Məhkəmə qərarları › İş №2-1(102)-870/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-870/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-870/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hüququ qeydə alınan tikililərin dövlət əmlakının Registrində mövcudluğu, tikililərin inşa olunma dövrü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi“ tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(104)-461/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş 46 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncama əsasən ləğv edilmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuş Gəncə şəhəri, H.Əliyev pr., 121 ünvanında yerləşən Gəncə “Cihaz” İstehsalat birliyi İddiaçı ASC-yə çevrilmiş, İddiaçı ASC-nin özəlləşdirilmə planı (emissiya prospekti) və nizamnaməsi tə sdiq edilmişdir (Sərəncamın 1 və 4-cü bəndləri). 2. “Əmlakın Texniki İnventarlaşdırılması bürosu tərəfindən verilmiş 000315 nömrəli Texniki pasportla müəyyən edilir ki, Gəncə şəhəri, H.Əliyev prospekti (28 May) prospekti 121-də yerləşən Gəncə “Cihaz” İstehsalat birliyinin ümumi sahəsi 28983.7 kv.m olmaqla faktiki torpaq sahəsi 62754.9 kv.m-dir.

3. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Gəncə şəhəri, Heydər Əliyev prospekti 121 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh 02 fevral 2023-cü il tarixli məktubla bildirmişdir ki, apar ılan araşdırma zamanı əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin əlavə edilmədiyi, həmçinin əmlakın bir hissəsinin söküldüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X12 prospekti 121 ünvanda yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 1942-ci ildən fəaliyyət göstərir. SSRİ X4 7 fevral 1942-ci il tarixli 2049 saylı qərarına əsasən Simferopol mühərrik təmiri zavodu Gəncə şəhərinə köçürülmüşdür. Həmin vaxtdan indiyə kimi 80 il ərzində xarici divarlar daxilində müəssisənin ərazisi dəyişməmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı ildə müəssisənin eyni hüdudlarını əhatə edən 000315 №-li texniki pasportu hazırlanmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının - "X11" ASC-nin satılmasına dair xx.xx.2008-ci il tarixli 000015 №-li şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci ildə dövlət reyestrindən **********589500 №-li çıxarış verilmişdir. Azərbaycan Respublikası Milli Depozit M ərkəzinin xx.xx.2008-ci il tarixdə hazırladığı "X5 reyestrindən" göründüyü kimi "X11" ASC-nin 2006-cı ildə başlamış özəlləşdirilməsi 2008-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2015-ci il tarixdə hazırladığı "X5 reyestrindən" və 12 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2017-ci il tarixli **********161700 №-li məktubundan göründüyü kimi "X11" ASC-nin İdarə heyətinin sədri 2015-ci ildən A.B.Zeynalovdur. Cavabdehə müəssisənin çıxarışının hazırlanması üçün xx.xx.2022-ci il tarixli 11/2 saylı məktubla müraciət edilmiş, tələb olunan bütün sənədlər təqdim olunmuşdur. Cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 479 №-li və xx.xx.2022-ci 478 il tarixli, №-li hesab-fakturalar əsasında onun bank hesabına müvafiq olaraq 15949,67 manat və 2870,94 man at vəsait köçürülmüşdür. Cavabdeh təsdiqetmə bildirişi verərək ********** saylı ərizəni qeydə almış və çıxarışın verilmə tarixinin xx.xx.2022-ci il olduğunu göstərmişdir. Lakin, bu günə kimi çıxarışı əldə etmək mümkün olmamışdır.

7. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri, X12 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin və həmin tikililərin yerləşdiyi 59476,5 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq bu barədə İddiaçı ASC-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1272/2023 saylı, 03 may 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-58/2024 saylı 05 mart 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia qismən təmin edilmiş, Gəncə şəhəri, X12 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin, yəni ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati bina, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati bina, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti bina və ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh inzi bati orqanın üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq qeyd etmişdir ki, cavabdehin imtinasının əsasını sözügedən əmlakın bir hissəsinin sökülməsi təşkil etsə də, bu imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.

12. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla, eləcə də iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatı ilə müəyyən olunur ki, sözügedən torpaq sahəsi özəlləşmənin predmeti olmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi əsaslı hesab edilə bilməz.

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(104)-461/2024 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X9 və X3) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)58/2024 saylı 05 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona q arşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1, 11 və 23.1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni deyildir.

18. Belə ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri müraciətə əlavə edilməmişidir. Əmlak kompleksinə dair Gəncə “Cihaz” İstehsalat Birliyinin adına Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədləri və ölçüləri barədə məlumat öz əksini tapmamışdır. Belə olan halda isə, Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.

19. Bundan əlavə ərizəyə İddiaçı ASC-nin vergiödəyicisinin uçota alınması haqqında şəhadətn aməsi (VÖEN), Dövlət qeydiyyatı haqqında şəhadətnamə, cəmiyyətin nizamnaməsi əlavə edilmişdir. Nizamnamənin 1.1-ci bəndinin ikinci abzasında “Cəmiyyətin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 000015 nömrəli şəhadətnaməsi ilə "xxxx" MMC tərəfindən nizamnamə kapitalının 99.62 faizini təşkil edən 353582 ədəd səhmin investisiya müsabiqəsi nəticəsində satın alınması yolu ilə özəlləşdirildiyi qeyd edilmişdir. Nizamnamənin 1.3-cü bəndində cəmiyyətin təsisçilərinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2004-cü ildə 0104-P86-41701 saylı dövlət qeydiyyatına alınmış "xxxx" MMC və 167 nəfər səhmdar fiziki şəxs olması qeyd edilmişdir. X5 Reyestri (xx.xx.20 15-ci il tarixinə olan məlumat, 167 nəfər fiziki şəxs hər birinin payı 0.0023% və Galf Servis MMC 99.6236 %) təqdim edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hak imiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;...

22. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə Ümumi müddəalar...

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.

4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.

5. Azərbaycan Respublikasında dövlət əmlakının Registri mərkəzi registrdən və yerli registrlərdən ibarətdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun y erli bölmələrində — dövlət əmlakının yerli registrləri aparılır.

7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. İİ. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qaydaları...

17. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir.

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respu blikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

54. İddianın də yişdirilməsi 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qi ymətləndirilir. Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarı nın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi Gəncə şəhəri, X12 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin və həmi n tikililərin yerləşdiyi 59476,5 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq bu barədə İddiaçı ASC-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir.

27. İşə baxan məhkəmələr iddianı qismən təmin etmiş, bu zaman əmlakın bir hissəsinin sökülməsi əsası ilə çıxarışın verilməsindən imtinanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun hesab etməmiş bu hissədə iddianı təmin etmiş, mübahisə predmeti olan torpaq sahəsinin isə özəlləşdirilmədiyi əsas götürülərək iddia tələbini bu hissədə rədd etmişlər.

28. İddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən sonradan mübahisələndirilməmişdir.

29. Hazırda cavabdeh tərəfindən iddianın təmin edilən hissəsi-Gəncə şəhəri, X12 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin, yəni ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati bina, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati bina, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti bina və ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə bağlı gəlinən nəticə mübahisələndirilir. Qeyd edilir ki, həmin tikililərin iddiaçının adına dövlət reyestrində qeydə alınması qanuni deyildir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instans iya məhkəməsinin mövqeyi ilə razılaşarkən işin hallarını lazımı şəkildə araşdırmamış və qanunvericiliyin müvafiq normalarını düzgün tətbiq etməmişdir.

31. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Bundan əlavə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir.

32. Məhkəmə kollegiyası qeyd edilən Əsasnamədə təsbit edilmiş tələblərdən çıxış edərək aşağıdakı kimi qiymətləndirilmənin həyata keçirilməsini məqsədə müvafiq hesab edir.

33. Belə ki, mübahisə predmeti ümumi sahəsi 16964,9 kv.m olan tikililərdir: ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati bina; ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati bina; ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binası; ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binası; ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti bina və ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binası.

34. İş materiallarında “Ləğv edilmiş Xüsusi maşınqayırma və Konversiya Komitəsi, Gəncə “Cihaz” İB-in (qeydiyyat N1578)) balansında olan daşınmaz əmlak haqqında” Registrdən çıxarış mövcuddur (cild 1, iş vər 125-128) ki, həmin çıxarışda yuxarıda qeyd edilən tikililərdən yalnız üm umi sahəsi 2972,3 kv.m olan dörd mərtəbəli inzibati bina və 3502,5 kv.m olan iki mərtəbəli sex binası göstərilmişdir. İddianın predmeti olan digər tikililərln sahələri konkret olaraq həmin Registrdə ayrıca qeyd edilməmişdir.

35. Apellyasiya Məhkəməsi sahəsi 2973,2 kv.m və 3502,5 kv.m olan iki bina istisna olmaqla hüququn qeydə alınması barədə digər tikililərin Registrdə göstərilmiş məhz hansı tikililər olması barədə araşdırma aparmamışdır. 36. “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməyə əsasən sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyin də olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

37. Məhkəmə kollegiyası qeyd edir ki, “Ləğv edilmiş Xüsusi maşınqayırma və Konversiya Komitəsi, Gəncə “Cihaz” İB-in (qeydiyyat N1578)) balansında olan daşınmaz əmlak haqqında” Registrdən çıxarışda Gəncə şəhəri, H.Əliyev pr., 121 ünvanında yerləşən 80 ədəd daşınmaz əmlakın adı qeyd edilmişdir. Növbəti apelyasiya baxışı zamanı mübahisə predmeti olan daşınmaz əmlakların adlarının orada qeyd edilməmə səbəbi araşdırılmalı, bu araşdırma çərçivəsində bir neçə tikilinin ölçülərinin vahid şəkildə qeyd edilə bilmə ehtimalı da n əzərə alınmalıdır (ola bilər ki, iddiaçı iddia tələbini irəli sürərkən bir neçə tikilinin ölçülərini vahid əmlak şəkilində qeyd etmişdir).

38. Bundan əlavə apellyasiya instansiya məhkəməsi tərəfindən növbəti apelyasiya baxışı zamanı araşdırılma predmeti olacaq digər hal mövcud tikililərlə bağlıdır. Belə ki, cavabdeh kassasiya şikayətində olduğu kimi, iddia tələbinə etirazda, həmçinin apellyasiya şikayətində iddiaçı tərəfindən dövlət reyestrində qeydiyyatın alınması tələb edilən bəzi qeyri-yaşayış sahələrinin söküldüyü, əlavə tikinti işlərinin aparıldığı və həmin tikililərə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı qeyd edilmişdir.

39. Şikayətin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi reyestrdə qeydiyyatı tələb edilən bəzi qeyri-yaşayış sahələrinin söküldüyü, əlavə tikinti işlərinin aparıldığı və həmin tikililərə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması ilə bağlı cavabdehin arqumentlərini təhlil etməli, bəzi qeyri-yaşayış sahələrinin söküldüyünü bildirərkən cavabdehin bu halın konkret hansı tikililərə aid etdiyini müəyyən etməli, eyni zamanda obyektiv həqiqətinə nail olmaq üçün məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi zəruriliyini müzakirə etməlidir.

40. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qeyri yaşayış binalarının inşa edilmə dövrünün müəyyən edilməsi həmin tikililərin dövlət reyestrində qeydə alınmasının əsasları baxımından olduqca əhəmiyyətlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mi nənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə hüququn qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obye ktinin istismarına icazə sənədlər tələb edilir.

41. Beləliklə, növbəti apellyasiya baxışı zamanı dövlət Registirində göstərilməyən yeni tikililər mövcud olduğu halda həmin tikililərin inşa vaxtı müəyyən edildikdən sonra qanunvericiliyə uyğun olaraq qeydə alınması tələb edilən tikililərlə bağlı hüquqmüəyyənedici sənədlərin mövcudluğu araşdırılmalıdır.

42. Bundan əlavə, məhkəmə qərarı ilə Gəncə şəhəri, X12 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin, yəni ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati bina, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati bina, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti bina və ümumi sahəsi 3502,5 kv.m ol an iki mərtəbəli sex binasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin üzərinə belə öhdəlik qoyularkən məhkəmə tərəfindən daşınmaz əmlakla bağlı konkret hansı hüquqların qeydə alınmalı olduğu göstərilməmişdir.

44. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

45. Lakin yuxarıda da qeyd edildiyi kimi qəbul edilmiş qərarın nəticə hissəsində mülkiyyətlə bağlı hansı hüquqların (sahiblik, istifadə, sərəncam) qeydə alınmalı olmalı olduğu öz əksini tapmamışdır. Odur ki, növbəti apelyasiya baxışı zamanı iddiaçının iddia tələbi dəqiqləşdirilməli və bu tələbə uyğun olaraq qərar qəbul edilməlidir.

46. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə doğurmamalıdır. Bu prosessual qənaət prinsipi baxımından olduqca əhəmiyyətlidir.

47. Əgər iddiaçı apellyasiya instansiya məhkəməsinin yardımını qəbul edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərsə, apellyasiya instansiya məhkəməsi həmin ərizəni cavabdeh inzibati orqana təqdim etməli və ondan dəqiqləşdirilmiş tələblə əlaqədar münasibət bildirməsini tələb etməlidir.

48. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhz yuxarıda göstərilən xüsusatlara aydınlıq gətirməklə iddia barədə düzgün nəticəyə gəlmək mümkündür.

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

50. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhz yuxarıda göstərilən xüsusatlara aydınlıq gətirməklə iddia barədə düzgün nəticəyə gəlmək mümkündür.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

53. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(104)-461/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar