Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-87/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajının düzgün müəyyən edilməsi meyarları, güzəştli arayış ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin olunması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
2. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər «Azərdənizneftinşaat» Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində yardımçı fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər əl ilə qaynaqda elektrik qaynaqçısı, xx.xx.1978-ci ildən xx.x x.1979-cu ilə qədər «Azərdənizneftinşaat» X1 sürücü, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər «Azərdənizneftinşaat» Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər «Azərdənizneftinşaat» Trestində sürücü, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər 3 saylı Bakı Taksimotor Parkında sürücü, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilə qədər «Azərdənizneftinşaat» Trestində sürücü, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər «Azərdənizneftinşaat» trestində sürücü, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər «Xəzərdənizneftsosialtikinti» Trestində sürücü, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə qədər «Azərrabitətikinti» Tresti Avtobazasında sürücü, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər «Azərdənizneftinşaat» Tresti 1 saylı Tikinti Q uraşdırma İdarəsində usta, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər mexanik, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə qədər N.Nərimanov adına NQÇİ 1 saylı NQÇS mexanik, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər «Azərdənizneftinşaat» tresti 1 saylı Tikinti Quraşdırma İdarəsində mexanik, xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər «Azərdənizneftinşaat» trestin 1 saylı TTQTF mexaniki, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər mühəndis, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər «Neftqaztikinti» Tresti Xüsusi Texniki İdarəsinə sahə mexaniki, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər «Neftqaztikinti» Tresti 7 saylı Tikinti Quraşdırma İdarəsində suvaqçı, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilə qədər mühəndis, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər «Neftqaztikinti» Tresti 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyib, xx.xx.2015-ci ildən hazırkı vaxta qədər SOCAR-ın «Neftqaztikinti» tresti 4 saylı Tikinti Quraşdırma Bölməsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyir. (Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə xx.xx.2018-ci il tarixli 130 №-li Məlumat). 3. “Neftqaztikinti” trestinin SOCAR **********80020123X00145 №-li, xx.xx.2019-cu il tarixli arayışına əsasən, iddiaçının dəniz şəraitində ümumi iş stajı 13 il 11 ay 10 gün təşkil edir.
4. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdehə mürac iət etmişdir.
5. Cavabdeh xx xxxx 2019-cu il tarixli, **********3 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə başlamış və xüsusi şərtlərlə tələb olunan işlərdə işləmişdir. Xüsusi şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin müraciəti təmin olunmamışdır. İmtina kimi güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. Halbuki, «Neftqaztikinti» trestinin arayışına əsasən 13 il 11 ay 10 gün dəniz şəraitində iş stajının olduğu qeyd edilsə də, cavabdeh imtinasında bu müddətin kifayət etmədiyini bildirmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, idd ianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci ilə qədər hərbi xidmət müddəti də daxil olmaqla 31 il 0 ay 5 gün ümumi və 13 il 11 ay 10 gün güzəştli iş stajı olduğundan ona 57 yaşdan pensiya təyin olunmasından imtina edilməsi qanunsuz və əsassızdır.
11. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq isə məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda pensiyanın birdəfəlik ödənilməsi müddəası mövcud olmadığından iddia bu hissədə əsassızdır.
12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məh kəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Ka ssasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarından göründüyü kimi, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər işlədiyi əl ilə qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 2300000-19906 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər işlədiyi usta vəzifəsi 22900000b-2341 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsi ******* b-23485 şifrinə, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər, 17.11,2014-cü ildən xx.xx.2017-cü ilə qədər işlədiyi quraşdırıcı vəzifəsi isə 2290000a-14612 şifrinə uyğunlaşdırılmalıdır. Lakin məhkəmə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsini Nazirlər Kabinetinin ******* b-23485 şifrinə uyğunlaşdırılarkən səhvə yol vermişdir.
17. Şəxsin işlədiyi güzəştli iş yeri müəyyən edilərkən təkcə Nazirlər Kabinetinin qeyd edilən siyahısında göstərilən vəzifələrlə eynilik təşkil etməsi yetərli deyil, eyni zamanda onun hansı istehsal sahəsində işlədiyinin də müəyyən edilməsi vacibdir. Belə ki, ******* b-23485 şifrinə baxdıqda həmin peşə 21303000 şifrəsi ilə qeyd edilən “Neftin, qazın, qaz kondensatının, kömürün və sistin emalı sahəsi”nə aid olan peşədir. İddiaçının əmək kitabçası və Socar tərəfindən tərtib edilmiş arayışın dan göründüyü kimi, iddiaçının işlədiyi müəssisə “Neftqaztikinti” 1 saylı Tikinti Quraşdırma İdarəsi olmuşdur. Həmin müəssisənin adından da göründüyü kimi, təmir müəssisənin fəaliyyət sahəsi tikinti sahəsidir və bu sahə siyahıda olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində qeyd edilən sahəyə uyğundur. Lakin, həmin sahədə qeyd edilən peşələrə baxdıqda həmin peşələr arasında iddiaçının işlədiyi mexanik peşəsi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qəra rının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2017ci ilə qədər qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər işlədiyi əl ilə qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının 23200000-19906 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər işlədiyi usta vəzifəsi 2290000b-23419 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər, xx.x x.1998-ci ildən xx.xx.2001-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsi 2130301b23485 şifrinə, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər, xx.xx.2014-cü ildən xx.xx.2017ci ilə qədər işlədiyi quraşdırıcı vəzifəsi isə 2290000a-14612 şifrinə uyğun gəlir. Odur ki, aşağı instansiya məhkəmələri iddiaçının göstərilən dövrlərdə işlədiyi iş stajını güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi staj kimi qəbul etmiş, iddiaçının 57 yaşı tamam olan vaxta, yəni xx.xx.2017-ci ilə qədər hərbi xidmət müddəti də daxil olmaqla 31 il 0 ay 5 gün ümumi və 13 il 11 ay 10 gün güzəştli iş stajı olduğunu nəzərə alaraq, ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi qənaətinə gəlmişlər.
28. Cavabdeh məhkəmələrin gəlmiş olduqları nəticə ilə razılaşmayaraq həmin qər ardan şikayət vermiş və bildirmişdir ki, məhkəmə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının ******* b-23485 şifrinə uyğunlaşdırılarkən səhvə yol vermişdir.
29. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, kişi cinsindən olan şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) İddiaçının xx.xx.2017-ci ilə qədər 57 yaşının tamam olması; 2) İddiaçının 57 yaşı tamam olarkən azı 25 il ümumi iş stajının mövcud olması; 3) İddiaçının 57 yaşı tamam olarkən azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. İddiaçı xx.xx.1960-ci ildə doğulmuş və xx.xx.2017-ci ildə 57 yaşı tamam olmuşdur. İşdə olan sənədlərə görə onun 57 yaşı tamam olarkən 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.
31. Araşdırılmalı hal iddiaçının 57 yaşının tamam olduğu vaxt güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə azı 12 il 6 ay işləməsidir. 32. xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraci ət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. 33.Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda gö stərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
34. Hazırki iş üzrə iddiaçı iş yerindən arayış təqdim etsə də, həmin arayışla onun güzəştli iş stajının olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, arayışda sadəcə olaraq iddiaçının dəniz şəraitində ümumi iş stajının 13 il 11 ay 10 gün təşkil edildiyi qeyd edilmişdir. Odur ki, həmin arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən zərərli işdə işləməsini müəyyən edən sübut kimi qəbul edilə bilməz. (iş vər 13)
35. Apelyasiya instansiyası məhkəməsi isə iddiaçının dəniz şəraitində ü mumi iş stajının 13 il 11 ay 10 gün olmasını heç bir əsaslandırma aparmadan güzəştli iş stajı kimi qəbul etmişdir.
36. Baxmayaraq ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
37. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.
38. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər işlədiyi əl ilə qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının 23200000-19906 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər işlədiyi usta vəzifəsi 2290000b-23419 şifri nə, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsi mexaniklər 2130301b-23485 şifrinə, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilə qədər işlədiyi quraşdırıcı vəzifəsi isə 2290000a14612 şifrinə uyğundur.
39. Kassator isə apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, şəxsin işlədiyi güzəştli iş yeri müəyyən edilərkən təkcə Nazirlər Kabinetinin qeyd edilən siyahısında göstərilən vəzifələrlə eynilik təşkil etməsi yetərli deyil, eyni zamanda onun hansı istehsal sahəsində işlədiyi də müəyyən edilməsi vacibdir. Belə ki, ******* b-23485 şifrinə uyğun peşə 21303000 şifrəsi ilə qeyd edilən “Neftin, qazın, qaz kondensatının, kömürün və sistin emalı” sahəsinə aid olan peşədir.
40. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsini 2 saylı Siyahıda göstərilən ******* b23485 şifrinə uyğunlaşdırarkən iddiaçının işlədiyi istehsalat sahəsini nəzərə almamış, bununla da onun işlədiyi istehsalat sahəsinin istinad edilən siyahıda nəzərdə tutulan istehsalat sahəsi ilə eynilik təşkil edib-etməməsi müəyyən edilməmişdir.
41. Halbuki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun luğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
42. Lakin apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
43. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilm iş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
44. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-597/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.