Məhkəmə qərarları › İş №2-1(102)-867/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-867/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-867/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (açar söz:çıxarışın və plan-ölçünün verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.03.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı, Xx (indiki “xx”) metrostansiyasının çıxışında yerləşən ona məxsus qeyriyaşayış obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2017-ci ilin may ayında həmin obyekt sökülmüş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli ** saylı sərəncamı ilə sözügedən Tədbirlər Planı nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə metro ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmiş, sonuncunun ** nömrəli, 27.02.2009-cu il tarixli sərəncamı ilə Ünvan arasındakı 360 m2 torpaq sahəsində X1, X2 və X3 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən iddiaçıya Ünvan ** və ** saylı binaların arasındakı 360 m2 torpaq sahəsindən ayrılmış 45 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq cavabdeh orqan bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmiş, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazidə yerləşdiyindən ərizənin icrası mümkün olmamış və beləliklə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ünvan ** və ** saylı binaların arasındakı 360 m2 torpaq sahəsindən iddiaçı ayrılmış 45 m2 torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzif əsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası zamanı aparılan araşdırma zamanı məlum olmuşdur ki, poçt vasitəsilə idarəyə daxil olmuş sənədlər surətdir, qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Həmçinin, sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazidə yerləşdiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1492/2019 saylı, 26.09.2019cu il tarixli qərarı ilə iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, ** nömrəli və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli, ** nömrəli sərəncamında hazırki iddiaçıya torpaq sahəsinin ayrılması barədə bənd göstərilməmiş, ticarət obyektinin tikilməsi üçün ona icazə verildiyi qeyd edilməmişdir. Həmçinin, iddia edilən torpaq sahəsinin yerquruluşu planı və təsviri tərtib edilməmiş, torpaq sahəsinin verilməsi barədə tərəflər arasında müqavilə bağlanmamış və iddia edilən ölçüdə iddiaçıya təhvil verilməsi (ayrı lması) ilə bağlı heç bir sənəd təqdim edilməmiş, halhazırda iddia edilən torpaq sahəsi iddiaçının istifadəsinə və sahibliyinə verilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1492/2019 saylı, 26.09.2019cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1492/2019 saylı, 26.09.2019cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublika sı Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuş, hazırki iş üzrə isə qeydiyyatdan imtinaya əsas olan həmin hallardan hər hansı biri müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmiş, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır. Belə ki, hazırki işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Nizami Rayon İcra Haki miyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Kassator, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11.1, 12.1, 23-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1, 55, 67, 68, 111.1-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1, 90-96-cı maddələrini rəhbər tutaraq Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan hallarında n görünür ki, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə X metrosu ərazisində yol qovşaqlarının lahiyələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən X küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başıçısının 20.02.2009-cu il tarixli, ** saylı sərəncamının icra edilməsi haqqında” ** nö mrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində Ünvan arasındakı 360 kv.m torpaq sahəsində X1, X2 və X3 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncama əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin ümumi sahəsi 360 kv.m göstərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini X1, X2, X3 və X4 ünvanladığı 09.04.2009-cu il tarixli **** nömrəli məktubunda təyin edilmiş 360 kv.m torpaq sahəsinin 200 kv.m hissəsi X1, 45,0 kv.m hissəsi X2 və 80,0 kv.m hissəsi X2, yerdə qalan hissəsinin isə digər mülkiyyət sahiblərinə veriləcəyi barədə məlumat verilmişdir. Ünvan ** və ** saylı binaların arasındakı torpaq sahəsində tikiləcək X2 məxsus qeyriyaşayış sahəsinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin 13-cü fəslində (56-69-cu maddələr) torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydaları öz əksini tapmışdır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüs usi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq s ahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi, torpaq sahələrinin verilməsinin üç forması (mülkiyyət, icarə, istifadə) müəyyən edilmişdir. Hazırki iş üzrə isə apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamış, mübahisəli torpaq sahəsinin hansı məqsədlə verildiyi müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, ** saylı «X metrosu ətrafında fəaliyyət göstərmiş qeyriyaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında» sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin 31.05.2008-ci il tarixli, **/** saylı müraciətini və 14.03.2008-ci il tarixli, **/** saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, X metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə adları çəkilən ünvanlarda yenidən bərpa edilm əsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilməsi qeyd olunmuş, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli, 93 saylı «Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, ** saylı sərəncamının icra edilməsi haqqında» sərəncamında çıxarış ilə Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 125 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə X metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, ** saylı sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmiş, Ünvanarasındakı 360 kv.m. torpaq sahəsinə vətəndaş X1, X2 və X3 ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmış, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə (Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)104/18 saylı, 25 aprel 2018-ci il tarixli qərarı və AR Ali Məhkəməsinin İİK-nın 2-1(102)1650/2018 saylı, 08 avqust 2018-ci il tarixli qərarı) X metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə sökülmüş qeyri-yaşayış obyektlərinin sahiblərinə, o cümlədən hazırki iş üzrə iddiaçı X2 Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli ** nömrəli və Nizami rayon İcra Hakimiyyəti Başçısının 27.02.2009-cu il tarixli ** nömrəli sərəncamları ilə qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qadağan edilmişdir. Bununla bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçı sökülmüş ticarət obyektinin ona mülkiyyət hüququ əsasında verildiyini bildirmiş, bu səbəbdən hazırda tikintisinə icazə verilmiş ticarət obyektinin də mülkiyyət hüququ ilə ona məxsus olduğunu iddia etsə də, məhkəmə bu halı da araşdırmamışdır. Yuxarıda göstərilən sənədlərdə iddiaçıya icazənin hansı hüquq əsasında verildiyi göstərilməmişdir. Hazırki işin tam və obyektiv araşdırılm ası məqsədi ilə apellyasiya instansiya məhkəməsi torpağa mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsasını, torpağın yerləşmə sxemini müəyyən etməli olduğu halda bunu etməmiş, göstərilən hallarla bağlı ətraflı araşdırma aparmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin düzgün həlli üçün Bakı şəhəri İcra Hakimiyyəti üçüncü şəxs kimi işə cəlb edilməli, torpaq sahəsinin verilməsi ilə bağlı müvafiq sənədlər tələb edilməli, iddia çıya məxsus olmuş sökülən ticarət obyektinə hüququnun hansı qaydada qeydiyyata alındığı müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2864/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar