Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-869/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Tovuz rayon Qovlar bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizənin təmin olunması) 06.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Tovuz rayon Qovlar bələdiyyəsinə qarşı “qərarın satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə iddiaçıların ərizəsinə dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 21(104)-12/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar cavabdehə (üçüncü şəxs X6) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 82 nömrəli qərarının Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarlarına əsasən müvafiq olaraq mərhum X3 və İddiaçı2 satılmış torpaq sahələrinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 60/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 82 nömrəli qərarının Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 2133 nömrəli qərarlarına əsasən müvafiq olaraq mərhum X3 və İddiaçı2 satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsi qərara alınmışdır.
3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-12/2023 nömrəli qərarı ilə üçüncü şəxs X4 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-1541/2023 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icraat
5. İddiaçılar ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2-1(104)-12/2023 nömrəli qərarı üzrə işə yeni açılmış hallarla bağlı yenidən baxılması üçün icraatın təzələnməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
6. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinin məktubunda Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qə rarlarına əsasən müvafiq olaraq X3 və İddiaçı2 satılmış torpaq sahələri ilə bağlı heç bir məlumatın aşkar edilmədiyinin qeyd olunduğu göstərilmişdir. Bu da, hər iki instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə nəticəyə gəlməsi üçün yeganə və tək sübut növü olmuşdur. Bu səbəbdən də iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı əldə edildikdən sonra iddiaçılar tərəfindən X3 və İddiaçı2 torpaq sahələrinin satılması barədə Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarlarının arxivdə mövcud olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmişdir. Həmin inzibati orqanın xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X3 və İddiaçı2 torpaq sahələr inin satılması barədə Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 21-32 və 21-33 nömrəli qərarlarına əsasən X2 adına tərtib edilmiş JN-6762F (kod: ********) nömrəli və İddiaçı2 adına tərtib edilmiş JN-6763F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr həmin inzibati orqanın arxivində mövcuddur. Qeyd edilən inzibati orqandan sözügedən şəhadətnamələrin təsdiq olunmuş surətləri əldə edilmişdir. Göründüyü kimi, iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qərarlar qəbul edilərkən, sözügedən şəhadətnamələrin mövcudluğu nə iddiaçılara, nə də müvafiq məhkəmə kollegiyalarına məlum olmuşdur. Bu da, məlum olmayan həlledici materiallar kimi qiymətləndirilməlidir. Həmin şəhadətnamələrin mövcudluğu iddia tələbinin əsaslı olmasın ı bir daha sübut edir. Həmçinin iddiaçıların qeyd edilən inzibati orqana təkrar müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda X3 və İddiaçı2 torpaq sahələrinin satılması barədə Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarlarının da həmin inzibati orqanın arxivində mövcud olduğu qeyd edilmişdir. Bu hal da, iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarındakı yuxarıda istinad edilən dəlilin əsassız olduğunu bir daha sübut edir.
7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Əlizamin Abdullayev /sədrlik edən və məruzəçi/, Mustafa Mustafayev və Şamil Rzaquliyev) 25 oktyabr 2024-cü il tarixli, 2-1(104)-12/2023 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə iddi açıların ərizəsi təmin olunmamışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciətləri əsasında Tovuz rayon Qovlar bələdiyyəsinin iddiaçılara torpaq sahəsinin satılmasına dair xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarlarının və həmin qərarlar əsasında iddiaçıların adlarına tərtib edilmiş JN-6762F (kod: ********) nömrəli və JN-6763F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin Ərazi İdarəsinin arxivində saxlanıldığının müəyyən edildiyini və bu halın hazırkı iş üzrə istər apellyasiya icraatı, istərsə də kassasiya icraatı zamanı nə onlara, nə də məhkəmə kollegiyasına məlum olmadığını qeyd edirlər. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, işin apellyasiya icraatı zamanı 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məlumatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən, həmin ziddiyyətlərə aydınlıq gətirilməsi üçün müvafiq sorğular verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən JN-6762F və JN-6763F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və onların tərtib olunmasına əsas olmuş sənədlər barədə hər hansı məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli məktubunda isə bildirilmişdir ki, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 nömrəli və 21-33 nömrəli qərarları (ona əlavə edilmiş sənədlər) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinin arxivinə sonradan daxil olmuşdur. Bələdiyyə qərarları və ona əlavə edilmiş bütün sənədlərdəki imza və möhürlər şübhə yaratdığına görə sənəd surətinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. Sənədlərin araşdırılması və hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.
9. Qeyd edilməlidir ki, işin bütün instansiya məhkəmələrində icraatı zamanı iddiaçıların sözügedən şəhadətnamələrin mövcud olması barədə məlumatlarının olmaması müşahidə edilir. İddiaçılar da sözügedən şəhadətnamələrin mövcudluğundan məlumatlarının olmadığını özləri də qəbul edirlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bütün bu hallar iddiaçıların adlarına tərtib edilmiş şəhadətnamələrin mövcud o lmadığına dəlalət edir. Belə ki, həmin sənədlərin əsilləri və həmin sənədlərin verilməsinə dair məlumatlar (sənədlərin verilməsinə dair qeydiyyatlar) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin bazasında və onun 15 saylı Ərazi İdarəsində mövcud deyildir. Əgər doğrudan da bu sənədlər mövcud olmuşsa, həmin sənədlərdə olan qeydlərə görə bu sənədlər iddiaçı tərəfə verilmiş və demək onların həmin sənədlər barədə məlumatı olmuş, lakin həmin sənədləri işə baxılarkən təqdim etməmişlər.
10. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yeni açılmış hallarla bağlı icraat qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
11. İddiaçıl arın kassasiya şikayətinin əsasını mahiyyətcə onların yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Üçüncü şəxs X6 tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçıların kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınma sı və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə yə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə
102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul e dilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, icraatın təzələnməsi barədə ərizədə qeyd olunmuş halların qiymətləndirilməsində səhvə yol verilmiş dir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı işin müəyyən olunmuş hallarına münasibətdə prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə təmin olunmalıdır.
18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
19. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutla rın və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
20. Həmçinin nəzərə alınmalıdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən madd i hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həmçinin ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
21. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da qeyd edilən qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
22. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməs i ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün İnzibati Prosessual Məcəllənin 100cü maddəsində təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qan uni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilməlidir.
24. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların hüquqi marağı Tovuz rayon Qovlar bələdiyyəsinin “Şücaət” kiçik müəssisəsinin təsisçisi X1 məqsədi ilə 4,2 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2004-cü il tarixli, 82 nömrəli qərarının Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarlarına əsasən müvafiq olaraq mərhum X3 və İddiaçı2 satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsinə nail olmaqdan ibarət olmuşdur.
25. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarları ilə X3 və İddiaçı2 Qovlar bələdiyyəsinin perspektiv inkişaf fondu üçün ayrılmış ərazidən hər birinə 0,07 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınsa da, həmin torpaq sahələrinin iddiaçılara ayrılması ilə bağlı qanunla müəyyən edilmiş qaydada torpaqayırma sənədləri tərtib olunmamış və torpaq sahələrinin ayrılması qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməmişdir. Bu zaman, mübahisənin həlli ilə bağlı müvafiq məhkəmə sorğularına verilmiş ca vablara, o cümlədən “Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarlarına əsasən X3 və İddiaçı2 torpaq sahələrinin satılması ilə bağlı heç bir məlumatın aşkar edilməməsi barədə” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinin cavab məktubuna istinad edilmişdir. Beləliklə, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarları ilə X3 və İddiaçı2 satılması qərara alınmış torpaq sahələrinin bələdiyyənin xx.xx.2004-cü il tarixli, 82 nömrəli qərarı ilə “Şücaət” kiçik müəssisəsinin təsisçisi X1 məqsədi ilə satılmış 4,2 ha ərazidən ayrılması təsdiq olunmadığından iddia əsaslı hesab edilməmişdir.
26. Hazırda iddiaçılar Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 2132 və 2 1-33 nömrəli qərarları əsasında tərtib edilmiş JN-6762F (kod: ********) nömrəli və JN-6763F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində saxlanıldığının müəyyən edildiyini və bu halın hazırkı iş üzrə istər apellyasiya icraatı, istərsə də kassasiya icraatı zamanı nə onlara, nə də məhkəmə kollegiyasına məlum olmadığını qeyd edərək iş üzrə icraatın təzələnməsini xahiş edirlər.
27. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların ərizəsinin təmin edilməməsi barədə gəldiyi nəticəni Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 nömrəli və 21-33 nömrəli qərarların və ona əlavə edilmiş sənədlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tov uz Ərazi İdarəsinin arxivinə sonradan daxil olduğuna, həmin sənədlərdəki imza və möhürlərin şübhə yaratdığına görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyinə istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçıların qeyd etdiyi sözügedən şəhadətnamələr mövcud olmamışdır. Mövcud olacağı təqdirdə isə bu, iddiaçılara məlum olmalı idi və iddiaçılar da həmin sənədləri məhkəməyə təqdim etməli idilər.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırda iddiaçılar tərəfindən məhkəməyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində saxlanılan Tovuz rayon Qovlar bələ diyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarları əsasında tərtib edilmiş JN-6762F (kod: ********) nömrəli və JN-6763F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Sözügedən sənədlərin arxiv nüsxəsinin mövcudluğuna dair məlumatın işin apellyasiya və kassasiya icraatı zamanı məlum olmaması işin mübahisəsiz halıdır. Eyni zamanda, iş üzrə materiallardan müəyyən edilir ki, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 nömrəli və 21-33 nömrəli qərarları və əlavə edilmiş sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində mövcuddur və həmin sənədlərin arxivə daxil edilməsi ilə bağlı cinayət xarakterli xüsusatlar aşkar olunmamışdır ( bax: 6-cı cild, i.v. 33).
29. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və müvafiq şəhadətnamə ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur.
30. Hazırkı halda sözügedən şəhadətnamələrin arxiv nüsxəsinin mövcudluğu onu deməyə əsas verir ki, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21-32 və 21-33 nömrəli qərarları ilə verilmiş müvafiq torpaq sahələri üzərində hüquq səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2006-cı il iyulun 6-dək qeydiyyata alınmış, qeydiyyat barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6762F (kod: ********) nömrəli və JN-6763F (kod: ********) nömrəli şəhadətnamələr tərtib olunmuşdur. Həmin qeydiyyat hazırda öz hüquqi qüvvəsini saxlayır. Bu hal isə, iddiaçıların tələ blərində haqlı olub-olmadığının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir.
31. İş üzrə materiallardan həmçinin iddiaçıların istinad etdiyi yeni məlumat və sübutların ilkin icraat zamanı onlardan asılı olmayan səbəblərdən təqdim olunmadığı, eləcə də iddiaçıların həmin məlumat və sübutları təqdim etmək imkanına malik olmadığı müəyyən edilir. Bundan başqa, həm də iddiaçılar tərəfindən istinad edilən halların məhkəmənin gəldiyi nəticəyə və iddiaçılara münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik olduğu da nəzərə alınmalıdır.
32. Hazırkı ərizəyə münasibətdə bu qərarın 22-ci bəndində qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunduğundan, iddiaçılar yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnmə sini tələb etməkdə haqlı sayılmalıdırlar. Apellyasiya instansiyası məhkəməsi isə, qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaçılar tərəfindən verilmiş ərizə təmin edilməli, iş yeni açılmış hallarla bağlı icraat qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(104)-12/2023 nömrəli qərardadı ləğv edilir. İddiaçılar tərəfindən verilmiş ərizə təmin edilir. İş yeni açılmış hallarla bağlı icraat qaydasında baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.