Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-870/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: növbədənkənar vergi yoxlaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(106)-62/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı MMC tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə xx.xx.2020ci il tarixli qərar qəbul etmişdir.
2. Qərarda xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövrün yoxlanılması nəzərdə tutulmuş, yoxlama müddəti 30 gün müəyyən edilmişdir. Səyyar yoxlana keçirilməsi üçün əsas kimi Ve rgi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmuşdur.
3. Səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib olunmuş, həmin akt əsasında vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli məsuliyyətə cəlb edilmə haqqında qərar çıxarılmaqla, mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində tutulan vergilər üzrə hesablanmış vergilərin azaldıldığını hesab edərək İddiaçı MMC-yə 27.214,54 manat əlavə vergi, 83387,28 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (bundan sonra iddiaçı və ya MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə” qərarın ƏDV və ödəmə mənbəyindən vergi hissəsində ləğv edilməsi və mənfəət vergisi hesablanmaqla yeni qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi yoxlaması vergi orqanının təşəbbüsü və müxtəlif məzmunlu qərarları ilə 4 dəfə uzadılmış və xx.xx.2020-ci il tarixdə yekunlaşdırılmışdır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********198009 saylı akt tərtib edilmiş və xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş, xx.xx.2020-ci il tarixdə tərəflərindən oxunmuşdur. Sözügedən aktdan xx.xx.2020-ci il tarixdə həm yoxlayıcı həm də Dövlət Vergi Xidmətinə şikayət məktubu ilə müraciət olunmuş, lakin hər ikisi də yoxlayıcıya yönləndirilən şikayətlərə baxılmamış, iddiaçının 2017-2019-cu illəri əhatə edən dövr üzrə fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********141648 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə” qərarı qəbul edilmişdir. Bu qərarla 2019-cu il üzrə 8206.66 manat mənfəət vergisi, 2017-2019-cu illər üzrə 25135.17 manat ödəmə mənbəyindən vergi (o, cümlədən 2017-ci il üzrə 3620,15 manat, 2018-ci il üzrə 8450.08 manat, 2019-cu il üzrə 13064,94 manat), 2017-2019-cu illər üzrə 133436.71 manat ƏDV-nin azaldılması və 139541,32 manat artıq hesablanması nəticəsində ƏDV hesablanmasa da 133 436,71 manat azaldılması ilə bağlı həmin məbləğin, mənfəət və ödəmə mənbəyindən hesablanmış vergilərin 50% hissəsində maliyyə sanksiyası, cəmi 166774,54 manat azaldılmış vergilərə görə 83387.28 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarın mənfəət vergisi hesablanması hissəsi ilə razıdırlar, ödənilməli olan ƏDV məbləği hesablanmamış, hesablanmış ödəmə mənbəyindən vergi kimi 25135,17 manat və ona tətbiq edilmiş 50% maliyyə sanksiyası, eləcə də tərəflərindən artıq hesablanmış ƏDV məbləği ilə azaldılmış hesab edilən ƏDV məbləği arasında fərq olmasa da 133 436.71 manat azaldılmış hesab edilən ƏDV məbləği hissəsinə tətbiq edilmiş və tələb edilən 50% maliyyə sanksiyası hissəsi ilə razı deyillər və hesab edirlər ki, qeyd edilən səbəblərdən ƏDV, ƏDV-yə hesablanmış maliyyə sanksiyası, ödəmə mənbəyi və ödəmə mənbəyi nə hesablanmış maliyyə sanksiyası hissəsində qərar ləğv edilməlidir. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********141648 nömrəli qərarından etdikləri AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********174900 saylı müraciətləri üzrə cavabdehin tələb etdiyi müqavilələr, müqaviləyə əlavələr, invoicelar, aktlar göndərilmişdir və mövcuddur. Bildirirlər ki, ödəmə mənbəyindən hesablanmış verginin əsası hesab edilmiş beynəlxalq daşınma xidməti üçün bağlanmış müqavilələr ana şərtlərlə bağlanmış, uzunmüddətli əməkdaşlıq nəzərdə tutulduğu üçün dəyişə biləcək qiymətlər, daşınma yerləri və s. əlavələr və invoyslarla tənzimlənməsi düşünülmüşdür. Beynəlxalq daşınmaya görə yalnız Respublikanın qərb sərhəddindən daxil olan, Avropadan idxal etdikləri soya məhsuluna görə xaricə ödənişlər aparılmış dır. Ödənişlərin aparıldığı iki şirkət Gürcüstan Respublikasının rezidentidir. Gürcüstan dövləti ilə Azərbaycan dövləti arasında 1997-ci il fevralın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya”nın şərtlərinə uyğun olaraq Respublikamızda vergiyə cəlb olunmasının qeyri qanuni olacağı düşünülməkdədir. Ödəmə mənbəyində tutulmalı olan məbləğ ticarət fəaliyyətlərində tərəfdaşları olan Gürcüstan Respublikasının hüquqi şəxsləri olan şirkətlərin onlara göstərdiyi beynəlxalq yükdaşımaya görə ödənilmiş vəsaitlərə görə hesablanmışdır. Lakin yoxlama zamanı sözügedən Konvensiya nəzərə almamışdır. Yoxlayıcı aktında yoxladığı dövr üzrə MMC tərəfindən ƏDV ödənişlərindən hər hansı yayınma olmadığını, hesablanmış ƏDV-dən 6104.61 manat artıq ödəniş olduğunu da dolaylı yolla təsdiq etməkdədir. Bunları nəzərə almadan VM-nin cari ilin əvvəlində etibarən qüvvədən düşmüş 166.1-ci maddəsini əsas götürərək 133436.70 manat ƏDV-nin azaldılması müəyyən edərək buna 50% 66718.35 manat maliyyə sanksiyası hesablamışdır. Halbuki, tam əksinə Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin Vİİ bəndinə uyğun olaraq qüvvədən düşürülmüş maddə hüquqi şəxsin lehinə mülahizə yürütməyi tələb etməkdədir. “Normativ hüquqi aktlar haqqında’' Qanunun 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların q üvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilənləri nəzərə alaraq, qüvvədən düşmüş 166.1-ci maddəsinə əsasən hesablanmış ƏDV üzrə 66718,35 manat maliyyə sanksiyası hissəsi ləğv edilməlidir.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarın tam ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Şirvan İnzibat Məhkəmənin 07 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
8. Məhkəmə tərəfindən vergi hesablamalarının düzgünlüyünü müəyyən etmək üçün ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas ı Mərkəzinin 9/2951 nömrəli 13 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan dövr ərzində iddiaçı tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Eləcə də yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış maliyyə sanksiyamın düzgünlüyü müəyyən edilmir. Ödəmə mənbəyindən tutulan vergi ilə bağlı qeyd edilir ki, məhkəmə tərəfindən “Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında ikiqat vergiyə cəlb edilməyə yol verilməməsi, gəlir və əmlak vergisinin ödənilməsindən yayınma hallarının qarşısının alınması barədə Konvensiya” nəzərə alınarsa ödəmə mənbəyindən tutulan verginin az hesablanması müəyyən edilmir.
9. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr il tari xli, 2-1(120)-65/2022 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020ci il tarixli, **********141648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarı ləğv edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlam ış, xx.xx.2020-ci il tarixdə uzadılmış, xx.xx.2020-ci il tarixdə müvəqqəti dayandırılmış, xx.xx.2020-ci il tarixdə yenidən uzadılmış və xx.xx.2020-ci il tarixdə əlavə yoxlamalar keçirilmiş, beləliklə inzibati orqan müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddəti keçdikdən sonra artırmışdır. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Cavabdeh inzibati orqan səyyar vergi y oxlamanın müddətinin hər biri 30 gün olmaqla cəmi “4” dəfə dayandırılması və ya uzadılması barədə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1-ci və 38.7.5-ci maddəsində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır.
11. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 58-ci, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergilər, maliyyə sanksiyaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunu n şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır.
12. Ekspert rəyinin tədqiqi hissəsində göstərilənlərə əsasən yoxlanılan dövr ərzində İddiaçı MMC tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Eləcə də yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış maliyyə sanksiyasının düzgünlüyü müəyyən edilmir. Ödəmə mənbəyindən tutulan vergi ilə bağlı qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb edilməyə yol verilməməsi, gəlir və əmlak vergisinin ödənilməsindən yayınma hallarının qarşısının alınması barədə” Konvensiyaya əsasən ödəmə mənbəyindən tutulan verginin az hesablanması müəyyən edilmir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-62/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr il tarixli, 21(120)-65/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə vergi orqanının qəbul etdiyi qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır.
16. Vergi Məcəlləsinin 38-c i maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (maddə 38.3.5). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahib karlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, vergi orqanı öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə vergi orqanı belə yoxlamanı keçirə bilər. Lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəa ları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi orqanından diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından vergi orqanı istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əld ə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
17. Hazırkı iş üzrə isə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktın da da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət iddiaçıya münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan ver gi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
18. Nəzərə almaq lazımdır ki, cavabdeh inzibati orqan ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənardır və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və ha llar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh inzibati orqan tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.
19. Məhkəmə kollegiyası vurğulayıb ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh inzibati orqan tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədə nkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçıya həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv q ərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
20. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövc udluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh inzibati orqan tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır.
21. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1, 108.1, 125.1.4, 166, 170 və 175-ci maddəsinə, eləcə də İnzibati Prosessual Məcəllənin 12.1, 58.7 və 69.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 220.4-cü maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
23. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmadan, yəni mənfəət vergisinin, ƏDV-in və ödəmə mənbəyində verginin hesablanma əsaslarını təkzib edəcək hər hansı əsaslı sübut təqdim etmədən birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Həmçinin məhkəmə kollegiyası qərarında əmlak vergisi və icarə haqqı ilə bağlı hesablanmış vergilərə dair münasibət bildirmədən həmin vergilərin də hesablanma əsaslarını şübhə altına almış, yəni bu istiqamətdə də birinci instansiya məhkəməsinin qərarını olduğu kimi qüvvədə saxlanmışdır.
24. Daha sonra qeyd edili r ki, məhkəmə Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedici orqanın qeyd olunan normaları qəbul edərkən günlərlə ifadə olunan müddətlərlə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yanlış qənaətə gələrək maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, v ergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülə n əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 3 8.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə
54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb o lunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması.
27. Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya (1997-ci il fevralın 18də Bakı şəhərində imzalanmış, Milli Məclisin 5 aprel 1997-ci il tarixli 265-İQ nömrəli Qanunu ilə təsdiqlənmiş) Maddə 8 Beynəlxalq daşımalar
1. Bir Razılığa gələn Dövlətin müəssisəsinin bu Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin g) yarımbəndində qeyd olunan nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarı nəticəsində əldə etdiyi mənfəət yalnız həmin Razılığa gələn Dövlətdə vergiyə cəlb olunur.
2. Konvensiyanın məqsədləri üçün bu maddənin 1-ci bəndində qeyd olunan nəqlliyyat vastələrinin beynəlxalq daşımalarda istismarından əldə olunan məefəətə həmin nəqliyyat vasitələrinin istismar edən şəxsin onların birbaşa istifadənsindən, icarəyə verməsindən və ya ixtiyarı formada istismarından, o cümlədən konteynerlərin və onlara aid olan avadanlıqların istifadəsi, saxlanması və ya icarəyə verməsindən əldə olunan gəlirləri də daxildir.
3. Bu maddənin1-ci bəndlərinin müddəaları nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar «pul»da, müştərək müəssisə yaxud beynəlxalq təşkilatda iştirakdan əldə olunan mənfəətə də tətbiq edilir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Müb ahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız h üquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və onun əsasında xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 2017-2019-cu illərdə iddiaçı tərəfindən mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində tutulan vergilər üzrə hesablanmış vergilərin azaldıldığını hesab edərək cavabdeh inzibati orqan iddiaçıya 27214,54 manat əlavə vergi, 83387,28 manat maliyyə sanksiyası hesablamışdır.
36. İddiaçı vergi orqanının mövqeyini əsassız hesab edərək qəbul edilmiş qərarı mübahisələndirmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi qənaətinə gəlmişlər.
37. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin vergi qanunvericiliyinə ziddi olduğunu hesab edərək həmin qərarı mübahisələndirir.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəl i şəkildə təhlil edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə tam qanuni və əsaslıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir.
39. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmiş, yoxlamanın müddətini 30 iş günü müəyyən etmişdir. Həmin qərarla müəyyən edilmiş məlumatlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş və yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli müddətin uzadılması, xx.xx.2020-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2020-ci il tarixli müddət in uzadılması, xx.xx.2020-ci il tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qəbul etsə də, qərarlarını əsaslandırmamış, həmçinin yoxlama müddətinin uzadılması barədə məlumatlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir.
40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq bildirir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə vergi orqanının qəbul etdiyi qərar inzi bati məhkəmə icraatında mübahisələndirildiyi halda, həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır.
41. Vergi Məcəlləsinin 38-ci maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (maddə 38.3.5). Vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, vergi orqanı öz mülahizələrini dəqiq və aydın şəkildə iza h etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu cür əsaslandırma diskresion səlahiyyətdən düzgün istifadə olunmasını göstərməklə yanaşı, vergi ödəyicisinin məhz hansı gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsindən bəhs edildiyi barədə aydın təsəvvür yaranmasına xidmət etmiş olur.
42. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından vergi orqanı istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanı lmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
43. Hazırkı iş üzrə isə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
44. Bundan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Hazı rkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur.
45. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apell yasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-62/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.