Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-871/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial kirayə müqaviləsinə əsasən mənzilin bir otağına hüququn qeydiyyata alınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3, X5, X18, X19, X20, X11, X6, X24, X21, X12 və X22) “Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metr olan bir otağının iddiaçının və övladları X24 və X9 adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2022-ci il tarixli, 2-1(105)-177/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon X17 16 yanvar 1970-ci il tarixli, 1062 saylı orderinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin icarədarı X13r. Orderdə onun ailə üzvləri kimi Gülxanım Ağayeva, Nasim Ağayev, Fəxrəddin Ağayev, Bibixanım Ağayeva, İsa Ağayev, Dünyaxanım Ağayeva, Səməd Ağayev və Saleh Ağayev göstərilmişdir.
2. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-467/2019 nömrəli qətnaməsi ilə iddiaçı və onun övladları X21 və X15 cavabdehlər X1, X7, X4, X2 qarşı ayrıca sosial kirayə müqaviləsinin bağlanması tələbi barədə ilk iddiası təmin edilmiş və mübahisəli mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metr bir otağına iddiaçı və övladları ilə ayrıca sosial kirayə müqaviləsi bağlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
3. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 154 saylı sərəncamına əsasən, Xırdalan şəhəri, 27-ci məhəllə, 13b saylı evin 47 kv.m sahəsi olan 3 (üç) otaq dan ibarət 39 saylı mənzilinin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.m olan 1(bir) otağının icarə müqaviləsi İddiaçı adına bağlanılmaqla həmin mənzilin 3 (üç) nəfər ailə üzvü ilə (iddiaçı, oğlu və qızı) onun adına dəyişdirilməsi qərara alınmışdır.
4. Abşeron rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2020-ci il tarixli, 1104 nömrəli arayışına əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13b nömrəli evin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47 kvadrat metr olan, 3 otaqlı, 39 nömrəli mənzildə yaşayır. Mənzildə iddiaçı ilə birlikdə 9 nəfər – X16, X18, X3, X5, X19, X24, X21, X20 qeydiyyatdadırlar. İş materiallarına mübahisəli mənzilin sxemi də əlavə edilmişdir.
5. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b, 39 nömrəli mənzilin bir otağı üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
6. Cavabdehin 12 fevral 2021-ci il tarixli, **********27 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən 39 saylı mənzilin 1 (bir) otağına dair Abşeron rayon İcra Hakimiyyəti başçısının 154 nömrəli sərəncamının xx.xx.2020-ci il tarixdə qəbul edildiyi aşkar edilmişdir. Bundan başqa, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən 39 saylı mənzilə dair təqdim edilmiş 1062 nömrəli order oxumağa yararsız olmuş və müraciətə qeydiyyatda olan digər şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əlavə edilməmişdir. Həmçinin, sözügedən daşınmaz əmlak barəsində mübahisə olduğu, bu səbəbdən texniki baxışa şərait yaradılmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kv.metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.metr olan bir otağın onun və övladları X24 və X9 adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiy a Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən sahəsi 17 kvadrat metr olan bir otağına iddiaçı və övladları X24 və X21 ilə ayrıca sosial kirayə müqaviləsinin bağlanılması qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmiş və icra başçısının xx.xx.2020-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən həmin mənzilin qeyd olunan bir otağı iddiaçı və onun övladlarının adına dəyişdirilmişdir. Daha sonra iddiaçı cavabdeh orqana çıxarış əldə etmək üçün müraciət etsə də, ona imtina cavabı verilmişdir.
9. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək iddianın rədd e dilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırma zamanı həmin mənzilin bir otağına dair Abşeron rayon İcra Hakimiyyəti başçısının 154 nömrəli sərəncamının xx.xx.2020-ci il tarixdə verildiyi aşkar edilmişdir. Həmçinin sözügedən mənzilə dair təqdim edilmiş 1062 nömrəli order oxunmağa yararsız olmuşdur, eləcə də qeydiyyatda olan digər şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələri mövcud deyildir. Həmçinin, daşınmaz əmlak barəsində mübahisə olduğu, bu səbəbdən texniki baxışa şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüq uqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli, 2-1(118)-931/2021 nömrəli qərarı ilə (hakim İmran Burcayev) iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metr olan bir otağına İddiaçı, eləcə də övladları X24 və X9 adına hüququn qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi orderin oxumağa yarasız olması, eləcə mənzildə yaşayan digər şəxslərin razılığı ilə bağlı hallar Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-467 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir və həmin qətnamə qeyd edilən hallar üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 11-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə dair hüququ yaranmış və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hər hansı bir ziddiyyət müəyyən edilməmişdir.
12. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2022-ci il tarixli, 2-1(105)-177/2022 nömrəli qərarı ilə (hakimlər Zahid Məmmədov-sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli, 2-1(118)-931/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası kirayə müqaviləsinin və sərəncamın 2020-ci il tarixli olduğunu, orderin isə oxunmalı vəziyyətdə olmadığını nəzərə almamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində göstərildiyi kimi, kirayə müqaviləsi və sərəncam 2009-cu il oktyabr ayının 1-dək mövcud olmalı idi. Həmçinin məhkəmə kollegiyası İPM-in 13-cü maddəsinin tələblərini pozaraq iddiaçının hansı hüququnun qeydə alınmasını dəqiqləşdirməmişdir. Belə ki, iddia tələbi mənzilin sadəcə bir otağı üzərində hüququn qey diyyata alınması olmuşdur. Mübahisə predmeti olan mənzilin daşınmaz əmlak olduğunu nəzərə alaraq, sözügedən daşınmaz əmlak üzərində yalnız bir otağa hüququn tanınması mümkünsüzdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin rədd edilməsini və Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses i ştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları və işin müəyyən edilmiş faktiki halları baxımından iddiaçının hüququnun cavabdeh tərəfindən qeydə alınması tələbi ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən 39 saylı mənzilin bir otağı üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır.
28. İddiaçının hüququnun qeydiyyata alınmasından imtina edən cavabdehin apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçıya münasibət də Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamı xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı ilə Xırdalan şəhəri, 27-ci məhəllə, 13b saylı evin 47 kv.m sahəsi olan 3 (üç) otaqdan ibarət 39 saylı mənzilinin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.m olan 1(bir) otağa icarə müqaviləsi həmin sərəncam əsasında bağlanılmışdır. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsas hesab edilir.
29. Bununla bağlı nəzərə almaq lazımd ır ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon X17 16 yanvar 1970-ci il tarixli, 1062 saylı orderinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin icarədarı X23 olmuşdur. Yəni iddiaçının və övladlarının da yaşadığı həmin mənzilə order 1 oktyabrın 2009-cu ildən xeyli əvvəl verilmişdir.
30. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-467/2019 nömrəli qətnaməsi ilə iddiaçı və onun övladları X21 və X15 cavabdehlər X1, X7, X4, X2 qarşı ayrıca sosial kirayə müqaviləsinin bağlanması tələbi barədə ilk iddiası təmin edilmiş və mübahisəli mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metr bir otağına iddiaçı və övladları ilə ayrıca sosial kirayə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
31. Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qətnaməsinin icrası məqsədi ilə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 154 saylı sərəncamla Xırdalan şəhəri, 27-ci məhəllə, 13b saylı evin 47 kv.metr sahəsi olan 3 (üç) otaqdan ibarət 39 saylı mənzilinin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.m olan 1(bir) otağına İddiaçı adına icarə müqaviləsi bağlanılmaqla həmin mənzilin şəxsi hesabının üç nəfər ailə üzvü olmaqla (özü, oğlu və qızı) onun adına dəyişdirilməsi qərara alınmışdır.
32. Bununla bağlı nəzərə almaq lazımdır ki, qeyd edilən sərəncamın əsasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi dayanmışdır və sərəncam həmin məhkəmə qətnamə sinə əsasən qəbul edilmişdir.
33. Odur ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi hallar, yəni orderin oxumağa yarasız olması, eləcə də mənzildə yaşayan digər şəxslərin razılığı ilə bağlı xüsusatlar Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-467/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş, həmin icraat çərçivəsində orderin mötəbər olduğu təsdiq edilmişdir. Həmçinin qeyd olunan qətnamənin müəyyən edilmiş hallar üzrə hazırkı məhkəmə icraatında preyudisial əhəmiyyətə malik olduğu da nəzərə alınmalıdır.
34. Qeyd olunmalıdır ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı icra hakimiyyəti orqanı tərəfindən icarə müqaviləsi ilə ona verilmiş qeyd olunan otaq üzərində icarə (istifadə) hüququnun dövlət qeydiyyatına alınmasına yö nəlmişdir. Nəzərə almaq lazımdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-467/2019 nömrəli qətnaməsi ilə də iddiaçı (övladları X21 və X24) ilə ayrıca sosial kirayə müqaviləsinin bağlanması qət edilmişdir. Yəni iddiaçının hazırkı işdə marağının məzmunu onun həm də mülki məhkəmə qətnaməsi ilə təmin edilmiş tələbinin məzmunu ilə də təsdiq olunur. Bundan əlavə, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 154 saylı sərəncamında da Xırdalan şəhəri, 27-ci məhəllə, 13b saylı evin 47 kv.m sahəsi olan 3 (üç) otaqdan ibarət 39 saylı mənzilinin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.m olan 1(bir) otağına iddiaçının adına icarə müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş Xırdalan şəhəri, 27-ci məhəllə, 13b saylı evin 47 kv.metr sahəsi olan 3 (üç) otaqdan ibarət 39 saylı mənzilinin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.m olan 1(bir) otağı üzərində icarə müqaviləsi əsasında istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı sayılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2022-ci il tarixli, 2-1(105)-177/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.