Məhkəmə qərarları › İş №2-1(102)-872/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-872/2025

13.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-872/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı əsasları, iddiaçının hüquqi marağı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 21(103)-2075/2024 saylı qərarından üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1889 saylı sərəncamı ilə Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi heç bir əlavə tikinti etməmək şərti ilə təsərrüfat məqsədilə istifadə etmək üçün həmin həyətdə yaşayan İdd iaçı icarəyə verilməsi qərara alınmışdır.

2. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin MİS və İddiaçı arasında bağlanılmış 297 nömrəli xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqaviləyə əsasən Azərbaycan döngəsi 5 nömrəli binanın ümumi sahəsi 15 kv.m olan qeyri-yaşayış sahəsi təsərrüfat məqsədilə İddiaçı icarəyə verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə İddiaçı adına 14.4 kv.m qaraja dair Texniki Pasport tərtib edilmişdir.

4. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

5. Cavabdeh 22 iyul 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsi məqsədə müvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 10 oktyabr 1996-cı il tarixli 1889 nömrəli Sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 №-li binanın həyətində qaz kontoruna bitişik 15kv.m-lik boş qeyri-yaşayış sahəsi İddiaçı icarəyə verilmiş, sərəncama uyğun olaraq rayon MTB-yi ilə xx.xx.1996-cı il tarixli 297 saylı icarə müqaviləsi bağlanmış, xx.xx.1977-ci il tarixli inventar №-si 780 olan qaraj sahəsi kimi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin qeyri-yaşayış sahəsi 26 ildir ki, mübahisəsiz qaydada qanunvericiliyə uyğun olaraq iddiaçının faktiki mülkiyyətində və özü ilə ailəsinin faktiki istifadəsində olduğundan o, sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyətçi kimi çıxarışın və zəruri sən ədlərin təqdim edilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının qeyd olunan müraciətini təmin etməmiş, həmin müraciətlə bağlı cavab məktubunda qanunvericiliyin normaları barədə ümumi məlumatları qeyd etməklə kifayətlənmiş və iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda mövqe olaraq qeyd etmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə əsasən “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur”. Eyni zamanda qeyd olunan qanunun 15-ci maddəsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh istinad etdiyi qanunvericilikdə göstərilən sənədlərin ona təqdim olunmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qanunvericilikdə nəzərdə tutulan imtina əsaslarından heç biri mövcud deyil. Cavabdehin imtinası qanunsuzdur.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci ma ddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 12.7 kv.m təşkil etməklə, mağaza kimi istifadə olunur. Həmçinin, qeyri-yaşayış binasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasınd a aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8687/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiri lməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə təsbit olunan mülkiyyət hüququnun qeydə alınması üçün hüquq müəyyənedici sənədlər mövcud olduğundan, yəni sərəncam, müqavilə və s. sənədlər hazırda qüvvədə olduğundan və ləğv edilmədiyindən, həmçinin qeyri-yaşayış sahəsi hazırda onun istifadəsində olduğundan, onun mülkiy yətə gözlənti və qanunla qorunan etimad hüququ mövcud olduğundan iddia təmin edilməlidir.

14. Cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2075/2024 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X1 və X3) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyy ən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etira zın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində Mülki Məcəllənin 135.4, 139-1, 155.4 və 203.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1, 8.0.1-ci maddələrinə, eləcə də “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməyə əsaslanaraq apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

19. Bildirilmişdir ki, təqdim olunmuş icarə müqaviləsindən görünür ki, mübahisə predmeti olan sahə müddətli olaraq İddiaçı icarəsinə verilmiş, sonradan qeyd olunan fərmanın tələblərinə uyğun olaraq onun tərəfindən həmin sahəyə dair icarə müqaviləsinin bağlanması üçün Xidmətə müraciət daxil olmamışdır. Bundan əlavə iddiaçının əsaslandığı Səbail rayonu Mənzil Kommunal Təsərrüfat birliyi MİS 5 il ə bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli icarə müqaviləsində müqavilənin hansı müddətə bağlanması müəyyən olunmur. Belə olan halda, hazırda Səbail rayonu Mənzil Kommunal Təsərrüfat birliyi MİS 5 ilə iddiaçı arasında bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli müqavilə hüquqi qüvvəsini itirdiyindən, qeyd olunan müqavilə mübahisə predmeti olan sahə üzərində iddiaçının hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi əhəmiyyət kəsb edə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak o byektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınması ndan aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutul muş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qald ırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

54. İddianın dəyişdirilməsi 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi m əhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə pro ses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

26. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Bakı şəhəri, Səba il rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

27. İddiaçının mövqeyini əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbini qanuni hesab edərkən bildirmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazır kı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir və həmin qərarın ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını zəruri hesab edir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razıl aşarkən iş materiallarında olan sənədlərdəki məlumatlara diqqət yetirməmişdir.

30. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1889 saylı sərəncamı ilə Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi heç bir əlavə tikinti etməmək şərti ilə təsərrüfat məqsədilə istifadə etmək üçün həmin həyətdə yaşayan İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini MİS 5 və İddiaçı arasında bağlanılmış 297 nömrəli xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqaviləyə əsasən Azərbaycan döngəsi 5 nömrəli binanın ümumi sahəsi 15 kv.m olan qeyri-yaşayış sahəsi təsərrüfat məqsədilə İddiaçı icarəyə verilmişdir.

31. Beləliklə, İcra Hakimiyyətinin sərəncamından, eləcə də Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini MİS 5 və İddiaçı arasında bağlanılmış müqavilədən görünür ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı tələb edilən qeyri-yaşayış sahəsi əslində iddiaçının icarəsinə verilmişdir.

32. Həmin qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə əlaqədar iş materiallarında hər hansı sübut əhəmiyyətli sənədə rast gəlinmir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq nəzəriyyəsinə əsasən mülkiyyət hüququnun 2 əmələ gəlmə üsulu mövcuddur. ilkin; törəmə. İlkin üsul — əvvəllər heç kimə məxsus olmayan əşyaya mülkiyyət hüququnun yaranması və ya əşyanın əvvəlki mülkiyyətçisinin iradəsindən və hüquqlarından asılı olmadan mülkiyyət hüququnun əmələ gəlməsidir. Tör əmə üsul – hüquqi varislik əsasında, əmlakın əvvəlki mülkiyyətçisinin iradə ifadəsilə əmələ gəlir. Yeni mülkiyyətçinin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ həcmində olur. Törəmə üsullara hüquqi əqdlər, vərəsəlik qaydasında verilmə aiddir.

34. Hazırkı iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin “Sovet məktəbi” Kooperativinin balansında olması nəzərə alınarsa (Səbail rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubunda sözügedən qeyri-yaşayış sahəsinin “Sovet məktəbi” Kooperativinin balansında olduğu qeyd edilmişdir-iş vər 46), iddiaçı ilə Kooperativ arasında, eləcə də iddiaçı ilə başqa orqan və ya qurumla qeyriyaşayış sahəsinin hər hansı hüquqi əqd əsasında onun mülkiyyətinə verilib verilməməsi növbəti apelyasiya baxışı zamanı müəyy ən edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin növbəti apelyasiya baxışı zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilmədiyi təsdiq edilərsə, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində yardım göstərməli, dəqiqləşdirilmiş tələb-icarə hüququnun qeydə alınması şəkilində olmalıdır.

36. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin yuxarıda qeyd edilmiş şəkildə dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə doğurmamalıdır. Bu prosessual qənaət prinsipi baxımından olduqca əhəmiyyətlidir.

37. Əgər iddiaçı apellyasiya instansiya məhkəməsinin yardımını qəbul edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərəsə, apellyasiya instansiya məhkəməsi həmin ərizəni cavabdeh inzibati orqana təqdim etməli və ondan dəqiqləşdirilmiş tələblə əlaqədar münasibət bildirməsini tələb etməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhz yuxarıda göstərilən xüsusatlara aydınlıq gətirməklə iddia barədə düzgün nəticəyə gəlmək mümkündür.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən m üddəalara yol verilməməlidir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 21(103)-2075/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar