Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-869/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət X14 Xüsusi X5rşı iş üzrə QƏRARİ Açar sözlər: 50 yaşdan güzəştli şərtlə pensiya təyini 23.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin yanında Dövlət X14 X12 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin yanında Dövlət X14 Xüsusi X7 (bundan sonra cavabdeh) qarşı “iddiaçıya işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə 2004 – 2005-ci illərin əmək haqqı nəzərə alınaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2527/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuşdur.
2. İddiaçı əmək kitabçasına əsasən əmək fəaliyyətinə başlayanadək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda tədris almışdır, əmək fəaliyyətinə SovİKP-nin XXİİ qurultayı adına Neftqazçıxarma İdarəsində başlamış, xx xxxxxx 1979-cu il tarixdən x xxxxxx 1981-ci il tarixinədək X18 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, xx xxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək Qaz kompressor sexində mühəndis elektrik, xx xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixədək X18 Stansiyasında usta vəzifəsində, xx xxxxxx 1985-ci il tarixdən xx xxx 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində, x xxx 1986-cı il tarixdən xx xxxxxx 1987-ci il tarixədək X22 Stansiyasının elektrik sexinin rəisi vəzifəsində, xx xxxxxx 1987-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək QTES baş mühəndisi vəzifəsində, xx xxxxxx 1988-ci il tarixdən 1988-ci ildən xx xxxxxx 1999- cu il tarixədək X3 baş mühəndisi vəzifəsində, xx xxxxxx 1999-cu il tarixdən xx xxxxx 2006-cı il tarixədək X2 Şöbəsinin baş mühəndisi vəzifəsində, xx xxxxx 2006-cı il tarixdən xx xxxx 2015-ci il tarixədək “Azneft” İB-nin Energetika şöbəsinin baş energetiki vəzifəsində, xx xxxx 2015-ci il tarixdən xx xxx 2017-ci il tarixədək X4 stansiya rəisi vəzifəsində işləmiş, xx xxx 2017-ci il tarixdən hal-hazıradək Energetika şöbəsində baş energetik 16 dərəcəli şöbə rəisi işləyir. 3. 30.06.1979-cu ildə verilmiş diploma əsasən iddiaçı 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1979-cu ildə “Elektrik stansiyaları” ixtisası üzrə tam kursu bitirmişdir.
4. ARDNŞ “Azneft” İB “Neft Daşları” NQÇİ-nin PUŞ-02/140 SAYLİ xx xxx 2018ci il tarixli arayışda qeyd edilmişdir ki, “ Neft Daşları” NQÇİ-nin X6 şöbəsində baş energetik - şöbə rəisi vəzifəsində işləyən 1957-ci il təvəllüdlü iddiaçı xx xxxxxx 1979-cu il tarixdən x xxxxxx 1981-ci il tarixədək X18 Stansiyasında Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir: bölmə 24, “a” bəndi – 1 il 4 ay 12 gün, x xxxxxx 1981-ci il tarixdən x xxxxxx 1984-cü il Qaz kompressor sexində mühəndis elektrik vəzifəsində işləmişdir: 3 il 7 gün, x xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixədək X18 Stansiyasında usta vəzifəsində işləmişdir: bölmə 24, “b” bəndi – 1 il 10 ay 5 gün, xx xxxxxx 1985-ci il tarixdən x xxx 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində işləmişdir: 5 ay 24 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsd iq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” və “b” bəndinə əsasən “Neft Daşları” NQÇİ-nin QTİS-in Elektrik avadanlıqlarının təmiri üzrə usta, növbə rəisi vəzifəsində x xxx 2018-ci il tarixədək dəniz şəraitində güzəştli şərtlərlə işləmişdir. x xxx 1986-cı il tarixdən x xxxxxx 1987-ci il tarixədək X22 Stansiyasının elektrik sexinin rəisi vəzifəsində işləmişdir. x xxxxxx 1987-ci il tarixdən x xxxxxx 1988-ci il tarixədək QTES baş mühəndisi vəzifəsində, 1988-ci ildən x xxxxxx 1999cu il tarixədək X3 baş mühəndisi vəzifəsində, x xxxxxx 1999-cu il tarixdən x xxxxx 2006-cı il tarixədək X2 Şöbəsinin baş mühəndisi vəzifəsində, x xxxxx 2006-cı il tarixdən x xxxx 2015-ci il tarixədək “ Azneft” İB-nin Energetika şöbəsinin baş energetiki vəzifəsində, x xxxx 2015-ci il tarixdən x xxx 2017-ci il tarixədək X4 stansiya rəisi vəzifəsində işləmişdir.
5. İddiaçı ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmişdir.
6. Cavabdeh iddiaçıya ünvanladığı xx xxxxx 2019-cu il tarixli məktubla iddiaçının tələb olunan yaş həddinin olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı x xxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə 2004 – 2005-ci illərin əmək haqqı nəzərə alınaraq 50 yaşdan güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1979-cu il tarixdən x xxxxxx 1981-ci il tarixinədək X18 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (1 il 4 ay 12 gün), x xxxxxx 1981-ci il tarixdən x xxxxxx 1984-cü il tarixədək Qaz kompressor sexində mühəndis elektrik (3 il 7 gün), x xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixədək X18 Stansiyasında usta vəzifəsində (1 il 10 ay 5 gün), xx xxxxxx 1975-ci il tarixdən x xxx 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində (5 ay 24 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsi “a” və “b” bəndlərinə əsasən Neft Daşları NQÇİ-nin QTİS-in rəisi vəzifəsində x xxx 2018-ci il tarixədək dəniz şəraitində güzəştli şərtlərlə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinası əsassızdır. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci, 27-ci (x xxxxxx 2010-cu il tarixədək qüvvədə olan redaksiyada), 31.1-ci, 32.1-ci, 37.7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli, xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli və xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarlarına istinad edilmişdir.
9. DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı üzrə) çalışan sığortaolunanlar: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin i şlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşın yaş həddi olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur.
10. Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(82)-2070/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya onun xx xxxxxx 1979-cu il tarixdən x xxxxxx 1981-ci il tarixinədək X18 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, x xxxxxx 1981-ci il tarixdən x xxxxxx 1984-cü il tarixədək Qaz kompressor sexində mühəndis elektrik, x xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixədək X18 Stansiyasında usta vəzifəsində, xx xxxxxx 1975-ci il tarixdən x xxx 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində, x xxx 1986-cı il tarixdən x xxxxxx 1987-ci il tarixədək X22 Stansiyasının elektrik sexinin rəisi vəzifəsində, x xxxxxx 1987-ci il tarixdən x xxxxxx 1988- ci il tarixədək X22 Stansiyasında baş mühəndis vəzifəsində, 1988-ci ildən x xxxxxx 1999-cu il tarixədək X3 baş mühəndisi vəzifəsində, x xxxxxx 1999-cu il tarixdən x xxxxx 2006-cı il tarixədək X2 Şöbəsinin baş mühəndisi vəzifəsində işlədiyi dövrlər sığorta stajına daxil edilməklə 2004 – 2005-ci illər üzrə əmək haqqı nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında və təqdim etdiyi müvafiq arayışda gö stərilən qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Həmin iş stajının sığorta stajına daxil olunmaması üçün tutarlı əsasları cavabdeh məhkəmə icraatında təqdim etməmişdir. Həm də nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onu n işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur.
12. DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi hazırkı cavabdehlə əvəz edilmişdir.
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər X17məruzəçi, X11 və X13, 2-1(103)-2527/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirm ədən saxlamışdır.
15. Cavabdeh həmin qərardan xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti vermişdir. Şikayətdə qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 16. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtinə əməl edilməmişdir. Hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxx xx 2006-ci il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
20. Beləliklə, xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 20 ildən azdır.
21. Belə olan halda, iddiaçıya müna sibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. 22. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. 23. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 24. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1 -1 -ci maddəsin də göstərilən şərt nəzərə alınmaqla ödənilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 27. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanları n: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 29. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü mad dəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti t ərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
30. İnzibati Prosessual Məcəllə: Maddə
12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.1. Sübutlar məh kəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
31. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddəti ndə (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə r azılaşaraq qeyd edir ki, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: -xx.xx.1997-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; -xx.xx.1997-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.
36. Cavabdeh hesab edir ki, x xxxxxx 1997-ci ilə qədər iddiaçının azı 20 il ümumi stajı olmamışdır.
37. İddiaçının 1974-1979-cu illərdə ali təhsil alması nəzərə alınmaqla 1979-cu ildən əmək fəaliyyətinə başladığından x xxxxxx 1997-ci ilə qədər 20 ildən az olmayan ümumi staja malikdir. Odur ki, bu hissədə cavabdehin şikayəti əsaslı sayıla bilməz.
38. Lakin iddiaçının xx.xx.1997-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması apelyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır.
39. İddiaçının iş yeri üzrə veri lən arayışda qeyd edilmişdir ki, iddiaçı xx xxxxxx 1979-cu il tarixdən x xxxxxx 1981-ci il tarixədək X18 Stansiyasında Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir: bölmə 24, a) bəndi – 1 il 4 ay 12 gün, x xxxxxx 1981-ci il tarixdən x xxxxxx 1984-cü il Qaz kompressor sexində mühəndis elektrik vəzifəsində işləmişdir: 3 il 7 gün, x xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixədək X18 Stansiyasında usta vəzifəsində işləmişdir: bölmə 24, b) bəndi – 1 il 10 ay 5 gün, xx xxxxxx 1985-ci il tarixdən x xxx 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində işləmişdir: 5 ay 24 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin a) və b) bəndinə əsasən “Neft Daşları” NQÇİ-nin QTİS-in Elektrik avadanlıqlarının təmiri üzrə usta, növbə rəisi vəzifəsində x xxx 2018-ci il tarixədək dəniz şəraitində güzəştli şərtlərlə işləmişdir.
40. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində aşağıdakı kodlarla nəzərdə tutulmuşdur: (1100000a – 19838) – buruqlara xidmət üzrə elektrik montyorları; (1100000a – 19861) – neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları; (1100000b – 23187) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar; (1100000b – 24125) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri.
41. Apelyasiya məhkəməsi iddiaçının iş yeri üzrə xx.xx.2019-cu il tarixli məktuba istinad edərək qeyd etmişdir ki, iddiaçı həqiqətən də xx.xx.1979-xx.xx.2006-cı il tarixlərdə və xx.xx.2015-ci il tarixdən hal-hazıra qədər Birliyi “Neft Daşları” Neft və X16, dəniz şəraitində işləmişdir və x xxxxxx 1997-ci il tarixədək 20 ildən artıq ümumi iş stajı (təhsil müddəti də nəzərə alınmaqla), o cümlədən 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı vardır.
42. İddiaçının iş yeri üzrə verilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin a) və b) bəndinə istinad edilsə də, apelyasiya məhkəməsi həmin arayışa əsaslansa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən iddianın əsaslı olması nəticəsinə gəlmiş, gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının x xxxxxx 1997-ci ilə qədər güzəştl i şərtlə əmək pensiyası hüququ olan stajı ilə bağlı araşdırma aparmamış, iddiaçının işlədiyi hansı peşəsinin və hansı dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda olub-olmamasını qərarında göstərməmiş, nəticədə güzəştli şərtlə əmək pensiyası hüququ olan stajın müddətini müəyyən etməmişdir.
43. Odur ki, bu hissədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
44. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd e dilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2527/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.