Məhkəmə qərarları › İş №2-1(102)-871/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-871/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-871/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4 saylı Polis şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdeh polis orqanının əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi; mənəvi zərərin əvəzinin tutulması; məişət zorakılığının qarşısının alınması; uşaq hüquqlarının qorunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4 saylı Polis şöbəsinə qarşı (üçüncü şəxslər: Binəqədi r ayon İcra Hakimiyyəti, “Təmiz Dünya” X9 Birliyi və X11) “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 dekabr tarixli 2-1(103)-2794/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu il 10 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Binəqədi rayon Polis İdarəsinin 4 saylı Polis Şöbəsinin İddiaçı uşaqları 2006-cı il təvəllüdlü Nərmin Həsənzadənin, 2008-ci təvəllüdlü Şəfiqə Həsənzadənin, 2010-cu il təvəllüdlü x 2018-ci il 30 sentyabr tarixdə evdən götürülə rək saat 17:00-da sığınacağa yerləşdirilməsi və saat 17:48-də sığınacaqdan götürülərək keçmiş əri X8 verilməsi zamanı iştirak etməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri (müdaxiləsi) nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi üçün 10000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh inzibati orqanın qanunsuz müdaxiləsi nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, o, cavabdehin qanunsuz hərəkətlərinin qurbanıdır. Cavabdehin əməkdaşları səlahiyyətləri olmadığı halda, üç uşağı ondan alıb keçmiş ərinə (atalarına) vermişlər. Məhkəmə keçmiş ər-arvad arasında olan bu mübahisələrlə himayəçilik və qəyyumluq orqanlarının iştirakı ilə baxır, icra məmurları məhkəmə qərarlarını icra edir, polis əməkdaşlarının keçmiş ər-arvadın arasında yaranmış uşaqları ilə ünsiyyətlə bağlı mübahisələrə baxmaq səlahiyyəti yoxdur. X10, x və X6 Rayon Məhkəməsinin 2017-ci il 16 iyun tarixli qətnaməsi ilə yetkinlik yaşına çatanadək analarının himayəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli qərarı ilə hər ayın birinci, ikinci, üçüncü həftəsinin şənbə günləri saat 10:00-dan 18:00-dək və hər ayın dördüncü həftəsinin şənbə günü saat 12:00-dan həmin həftənin bazar günü saat 10:00-dək uşaqların ataları ilə ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Uşaqlar bütün gecəni də qalmaqla 29-xx.xx.2018-ci il tarixində ataları ilə görüşdə olmuşlar. Atası tərəfindən öyrədilmiş qızı x evə qayıtdıqdan sonra “102” xidmətinə zəng edərək anasından şikayət etmişdir. Bundan sonra 4-cü Polis Şöbəsinin əməkdaşları iddiaçının evinə girib uşaqlarını götürüb sığınacağa təhvil verilmişlər. 48 dəqiqədən sonra polis əməkdaşları uşaqları sığınacaqdan götürüb atalarına vermişlər. Cinayət tərkibinin olmaması qənaətinə gəlmiş cavabdeh qısa müddətli orderin alınması üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir və məişət zorakılığı ilə bağlı araşdırma aidiyyəti üzrə Binəqədi rayon İcra hakimiyyətində aparılmış, 2018-ci il 5 oktyabr tarixli qərarla uşaqlara qısamüddətli order verilmiş, analarına isə xəbərdarlıq edilmişdir. Qısamüddətli mühafizə orderi uşaqların anadan alınıb ataya verilməsi tələbini nəzərdə tutmur. Uşaqların ananın himayəsində saxla nması barədə məhkəmə qərarı qüvvədə olduğundan və uşaqların anadan ayırmaq üçün heç qanuni əsas olmadığından cavabdeh polis orqanının əməkdaşları uşaqları məhz anaya qaytarmalı idi. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, iddiaçının uşaqları x bacıları 102 xidmətinə zəng edərək anaları tərəfindən zorakılığa məruz qalmaları barədə məlumat vermişlər. 2018-ci il 30 sentyabr tarixdə daxil olmuş məlumat əsasında 4-cü Polis Şöbəsinin əməliyyat qrupu iddiaçının hər üç uşağını evdən deyil, yol kənarından 4-cü Polis Şöbəsinə gətirmişlər. Şöbədə aparılan araşdırmadan sonra isə uşaqların əlavə psixi və mənəvi travma almalarının qarşısının alınması, anaları ilə yaşamaqdan qəti şəkildə imtina etmələri, həmçinin uşaqların təhlükəsiz liyi baxımından onlar “Təmiz Dünya X9 Birliyinə” təhvil verilmişdir. İctimai birlikdə olduqları zaman uşaqlar sonradan atalarında qalmaq istəkləri əsasında 4-cü Polis Şöbəsinin polis inspektoru x iştirakı ilə uşaqlar ataları X7 birlik tərəfindən təhvil verilmişdir. Bundan başqa, 2018-ci il 30 sentyabr tarixdə baş vermiş hadisədən əvvəl 2018-ci il 29 iyul tarixdə İddiaçı keçmiş həyat yoldaşı X11 ilə aralarında olan münaqişəyə öz övladlarını də cəlb edərək onların gələcəkdə psixi davranışlarına mənfi təsir edə biləcəyinə əhəmiyyət verməmişdir. Belə ki, X11 övladları ilə birgə keçirdiyi həftə sonundan sonra uşaqlarını əvvəllər tanıdığı qonşuya etibar edərək getməsindən İddiaçı öz maraqları naminə istifadə etmiş, uşaqları qonşuda gizlətmiş, sonradan isə qəsdən 102 xidmətinə onların itkin düşmə ləri barədə məlumat vermişdir. Onun yalan məlumat verməsi aparılan araşdırma ilə tam sübuta yetirilərək barəsində toplanmış material Binəqədi rayon prokurorluğuna göndərilmişdir. 2019-cu il 17 iyun tarixdə İddiaçı yenidən övladlarını döyərək müvafiq olaraq onların sağlamlığına yüngül və dərəcələri təyin edilməyən bədən xəsarətlərinin yetirilməsi faktı əsasında araşdırma aparılaraq toplanmış material Binəqədi rayon Pİ İstintaq şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 6 sentyabr tarixli 2-1(81)2024/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Binəqədi rayon Polis İdarəsinin 4 saylı Polis Şöbəsinin İddiaçı uşaqları xx.xx.2006-cı il təvəllüdlü x, xx.xx.2008ci təvəllüdlü x, xx.xx.2010- cu il təvəllüdlü x xx.xx.2018-ci il tarixdə evdən götürülərək saat 17:00-da sığınacağa yerləşdirilməsi və saat 17:48-də sığınacaqdan götürərək keçmiş əri X8 verilməsi zamanı iştirak etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilmiş, iddia tələbi qalan - cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri (müdaxiləsi) nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsi üçün 10000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh inzibati orqanın qanunsuz müdaxiləsi nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh məişət zorakılığı haqqında məlumatı aldıqdan sonra bu barədə yerli icra hakimiyyətinə məlumat verməmiş, “Po lis haqqında” Qanun ilə onun vəzifələrinə aid edilməmiş fəaliyyəti göstərmiş, yəni məişət zorakılığına məruz qalması barədə məlumat daxil olmuş şəxsləri yerli icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan qanunvericiliklə müəyyən edilmiş yardım mərkəzinə də deyil, ictimai birliyə təhvil vermiş, sonra da həmin birlikdən təhvil alınmasında iştirak etmişdir ki, bununla da yuxarıda sadalanan qanunvericilik normalarını pozmuşdur. İddiaçı və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 dekabr tarixli 2-1(103)-2794/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 6 sentyabr tarixli 2-1(81)-2024/2019 nömrəli qərarı-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş və bu hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarında qeyd edilən cavabdeh məişət zorakılığı haqqında məlumatı aldıqdan sonra bu barədə yerli icra hakimiyyətinə məlumatın verməməsi, “Polis haqqında” Qanun ilə onun vəzifələrinə aid edilməmiş fəaliyyətin göstərməsi qanunvericiliyin pozulması dəlillərini qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin güddüyü məqsəd uşaqların mənafeyinin qorunmasından ibarət olmaqla, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Uşaq hüquqları haqqında” və “Polis haqqında” Qanunların tələblərinə uyğun olmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 28 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 3 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında çoxsaylı hüquq normalarına istinad etsə də, ümumi mövqeyi ondan ibarət olmuşdur ki, polis əməkdaşı şəxslərin hüquqlarının müdafiəsi naminə uşaqları sığınacağa yerləşdirmə kdə haqlı olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, uşaqları sığınacağa yerləşdirdikdən sonra polis əməkdaşı öz vəzifə səlahiyyətlərinin icrası üçün qəyyumluq orqanlarına şərait yarada və onların funksiyalarını icra etməyə bilərdi. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, döyülmələri iddia olunan iki uşaq deyil, hər üç uşaq qanunsuz müdaxilə zamanı atanın himayəsinə verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılması nın və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar təsbit olunmuşdur: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya ə vvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması; 1.0.2. məişət zorakılığından zərər çəkmiş şəxs (bundan sonra - zərər çəkmiş şəxs) bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-cı maddələrində nəzərdə tutulmuş hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs; 1.0.3. məişət zəminində fiziki zorakılıq - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması; 1.0.4. məişət zəminində psixi zorakılıq - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri; (...) 1.0.8. yardım mərkəzləri - zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumları.. 4.0. Bu Qanun aşağıdakı şəxslərə şamil edilir: 4.0.1. yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara;... 3.0. Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri aşağıdakılardan ibarətdir: 3.0.1. hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının qanunv ericiliyində nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının təmin edilməsi; (...) 3.0.6. məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyridövlət qurumlarının qarşılıqlı əməkdaşlığı. 6.1. Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün aşağıdakılar səbəb ola bilər: 6.1.1. zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti; 6.1.2. fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya səhiyyə müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər. 8.0. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri aşağıdakıların təmin edilməsindən ibarətdir: 8.0.1. məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmək, qeydiyyatdan keçirmək, araşdırmanı mümkün qədər qısa müddətdə aparmaq, müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparmaq və tərəfləri ayrılıqda dinləmək; (...) 8.0.5. araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; (...) 8.0.7. məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər görmək; 8.0.15. məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq və qeyrihökumət təşkilatları ilə əməkdaşlıq etmək. 14.0. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər aşağıdakılardan ibarətdir: (...) 14.0.3. zərər çəkmiş şəxslərin hüquqlarını n, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi; 19.1. Zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur... 19.2. Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır: (...) 19.2.5. zəruri hallarda zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək; 19.2.6. zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək;... 19.4. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədilə yardım mərkəzi kimi istifadə oluna bilər. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 537 nömrəli Fərmaninin 1.2.2-ci bəndinə əsasən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları; 1.3.5-ci bəndinə əsasən, həmin Qanunun 14.0.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı hallarında zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırma aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi hissəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əs asən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. “Uşaq hüquqları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2018-ci il 30 sentyabr tarixdə x DİN-nin “102 xidməti zəng mərkəzi”nə müraciət edərək bildirmişdir ki, anası İddiaçı onu və bacısı Həsənzadə Şəfiqəni döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Daxil olmuş məlumat əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat qrupu qeyd olunan ünvanın yaxınlığında olduqları zaman uşaqlar yol kənarında olmuş və onlar 4-cü PŞ-nə gətirilmişdir. x bacılar ı 102 xidmətinə vermiş olduqları məlumatı izahatlarında təsdiq edərək anaları İddiaçı onlara ataları ilə görüşməkdən imtina etmələrinə məcbur etmək üçün mütəmadi olaraq fiziki zor etdiyini, anası ilə birlikdə yaşamaq istəmədiklərini və qorxduqları üçün onların analarına təhvil verilməmələrini bildirmişlər. Şöbədə aparılan araşdırmadan sonra isə uşaqların əlavə psixi və mənəvi travma almalarının qarşısının alınması, onların qəti şəkildə anaları ilə yaşamaqdan imtina etmələri, həmçinin uşaqların təhlükəsizliyi baxımından onlar 2018-ci il 30 sentyabr tarixdə saat 17:00-da “Təmiz Dünya X9 Birliyi”nə təhvil verilmişlər. İşdə olan 2018-ci il 30 sentyabr tarixli, 87 saylı təhvil alma aktına görə, 2006-cı il təvəllüdlü X3, 2008-ci il təvəllüdlü X4, 2010-cu il təvəllüdlü X5 2018-ci il 30 sentyabr tarixdə saat 17:48-də doğma ataları X7 təhvil verildi. Uşaqların atalarına təhvil verilməsi prosesi İctimai Birlik tərəfindən həyata keçirilmişdir. 4-cü PŞ-nin polis sahə inspektoru Zaur Qasımov uşaqların ataları X7 təhvil alınmasında iştirak edilməsi qeyd edilmişdir. Göründüyü kimi, uşaqların mənafeləri üstün tutulmaqla onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həllində iştirak etmək hüququna və vəzifəsinə malik olan atalarına təhvil verilmişdir. Digər tərəfdən, işdən göründüyü kimi, cavabdehin əməkdaşları uşaqların təhlükəsizliyini bilavasitə təmin etməklə yanaşı, səlahiyyətli dövlət orqanına – Binəqədi İcra Hakimiyyətinə müraciət etmişlər. Məhz həmin müraciət əsasında Binəqədi İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayaların işləri və hüquqları nın müdafiəsi üzrə Komissiya tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun müddəalarına əsasən araşdırma aparılaraq uşaqlara qısamüddətli mühafizə orderi verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini rəhbər tutmaqla, apellyasiya instansiyası məhkəməsinin qənaəti razılaşaraq qeyd edir ki, hakimiyyətin nümayəndəsi qismində çıxış edən polis əməkdaşları insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını hüquqazidd əməllərdən qorumaqda ifadə olunan əsas vəzifələrini yerinə yetirərkən öz səlahiyyətləri daxilində hərəkət edərək, uşaqların “Uşaq hüquqları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunlarda bilavasitə təsbit olunmuş hüquq və maraqlarının, onlarının təhlükəsizliyinin təmin olunmasının üstünlüyünü rəhbər tutmuşlar və onların həyata keçirdikləri tədbirlər uşaqların mənafeləri baxımından zəruri olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 dekabr tarixli 2-1(103)-2794/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar