Məhkəmə qərarları › İş №2-1(102)-869/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-869/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-869/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Allahverdi oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Allahverdi oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2992/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1645 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1645 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbəsində 800 kv. metr ola n torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbiristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********00 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə göstərilən torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, yerləşmə cizgisinin göstərilən torpaq sahəsinə aidiyyəti yoxdur. Həmçinin texniki baxış keçirilən zaman g östərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbiristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.metr olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ver ərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının 1645 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbiristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbiristanlığına gedən yolun sol tərəfindən yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsi Bakı şəhəri Su raxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya ayrılmışdir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətinə xx.xx.2022-ci il tarixli **********00 nömrəli məktubla torpaq sahəsinin ümumi hasar daxilində və elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, formal mülahizələrə əsaslanmışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin 280 kv.metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

8. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə göstərilən torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, yerləşmə cizgisinin göstərilən torpaq sahəsinə aidiyyəti yoxdur.

9. Həmçinin idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022ci il tarixli, **********00 saylı cavab məktubu ünvanlanmışdır.

10. El ektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəflərindən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı dax il edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşı nmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Mütəxəssis rəyi, arayışlar: 12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 58 nömrəli rəyi ilə araşdırmanın nəticəsi olaraq qoyulmuş suala aşağıdakı kimi cavab verilmişdir.

13. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 1645 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbiristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, ərazi b oşdur, bundan əlavə təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsinin koordinatları olmadığından göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. 14. "xxxx" ASC tərəfindən X3 verilmiş 13-13/2-2/06-4-N-359/3-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində aşağıda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Qeyd olunan torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik tö rətmədiyini bildirirlər və qeydiyyata alınmasına etiraz etmirlər.

1. X: 414659.316 Y: 4473991.220

2. X: 414663.044 Y: 4473951.394

3. X: 414643.131 Y: 4473949.531

4. X: 414639.403 Y: 4473989.357 Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5945/2023 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 1645 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbiristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.

17. Cavabdeh iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edir.

18. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

19. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarında olan torpaq sahələrində yerləşmişdirsə bu zaman vətəndaşı n Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

21. Göründüyü kimi qanunvericilik, torpaq sahəsi mühafizə sahəsində yerləşsə belə, şəxsin mülkiyyət hüququ nun pozulmasının qarşısını almaq üçün mühafizəkar mövqedən yanaşmışdır. Belə ki, qaydalarda qeyd edilmişdir ki, elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Yəni, torpağın mühafizəsi zonasında yerləşməsi mülkiyyətçinin hüququnun pozulmasına səbəb ola bilməz, qanunverici orqan yalnız həmin hüququ məhdudlaşdıraraq, mülkiyyətçinin üzərinə həmin torpaq sahəsində qaydalara uyğun şəkildə istifadə etmək vəzifəsi qoymuşdur.

22. İddiaçının mübah isəli daşınmaz əmlaka dair hüquqları 1999-cu ildən etibarən yarandığından və həmin dövrdə yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarının olması cavabdeh sübuta yetirə bilmədiyindən, hazırkı gündə isə "xxxx" ASC tərəfindən verilmiş 13-13/2-2/06-4-N-359/3-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa görə qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz bir haldır.

23. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbiristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsinə münasibətdə iddiaçının adına Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1645 saylı, xx.xx.1999-cu il tarixli sərəncam ı mövcud olduğundan, iddiaçının iddia olunan daşınmaz əmlaka münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas - onun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında malik olmasıdır.

24. Göründüyü kimi cavabdeh inzibati orqan yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarının daxilində yerləşən torpaq sahəsinə aid olduğunu iddia etsə də, imtina əsası kimi göstərilən bu hal formal xarakter daşıyır və daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir.

25. Cavabdehin “təqdim edilə n yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə göstərilən torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur” digər dəlilləri ilə bağlı məhkəmə ümumilikdə qeyd edir ki, bu hallar iddiaçının təqsiri hesab edilə bilməz, bu halların aradan qaldırılması birbaşa cavabdehin səlahiyyətindədir və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir.

26. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2992/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İn zibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5945/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı olmuş və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

31. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, təqdim edilmiş xx.xx.1999-cu il tarixli, 1645 saylı sərəncamı əsasında X4 ləğv edilmiş DTXK tərəfindən JN-11325D saylı şəhadətnamə verilmi şdir (paylı mülkiyyət hüququ ilə). Həmin şəhadətnamədə qeyd edilən 800 kv.m sahənin 200 kv.m hissəsi alqı-satqı müqaviləsi əsasında X13 adına özgəninkiləşdirilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində və yuxarıda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri

33. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Torpaq sahəsinin yerləşməsində uyğunsuzluq vardır.

34. Bu dəlilə cavab olaraq iddiaçı bildirir ki, torpaq sahəsi ona və digər qohumlarıma hər biri ayrı-ayrılıqda olan sahəsi hər birində 800 kv. metr olan torpaq sahəsi ayrılmışdır. Buna dair ümumi 4 nəfərin adı qeyd edilməklə hər birinə ayrı ayrılıqda 800 kv.m torpaq sahəsinin ayrılması barəd ə Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 1645 nömrəli sərəncamı ilə verilmişdir. Birinci instansiya məhkəməsi həmin uyğunsuzluğun nədən ibarət olmasına münasibət bildirmək üçün iş üzrə mütəxəssis rəyi almış və uyğunsuzluğa münasibət bildirmişdir.

35. Cavabdeh kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, baza məlumatına görə torpaq sahəsinin 280 kv. m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsini qeyd etmişdir.

36. Bununla əlaqədar olaraq iddiaçı qeyd edir ki, çoxlu sayda Azərişıq ASC-nin məktubları vardır ki, 6 kv-lıq xəttə düşən torpaq sahələrini cavabdeh qeydiyyata almış və çıxarış vermişdir. İddiaçının işində də eyni formada Azərişiq ASC arayış vermişdir və torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etməmişdir.

37. Kassasiya şikayət ində həmçinin torpaq sahəsinin 800 kv.m hissəsindən 200 kv.metr hissəsi digər şəxsə X1 qeyd edilmişdir.

38. İddiaçı bildirir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 1645 nömrəli sərəncamı ilə X5 - 800 kv.m, İddiaçı Allahverdi oğlu - 800 kv. m, X7 800 kv. M, X8 - 800 kv.m torpaq sahələri ayrılmış və X6 özünə məxsus olan 800 kv. m torpaq sahəsindən 200 kv. m hissəsini X2. Həmin alqı-satqının hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Bundan başqa cavabdeh imtinasında, etirazında, apellyasiya şikayətində bu barədə heç bir qeyd verməmiş və bu hissəni mübahisələndirməmişdir.

39. Cavabdeh kassasiya şikayətində ekspertizanın keçirilməməsini və işin ətraflı araşdırmamasını qeyd etmişdir.

40. İddiaçı bildirir ki, apellyasiya instansiya məhkəməsində iş 6 aydan çox bir vaxta araşdırılmış və cavabdehin apellyasiya şikayəti həddində işə baxılmış və şikayətin əsassız olması qənaətinə gəlinmiş və apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh hazırda sonuncu mərhələdə işə aidiyyəti olmayan X4 məxsus olan 800 kv. m torpaq sahəsindən 200 kv. m hissəsinin satılmasını əsas götürərək kassasiya şikayətinin təmin edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

41. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, torpaq sahəsi ümumi hasar daxilindədir.

42. İddiaçı qeyd edir ki, torpaq sahəsi mərz vasitəsilə 4 nəfər arasında hər biri 800 kv. metr olmaqla bölünmüşdür, tərəflər arasında heç bir mübahisə yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ 43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qe ydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.

1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü bildirmiş və cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməməsini xahiş etmişdir.

46. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş, cavabdeh isə kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-lə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.

47. Məhkəmə kollegiyası vəsatətdə göstərilənləri əsaslı saymır. Belə ki, kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

50. İş materiallarından göründüyü kimi, torpaq sahəsi iddiaçıya Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmışdır. 51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qa nunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”

53. İddiaçının əsaslandığı sərəncamın qanunla müəyyən olunmuş qaydada geri çağırıldığına, ləğv edildiyinə, dəyişdirildiyinə, qüvvədə olma müddətinin qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair sübut yoxdur.

54. İddiaçıya ayrılmış torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyə sindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7).

56. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.

57. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normadan irəli gələn tələb hüququ vardır.

58. Təqdim edilmiş xx.xx.1999-cu il tarixli, 1645 saylı sərəncamı əsasında X4 ləğv edilmiş DTXK tərəfindən JN-11325D saylı şəhadətnamə verildiyinə, həmin şəhadətnamədə qeyd edilən 800 kv.m sahənin 200 kv.m hissəsinin alqı-satqı müqaviləsi əsasında X13 adına özgəninkiləşdirildiyinə dair şikayətin dəlilinə gəldikdə, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

59. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2992/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar