Məhkəmə qərarları › İş №2-1(102)-87/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-87/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-87/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri; iddianın uğurluluq ehtimalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İd arəsinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 21(103)-2460/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinin 23.04.2019-cu il tarixli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişi ilə iddiaçıya 23.04.2019-cu il tarixinə ümumilikdə 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc və faiz hesablanmışdır.

2. Həmin borcun müəssisənin "xxxx" ASC-də olan bank hesabından dövlət büdcəsinə alınması haqqında Banka icra sənədi olan 15.08.2018-ci il tarixli sərəncam verilmişdir.

3. Sonradan cavabdeh tərəfindən 29.10.2019-cu il tarixli saylı yeni sərəncam qəbul edilmiş və həmin sərəncam hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin Şirkətin bank hesabından dövlət büdcəsinə alınması üçün "xxxx" ASC-yə yönəldilmiş, sərəncam icraya qəbul edildikdən sonra əvvəlki sərəncamların icrası dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57.928,39 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaran mış və ödənilməmiş qalan 20.656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə - 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASCdə olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli sərəncamın icrasının müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun müəssisənin "xxxx" ASC-də olan bank hesabından dövlət büdcəsinə alınması haqqında Banka icra sənədi olan 15.08.2018-ci il tarixli sərəncam verilmişdir. Sonradan isə cavabdeh tərəfindən 29.10.2019-cu il tarixli yeni sərəncam qəbul edilmiş və həmin sərəncam hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin Şirkətin bank hesabından dövlət büdcəsinə alınması üçün "xxxx" ASCyə yönəldilmiş, sərəncam icraya qəbul edildikdən sonra əvvəlki sərəncamların icrası dayandırılmışdır. Şirkətin 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun hesabından həmin pul vəsaitinin tutulması əsassızdır, həmin məbləğin Şirkətdən tutulması Şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır.

7. Daha sonra iddiaçı əlavə olaraq yenidən müvəqqəti xarakterli müda fiə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. Şirkətin 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun əmlakı hesabına ondan həmin pul vəsaitinin tutulması əsassızdır, həmin məbləğin şirkətdən tutulması, yəni şirkətin əmlakının siyahıya alınaraq hərr aca çıxarılması şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır.

9. Bakı İnzibati Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2-1(112)- 1333/2020 nömrəli qərardadı ilə (hakim Şəlalə Həsənova) iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələri təmin edilərək cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli sərəncamının icrası dayandırılmış, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınması cavabdehə müvəqqəti olaraq qadağan edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borcun tutulması ilə bağlı vergi qanunvericiliyində müəyyən edilmiş tədbirlər həyata keçirilməsi davam etdirildiyi halda, hazırkı iddia tələbi öz əhəmiyyətini itirmiş olar. Belə ki, tətbiq edilməsi zəruri hesab edilən tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki, əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə sonrakı hərəkətlərin, yəni artıq siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı verilmiş hüquqların həyata keçirilməsini davam edə bilər. Lakin, mübahisələndirilən qərarla bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən qərarın tam icrası iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir.

11. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verə rək qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli, 21(103)-1216/2020 nömrəli (hakimlər Elmira Nağıyeva-məruzəçi, Vidadi Məmmədov və Həmid Həmidov) qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2-1(112)- 1333/2020 nömrəli qərardadı ləğv edilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdehə qadağan edilmiş, iddiaçının digər - məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınması cavabdehə müvəqqəti olaraq qadağan edilmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ cavabde hdə saxlanılmalıdır. Həmçinin, cavabdeh orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulması qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə maneə törədə bilər.

14. İddiaçı qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrinin təmin edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2020ci il tarixli, 2-1(102)-2018/2020 nömrəli qərarı ilə (hakimlər İlqar Hüseynov-məruzəçi, Xəqani Məmmədov və Kəmaləddin Bədəlov) Bakı Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli, 2-1(103)-1216/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun bank hesabından pul vəsaitlərinin dövlət büdcəsinə alınması haqqında sərəncamın icrasının dayandırılmasını tələb edir. Məhkəmə də məhz həmin məzmunda tələbi həll etməli olduğu halda, tələbdən kənara çıxaraq tərəflərin mübahisələndirmədiyi “pul vəsaitlərinin dondurulması ilə bağlı” məsələni həll etmişdir. Apellyasiya instansiyası məhkəməsinin “ərizənin qismən təmin edilməsi” barədə qərarı iddiaçının, əslində həmin ərizə ilə arzuladığı nəticəni hər hansı hissədə təmin etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 52-ci maddəsinin tələb i pozulmuşdur. Bu isə, öz növbəsində İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulmasını ehtiva edir. Belə ki, işin halları və həmin hallara aid dəlillər ərizənin predmetinə, ərizəçinin arzuladığı nəticəyə uyğun araşdırılmalı və qiymətləndirilməli idi. İddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı və İPM-in 40.3-cü maddəsinin məqsədlərinə uyğun deyil. Cavabdeh tərəfindən borcun iddiaçının əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlığı iddiaçıya gözlənilən müdaxilədən qorunmaq üçün İPM-in 40.3-cü maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə üs ulundan yararlanmağa əsas verir. Cavabdeh orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulmasının qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə mane törədə biləcəyi ilə bağlı qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə, ilk növbədə iddianın uğurluluq ehtimalının yoxlanılmasından, iddianın uğurluluq ehtimalının aydın olmadığı halda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra gələ bilərdi (İPM-in 41.2 maddəsi). ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 21(103)-1178/2021 n ömrəli qərardadı ilə (hakimlər Aida Hüseyn-məruzəçi, Afaq Nuriyeva və İlham Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2-1(112)- 1333/2020 nömrəli qərardadı ləğv edilmiş, iddiaçının ərizəsi “cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli sərəncamın icrasının dayandırılması” hissəsində mümkünsüz hesab edilmiş, “məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində isə rədd edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** hesablaşma hesabına sərəncam qoyulmasına dair icra ödəniş sənədi olan 09.12.2020-ci il tarixli **********6 saylı sərəncam təqdim edilmişdir. Həmin sərəncamda qeyd edilir ki, bu sərəncam qəbul edildikdən sonra, əvvəlki bütün alınmalı sərəncamların icrası dayandırılmalıdır. Yəni iddiaçının icrasının dayandırılmasını istədiyi 29.10.2019-cu il tarixli sərəncam artıq mövcud deyil. Belə olan halda mövcud olmayan sərəncamın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməsi üçün də heç bir əsas yoxdur. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavədə 57.928,39 manat borcun silinməsini tələb etdiyi kimi, özünün etiraf etdiyi 20.656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müdd ətə - 5 il müddətinə dəyişdirilməsini xahiş edir. Hazırkı halda iddiaçı tərəfindən ödənilməsinin gecikdirilməsi xahiş edilən borcun mövcud olmasının mübahisələndirilməməsi, iddianın uğurluluq ehtimalının müəyyən edilməsinin qeyrimümkünlüyü ərizənin “iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində rədd edilməsi üçün əsasdır.

19. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

20. Ali Məhkəmənin İnzibati Kollegiyasının 28.07.202 1-ci il tarixli, 2-1(102)1250/2021 nömrəli qərarına əsasən (sədrlik edən Rahib Nəbizadə, hakimlər Zakir Quliyev və Səyyad Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 2-1(103)-1178/2021 nömrəli qərardadı məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsinin rədd olunması hissəsində ləğv olunmuş, bu hissədə iş baxılması üçün apellyasiya məhkəməsində göndərilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulmasının qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə maneə törədə biləcəyi ilə bağlı qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə ilk növbədə iddianın uğurluluq ehtimalının yoxlanılmasından, iddianın uğurluluq ehtimalının aydın olmadığı halda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra gələ bilərdi. Hazırkı halda, bu cür yoxlamanın və qiymətləndirmənin aparıldığı qərardadda öz əksini tapmamışdır. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 21(103)-2460/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Cahangir Yusifov, hakimlər Həmid Həmidov və Elmira Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edil məmiş, Bakı İnzibati Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı yoxlanılan, “iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi, onun əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarına əsasən iddiaçının tələbinin uğurlu olub-olmadığını birmənalı olaraq müəyyən etmək mümkünsüzdür. Çünki, iddiaçı müəssisənin məcburi dövlət sosial sığorta haqqı üzrə həqiqətən DSMF-yə 57928,39 manat borcunun mövcud olmasını təkcə işdə olan müəssisənin şəxsi hesab vərəqəsinə, cavabdehin iddiaçının bank hesabına qoyulmuş sərəncamları və onun iddia ərizəsinə etirazına əsasən müəyyən edilməsi mümkün deyil. İddianın uğurluluq ehtimalını görmək üçün geniş sayda sübutlar araşdırılmalı, zəruri olduqda mühasibatlıq ekspertizası təyin olunmalıdır. Hər bir halda, adıçəkilən sübutetmə vasitələrinin işdə olan sənədləri ilə birlikdə tədqiq olunub qiymətləndirilməsindən sonra konkret nəticənin əldə olunması üçün şərait yaranmış olur ki, həmin nəticədən də iddiaçının iddia tələbində haqlı olub-olmadığını müəyyən etmək mümkün olsun.

24. Məhkəmə qərardadı cavabdehə 18.10.2021-ci il tarixində təqdim olunmuşdur.

25. Cavabdeh 27.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 2-1(103)-2460/2021 nömrəli qərardadının ləğv edilməsi və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qəra rdad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh hesab edir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılmış, vergi orqanlarının birbaşa səlahiyyətlərinə müdaxilə edilmiş, Vergi Məcəlləsinin 23.1.6, 23.1.8, 63.2, 89.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, vergi orqanı tərəfindən hesablanmış, vergi ödəyicisi tərəfindən ödənilməmiş və ya mübahisələndirilən vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin əsas təmin üsullarından biri əmlakın siyahıya alınması və Vergi Məcəlləsi ilə vergi orqanı üçün nəzərdə tutulmuş sair hüquqlardır. Məhkəmə mübahisəli qərardadı ilə vergi orqanının əsas və zifəsi olan vergilərin vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinin icrası ilə bağlı çətinlik yaradır. Vergi Məcəlləsinin 63.2-ci maddəsinin tələbinə görə vergi ödəyicisi vergi borcunu mübahisələndirsə də onu ödəməlidir.

27. Məhkəmə prosesinin sonunda iddiaçının iddia tələbi təmin olunmaya və qərar vergi orqanının xeyrinə çıxarıla bilər. Bütün bunlar borclu vergi ödəyicisinin büdcəyə çatası vergi məbləğlərini büdcədən yayındırılmasına şərait yaratmış olur. Nəticədə, işə mahiyyəti etibarilə baxılıb qurtarmadığı halda, məhkəmə qərarının yalnız iddiaçının xeyrinə çıxarılmasına şərait yaranmış olur ki, bu da İnzibati Prosessual Məcəllənin 11.1-ci maddəsinin tələblərinə ziddir.

28. Bundan başqa, İPM-in 41.2-ci maddəsinin tələbinə görə məhkəmə inzibati aktın icrasının dayan dırılması barədə qərardadı işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsi halında və ya iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edə bilər. Lakin iş üzrə qərardaddan göründüyü kimi, məhkəmə tərəfindən ziddiyyətli məqamlar hərtərəfli qiymətləndirilmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Vergi Məcəlləsi: Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, hab elə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. (-)

31. İnzibati Prosessual Məcəllə: Maddə

40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. (-) Maddə

41. İnzibati aktın icrasının dayandırılması (-) 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. (-) Maddə

43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmaya cağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, hazırkı qərarın 31-ci bəndində göstərilən normalardan görünür ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin ) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.

36. Apellyasiya instansiyası məhkəməsi də yuxarıda göstərilən istiqamətdə araşdırma aparmış və belə nəticəyə gəlmişdir ki, hazırkı halda geniş sayda sübutların araşdırılması mümkün olmadığından iddianın uğurluluq ehtimalının müəyyən edilməsi mümkün deyil. İddianın uğurluluq ehtimalını görmək üçün geniş sayda sübutlar araşdırılmalıdır. Hətta iddiaçı da vəsatətlə məhkəməyə müraciət edərək onun sosial sığorta haqlı üzrə borcun miqdarının müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyi n olunmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə qəbul olunmuş məhkəmə qərardadlarından verilmiş şikayətlərlə bağlı məsələ açıq qalmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutetmə vasitələrinin işdə olan sənədləri ilə birlikdə tədqiq olunub qiymətləndirilməsindən sonra konkret nəticənin əldə olunması üçün şərait yaranmış olur ki, həmin nəticədən də iddiaçının iddia tələbində haqlı olub-olmadığını müəyyən etmək mümkün olsun. Odur ki, məhkəmə haqlı olaraq qeyd olunan halları mübahisələndirilən sığorta haqlarının tutulması üçün iddiaçı müəssisənin əmlakının siyahıya alınmasının cavabdehə qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri edən meyarlar kimi qiymətləndirmişdir.

38. Kass asiya şikayətində məhkəmə tərəfindən iddianın uğurluluq ehtimalının araşdırılmadığı, ziddiyyətli məqamların hərtərəfli qiymətləndirilmədiyi qeyd edilsə də, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.

39. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 2-1(103)-2460/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 21(103)-2460/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar