Məhkəmə qərarları › İş №2-1(102)-871/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-871/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-871/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayətin səlahiyyətsiz şəxs tərəfindən imzalanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-232/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən əmlakının sökülməsi və ekspropirasiyası nəticəsində ona vurulmuş 1.000.000 manat məbləğində maddi və 500.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2-1(82)2470/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2-1(103)-2584/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2470/2018 saylı, 25 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(102)-784/2019 nömrəli qərardadı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)2584/2018 saylı iş üzrə 14 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. ç. Birinci instansiya məhkəməsində ikinci icraat 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 noyabr 2019-cu il tarixli 2-1(82)3080/2019 nömrəli qərarına əsasən iddia qismən təmin edilmiş, iddiaçının əmlakının sökülməsi nəticəsində vurulmuş 321.800 manat məbləğində maddi ziyan cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır.

8. Üçüncü şəxs Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-55/2021 nömrəli qərarı ilə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, cavabdeh Bakı şəhəri Cavabdeh və iddiaçı X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-3080/2019 saylı 05 noyabr 2019-cu il tarixli qərarı qismən, “torpağa görə maddi ziyanın və ümumilikdə vurulmuş mənəvi ziyana görə mənəvi zərərin tutulması barə də iddianın rədd edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı X1 xeyrinə torpaq sahəsi ilə bağlı vurulmuş maddi ziyana görə 200.000 manat pul vəsaiti, ümumilikdə vurulmuş mənəvi ziyana görə isə 5000 manat pul tutulmuş, Qərar iddiaçının daşınmaz əmlakının sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanla bağlı hissədə dəyişdirilərək, cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı X1 xeyrinə 44000 manat pul tutulmuş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. İddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini, iddiaçıya nisbətdə iddia tələbinin təmin edilməsi cavabdeh və üçüncü şəxsə nisbətdə isə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. e. Kassasiya ins tansiyası məhkəməsində ikinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1063/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-55/2021 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-1063/2022 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-55/2021 nömrəli qərarı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. ə. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

15. Apellyasiya baxışı zamanı iddiaçı X3 vəfat etmiş, İddiaçı1 və İddiaçı2 iş üzrə iddiaçı X1 prosessual hüquq varisi kimi tanınmışlar.

16. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il 2-1(103)-232/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində icraatına xitam verilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il 2-1(103)-232/2023 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3080/2019 nömrəli inzibati iş üzrə qəbul etdiyi 05 noyabr 2019-cu il tarixli qərarı qismən, yəni mənəvi zərərin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

18. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-232/2023 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-3080/2019 nömrəli inzibati iş üzrə qəbul etdiyi 05 noyabr 2019-cu il tarixli qərarı maddi zərərin əvəzinin tutulması hissəsində dəyişdirilərək maddi zərərin məbləği 362000 manat məbləğində müəyyən edilmişdir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

20. Cavabdehin kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət cavabdehin vəkili tərəfindən tərtib edilib imzalansa da, cavabdeh tərəfindən nümayəndə kimi qeyd edilən və kassasiya şikayətini imzalayan X2 verilmiş etibarn amənin müddəti bitmiş və kassasiya şikayətinə yeni etibarnamə əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işl ər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyan ın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya şikayəti mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

24. Bu Qərarın 21-ci bəndində qeyd edilən normaların tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

25. Kassasiya şikayəti cavabdehin vəkili tərəfindən tərtib edilib imzalansa da, cavabdeh tərəfindən nümayəndə kimi qeyd edilən və kassasiya şikayətini imzalayan X2 verilmiş etibarnamənin müddəti bitmiş və kassasiya şikayətinə yeni etibarnamə əlavə edilməmiş və ya kassasiya şikayətini imzalayan vəkilə müvafiq səlahiyyətlərin verildiyini əks etdirən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır.

26. Məhkəmə kollegiyası tərəfindən müvafiq məhkəmə bildirişi göndərilməklə, qeyd olunan çatışmazlıq cavabdeh və onun vəkilinin diqqətinə çatdırılmış, bu çatışmazlığın 5 fevral 2024-cü ilədək aradan qaldırılması təklif ol unmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün hesab edilməyəcəyi barədə məlumat verilmişdir. Bildirişdə qeyd edilən tarixədək çatışmazlıq aradan qaldırılmamıışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, cavabdehin şikayəti üzrə kassasiya şikayəti mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

28. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 21(103)-232/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar