Məhkəmə qərarları › İş №2-1(102)-867/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-867/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-867/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə (üçüncü şəxslər- X50 və X51) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pasport qeydiyyatından çıxarılma) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, 01.06.2022 İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə (üçüncü şəxslər- X50 və X51) qarşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən X7, X2, X4, X1, X8, X9, X27, X28, X29, X30, X45, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X46, X52, X18, X19, X12, X31, X35 və X10 (üçüncü şəxslər) pasp ort qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)173/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qərarından üçüncü şəxslər İ.N.Ələsgərov, A.Ə.Ələsgərova, N.İ.Ələsgərov və R.İ.Ələsgərov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X48 (Ş/V - 7619514, FİN –1AMHM14) 2 may 1959-cu ildə Laçın rayonu, Qorçu kəndində anadan olub, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla orada yaşayır.

2. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək yuxarıda qeyd edilən məhkəmə aktlarına istinad etməklə X7, X2, X4, X1, X8, X9, X27, X28, X29, X30, X45, Əliyev a (Əzimova) Gülsüm Mehdi qızının, X46, X52, X18, X19, X12, X31, X35 və X10 ona məxsus yuxarıda qeyd edilən evdən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməmişdir. Cavabdeh məktubda Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinə istinad edərək göstərmişdir ki, Abşeron RPİ-nin Q və ŞVB-nə həmin mənzildə qeydiyyatda olan vətəndaşların qeydiyyatdan çıxarılmaları barədə məhkəmənin qüvvəyə minmiş qətnaməsi və icra və probasiya şöbəsindən heç bir rəsmi sənəd daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən üçüncü şəxslərin pasport qeydiyyat ından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3 İddiaçı xüsusi mülkiyyətindədir, İddiaçı Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı ev üzərində tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Üçüncü şəxslər X22 və qeyriləri ilə İddiaçı məhkəmə mübahisələri olmuşdur. İddiaçı cavabdehlər X13 və X36 qarşı ümumi əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddiası Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-403/2021 saylı qətnaməsi ilə təmin olunmuşdur. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında mübahisəli ev açıq hərracda İddiaçı tərəfindən alınmış və Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı ev tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı əmlak üzərində tam mülkiyyət hüququ əldə etdikdən sonra bu iddia üzrə üçüncü şəxslər X13, X21ma, X11, X5, X14, X23, X15, X37, X38, X39, X53, X65, X54, X47 və X40 qarşı həmin evdən çıxarılmaları və evin boşaldılması tələbinə dair Abşeron rayon Məhkəməsində mülki iddia qa ldırmış və Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsinə əsasən, yuxarıda adları qeyd olunan şəxslərin Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə X50 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş qeyd o lunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırkı inzibati mübahisə üzrə üçüncü şəxslərin iddiaçı İddiaçı qızma mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3-dən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması qərara alınmış və hazırda həmin məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsində icra mərhələsindədir. Qeyd olunan üçüncü şəxslərin və sonradan onlar tərəfindən İddiaçı məxsus 3 saylı evə pasport qeydiyyatına alınan şəxslərin həmin evə hər hansı hüquqları yoxdur, onların qeyd olunan evdən çıxarılmalarına dair icra sənədi vardır, icra olunacaqdır. Qeyd olunan üçüncü şəxslər İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda qalmaları İddi açı həmin ev üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının tam həyata keçirilməsinə maneçilik yaradırlar, İddiaçınm evini özgəninkiləşdirməkdə, bağışlamaqda çətinlik çəkir, mənzil və kommunal xidmət haqlarını artıq məbləğdə ödəməyə məcbur qalır. İddiaçı ailə üzvləri hesab edilməyən üçüncü şəxslərin İddiaçınm evində qeydiyyatda olmaları iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını pozur, mülkiyyətçi hüquqlarını məhdudlaşdırır. 17 iyun 2021-ci il tarixdə İddiaçı ərizə və ərizəyə əlavə olunmuş məhkəmə qərarları ilə cavabdeh orqan DİN-nin Abşeron rayon Polis İdarəsinə müraciət edərək, özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən X13, X6, X11, X5, X14, X23, X15, X37, X29, X39, X53, X65, X54, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X27, X18, X19. X12, X31, X35 və X64 pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdeh Abşeron rayon Polis İdarəsi İddiaçı xx.xx.2021-ci il tarixli, 128-486167 nömrəli məktubla iddiaçının müraciətini təmin etməmiş, əsassız şəkildə imtina məktubu vermişdir. Hesab edir ki, cavabdeh orqan - Abşeron rayon Polis İdarəsinin imtinası qanunsuzdur, belə ki, cavabdeh orqan iddiaçının evində mülkiyyət və istifadə hüquqları olmayan və evdən çıxarılmaları barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları olan şəxslərin qeydiyyatdan çıxarılma məsələsini həll etməli, bundan imtina etməməli idi. Ona görə də iddiaçıya məxsus evdə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməlidir. Qeyd olunmalıdır ki, üçüncü şəxslərin bir qismi iddiaçıya məxsus evə sonuncunun həmin ev üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındıqdan sonra qeydiyyata düşmüşlər və həmin şəxslərin mübahisəli evə qeydiyyata alınmaları üçün mülkiyyətçi İddiaçı məlumatı olmamış, hər hansı bir razılıq verməmişdir.

6. Üçüncü şəxs X22 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi bir neçə tikililərdən ibarətdir və İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə həmin tikililərin heç bir aidiyyatı yoxdur. Belə ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxs qismində iştirak edən şəxslərin Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən çıxarılması barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, 3-cü şəxslərin faktiki sahibliyində olan fərdi yaşayış evinin həyətində olan tikililərə aidiyyatı yoxdur. Həmin tikililər 3-cü şəxslər tərəfindən inşa edilib və tikililərin mülkiyyət hüququnu müəyyən edən sənəd olmadığından 3-cü şəxslər öz faktiki sahibliyində olan tikililərə pasport qeydiyyatına düşmək hüququndan məhrumdular. Yaxın zamanlarda 3-cü şəxslər öz tikililərinə mülkiyyət hüququnu müəyyən edən sənədi almaq və özlərinin faktiki istifadələrində olan fərdi yaşayış evinə pasport qeydiyyatına düşmək fikrindədirlər. Ona görə də vəkil Radmila Abilova iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Digər üçüncü şəxs X55 iddia tələbinə etiraz edərək, bildirdi ki, mübahisə predmeti olan fərdi yaşayış evinin həyətində mövcud tikililərin fərdi yaşayış evinə aidiyyatı yoxdur. Həmin tikililərin mülkiyyət hüququnu müəyyən edən sənədin olmaması səbəbindən tikililərin ünvanıda ünvan 1b edir ki, qeyd olunan tikililərə yeni ünvan verilənə kimi onların pasport qeydiyyatından çıxarılması proseduru dayandırılmalıdır. Qeyd olunanlara əsasən Almas Ələsgərova iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(118)1560/2021 saylı (sədrlik edən Ceyhun Məmmədov) qərarı ilə iddia təmin edilərək üçüncü şəxslərin iddiaçıya məxsus evdən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdehə həvalə olunmuşdur.

9. Birinci instansiya məhkəməsi Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxslərin mübahisəli fərdi yaşayış evində olan is tifadə hüquqları itirilmişdir. Üçüncü şəxslərin iddiaçıya məxsus evin üzərində hər hansı hüquqa malik olmadığı təqdirdə iddiaçıya mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək. təmin edilməlidir.

10. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(105)-173/2022 nömrəli (hakimlər Zahid Məmmədov-sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin e dilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllə: Maddə

27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formala rda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülk iyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallar da çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında veri lmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(105)-173/2022 nömrəli qərarı ilə və həmin qərardan 3-cü şəxslərin (cəmi 4 nəfər) verdikləri kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə hazırkı iş üzrə inzibati mübahisə predmetinin nədən ibarət olmasını xatırlatmağı zəruri hesab edir.

21. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Abşer on Rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən X7, X2, X4, X1, X8, X9, X27, X28, X29, X30, X45, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X46, X52, X18, X19, X12, X31, X35 və X10 (üçüncü şəxslər) pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX №0580923 saylı çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3 İddiaçı xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2015).

23. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilərək X7, X3, X4, X1, X8, X9, X32, X33, X29, X30, X45, X41, X46, X56, X18 Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılmaları qət olunmuşdur.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx. xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh X50 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək qətnamə şikayət verənə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

26. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək yuxarıda qeyd edilən məhkəmə aktlarına istinad etməklə X7, X2, X4, X1, X8, X9, X27, X28, X29, X30, X45, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X46, X52, X18, X19, X12, X31, X35 və X10 ona məxsus yuxarıda qeyd edilən evdən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir.

27. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməmişdir. Cavabdeh məktubda Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinə istinad edərək göstərmişdir ki, Abşero n RPİ-nin Q və ŞVB-nə həmin mənzildə qeydiyyatda olan vətəndaşların qeydiyyatdan çıxarılmaları barədə məhkəmənin qüvvəyə minmiş qətnaməsi və icra və probasiya şöbəsindən heç bir rəsmi sənəd daxil olmamışdır.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, yuxarıda istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, iş üzrə üçüncü şəxslərdən 15 nəfərinin (X22, X17, X20, X16, X24, X25, X57, X51, X58, X59, X69, X66, X70, X75 və X42) iddiaçıya məxsus evdə n çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılmaları qət olunmuşdur. İddia ərizəsində göstərilən qeydiyyatdan çıxmaları tələb edilən digər 5 nəfər (X43, X34, X60, X67 və X26) isə azyaşlı olmaqla iddiaçıya məxsus evdən çıxarılmaları qərara alınmış X29, X4 və X30 övladlarıdır.

29. Bununla yanaşı apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3 iddiaçının xüsusi mülkiyyətindədir və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə yuxarıda qeyd edilən üçüncü şəxslərin iddiaçıya məxsus evə dair əmlak hüquqlarının mövcud olmadığı müəyyən edilir.

30. Buna görə də apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanun i qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. 31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər

32. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, üçüncü şəxslərin iddiaçı ya məxsus evə dair hər-hansı hüquqlarının olmadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

33. Şikayətçilər (3-cü şəxslər) kassasiya şikayətində yazırlar ki, “qeyd edilən ünvanda bir neçə ailə yaşayır. Adı çəkilən 3 saylı ev baba yurdumuzdur. Hansı yollarla sənədləşdirilib öz adına çıxarıb alıb heç kimin xəbəri yoxdur”.

34. Məhkəmə kollegiyası hesab edir ki, şikayətçilərin bu dəlili əsassız olmaqla, həm də qeyri-ciddidir.

35. Belə ki, mübahisə predmetinə çevrilmiş ev 18 fevral 2015-ci il tarixdən iddiaçının qanuni xüsusi mülkiyyətin də olmaqla, dövlət inzibati orqanının verdiyi rəsmi çıxarışlar təsdiq olunur, 3-cü şəxslərin isə həmin evə heç bir sənədləri yoxdur.

36. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, gələcəkdə iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində yerləşən tikililər üçüncü şəxslərin adlarına dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququna dair çıxarış verildiyi təqdirdə onlar mülkiyyətlərində olan tikililərə pasport qeydiyyatına alınmasını tələb etmək hüququna malikdirlər.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşay ış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(105)-173/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(105)-173/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar