Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-87/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) 01.03.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(107)307/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1996-cı il tarixdə Şəki rayonunda doğulmuşdur.
2. Şəki rayon Turan bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, 1997-ci ildə aparılmış islahat nəticəsində iddiaçının qeydiyyatı qəsəbədə olmadığından ona pay torpağı verilməmişdir. Hal-hazırda bələdiyyə balansında əkin sahəsi olmadığına görə ona heç bir köməklik göstərmək mümkün deyildir.
3. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, məsələnin qanuni həll edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinə göstəriş verilmişdir. Müraciətin həlli ilə bağlı sonuncu tərəfindən məlumat veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instan siya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdə Şəki rayonunda doğulmuşdur, anası X4r. Atası ilə anasının nikahı olmadığından anasının soyadını daşıyır. X16 rayonu Turan qəsəbəsində valideynləri ilə birgə yaşadığından, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 nömrəli qərarı ilə digər 5 nəfər ailə üzvləri ilə birlikdə onlara 14.89 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt onun adı ailə üzvlərinin siyahısında olmuş, lakin ona pay torpağı verilməmişdir. Hazırda AİK ləğv o lunmuşdur, onların səlahiyyətlərini həyata keçirən orqan yoxdur. Çünki, AİK ləğv edilərkən onun hüquqi varisi müəyyənləşdirilməmişdir. Dəfələrlə Şəki rayon İcra Hakimiyyətinə, Şəki rayon Turan qəsəbə Bələdiyyəsinə pay torpağı ilə əlaqədar müraciət etsə də, onun payı verılməmiş və bildirmişdir ki, bələdiyyə balansında əkin sahəsi yoxdur. Halbuki, o, bələdiyyə torpağından deyil, dövlət torpağından pay torpağının verilməsini istəyir. Əgər bu mümkün deyilsə, onun payına düşməli olan 2.48 ha torpaq sahəsinin alınması üçün tələb olunan vəsaitin onun hesabına ödənilməsi xahişi ilə məhkəmədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia qaldırmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)1203/2021 nömrəli qərarı ilə iddia q eyri-mümkün sayılaraq göstərilmişdir ki, rayon və yerli aqrar islahat komissiyaları müvafiq rayon icra hakimiyyətinin tabeliyində fəaliyyət göstərirdi, belə olduğu təqdirdə iddiaçı sözügedən pul kompensasiyasının alınması üçün Şəki rayon İcra Hakimiyyətinə müraciət etmək hüququna malikdir, Maliyyə Nazirliyi isə hazırkı iddia tələbi üzrə cavabdeh ola bilməz.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində Şəki rayonunda doğulduğunu bildirsə də, Şəki rayonunun hansı kəndində, hansı qəsəbəsində anadan olduğunu qeyd etməmişdir. Həmçinin, iddiaçı ərizəsində qeyd etmişdir ki, həmin vaxt onun adı ailə üzvlərinin siyahısında olmuşdur, ancaq ona pay torpağı verilməmişdir. İddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçının valideynlərinin rəsmi nikahı olmamışdır, yəni onun adının o zaman ailə üzvlərinin siyahısına daxil edilməsini təsdiq edən hüquqi sənəd yoxdur. Onun adının ailə üzvlərinin siyahısında olduğu halda ona pay torpağının verilməməsini qeyd edir. Lakin iddiaçı iddia ərizəsində ona pay torpağının verilməməsinin səbəbini aydınlaşdırmır. Torpaq islahatını yerlərdə yaradılmış yerli aqrar islahat komissiyaları həyata keçirmişdir. İddiaçıya torpaq islahatı zamanı pay torpağı verilməməsinə görə Cavabdeh heç bir hüquqi məsuliyyət daşımır. Torpaq islahatı zamanı iddiaçıya qanunvericilikdə nəzərdə tutulan pay torpağının verilməməsinin səbəbləri aydın olmadığından və iddiaçının ailə üzvlərinə pay torpağının verilməsi prosesindən 20 ildən artıq müddət keçdiyindən, cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
7. Şək i İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 16 yanvar 2023-cü il tarixli, 21(116)-123/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Hazırkı inzibati mübahisənin yaranmasına səbəb Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Pərvanə Ramazanovaya verilmiş 14.89 hektar torpaq sahəsindən iddiaçıya onun iddia etdiyi payın verilməməsidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, torpaq payı almaq hüququ olan şəxslərin siyahısında, həmçinin torpağa mülkiyyət hüququna dair dövlət aktında iddiaçının adı qeyd edilməmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdə doğulduğundan, onun qanuni nümayəndələri (valideynləri) torpaq islahatı zamanı verilməli olan, lakin verilməmiş pay torpağının əldə edilməsi üçün “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsində qeyd olunan qaydada vəsatət qaldırmaq və Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək imkanı olmuşdur. Buna baxmayaraq, ötən müddət ərzində həmin qərar mübahisələndirilməmişdir və hazırda iddiaçı, ona verilməmiş pay torpağının əvəzinə cavabdeh orqandan müvafiq kompensasiyanın ödənilməsini tələb edir. Lakin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda pay torpağı verilməmiş şəxslərə həmin torpaq payının əvəzində pul kompensasiyasının verilməsi nəzərdə tutulmamışdır. Buna görə də, cavabdeh orqanın hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuzluğu öz təsdiqini tapmadığından, iddia rədd edilməlidir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və id dianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova, M.A.Əsədli) 05 iyul 2023-cü il tarixli, 2-1(107)307/2023 nömrəli qərardadı ilə iddiaçının аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-123/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Şəki rayon İcra Hakimiyyətinə qarşı “ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ona ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 11.1. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma z amanı müəyyən edilmişdir ki, hazırkı inzibati mübahisənin yaranmasına səbəb Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Pərvanə Ramazanovaya verilmiş 14.89 hektar torpaq sahəsindən iddiaçıya onun iddia etdiyi payın verilməməsidir. Göründüyü kimi, iddiaçı tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsi mübahisələndirilmiş və iş üzrə cavabdeh qismində Cavabdeh cəlb edilmişdir. Şəki rayon Aqrar İslahat Komissiyası ləğv edildiyindən, Cavabdeh onun hüquqi varisi olmadığından, Cavabdeh ilə Şəki Rayon Aqrar İslahat Komissiyası arasında təşkilati tabeçilik əlaqələri mövcud olmamışdır. Belə olan halda, hazırkı mübahisə üzrə iddia tələbinə əsl cavab verməli olan inzib ati orqan Cavabdeh deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə, İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun payına düşməli olan 2.48 ha torpaq sahəsinin alınması üçün tələb olunan vəsaitin onun hesabına ödənilməsini xahiş edərək, Azərbaycan Respublikası Maliyyə Nazi rliyinə qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1203/2021 nömrəli qərarı ilə iddia qeyrimümkün sayılaraq göstərilmişdir ki, rayon və yerli aqrar islahat komissiyaları müvafiq rayon icra hakimiyyətinin tabeliyində fəaliyyət göstərirdi, belə olduğu təqdirdə iddiaçı sözügedən pul kompensasiyasının alınması üçün Şəki rayon İcra Hakimiyyətinə müraciət etmək hüququna malikdir, Maliyyə Nazirliyi isə hazırki iddia tələbi üzrə cavabdeh ola bilməz. Bu səbəbdən məhkəmənin göstərişinə uyğun olaraq o, hazırkı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orq anın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, iddianın mümkün sayılmama əsası ilə razılaşmır.
20. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyası ləğv edildiyindən və Cavabdeh onun hüquqi varisi olmadığından Cavabdeh ilə Şəki Rayon Aqrar İslahat Komissiyası arasında təşkilati tabeçilik əlaqələri mövcud olmamışdır. Belə olan halda, hazırkı mübahisə üzrə iddia tələbinə əsl cavab verməli olan inzibati orqan Cavabdeh deyildir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir.
22. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar isla hat komissiyalarının yaradılması və fəaliyyəti «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 23. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.
24. Həmin Qanunun 7-ci maddəsinə əsasən, rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissi yası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir. Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir.
25. Göründüyü kimi, rayon və yerli aqrar islahat komiss iyaları müvafiq rayon icra hakimiyyətinin tabeliyində fəaliyyət göstərmişdir. Belə olan halda, məhkəmə kollegiyası Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-1203/2021 nömrəli qərarında da göstərilmiş hüquqi mövqeyə uyğun olaraq bir daha vurğulayır ki, hazırkı iddia tələbinə cavab verməli inzibati orqan məhz, Cavabdehdir və rayon icra hakimiyyətlərinin AİK-nın hüquqi varisi kimi çıxış etməməsi barədə apellyasiya instansiyasını mövqeyi yuxarıda qeyd edilən hüquq normalarının tələbinə və bu barədə, formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamışdır.
26. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın mümkünsüzlüyü barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
27. Qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər– tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
28. Hazırki işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı “General M.Əsədov” qəsəbəsində (Turan qəsəbəsi) xx.xx.1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahı”sında X2 və onun ailə üzvlərinin - X7, X6, X8, X9, X3 adları qeyd edilmişdir.
29. Göründüyü kimi, iddiaçı 1996-cı ildə Şəki rayonunda doğulduğunu, atası ilə anası arasında rəsmi nikah olmadığından anasının soyadını daşıdığını və adının aqrar islahat nəticəsində torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahı”sında, yəni məhz X1 təsərrüfatına dair siyahıda olması səbəbi ilə ona torpaq payı verilməli olduğunu iddia etsə də, bu barədə heç bir sübut mövcud deyil. Halbuki, iddiaçının məhz həmin siyahıya uyğun, yəni nənəsi X1 təsərrüfatında qeydiyyatda olduğu, lakin aqrar islahat nəticəsində ona torpaq payı verilmədiyi təsdiq edildiyi təqdirdə, həmin torpaq sahəsinin dəyərinin ödənilməsini tələb etmək hüququ yaranacaqdır. Lakin hazırkı halda iddiaçıya aqrar islahat nəticəsində torpaq payının verilməli olması sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, onun torpaq sa həsinin verilməməsinə görə kompensasiya tələb etmək hüququ yaranmamışdır. Beləliklə də, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından iddia mümkünsüzdür.
30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianın mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(107)-307/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.