kompensasiya və mənəvi ziyanın əvəzi ödənildiyi üçün, hal-hazırki vəziyyətdə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüququnun və qanunla qorunan maraqlarının pozulduğunu müəyyən edən hər hansı bir əsas müəyyən edilməmişdir.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(106)-585/2024 nömrəli qərardadı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, H.Bəhmənov və P.Hacıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi İPM-in 35.1-ci maddəsinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərinə istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiy a şikayətinin dəlilləri
20. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 №-li qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər). 3.2-ci bəndinə əsasən magistratura səviyyəsini bitirən şəxslərə “magistr” ali elmi-ixtisas dərəcəsi verilir. “Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktorantur ada davam etdirə bilərlər. Lakin cavabdeh tərəfindən X4 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin ləğvindən imtina edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-850/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsini nəticə etibarilə əhəmiyyətsiz edir və qətnamənin yalnız kağız üzərində qalmasına səbəb olur. Belə ki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)850/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsi) 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura X1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda müdafiə edilmiş magistr dissertasiyası ləğv edilmişdir. Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 №-li qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın məzmunundan da göründüyü kimi magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Yəni şəxs magistr təhsili alsa da, magistrlik dissertasiyasını müdafiə etmirsə ona “magistr”ali elmi-ixtisas dərəcəsinin verilməsi mümkün deyildir. Digər tərəfdən, X4 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin ləğv edilməsi onun magistratura təhsilinin ləğv edilməsi ilə nəticələnməyəcəkdir. Belə ki, X9 magistratura səviyyəsində təhsilini bitirən şəxs kimi yeni mövzuda təkrar magistrlik dissertasiyası müdafiə edərək, yenidən “magistr” ali elmi-ixtisas dərəcəsi və diplomu ala bilər. Lakin cavabdeh orqan tərəfindən magistr dissertasiyasının ləğv edilib onun əsasında verilmiş magistr dərəcəsinin və diplomunun ləğv edilməməsi magistr dissertasiyasının ləğvinin formal xarakter daşıdığını və yalnız məhkəmə qərarının icrası görüntüsü yaratdığını göstərir. Bu formallıq aşağıdakı faktlarla bir daha təsdiq olunur. Belə ki, “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 202 №li xx.xx.1998-ci il tarixli əmrinin 3.3-cü bəndinə əsasən magistrlik dissertasiyasının mövzusu və planı, magistrantın elmi rəhbəri onun təhkim olunduğu kafedranın elmi istiqamətləri ilə əlaqələndirilməli və kafedranın təqdimatı əsasında fakültənin elmi şurası tərəfindən birinci semestrin 3 ayı ərzind ə təsdiq edilməlidir. Hazırkı işdən görünür ki, əmrin 3.3-cü bəndi cavabdeh orqan tərəfindən pozulmuş və E.M.Əhədzadəyəxx.xx.2024-cü il tarixli 368/4/2024 nömrəli əmr əsasında, yəni tədris ilinin ikinci semestrinin sonlarında yeni dissertasiya işi mövzusu təqdim edilmişdir. Bundan başqa, adıçəkilən əmrin 4.1-ci bəndindən görünür ki, magistrlik dissertasiyasının müdafiəsi bir qayda olaraq may-iyun aylarında təsdiq olunmuş qrafik əsasında keçirilir. Magistrlik dissertasiyasının müdafiəsi yalnız üzrlü səbəblər olduqda, müəyyən olunmuş qaydalar əsasında başqa vaxta keçirilə bilər. Yuxarıda qeyd olunduğu kimi E.M.Əhədzadəyə verilmiş yeni dissertasiya işi mövzusu xx.xx.2024-cü il tarixdə təsdiq edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz daxil olm amışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mü mkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki i şlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hü ququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
33. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şə rti də ödənilsin.
34. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyə ti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məh kəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
37. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
38. Belə ki, əvvəllər tərəflər arasında mübahisə predmeti olmuş "Maliyyə" ixtisası "Vergi və ver giqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X3 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya işi cavabdehin öz əmri əsasında artıq ləğv edildiyi və üçüncü şəxs barəsində başqa mövzuda yeni dissertasiya işi təsdiq edildiyi üçün, eləcə də, iddiaçıya məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş kompensasiya və mənəvi ziyanın əvəzi ödənildiyi üçün, hal-hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun və qanunla qorunan maraqlarının pozulduğunu müəyyən edən hər hansı bir əsas müəyyən edilməmişdir.
39. Beləliklə, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düz gün olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(106)-585/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.