Məhkəmə qərarları › İş №2-1(102)-868/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-868/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-868/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin kassator tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X1 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edi lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-329/2024 nömrəli qərardadından iddiaçının vəkili tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mərhum oğlu-X1 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-179/2 024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-329/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)179/2024 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “X1 adına nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamış, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir. 5.İddiaçı ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-329/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı kassasiya şikayəti verməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmiş, qərardadın surəti icra olunması üçün Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinə göndərilməsi qərara alınmışdır.

7. İddiaçının vəkili Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-329/2024 nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməs inə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirak çılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

9. Mülki Prosessual Məcəllə: Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. İPM-in 90.3-cü və MPM-in 407.3-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassas iya şikayəti yalnız onu verən şəxs və vəkil tərəfindən imzalandıqdan sonra icraata qəbul edilir.

12. İddiaçının vəkili tərəfindən verilmiş kassasiya şikayəti iddiaçının özü tərəfindən imzalanmamışdır. İddiaçının vəkilinin Şəki Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli arayışda da bildirilmişdir ki, iddiaçı ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, kassasiya şikayətinin tərtibatı zamanı iddiaçı kassasiya şikayətini imzalamağa gəlməmişdir.

13. Belə olan halda kassasiya şikayətin iddiaçının imzası olmadan icraata qəbulu prosessual normalar baxımından düzgün deyil.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-329/2024 nömrəli qərardadından iddiaçının vəkili tə rəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar