Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-869/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; bələdiyyə torpağı üzərində icarə hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimləri Rəsulbəyova Nigar İmran qızı oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 firmasının (xx.xx.1995-ci il tarixdə qeydiyyat alınıb; VÖEN:**********) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu blik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)55/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Yerli İqtisad Məhkəməsinin 1002/2-184 nömrəli 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə «Vüqar-Ə» firmasının 02/2001 saylı, xx.xx.2001-ci il tarixli müqavilədə göstərilən, Su mqayıt şəhəri 53-cü məhəllə ünvanda yerləşən torpaq sahəsini boşaltması, xx.xx.2001-ci il tarixli, 02/2001 saylı müqaviləyə əsasən 172,5 kv metr sahəsi olan tikilinin (xarrat sexi) «Vüqar-Ə» firması tərəfindən satın alınmış hesab edilməsi qət edilmişdir.
2. Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 23 oktyabr 2003-cü il tarixli 86 saylı protokoluna əsaslanaraq, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 11 iyul 2003-cü il tarixli (iş № 1002/2 - 184) qətnaməsini nəzərə alınaraq, 53-cü məhəllə ərazisində «VÜQAR - Ə» firmasının şəxsi əmlakı sayılan sahəsi 172,4 kv m olan («Triumf - 25» firması tərəfindən satılmış) xarrat sexinin yerləşdiyi 172,4 kv m torpaq sahəsi «Triumf - 25» firmasından geri a lınması və həmin sahə daxil olmaqla istehsalat obyekti yaratmaq məqsədilə əlavə 1020 kv.m., ümumilikdə 1192,4 kv.m. torpaq sahəsi «VÜQAR - Ə» firmasının adına rəsmiləşdirilməsi qərara alınmışdır.
3. Sumqayıt şəhər bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı 31 oktyabr 2003-cü il tarixli 766 nömrəli texniki pasport tərtib edilmişdir.
4. İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış 02 mart 2005-ci il tarixli 73 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə ilə Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazisində 1192 kv.m torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı əsasında bir il müddətinə icarə müqaviləsi bağlanmışdır.
5. İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış 28 mart 2019-cu il tarixli 28 nömrəli “Torpaq icarə müqavilə”si ilə Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazisində 1192 kv m torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı əsasında xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək müddətə icarə müqaviləsi bağlanmışdır.
6. İddiaçı 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin 7 fevral 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 28 mart 2019-cu il tarixli icarə müqaviləsi ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə zidd olaraq torpaq sahəsi üzərində icarə müddəti hərrac keçirilmədən uzadılmışdır. Bundan başqa, müayinə zamanı 0,0079 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında (10 kVt) yerləşdiyi müəyyən edilmiş, X1 firması tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na riayət edilməmişdir. 10-kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində hər tərəfə 10 m etr kimi müəyyənləşdirilmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 24 oktyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi s ahəsi 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi istehsalat sahəsi yaratmaq məqsədi ilə "Vüqar-Ə" firmasının icarəsinə verilmiş, sonra bələdiyyə tərəfindən torpaq sahəsinin inşaat pasportu hazırlanaraq firmaya təqdim olunmuş, həmçinin "Vüqar-Ə" firması ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilən tar ixdən hazıradək firma tərəfindən torpaq sahəsindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı bələdiyyənin hesabına ödənilir. "Vüqar-Ə" firması ilə Sumqayıt bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair bağlanılmış sonuncu icarə müqaviləsinin müddəti 2019-cu ilin əvvəllərində başa çatdığından, firma tərəfindən 2019-cu ilin mart ayında bələdiyyəyə müraciət edilərək torpağın icarə müddətinin uzadılması xahiş edilmişdir. "Vüqar-Ə" firmasının müraciəti əsasında tərəflər arasında sözügedən torpaq sahəsinə dair 28 mart 2019-cu il tarixli, 28 saylı yeni torpaq icarə müqaviləsi bağlanılmış və həmin müqavilədə torpağın icarə müddəti 31 dekabr 2023-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra firma torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı yaxud müsabiqə yolu ilə əldə edilə bilinəcəyini göstərərək, "Vüqar-Ə" firmasının torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhər Bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı ilə X1 firmasının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində X1 firmasının yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi digər dəlillərin də hər hansı hüquqi əsasları mövcud deyildir. Belə ki, cavabdeh firmanın istifadəsində olan torpaq sahəsinin 79 kv.metrinin guya yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamışdır. Hətta cavabdehin bildirdiyi kimi, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi halda belə, bu, torpaq üzərində X1 firmasının icarə hüququnun dövlət qeydiyyatından imtina üç ün əsas sayıla bilməz. Belə ki, bu halda yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşən torpaq çıxılmaqla qalan torpaq sahəsi üzərində X1 firmasının icarə hüququ dövlət qeydiyyatından keçirilməli idi. Cavabdehin sözügedən bələdiyyə qərarının qanunvericiliyə uyğun olmadığı məsələsi X1 firmasının icarə hüququnu dövlət qeydiyyatından keçirməkdən imtina etməsi üçün bəhanədən başqa bir şey deyildir. Belə ki, cavabdeh yalnız qeydiyyat orqanı olduğu halda, öz səlahiyyətindən kənara çıxaraq bələdiyyə qərarlarına inzibati nəzarət orqanının funksiyasını daşıyan orqan kimi çıxış etmişdir.
9. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi etiraz dəlilləri ilə iddiaçının müraciətinə verilmiş imtinanın dəlilləri eynilik təşkil edir.
10. Məhkəmənin sorğusuna əsasən X4 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli 84-01-01/191 nömrəli cavab məktubuna əsasən, X1 firmasına məxsus istehsalat sahəsinin bir hissəsi Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən və "xxxx" ASC-yə məxsus 10 kv-luq 14-cü şəhər fideri hava xəttindən budaqlanma yolu ilə 53-cü məhəllədə fəaliyyət göstərən X2 məxsus özəl müəssisənin 54 saylı komplekt transformator məntəqəsinə çəkilmiş 19 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasına düşür. Hava xətti Ə.Nəsirova məxsus obyektə verilmiş TX-12-4712 saylı xx.xx.2009-cu il tarixli texniki şərt əsasında 2009 cu ildə çəkilmişdir. Obyekt ilə hava xətti arasındakı məsafə 3 metr təşkil edir. Hava xəttinin trassası ərazinin mövqe planında qırmızı xətlə göstərilmişdir. X1 firmasına məxsus 1192,4 kv.m-lik torpaq sahəsindən "xxx x" ASC Şimal RETSİ-nə məxsus 3510-6-0,4 kV-luq kabel və hava xətləri keçmir.
11. Məhkəmə sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X1 firmasına məxsus istehsalat sahəsinin bir hissəsi Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən və "xxxx" ASC-yə məxsus 10 kV-luq 14-cü şəhər fideri hava xəttindən budaqlanma yolu ilə X2 məxsus özəl müəssisəni qidalandıran 54 saylı komplekt transformator məntəqəsinə çəkilmiş 10 kVluq hava elektrik verilişi xəttinin mühafizə zonasına düşür. Hava xətti Ə.Nəsirova məxsus obyektə verilmiş TX-12-4712 saylı texniki şərt əsasında 2009-cu ildə çəkilmişdir. Obyekt ilə hava xətti arasındakı məsafə 3 (üç) metr təşkil edir.X1 firmasına məxsus 1192,4 kv.m torpaq sahəsindən "xxxx" ASCyə məxsus 35/10/6/0,4 kV-luq kabel və hava xətləri keçmir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(81)-179/2021 saylı 31 may 2021-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi təmin edilmiş, Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv m olan torpaq sahəsi üzərində iddiaçı X1 firmasının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ 2003-cü ilin oktyabr ayından yaranmışdır. Bundan sonra hər il iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsinin müddəti uzadılmış, sonuncu dəfə xx.xx.2019cu ildə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2023-cü ilədək qüvvədədir. Həmçi nin, Vüqar-Ə” firmasına icarəyə verilməsi barədə qərar və icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə isə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Bundan əlavə, məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttininn mühafizə zolağında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, aidiyyəti orqanlara verilmiş sorğulara cavablardan iddiaçının icarəsində olan torpaq sahəsinin üzərindən "xxxx" ASC-yə məxsus kabel və hava xətləri keçmədiyi müəyyən edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qə bul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-55/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin Məhkəməsinin 22-1(81)-179/2021 saylı 31 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri 16. "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənm əsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" xx.xx.2008-ci il tarixli Qanunun 10-cu bəndinə əsasən bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra. həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər.
17. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192.4 kv.metr torpaq sahəsi üzərində icarə müddəti 2019-cu ilin əvvəlində bitmişdir, deməli həmin maddi hüquq normasına görə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin to rpaq yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Deməli "Vüqar-Ə" firması Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192.4 kv.metr torpaq sahəsini açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə qötürə bilərdi. Sumqayıt Bələdiyyəsi isə qanunvericiliyin tələblərinə riayət etməyərək birbaşa xx.xx.2019cu il tarixində 28 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası isə bu qanun pozuntusunu aradan qaldırmaq əvəzinə hesab etmişdir ki, icarə müqaviləsinin uzadılması üçün açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılmasına zərurət yoxdur. Göründüyü kimi, məhkəmə kollegiyası qeyd olunan Qanunun 10-cu bəndinin tələblərini nəzərə almamışdır, bununla yanaşı yanlış nəticəyə gəlmişdir.
18. Bundan əlavə, "Bələdi yyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinə (12 dekabr 2008-ci il tarixinədək qüvvədə olan redaksiyası) və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən (12 dekabr 2008-ci il tarixinədək qüvvədə olan redaksiyası) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yer quruluşu və şəhər salma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaq ayırma qaydasında həyata keçirilir. Göstərilən halda isə "Vüqar-Ə" firmasına icarəyə verilmiş 1192.4 kv.m. torpaq sahəsi ləğv edilmiş DT və XK-nın Sumqayıt şəhər şöbəsinin və müva fiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi olmadan Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 24 oktyabr 2003-cü il tarixli 95 saylı qərarına əsasən ayrılmışdır. Bununla da torpağın ayrılması qaydası pozulmuşdur. Məhkəmə kollegiyası isə həmin pozuntunun baş verməsi halını təsdiq etsə də, bu məsələdə iddiaçının təqsirinin olmaması barədə yanlış nəticəyə gəlmişdir.
19. Əlavə olaraq, işə baxan məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın tələblərini pozaraq "Vüqar-Ə" firmasına icarəyə verilmiş torpaq sahəsinin 0,0079 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında (10 kvt) yerləşdiyini nəzərə almamışdır. Bundan başqa, məhkəmə kollegiyası özü qərarında qeyd etmişdir ki, X1 məxsus olan özəl müəssisəsəyə 10 kvt-luq TX-12-4712 saylı texniki şərt əsasında elektrik hava xətti 2009-cu ildə çəkilmişdir. Göründüyü kimi, iddiaçı icarə hüququnun qeydə alınması üçün 2020-ci ildə müraciət etdiyi zaman torpaq sahəsindən yüksək gərginlikli elektrik xətti keçirdi, buna görə də mühafizə zolağına icarə hüququ ümumiyyətlə qeydə alına bilməz. Məhkəmə kollegiyası isə yanlış olaraq qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi 2003-cü ildə icarəyə verilən zaman torpaq sahəsindən yüksək gərginlikli elektrik xətti keçməmişdir. Yəni məhkəmə nəzərə almamışdır ki,iddiaçı icarə hüququnu 2003-cü ildən deyil, 2020-ci ildə dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i
20. Kassasiya şikayətlərinə qarşı iddiaçı tərəfindən yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
21. Torpaq Məcəlləsi Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər...
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 22. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu... İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan s ahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Bələdiyyə torpaqları nın satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştir akçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhk əməsinə göndərməyə haqlıdır.... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
28. İşin hallarına, iddiaçının tələ binə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 23 oktyabr 2003-cü il tarixli 86 saylı protokoluna əsaslanaraq, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 11 iyul 2003-cü il tarixli (iş № 1002/2 - 184) qətnaməsi nəzərə alınaraq, 53-cü məhəllə ərazisində «VÜQAR - Ə» firmasının şəxsi əmlakı sayılan sahəsi 172,4 kv m olan («Triumf - 25» firması tərəfindən satılmış) xarrat sexinin yerləşdiyi 172,4 kv m torpaq sahəsi «Triumf - 25» firmasından geri alınmas ı və həmin sahə daxil olmaqla istehsalat obyekti yaratmaq məqsədilə əlavə 1020 kv.m., ümumilikdə 1192,4 kv.m. torpaq sahəsi «VÜQAR Ə» firmasının adına rəsmiləşdirilməsi qərara alınmış, bundan sonra iddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış 02 mart 2005-ci il tarixli 73 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə ilə Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazisində 1192 kv m torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı əsasında xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək müddətə icarə müqaviləsi bağlanmışdır. Daha sonra isə iddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış 28 mart 2019-cu il tarixli 28 nömrəli “Torpaq icarə müqavilə”si ilə Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazisində 1192 kv m torpaq sahəsi il ə bağlı Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı əsasında bir il müddətinə icarə müqaviləsi bağlanmışdır.
30. İş üzrə cavabdehin imtinasının, iddia tələbinə etirazının və kassasiya şikayətinin əsas dəlilini iddiaçının reyestrdə qeydə alınmasını tələb etdiyi icarə müqaviləsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun 10-cu bəndinin tələblərinə uyğun olmamasıdır. Belə ki, cavabdeh hesab edir ki, iddiaçı ilə bağlanmış “Torpaq icarə müqavilə”si ilə torpaq üzərində icarə hüquqları hərrac keçirilmədən uzadılmışdır.
31. Qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası bildirir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsi ilə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə... bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunun sözü gedən müddəası “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunla əlavə edilmişdir.
32. Sözügedən Qanunla bələdiyyə torpaqla rı üzərində mülkiyyət və icarə hüquqlarının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olması ilə bağlı qanunvericiliyə imperativ norma daxil edilmiş olsa da, həmin Qanunun 9-cu bəndlərində müəyyən istisnalar nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 9-cu bəndinə əsasən bu qanun qüvvəyə minənədək...sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası...üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
33. Kassator Qanunun 10-cu bəndinə istinadən (bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həm in torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər) icarə hüquqları ilə bağlı müddətlərin uzadılmasının yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə ilə həyata keçirilə bildiyinə isitnad etsə də, Qanunun yuxarıda qeyd edilən 9-cu bəndini nəzərə almamışdır.
34. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə də müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 23 oktyabr 2003-cü il tarixli 86 saylı protokoluna əsaslanaraq, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 11 iyul 2003-cü il tarixli (iş № 1002/2 - 184) qətnaməsini nəzərə alınaraq, 53-cü məhəllə ərazisində «VÜQAR - Ə» firmasının şəxsi əmlakı say ılan sahəsi 172,4 kv m olan («Triumf - 25» firması tərəfindən satılmış) xarrat sexinin yerləşdiyi 172,4 kv m torpaq sahəsi «Triumf - 25» firmasından geri alınması və həmin sahə daxil olmaqla istehsalat obyekti yaratmaq məqsədilə əlavə 1020 kv.m ümumilikdə 1192,4 kv.m torpaq sahəsi «VÜQAR Ə» firmasının adına rəsmiləşdirilməsi qərara alınmışdır. Eyni zamanda iddiaçı xx.xx.1995ci il tarixdən kommersiya qurumu kimi qeydiyyata alınmışdır.
35. Göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə torpaq sahəsi ona istehsalat obyekti yaratmaq məqsədilə verilmişdir ki, bu hal da, onunla bağlanmış müqaviləni “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədil ə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun 10-cu bəndi baxımından yox, 9-cu bəndinə uyğun olaraq qiymətləndirilməsini şərtləndirir.
36. Beləliklə, iddiaçıya xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası ilə bağlı torpaq sahəsi icarə verildiyi üçün onunla bağlı bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət yoxdur.
37. Bununla yanaşı, xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun 9-cu bəndinin iddiaçıya şamil olunması üçün icarə müqaviləsi xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış olmaqla ya naşı, iddiaçı ilə bələdiyyə arasında davam edən icarə münasibətləri olmalıdır.
38. İşə baxan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi vurğuladığı icarə müqaviləsinin hərracdan kənar bağlanmasına dair göstərilənlər əsaslı deyil ona görə ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Sumqayıt Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda vurğulanmışdır ki, X1 firmasına 1192,4 kv.metr torpaq sahəsi Bələdiyyənin xx.xx.2003-cü il tarixli 95 saylı qərarı əsasında Sumqayıt şəhərinin 53-cü məhəlləsində ayrılmış, həmin qərara əsaslanaraq xx.xx.2005-ci ildə 73 saylı, sonuncu dəfə isə yenə həmin qərara əsaslanaraq xx.xx.2019-cu ildə 28 saylı torpaq icarə müqavilələri bağlanmışdır. Göründüyü kimi, iddiaçı ilə bağlanmış icarə müqavilələri xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə münasibətdə həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün icarəyə verilmiş torpaqlar kateqoriyasına aiddir, bu baxımdan həmin qanundan əvvəl Bələdiyyə qərarı ilə icarəyə verilmiş torpaq sahəsinin sonradan icarə müqaviləsinin uzadılması üçün açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılmasına zərurət yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarında olan iddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış 02 mart 2005-ci il tarixli 73 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə ilə Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazi sində 1192 kv m torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinin 95 saylı xx.xx.2003-cü il tarixli qərarı əsasında bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə icarə götürənin icarə müqaviləsini uzatmaq üçün icarə verənə təklif vermək hüququ olduğu qeyd olunsa da, iş materiallarında iddiaçı ilə bağlanılmış icarə müqavilənin uzadılması ilə bağlı sübutlar yoxdur. Belə ki, iddiaçı ilə bağlanmış 02 mart 2005-ci il tarixli müqavilədən sonra yalnız 28 mart 2019-cu il tarixdə yenidən müqavilə bağlanılmışdır. Belə olan halda isə işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya verilən torpaq sahəsi ilə bağlı icarə münasibətlərinin 2006-2019-cu illər üzrə hansı formada mövcud olması (müqavilənin müddətinin uzadılması, yeni müqavilə bağlanması və s.) ilə bağlı araşdırm a aparmalı, iddiaçı ilə bələdiyyə arasında faktiki icarə münasibətləri olub-olmamasını yoxlamalı idi.
40. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-55/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.