Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-872/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDAD (kassasiya icraatına xitam verilməsi barədə) iş № 2-1(102)-872/20 Bakı şəhəri xx xxxx 2020-ci il 17.03.2020 Açar sözlər: kassasiya şikayətindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, üçüncü şəxs “X1” MMC-nin direktoru xxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2315/2019 saylı qərardadından verilmiş kassas iya şikayəti üzrə icraat zamanı daxil olmuş ərizəyə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (bundan sonra mətndə cavabdeh), “X1” MMC və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxslər qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin, məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək cavabdehin xx xxxxxx 2015-ci il tarixli, 13 saylı sərəncamının icrasının dayandırılması və iddia tələbi üzrə yekun qərar qəbul edilib qanuni qüvvəsini alanadək Bakı şəhəri, ünv an küçəsi 945-ci məhəllədə ünvan küçəsi və ünvan küçəsinin kəsişməsində üçüncü şəxs tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhəri, ünvan küçəsi 33 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olmuşdur. Cavabdehin xx xxxxxx 2015-ci il tarixli, 13 saylı sərəncamı ilə üçüncü şəxsə iddiçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzildən 3-4 metr məsafə aralığındaki sahədə yüksək mərtəbəli binanın tikintisi üçün icazə verilmiş, bununla da, qanunvericiliyin hündürmərtəbəli binaların ara məsafəsi ilə bağlı nəzərdə tutduğu tələblər pozulmuşdur. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində, məhkəmə tərəfindən cavabdehin sərəncamının qanunsuz hesa b edilərək ləğv olunmasına dair mübahisəyə baxılıb qurtaranadək üçüncü şəxs tərəfindən tikinti işlərinin aparılması nəticəsində onun əmlakı və ailə üzvlərinin həyat və sağlamlığını rəal təhlükə qarşısında qoymuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(82)2635/2017 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədək Bakı şəhəri, ünvan küçəsi 945-ci məhəllədə ünvan küçəsi ilə ünvan küçəsinin kəsişməsində üçüncü şəxs tərəfindən aparılan işlərin dayandırılması qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxs şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.(iş.v53 c1) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-2092/2017 saylı qərardadı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Sərvət Hüseynov və Vidadi Məmmədov) şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinni qərardadı dəyişdirilmədən saxlanılmışdır.(iş.v133 c1) 2 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(82)-18/2019 saylı qərardadı ilə (hakim Xaliq İmanov) Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Bundan sonra, üçüncü şəxs “X1” MMC məhkəməyə vəsatət təqdim edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” xx xxx 2 017-ci il tarixli, 2-1(82)-2635/2017 saylı qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatətdə bildirilmişdir ki, üçüncü şəxs tərəfindən tikinti planlaşdırılan binanın tikinti layihəsi yenidən işlənərək müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunamüvafiqliyi təsdiqlənərək razılaşdırılmış, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəssisənin yeni layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğu təsdiq olunaraq həmin layihə əsasında binanın tikintisinə icazə verilmişdir. Bundan başqa, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza nəticəsində əldə olunmuş rəyə əsasən də müvafiq səlahiyyətli icra hakimiyyəti tərəfindən verilmiş sənədlərlə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müəyyən olunmuşdur ki, bu da tikinti obyektinin iddiaçının hüquqlarını poza biləcəyinə dair şübhələri aradan qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)18/2019 saylı qərardadı ilə (hakim Xaliq İmanov) üçüncü şəxs tərəfindən verilmiş vəsatət təmin edilmiş, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadı ləğv olunmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, üçüncü şəxs tərəfindən Bakı şəhəri, ünvan 1 küçəsi 945-ci məhəllədə inşası nəzərdə tutulmuş yaşayış binasının memarlıq həlli və işçi layihəsi yenidən işlənmiş, yenilənmiş layihəyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AZE seriyalı xxx saylı şəhadətnaməyə əsasən tikinti xx xxxxxx 2019-cu il tarixli, xxx nömrəsi ilə dövlət qeydiyyatına a lınmış, tikinti obyektinə informativ və statistik xarakterli kod verilmişdir. İş üzrə əldə olunmuş mütəxəssis və ekspert rəyləri ilə də üçüncü şəxs tərəfindən tikiləcək obyektin iddiaçı üçün təhlükə potensialı daşımadığı öz təsdiqini tapmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2315/2019 saylı qərardadı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Vüsalə Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla üçüncü şəxsin vəsatəti təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə mü vəqqəti xarakterli müdafiə barədə tədbirin dəyişdirilməsi və ya ləğv edilməsi barədə vəsatət verən tərəf şəraitin dəyişdiyini sübut etməyə borcludur. Üçüncü şəxs tərəfindən istinad olunan hallar şəraitin dəyişdiyini təsdiq edən hallar deyil, məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olan hallardır. Üçüncü şəxs tərəfindən mübahisəli ərazidə tikinti işlərinin aparılmasına qadağa qoyulması ona zərər vurmamaqla, iddianın əsaslı olacağı təqdirdə iddiaçı ilə yanaşı onun da maraqlarının və üçüncü şəxsin əlavə xərclərdən qorunmasına xidmət edəcəkdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 40.3, 43.1, 43.2, 44.1, 44.2, maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan üçüncü şəxs kassas iya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Daha sonra üçüncü şəxs ərizə təqdim edərək bildirmişdir ki, zərurət aradan qalxdığından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2315/2019 saylı qərardadından verdiyi kassasiya şikayətindən imtina edir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirak ı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): - 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; - 97.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir; - 97.3-ci maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası göstərilmiş müddəalara əsaslanmaqla belə nəticəyə gəlir ki, kassasiya şikayətinin geri götürülməsi onu vermiş üçüncü şəxsin qanunla müəyyən edilmiş hüququ olduğundan və hazırki iş üzrə şifahi məhkəmə baxışı başlanmadığından, üçüncü şəxsin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin olunmalı, kassasiya şikayəti geri gaytarılmalıdır. Eyni zamanda, üçüncü şəxsə izah etməklə məhkəmə kollegiyası qeyd edir ki Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-2315/2019 saylı qərardadından onun tərəfindən yenidən şikayətin verilməsi istisna olunur. Bununla da, məhkəmə kollegiyası belə nitəcəyə gəlir ki, üçüncü şəxs tərəfindən ona tanınan hüququndan istifadə edərək kassasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmur. Bu əsasla üçüncü şəxs tərəfindən verilmiş ərizə təmin edilməklə, kassasiya icraatına xitam verilməlidir. NƏTİCƏV İ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 80, 97.1, 97.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs “X1” MMC-nin direktoru xxx tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-872/2019 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri gaytarılsın və kassasiya icraaatına xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-872/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-872/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver