Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-868/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz rayon Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1984 FİN:xxxxxxx) cavabdeh Xaçmaz rayon Bələdiyyəsinə (üçüncü şəxs X19) qarşı “cavabdeh orqanın 26 dekabr 2005-ci il tarixli, 14 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-107/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1995-ci ilin aprel ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri sənəd üzrə 600 kv.m, faktiki isə 782.0 kv.m təşkil edir. 2. 30 mart 2020-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri həm sənəd üzrə, həm də faktiki 600 kv.m təşkil edir.
3. Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 fevral 2005-ci il tarixli, AZ-l N 730917 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 16 fevr al 2015-ci il tarixdə vəfat etmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestrindən 28 iyul 2020-ci il tarixli çıxarışa əsasən 600 kv.m torpaq sahəsi üzərində yerləşən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissə X7, iddiaçının və X11, torpaq sahəsi isə 15/36 hissə ilə X12 və X11 adına qeydə alınmışdır.
5. Cavabdeh orqanın 14 saylı, 26 dekabr 2005-ci il tarixli qərarı ilə Xaçmaz şəhəri H. Əliyev küçəsində yerləşən 400 kv.m torpaq sahəsi Xaçmaz şəhər sakini X1. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 dekabr 2005-ci il tarixli, 14 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiа оnunlа əsаslаndırılmışdır ki, iddiaçının atası X4 vəfatından sonra alınmış xx.xx.2020-c il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 75.7 kv.metr ölçüdə fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi onun, anası X7 və bacısı X11 mülkiyyətinə verilmişdir. Həmin yaşayış evi və həyətyanı torpaq sahəsi babası X9 və nənəsinin anası X5 tərəfindən 14 mart 1958-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmışdır. X9 08 yanvar 1978-ci il tarixdə, nənəsinin anası X5 isə 18 yanvar 1979-cu il tarixdə vəfat etmişlər. Bundan sonra həmin daşınmaz əmlak vərəsəlik qaydasında S. Mustafayevin həyat yoldaşı, yəni nənəsi X2 və üç övladı Zakir, Tahir və Şakir Mustafayevlərin adına keçirilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras əmlak ünvan 4 ünvanında yerləşən 600 kv.metr həyətyanı torpa q sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. 02 iyul 1989-cu il tarixdə yaşayış evinin hissəsini bağışlama müqaviləsinə əsasən əmisi Mustafayev Zakir öz hissəsini anasına, anası isə öz növbəsində öz hissəsini atası X8 bağışlamışdır. Beləliklə, yaşayış evi və həyətyanı torpaq sahəsi 5/6 hissə ilə atası X4, 1/6 hissə isə X6 adına qeydə alınmışdır. Yaşayış evinin 25 aprel 1995-ci il tarixə aid texniki pasportunda torpaq sahəsi sənəd üzrə 600 kv. metr, müddətsiz daimi istifadədə olan torpaq sahəsi isə 782 kv. metr göstərilmişdir. Rayon Sovetinin 10 aprel 1979-cu il tarixli qərarına əsasən, 58 saylı Torpaq qeydində X3 müddətsiz daimi istifadəsində olan torpaq sahəsi artıq 745 kv.metr qeyd edilmişdir. Həyətyanı torpaq sahəsi faktiki olaraq 782 kv.metr olmaqla uzun illər daş hasarl a əhatə olunmuş və mülkiyyətçilərin daimi istifadəsində olmuşdur. Buna baxmayaraq cavabdeh Xaçmaz bələdiyyəsi 26 dekabr 2005-ci il tarixli, 14 saylı mübahisələndirilən qərara əsasən alqı-satqı predmeti olan 400 kv.metr torpaq sahəsini Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsi kimi qələmə verərək üçüncü şəxsə satmışdır. Halbuki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydə alınmamış və rəsmiləşdirilməmişdir. Cavabdeh bələdiyyə faktiki olaraq həmin torpağı satmaqda səlahiyyətli şəxs olmamışdır. Bu səbəbdən həmin qərar etibarsız hesab edilməlidir.
8. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz daxil olmamışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qərardadı ilə X19 üçüncü şəxs qismində inzibati məhkə mə icraatında cəlb edilmişdir.
10. Üçüncü şəxs iddia tələbinə dair etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının atası, mərhum əmisi X10 18 fevral 2011-ci il tarixdə iddia ərizəsi ilə üçüncü şəxsə verilmiş JN-114A KOD 30209004 saylı şəhadətnamənin etibarsız sayılması barəsində qətnamə çıxarılmasını Xaçmaz Rayon Məhkəməsindən xahiş etmiş, lakin atası və əmilərinin razılaşması olduğuna görə, məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Əmisi 2015-ci ildə rəhmətə getmişdir. 2-1(118)-96/2020 saylı iş üzrə iddiaçılar İddiaçı və Esmira Mustafayeva bacıları Xaçmaz rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 14 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəfindən iddia mümkün sayılmamışdır. e-2-1(1 18)-117/2020 saylı iş üzrə İddiaçı Xaçmaz rayon bələdiyyəsinə qarşı iddia qaldıraraq Xaçmaz rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 14 saylı qərarının qanunsuz sayılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddia mümkün sayılmamışdır. Bələdiyyə qərarı əsasında ona satılmış 4 sot torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmuşdur. Hesab edir ki, xx.xx.2005-ci il tarixli, 14 saylı qərar ilə satılmış torpaq sahəsi ona aid olduğuna görə iddiaçının bu tələbi qərəzli və əsassızdır.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı və X11 cavabdeh Xaçm az rayon Xaçmaz bələdiyyəsinə qarşı 26 dekabr 2005-ci il tarixli, 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmayan 0.0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası iddia müddətinin ötürülməsi əsası ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı bələdiyyənin həmin q ərarının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq, iddianın növünü düzgün seçməyi təklif etmiş və inzibati aktın etibarsız hesab edilməsi ilə ləğv edilməsi əsaslarının fərqli olduğunu iddiaçıya izah etmiş, lakin iddiaçı inzibati aktın mübahisələndirilməsi zamanı iddia müddətinin tətbiq edildiyinə görə bələdiyyə qərarının etibarsız sayılmasını tələb etdiyini bildirdi. İddiaçı iddia ərizəsində tələbini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Yəni bələdiyyənin özünə məxsus olmayan torpaq sahəsini üçüncü şəxsə satmasına görə bələdiyyə qərarının etibarsız hesab edilməsini tələb etmişdir. Halbuki “Torpaq islahatı haqqında” Qanunun 7 -ci maddəsinə görə, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. Beləliklə, bələdiyyə qanunla onun mülkiyyətinə aid edilmiş torpaq sahəsini üçüncü şəxsə satdığından, həmin qərarın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir.
13. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)107/2 022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-556/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh orqanın 26 dekabr 2005-ci il tarixli, 14 saylı qərarına nəzər yetirdikdə, Qərarın 2-ci maddəsində torpaq sahəsinin Xaçmaz şə həri, H. Əliyev küçəsində yerləşən ərazidən, lakin məhz 74 saylı evin həyətyanı sahəsindən ayrıldığına dair və yaxud ərazinin ilkin torpaq ayırma sənədi, hər hansı cizgisi əlavə olunmamışdır. Bu hal digər 2(067)-4895/2017 saylı mülki iş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Ekspert rəyində də öz əksini tapmışdır. Həmin rəyə əsasən, bələdiyyənin ilkin torpaqayırma sxemləri iş materiallarına əlavə olunmadığından, elektron baza məlumatlarında sərhəd xətlərinin müəyyən edilməsi mümkün olmamışdir.
18. Torpaq sahəsi ayrılarkən qərara həmin torpaq sahəsinin yerləşməsini göstərən cizgi əlavə olunmalı idi. Torpaq sahəsinin yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi və Xaçmaz rayon bəl ədiyyəsi tərəfindən göstərilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yalnız iş materiallarında olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon Şöbəsi tərəfindən X15 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 400 kv.metr torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə dair xx.xx.2005-ci il tarixli rəyində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasına və alqı-satqı predmeti olmasına istinad etmişdir.
20. İşə baxılan zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilməmişdir, mübahisəsi gedən torpaq sahəsinin üçüncü şəxsə ayrılan zaman hüquqi statusuna görə (dövlət, bələdiyyə, xüsusi mülkiyyətdə olma sı) hansı növ torpaqlara aid olması barədə iş üzrə rəy verilməsi üçün xidməti tapşırıq verilməmiş və araşdırılmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, iş üzrə bütün sübutların toplanılaraq əlaqəli şəkildə qiymətləndirilməsi həyata keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Qanun Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəb ul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qa nunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
24. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış pros essual müddəti bərpa etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqınd a və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dai r iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia mümkün sayılmamalıdır.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın müm künlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
29. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi cavabdeh orqanın müvafiq qərarının etibarsız sayılmasına yönəlmiş dir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunur. Bununla bağlı, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən qərarın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığının müəyyən olunmasında maraqlı olmalıdır. Yəni iddiaçı, etibarsızlığın tanın masında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində, tez bir zamanda reallaşdırmalıdır. Beləliklə, bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentlə (iddiaçının marağı) bərabər həm də zaman komponentinə malik olmalıdır. Bu səbəbdən, hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Bunu iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin təklifinə münasibət bildirərkən iddiaçı özü də etiraf edir.
31. Nəzərə alınma lıdır ki, etibarsızlığın tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddiaya yaxındır. Lakin “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız və ya əhəmiyyətsiz sayıldığı, heç bir hüquqi nəticə yaratmadığı, yəni iddia predmeti mövcud olmadığı üçün qərarın etibarsızlığının tanınmasına yönəlmiş mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.
32. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın etibarsızlığının dəqiq və konkret əsasları müəyyən olunmuşdur və yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə inzibati akt etibarsız sayılır. Həmin normaya əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inziba ti orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt.
33. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
34. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan və bu qərarın 23-24-cü bəndlərində istinad olunan normalar inzibati aktın etibarsız sayılması ilə bağlı torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilikdən fərqli qaydalar və hüquqi müdafiə imkanları nəzərdə tutur. Bununla bağlı qeyd edilməlidir ki, hazırda qüvvədə olan inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı bu Qərarın 24-cü bəndində istinad olunan normanın müddəaları nəzərə alınmalıdır. Həmin normaya görə, müəyyən etmə və ya tanınma haqqın da iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Bu zaman iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Bu iddianın subsidiar iddia kimi müəyyən olunmasında qanunvericinin məqsədi hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquq mübahisəsini dolayısi ilə deyil, məhz birdəfəlik həll edən hüquq müdafiə vasitəsindən istifadə imkanının yaradılmasından ibarətdir. B u mənada, iddiaçı məqsədinə əsas iddia növləri vasitəsi, konkret halda mübahisələndirmə haqqında iddia ilə çata bilərdisə, subsidiar iddianın qaldırılmasına yol verilmir.
35. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının yuxarıda istinad olunan norma baxımından və həmin normada nəzərdə tutulan anlamda Xaçmaz rayon Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə 26 dekabr 2005-ci il tarixli qərarının etibarsız sayılması ilə bağlı hüquqi müdafiə marağının mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur.
36. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçı cavabdehin 26 dekabr 2005-ci il tarixli qərarının qanunsuz sayılması, həmin aktın ləğv olunması, faktiki istifadələrində olan 0,0456 ha torpaq sahəsinin əsas döngə nöqtələr inin koordinatları göstərilməklə onların mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmış, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Başqa sözlə, iddiaçı həmin qərara qarşı hüquqi müdafiə imkanlarından istifadə etmiş, lakin qərarın mübahisələndirilməsi ilə bağlı müddəti buraxması səbəbindən iddiaya mahiyyəti üzrə baxılmasına nail ola bilməmişdir.
37. İş materiallarından görünür ki, cavabdeh orqanın mübahisələndirilən 14 saylı qərarından iddiaçının əvvəldən məlumatlı olduğu iş materialları ilə tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı maraqlı şəxs (iddiaçı) tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyi də iş üzrə materiallarla müəyyən olunur. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdeh orqanın qərarının qanunla müəyyən olunmuş müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.
38. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orq an olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
39. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
40. Bununla bağlı nəzərə almaq lazımdır ki, müddət məhdud iyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
41. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
42. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibat i məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-107/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.