Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-870/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: X2 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətə cəlb olunma müddətlərinin iş stajına hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X2 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əla və edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 21(103)-149/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 04614271 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Silahlı Qüvvələrdə, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X2 xidmət etmiş, Bakı şəhər BPİ DYPl-nin şəxsi heyət üzrə xx.xx.2006-cı il tarixli, 52ş/h nömrəli əmri ilə X2 xidmətdən xaric edilmişdir. Xaric edilərkən xidmət müddəti təqvi mi hesablama ilə 13 il, 07 ay, 17 gün, imtiyazlı hesablama ilə 19 il, 11 ay, 18 gün təşkil etmişdir. Sorğu əsasında arxiv sənədləri üzrə yenidən hesablama aparılmış və onun X2 xidmət müddətinin təqvimi hesablama ilə 15 il, 08 ay, 06 gün, imtiyazlı hesablama ilə 19 il, 09 ay, 14 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı X2 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidməti barədə heç bir məlumat yoxdur. xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhər BPİ DYPl-nin Kadrlar bölməsinə dəvət olunmuş və qeyd olunanlar barədə ona ətraflı məlumat verilmişdir.
2. İddiaçı daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi pensiyaya çıxması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir (burada iddiaçının niyyəti pensiya təyin edən orqana müvafiq məlumat vərəqəsinin təqdim olun ması ilə bağlıdır).
3. Cavabdeh 5 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, "Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə"nin 144-cü maddəsinə əsasən, xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X2 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanmasını və iş stajına əlavə edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X2 nümunəvi xidmət etmiş, onun ümumi xidməti 19 il 11 ay 18 gün olmuşdur. Bütün xidməti müddətində DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsində Yol Polisi müfəttişi vəzifəsində çalışmışdır. Nümunəvi xidmətlərinə görə DİN rəhbərliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. Dövlət əhəmiyyətli tədbirlərdə, qeyri-iş və istirahət günlərində gücləndirilmiş iş rejimində xidmətdə olmuşdur. Sabiq polis əməkdaşı kimi pensiyaya çıxmaq üçün bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin Nazirliyin Baş Kadrlar İdarəsi ona cavab olaraq bildirmişdir ki, "Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə"nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Nədənsə, Daxili İşlər Nazirliyinin məsul şəxsləri onun X2 xidmətini he sablayarkən qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində etdiyi xidmətləri nəzərə almırlar. DİO-da 20 ildən çox nümunəvi və qüsursuz xidmətinin nəzərə alınmaması onun mövcud qanunvericiliklə müəyyən edilmiş və qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-2110/2021 nömrəli qərarı (hakim: X3) ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə araşdırma zamanı məhkəmə tərəfindən aidiyyəti üzrə sorğular göndərilmiş, lakin iddiaçının iddia etdiyi kimi qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətləri barədə, həmçinin, bu xidmətlər üzrə əlavə ödənişlər barədə məlumat aşkar edilməmişdi r.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-149/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X4 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsası nı iddia ərizəsində göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında” Əsasnamə Maddə
1. X2 xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə
8. X2 xidmət keçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır (şəxsi iş daxili işlər orqanlarının kadr xidmətləri tərəfindən hazırlanır, aparılır və saxlanılır). Daxili işlər orqanları əməkdaşının xidmət yeri dəyişdirildikdə onun şəxsi işi yeni xidmət yerinə göndərilir. Daxili işlər orqanları əməkdaşlarının şəxsi işlərinin aparılması və saxlanılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellya siya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi iddiaçının X2 xidmət dövründə qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətə cəlb olunması ilə bağlı müddətlərin hesablanaraq iş stajına əlavə edilməsi ilə bağlı əsasların mövcudluğuna dair məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrar lamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 23.Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş rəsmi sənədlərdən (o cümlədən, xx.xx.2004-cü il tarixli, 270 saylı və xx.xx.2011-ci il tarixli, 339 saylı əmrlərdən), iddiaçının iddia etdiyi kimi qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində onun xidmətə cəlb olunduğu, həmçinin, belə cəlbetmə ilə bağlı ona əlavə ödənişlərin ödənildiyi müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmə tə cəlb olunmaya görə işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq şəxsə əlavə ödəmələr həyata keçirilir. Mübahisəyə dair iş üzrə araşdırma zamanı iddiaçı tərəfindən də həmin halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
25. Beləliklə, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-149/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.