Məhkəmə qərarları › İş №2-1(102)-873/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-873/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-873/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə (Açar söz: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı, cavabdehin vəkili iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2526/2019 say lı, 17.12.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.03.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı **.**.1959 -cu ildə Ermənistan Respublikasında anadan olmuş, 1977-ci ildə əmək fəaliyyətinə orada başlamış, 17.07.1977-31.12.1988-ci illərdə Ermənistan Respublikasında sovxozda, 01.12.1988-01.06.2006-cı illərdə Abşeron rayonunda X adına sovxozda, daha sonra 01.09.2006-cı ildən bugünədək “X ” QSC-də gecə işlərində çalışmışdır. O, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 17.01.2018-ci il tarixində cavabdeh orqana müraciət etmiş, lakin cavabdehin 28 fevral 2018-ci il tarixli məktubu ilə iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Bu imtinanı əsassız və qanunsuz hesab edən iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 17 iyul 1977-ci il tarixdən 1988-ci ilin dekabr ayınadək Ermənistan SSR-də sovxozda, 1988-ci ilin dekabr ayından 1 iyun 2006-cı il tarixədək Abşeron rayonu X adına sovxozda və 1 sentyabr 2006-cı il tarixdən hal-hazıradək “X ” AQSC-də işlədiyi dövr nəzərə alınmaqla 20 mart 2014-cü il tarixdən – 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2018-ci il tarixli, 2-1(82)2047/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2-1(103)-438/2019 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının Xdə işlədiyi müddət 10 il təşkil etməsə də birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddiaçının işlədiyi və zifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda hansı kod üzrə nəzərdə tutulması, əmək müqaviləsinə əsasən iddiaçının zərərli iş şəraitində işləyib-işləməməsi müəyyən edilməmişdir. 2-1(82)-2058/2019 saylı inzibati iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə icraatında iddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “iddiaçıya 15 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş və işə təkrarən baxdıqdan sonra 2 saylı“ Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2058/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi “yol nəzarətçisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.12.2019-cu il tarixli, 2-1(103)-2526/2019 nömrəli qərarına əsasən, apellyasiya şikayəti təmin edilmiş, 2 saylı“ Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2-1(82)-2058/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılaraq iddiaçı Iddiaçı “15 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi “yol nəzarətçisi” vəzifəsinin zərərli olması təqdim etdiyi arayışla təsdiq olunur və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”n ın 21.5-ci bəndindəki – Metropolitenlər –yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğun gəlir. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müddəalarını işə düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən Siyahıda yol nəzarətçisi vəzifəsi nəzərdə tutulmadığından iddiaçıya pensiya təyin edilə bilməz. Lakin, məhkəmə yol nəzarətçisini Siyahıda qeyd edilən yol fəhləsi ilə eyni vəzifə hesab etmiş dir. Kassator, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.12.2019-cu il tarixli, 2-1(103)-2526/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.12.2019-cu il tarixli, 2-1(103)-2526/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıla rı qeyd edir. İşin mübahisəsiz hallarına əsasən, Iddiaçı 17.07.1977-ci il tarixli, 107 saylı əmrlə X adına sovxoza fəhlə peşəsinə qəbul edilmiş və 31.12.1988-ci il tarixli, 100 saylı əmrlə işdən azad edilmişdir. - PT-İ seriyalı, **** saylı əmək kitabçasına əsasən Iddiaçı 01.12.1988-ci il tarixli, 260 saylı əmrlə X Sovxozuna sağıcı qəbul edilmiş və 01.06.2006-cı il tarixli, 15 saylı əmrlə işdən azad edilmiş,05.03.2007-ci il tarixindən 01.08.2007-ci il tarixinədək X nin Yol xidmətində gecə növbəsində yol fəhləsi, 01.08.2007-ci il tarixindən 18.07.2014-cü il tarixinədək yol nəzarətçisi peşəsində işləmiş, 18.07.2014-cü il tarixindən hal-hazıradək “X ” QSC-nin Yol xidmətinin 2 saylı Yol hissəsinin 3-cü sahəsində yol nəzarətçisi peşəsində işləyir. Gecə, yeraltı xüsusi zərərli iş şəraitində iş stajı 10 il 06 ay 02 gündür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. H əmin maddənin 1 iyul 2017-ci ildən qüvvəyə minmiş tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan“sığortaolunanların:“kişilər -“60“yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - “55“yaşına çatdıqda, azı 20 il“sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa“və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində“göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan“şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Göstərilən qanunvericilik normalarından da müəyyən edilir ki, iddianın təmin edilməsi üçün iddiaçı 55 yaşına çatmalı,“ azı 20 il sığorta stajına və 16.764,09 manat pensiya kapitalına malik olmalı və bu müddətin azı 10 ilini güzəştli“ işlərdə işləməlidir. Hazırki iş üzrə cavabdehin imtinasının səbəbi də iddiaçının işlədiyi yol nəzarətçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əks olunmaması və bu səbəbdən də qeyd olunan 10 illik güzəştli stajının çatmaması olmuşdur. Kassasiya şikayətində cavabdeh, yuxarıda göstərilən mövqedən çıxış edərək apellyasiya instansiya məhkəməsinin həmin Siyahını işin hallarına düzgün tətbiq etmədiyini nəzərdə tutsa da məhkəmə kollegiyası hesab edir ki, göstərilən dəlillər əsassızdır. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən təqdim olunan arayışla müəyyən ed ilmişdir ki, gecə, yeraltı xüsusi zərərli iş şəraitində iddiaçının iş stajı 10 il 6 ay 2 gündür və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 21.5-ci bəndinin 1-ci bölməsinə əsasən əmək stajına və yaşına görə güzəştli təqaqüdə çıxmaq hüququna malikdir. Habelə, yol nəzarətçisi yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24%, gecə işinə görə 40% ödənc hesablanır. Göründüyü kimi, işə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçının vəifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstər icilərin siyahısı”nda nəzərədə tutulan yol fəhləsi vəzifəsinə uyğun gəlir. Odur ki, cavabdehin göstərilən dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilən prosessual hüquq normalarının tələbləri baxımından iddiaçının 10 ildən çox güzəştli“işlərdə işləməsi təsdiq olunduğundan ona güzəştli şərtlərlə pensiya təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 17.12.2019-cu il tarixli, 2-1(103)-2526/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar