Məhkəmə qərarları › İş №2-1(102)-871/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-871/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-871/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta ödənişlərinin fərdi hesabda qeyd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1953-cü il, FİN: 3QGHVF9) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “2013-2017-ci illər ərzində ödədiyi 103.10 manat məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-403/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət hüququna dair” JN-328 Kod 40103018 nömrəli Dövlət Aktından görünür ki, Balakən Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 06 №-li qərarı ilə X1 5 nəfər ailə üzvü ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı məq sədilə 1.42 ha torpaq sahəsi ayrılmışdır. 2. xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016 və xx.xx.2017-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı MDSSH qeyd edilməklə cəmi 103.10 manat pul məbləği ödəmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 5 may 2022-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “2013-2017-ci illər ərzində ödədiyi 103.10 manat məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeyd ed ilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, torpaq mülkiyyətçisi olaraq DSMFnun Balakən rayon şöbəsinə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016 və xx.xx.2017-ci il tarixlərdə cəmi, 103.10 manat məcburi dövlət sosial sığorta haqqı olaraq ödənişlər etmiş, lakin, ödənilən vəsait iddiaçının fərdi hesabında əks olunmamışdır. İddiaçı, ödədiyi vəsaitin fərdi hesabında qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin olunmamışdır.

6. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənləri n reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölməsində iddiaçının, “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota məlumatları öz əksini tapmamışdır. İddiaçının, MEİS-in “Sığorta” (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığortası üzrə rüblk (illik) hesabat”lar və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” ları aşkar edilmədiyindən xeyrinə ödədiyi vəsait fərdi hesabında qeyd olunmamışdır. Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və “Sosial sığorta haqqında" Qanunda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi or qana müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin, torpaq mülkiyyətçisi olan iddiaçı, müvafiq Dövlət Aktı almasına baxmayaraq, Fondun yerli orqanında uçota durmamış, Kapital bankın Balakən filialına 2013-2017-ci illərdə ödəniş tapşırığının təyinatında “torpağın mdss” ifadəsini qeyd edərək 103.10 manat ödəniş etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını “Sosial sığorta haqqında" Qanunun 13.1, 13.2, 13.3, 14.5-ci maddələri ilə əsaslandıraraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 2 avqust 2022-ci il tarixli, 21(116)-1121/2022 nömrəli qərarı ilə iddiа təmin edilərək cavabdehin üzərinə İddiaçı torpaq mülkiyyətçisi kimi 2013-2017-ci illər ərzində ödədiyi 103.10 manat məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınd a qeyd edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə 18.30 manat, xx.xx.2014-cü ildə 20.60 manat,xx.xx.2015-ci ildə 21.60 manat, xx.xx.2016-cı ildə 21 manat, xx.xx.2017-ci il tarixdə 22.60 manat torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqqı DSMF-nun Balakən rayon şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh orqan, iddiaçının “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığını bildirsə də, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nun Balakən rayon şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMF-nun Balakən rayon şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota al maqdan imtina etməsini bildirməmiş, əksinə, iddiaçıya **********917 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi vermişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir..

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-432/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 2-1(116)1121/2022 nömrəli qərarı dəyişdirilmədən sa xlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. (bax hazırkı qərarın 7-ci bəndinə) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Sosial sığorta haqqında" Qanun: Maddə

8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iş tirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Maddə

13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortası nın məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə

14. Məcburi dövlət sosial sı ğorta haqqı 14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: 14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş hə ddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında; 14.5.6. çıxarılıb əvvəlki redaksiya 14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən ed ilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında. 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə

14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 16. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun: Maddə

5. S ığortaolunanın fərdi şəxsi hesabı 5.1. Çıxarılıb 5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: 5.2.1. sosial sığorta nömrəsi (SSN); 5.2.2. adı, atasının adı, soyadı (sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir); 5.2.3. doğulduğu il, ay, gün; 5.2.4. doğulduğu yer; 5.2.5. cinsi; 5.2.6. daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı; 5.2.7. şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı; 5.2.7-1. fərdi identifikasiya nömrəsi (FİN); 5.2.8. vətəndaşlığı; 5.2.9. telefon nömrəsi; 5.2.10. əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti; 5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödən ildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); 5.2.12. sığortaedən və sığorta olunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət; 5.2.15. əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat. 5.2.16. sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qa ydada hesablanmış pensiya kapitalı haqqında məlumat; 5.2.17. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat; 5.2.17-1. xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumat; 5.2.18. fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat; 5.2.19. vəfat etdiyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi hallarda sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat. 5.2-1. Sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil. 5.3. Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sist emində uçota alındığı vaxtdan müntəzəm olaraq sığortaçı tərəfindən dəqiqləşdirilməlidir. 5.4. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaçı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün saxlanılır və həmin hesabdakı vəsait indeksləşdirilir. 5.5. çıxarılıb 5.6. sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar sığortaçı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır. Maddə

8. Sığortaolunanın hüquq və vəzifələri 8.1. Sığortaolunan aşağıdakı hüquqlara malikdir: 8.1.1. fərdi şəxsi hesabında qeydə alınan məlumatlarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı n (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə tanış olmaq və ya sığortaçıdan həmin məlumatları almaq; 8.1.2. özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin sığortaçıya təqdim etdiyi məlumatları sığortaçıdan, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və ya sığortaedəndən almaq; 8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya sığortaedənə müraciət etmək; 8.1.4. fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hall arda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək. 8.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 8.2.1. sığortaedənə bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları təqdim etmək; 8.2.2. bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək. Maddə

9. Sığortaedənin hüquq və vəzifələri 9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir: 9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək; 9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada tə qdim etmək. 9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək; 9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan şəxslərə dair məlumatlar əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldığı gündən bir ay müddətində, digər sığortaolunanlar barədə məlumatlar isə sığortaolunanın əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması zamanı; 2. sığortaçıda uçotda olmayan şəxslə mülki hüquqi müqavilə bağlanıldıqdan sonra bir ay müddətində; 3. sığortaolunan haqqında məlumatlar dəyişildikdə 14 gün müddətində. Maddə

10. Sığortaçının hüquq və vəzifələri 10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin, eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsin fərdi uçot barədə təqdim etdikləri məlumatları n dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Sığortaçının vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciə tinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.3. pensiya təyin edən orqana, onun sifarişinə əsasən, pensiya təyin olunması barədə ərizə vermiş sığorta olunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qay daları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yar arlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə 18.30 manat, xx.xx.2014-cü ildə 20.60 manat, xx.xx.2015-ci ildə 21.60 manat, xx.xx.2016-cı ildə 21 manat, xx.xx.2017-ci il t arixdə 22.60 manat torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqqı DSMF-nun Balakən rayon şöbəsinin hesabına ödənilmişdir.

23. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək sığortaçının hüququ, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edil məsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının vəzifəsidir.

25. Beləliklə müvafiq uçotun aparılması üçün lazım olan məlumatların təqdim edilməsini tələb etmək iddiaçıdan ödənişləri qəbul edən DSMF-in Balakən rayon şöbəsinin hüququ olsa da, ödənişləri qəbul edən DSMF-in Balakən rayon şöbəsi bunu etməmiş, məcburi dövlət sosial sığortasının məqsədləri üçün iddiaçını uçota almaqdan imtina etməsini bildirməmiş, əksinə, ödənilən məbləği qəbul etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmiş, iddiaçı tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməklə bağlı vəzifəsi ni cavabdeh yerinə yetirməmişdir.

26. O da xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçının sosial sığorta məbləğini qəbul edən DSMF ona sosial sığorta şəhadətnaməsi vermişdir.

27. Odur ki, cavabdeh orqan, iddiaçının 2013-2017-ci illər ərzində torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 21(107)-403/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar