Məhkəmə qərarları › İş №2-1(102)-868/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-868/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-868/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: X8, X9, X5) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3998/2023 nömrəli qərardadından iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Stasionar xidmət obyektinin təşkili haqqında xx.xx.2006-cı il tarixli 04 saylı müqaviləyə əsasən Bakı şəhər, Zabrat 2 qəsəbəsi, Məmmədyarov küçəsi, “4” a saylı evin yan tərəfində yerləşən 2000 kv. metr torpaq sahəsi 10 il müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Heydərov Zahir İsmayıl oğluna icarəyə verilmşdir.

2. Heydərov Zahir İsmayıl oğlu məhkəməyə müraciət edərək, Bakı şəhər, Zabrat - 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “a” saylı evin yan tərəfində yerləşən 2000 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 №li xx.xx.20 06cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Zabrat – 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “a” saylı evin yan tərəfində yerləşən 2000 kv. metr torpaq sahəsinə Heydərov Zahir İsmayıl oğlunun mülkiyyət hüququnun tanınaraq, həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qeyd olunan iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Heydərov Zahir İsmayıl oğlunun cavabdeh Bakı Şəhər icra Hakimiyyətinin Yaşıllaşdırılma Təsərrüfatı birliyinə qarşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7518/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı Heydərov Zahir İsmayıl oğlunun hüquqi varisi Heydərov Murad Zahir oğlunun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 751211 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Heydərov Zahir İsmayıl oğlu xx.xx.2015-ci il tarixdə ölmüşdür.

7. Bakı şəhəri Cavabdeh başçısının “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X6 Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunu n sağ tərəfi, Məmmədyarov küçəsində yerləşən torpaq sahəsinin ayrılması haqqında” 34 №li, xx.xx.2018-ci il tarixli sərəncamı ilə ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 16 yanvar 2018-ci il tarixli **********14 saylı məktubu ilə razılaşdırılmış torpaq sahəsinin yerquruluşu planında göstərilən Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi, Məmmədyarov küçəsində yerləşən 0,029 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədilə X4 icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində ki 2000 kv metr torpaq sahəsinə dair Bakı şəhəri Cavabdeh başçısının 34 №-li, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6921/2023 saylı qərardadı ilə X8, X9, X5 məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb edilmişlər. İddiaçının əsaslandırması:

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv. metr torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə iddiaçının mərhum atası, Heydərov Zahir İsmayıl oğlu arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə v erilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla torpaq sahəsinin adına rəsmiləşdirilməsi qət edilmişdir.

11. Atası Zahir Heydərov həmin qətnamə əsasında 2000 kv.metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. Atası qeyd edilən torpaq sahəsində 200.000 manat dəyərində sahəsi 277 kv. metr və 85.000 manat dəyərində sahəsi 27 kv. metr olan dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir.

12. Eyni zamanda, həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 150.000 manat dəyərində 74 kv. metr, 55.000 manat dəyərində 21 kv.metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. Atası xx.xx.2015-ci ildə vəfat etmiş və iddiaçının adına vərəsəlik işi açılmışdır.

13. Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Atasına məxsus olan yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini vəfat etdikdən sonra iddiaçı işlətmişdir. Eyni zamanda, məhkəmə qərarının icrası cavabdehə göndərilsə də, cavabdeh qurum belə bir öhdəlik müəyyən edilmədiyi səbəbini əsas gətirməklə qərarın icrasından yayınmışdır.

14. Hal-hazırda cavabdehin arayış verməməsi nəticəsində iddiaçı sözü gedən torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsm iləşdirə bilmir. Bu ərəfədə ona məlum olmuşdur ki, qeyd edilən mübahisəli torpaq sahəsi cavabdeh qurum tərəfindən üçüncü şəxslərə ayrılmışdır ki, bunu qanunsuz hesab edir.

15. Bakı şəhəri Cavabdeh başçısının 34 №-li, xx.xx.2018-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 №-li, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən X6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ZabratMaştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi 49 il müddətinə icarəsinə verilmişdir (1262077 №-li çıxarış, reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). X8: üç notarial qaydada təsdiq edilmiş hüquqların alqı-satqı müqaviləsi (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli) əsasında adıçəkilən torpaq sahəsinin 0,223 ha hiss əsinə olan icarə hüququnu X7; xx.xx.2019-cu il tarixli müqavilə əsasında qalan 0,067 ha hissəsinə olan icarə hüququnu X1. Torpağın bölgü sxemi koordinatlar göstərilməklə DƏDRX tərəfindən təsdiq edilmişdir. Cavabdehin və üçüncü şəxslərin etirazları:

16. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı etiraz təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6921/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilmiş işin araşdırılan hallarından göründüyü kimi iddiaçının mərhum atasının 3-cü şəxsin əmlakına hüquqları rəsmi olaraq tanınmamışdır. Belə olan halda isə iddiaçının vərəsə kimi hazırkı iddianı irəli sürməyə subyektiv hüq uqu yaranmır.

19. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

20. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil.

21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən m ümkün sayılmamalıdır.

22. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3998/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6921/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

26. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə iddiaçının mübahisəli ərazidə yerləşən tikililərə mülkiyyət hüququ birmənalı şəkildə tanınmışdır. Qanunvericiliyin tələblərinə əsasən bu halın yenidən sübuta yetirilməsinə ehtiyac yoxdur və məhkəmə bu halı qəbul etməyə bilməz. Ancaq işə baxan məhkəmə qeyd edilən halı yan keçmək üçün qətnamədə qeyd etmişdir ki, guya iddiaçının iddiasının məhkəmələr tərəfindən rədd edilməsinin hüquqi əsası ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilməmişdir. Lakin bu zaman məhkəmə unutmuşdur ki, iddiaçı qeyd edilən halı sübut etməli deyil. Çünki Ali Məhkəmə mübahisəli torpaq sahəsi üzərində olan tikililərə mülkiyyət hüququnu tanıdığı ndan, hazırkı iddianın mahiyyəti məhz həmin tikililər yerləşən torpaq sahəsinə aiddir və hazırda iddia tələbinin mahiyyəti məhz həmin torpaq sahəsindən bəhs edir ki, iddiaçı qeyd edilən torpaq sahəsinə dair hər hansı bir formada özəlləşdirmə olduğu halda üstün mövqeyə sahib olmuşdur, lakin onun bu hüququ dövlət orqanı tərəfindən nəzərə alınmamışdır.

27. İddiaçının tikililəri olan torpaq sahəsi qanunsuz olaraq Cavabdeh tərəfindən üçüncü şəxslərə icarəyə verilmişdir. Bunun da nəticəsində iddiaçının torpaq sahəsi üzərində üstünlük hüququ məhdudlaşdırılmışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-1052/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yanındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140/2016 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinin Bakı Apellyasıya Məhkəməsinin 2(103)-5514/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilməsinə, eyni zamanda həmin aktın qəbul edilməsində əsas kimi istinad olunmuş icarə müqaviləsinin müvafiq torpaq ayırma qaydalarına uyğun olmadan verilməsinə istinad etsə də, 2006-cı ildən 2018-ci ilədək sözügedən torpaq sahəsinin iddiaçının mərhum atasının və özünün mülkiyyətində olduğunu, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq tikililər tikdiyini, tikililər qeydiyyatdan keçməsə də, iddiaçının atasının və özünün sahibliyində olduğunu nəzərə almamışdır.

29. Qeyd edilən mübahisənin araşdırılması zamanı məhkəmə tərəfindən əvvəlki məhkəmə mübahisəsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilmiş preyudisial xarakterli hallar nəzərə alınmamış, işə baxan məhkəmə yenidən həmin hallara hüquqi qiymət vermişdir.

30. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün p reyudisial əhəmiyyətə malik olmasını göstərir.

32. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir, Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

33. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

34. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı).

35. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki- hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

36. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən hallan, işin hallan barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi)

37. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırma hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

38. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(103)1052/2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş hallar nədənsə nə Bakı İnzibati Məhkəməsinin, nə də Bakı Apellyasiya Məhkəməsinin İK-nın işə baxan kollegiyası tərəfindən nəzərə alınmamış və buna görə də ədalətsiz qərar qəbul edi lmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

40. İnzibati Prosessual Məcəllə: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfin dən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

45. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

46. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddianın mümkün sayılması üçün ilk növbədə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olması şərti də yerinə yetirilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

48. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-2371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-180/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiy a şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1587/2022 nömrəli Qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.

49. Ali Məhkəmənin İnzibati Kollegiyası qərarında qeyd etmişdir ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülki yyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.

50. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən torpaq və əmlak üzərində hüquqlarını təsdiq edən sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə mərhum atası Heydərov Zahir İsmayıl oğlu arasında bağlanmış 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqaviləyə, Sabunçu Rayon Məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə istinad edir. Bununla bağlı qeyd olunmalıdır ki, iş üzrə materiallardan, o cümlədən iş üzrə materiallara əlavə olunmuş 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqavilədən qeyd olunan torpaq sahəsinin iddiaçının atas ına 10 il müddətinə, yəni müddətli icarəyə verildiyi və həmin müddətin 2016-cı ilin müvafiq ayında bitdiyi görünür. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin istinad olunan müqaviləni bağlamağa səlahiyyətli olmadığı və səlahiyyətsiz qurum tərəfindən bağlanılmış müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hüquqi nəticələr də nəzərə alınmalıdır. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.

51. Beləliklə, hazırkı mübahisəyə münasibətdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı yerləşən evin yan tərəfində yerləşən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində (o cümlədən icarəsində) və ya mülkiyyətində olmadığı, onun həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olmadığı, bunun üzərindən tələb hüququnun da istisna edildiyi nəzərə alındıqda, iddiaçı hazırkı kompensasiya tələbində haqlı sayıla bilməz. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsində qanunsuz tikililərin inşa edilməsi və qanunsuz davranışın hüquqi nəticələri ilə bağlı risklər iddiaçının məsuliyyət sferasına aid olunmalıdır.

52. Göründüyü kimi, iddiaçının mübahisələndirilən sərəncamda göstərilən torpa q sahəsinə dair subyektiv hüquqa malik olmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktları, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1587/2022 nömrəli Qərarı ilə müəyyən olunmuşdur.

53. Belə olan halda, iddiaçının cavabdehə qarşı İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

54. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3998/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar