Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-870/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2-1(105)-629/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ( AA ******* FİN xxxxxxx ) xx xxxxxx 1971-ci il tarixində Xaçmaz rayonunda doğulmuşdur. O, Xaçmaz rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı xx.xx.1993-cü ildə ordu sıralarına çağırılmış, xx.xx.N-cü il tarixdə Füzuli bölgəsində gedən ağır döyüşlərdə güllə yarası almışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2020-ci tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-13307 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakını (xx.xx.N-xx.xx.N-cü il) nəzə rə alaraq və yanvar N-cü il tarixdə hərbi xidmətləri və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 16 may 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1993-cü ildə keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən Səfərbərliklə əlaqədar olaraq Hərbi Xidmətə göndərilmişdir. N saylı Hərbi hissədə xidmət edərkən cəbhə bölgəsində döyüşlərdə iştirak etmişdir. N saylı Hərbi Hissədə həmin vaxt bölük komandiri işləmiş 1954-cü il təvəllüdlü, Xaçmaz rayon, Niyazoba kənd sakini X1 da təsdiq edə bilər ki, iddiaçı onunla birgə xidmət etmiş və döyüşlərdə iştirak etmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 11 aprel N-cü il tarixli 4819 saylı xəstəlik vəsiqəsindən görünür ki, X1 xx.xx.N-cü il tarixdə Fizuli bölgəsində döyüşlərdə güllə yarası almışdır. Başqa sözlə, onların eyni vaxtda xidmət etmələri təsdiq olunur. X2 İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli,912-13307 saylı və xx.xx.2020ci il tarixli, 9/2-1112 saylı arxiv arayışları ilə də yuxarıda göstərilən hallar təsdiq olunur. Arxiv arayışları ilə də iddiaçının həqiqətən döyüş bölgəsində xidmət etməyi təsdiq olunur. Onunla birgə hərbi xidmətdə olan hərbi qulluqçular da iddiaçının cəbhə bölgəsində döyüşlərdə iştirak et diyini təsdiq edə bilərlər.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 16 sentyabr 2019-cu il tarixli 9/2-13307 nömrəli arayışına əsasən İddiaçı hərbi hissədən xaric olunması barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiaçı qanuni əsaslarla ordu sıralarında tərxis olunması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. İddiaçının döyüş əməliyyatları aparılan zaman xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14- cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan zaman xidməti və qanuni əsas larla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edirlər ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-1 (102)-1618/2020 nömrəli qərarı ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir
7. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)-1161/2021 saylı qərarı (hakim İ.Quliyev) ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları apara n hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır.
9. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-629/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi –Hök ümə Babayeva, hakimlər – Rəşadət Ağayev və İlqar Dəmirov ) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)1161/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellysasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-629/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğundur əlavə olaraq qeyd edilmişdir ki, onun 1993-cü ildə Beylaqan rayonu ərazisində gedən döyüşlərdə iştirakı həmin vaxt N saylı hərbi hissənin bölük komandiri çalışmış Xaçmaz rayonu, Niyazoba kənd sakini X1 təsdiq edə bilər. Lakin məhkəmələr həmin şəxsin məhkəmə iclasında şahid qismində dindirilməsini təmin etməmişlər. İşdə olan rəsmi sənədlərlə təsdiq olunur ki, iddiaçı xx.xx.1993-cü il tarixdən N nömrəli hərbi hissə komandirinin əmri ilə şəxsi heyyətin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğun 03.03,2022-ci il tarixli HP 12/149 saylı arayışı ilə təsdiq olunur ki, iddiaçının xx.xx.1993-cü il tarixdən N və N nömrəli hərbi hissələrdə xidmət etməyilə bağlı Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialın olması barədə məlumat aşkar edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxsl ər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin: 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidləri ndə – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), ş əxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
18. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
19. Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu: Maddə
1. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən e dir. Maddə
2. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Maddə
14. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün—hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün—hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün— hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün— hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Madd ə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-629/2021 saylı qərarı və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq qeyd e dir ki, iddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən inzibati mübahisə həll edilərkən, onun qənaətinə görə 1 bir maddi hüquq normasının “Veteranlar haqqında “ qanunun 3-cü maddəsinin və 2 iki prosessual hüquq normasının pozulmasını göstərmişdir.
24. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, “ Veteranlar haqqında” qanunun 3-cü maddəsində kimlərin “müharibə veteranı” sayılmasından bəhs edilir.
25. Yəni bu maddə mübahisə predmeti barədə ümumi anlayiş verən bir normadır və bu baxımdan, iddiaçının qənaətinə görə bir şahidin dindirilməsinin məhkəmə tərəfindən təmin edilməməsi ilə iddiaçı tərəfindən əlaqələndirilməsi əsaslı sayila bilməz və həmin səbəbdən iddiaçının sözügedən dəlili əsassızdır.
26. Digər tərəfdən Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsi ümumiyyətlə gönd ərici prosessual norma olmaqla, onun pozulmasından söhbət gedə bilməz.
27. İddiaçının MPM-nin sübutların qiymətləndirilməsi adlanan 88-ci maddəsinə istinat etməsi isə ümumiyyətlə yanlışdır, belə ki, İPM-nin özündə “sübutların araşdırılması qaydası” adlı 58-ci maddəsi mövcuddur ki, həmin maddədə sübutların araşdırılmasının konkret və müfəssəl qaydası müəyyən edilmişdir.
28. Yeri gəlmişgən, qeyd edilməlidir ki, kassasiya şikayətində iddiaçının qənaətinə görə, məhkəmələr tərəfindən işdə olan sübutlara obyektiv qiymət verməməsinin nədən ibarət olması konkret şəkildə göstərilməmişdir.
29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilidə əsassızdır.
30. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll ed ərkən işdəki sübutları tam və hərtərəfli araşdiraraq onlara düzgün qiymət vermişdir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 912-13307 saylı məktubuna əsasən N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 01 №li əmrində (əsas: səh 2, sıra 142, əmrdə atasının adı yazılmamışdır) İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək tuşlayıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır.
32. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xaçmaz RHK-dan çağırılmış sıravi İddiaçı N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 16 №li əmrlə (əsas: səh 16, sıra 182) şəxsi heyətin siyahısına daxil edil ərək döyüş bölgəsində yerləşən Xaçinstroy kəndinə gəlmiş hesab olunmaqla aylıq məvacibi üçqat hesablanmışdır.
33. N №li hərbi hissə komandirinin 22.12 1993-cü il tarixli 28 №li əmrlə (əsas: səh 24, §1, sıra 1) sıravi İddiaçı hərbiçi yoldaşlarının yas mərasimində iştirak etmək üçün üç günlük Bakı şəhərinə ezam olunaraq şəxsi heyətin siyahısında saxlanılmaqla bütün növ ərzaq təminatından çıxarılmışdır.
34. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, N №li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 38 №liəmrilə (əsas:sən 28, §1, sıra 1) İddiaçı hərbi hissəyə qayıtmış hesab edilərək bütün növ təminatlara daxil edilmişdir. Qeyd edilmişdir ki, N №li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar e dilməmişdir.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
36. Buna görə də apellyasiya məhkəməsinin “iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz,” gəldiyi qənaət qanuni və əsaslıdır.
37. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun «döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs» statusunu əldə etməməsinə səbəb olur.
38. Bununla yanaşı apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may N-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir.
39. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqq ında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir.
40. Beləliklə müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.
41. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hərbi xidmətdən tərxis olunma müddəti 1996-cı ildən sonra başlandığından, N-cu ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
42. Bütün yuxarıda göstərilənl ərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt apellyasiya məhkəməsinin inzibati kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarı, 2-1(105)-629/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2-1(105)-629/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.