Məhkəmə qərarları › İş №2-1(102)-873/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-873/2022

25.05.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-873/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şıxmurad oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, X5 və İddiaçı8 Sadiq oğlunun (bundan sonra iddiaçılar) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şıxmurad oğluna (bundan sonra cavabdehlər) qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-133/2022 saylı, 24 fevral 2022ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı4 verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir.

2. İddiaçı "xxxx" MMC sex rəisi X1 vərəsəsi İddiaçı1 və digər iddiaçıların cavabdehlər Cavabdeh2 Şıxmurad oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədl ərin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiaları üzrə Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələri və həmin hərracın nəticəsində bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsinin qismən - “qeyriyaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Sadalanan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərinin əsasını mübahisəli "xxxx" MMC-nin əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin, işin araşdırılmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli cəmiyyət onun bazasında yaradılıb, əvvəllər işçilərlə bağlanmış müqavilələr ləğv edilsə də, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş "xxxx" MMC əmək kollektivinin üzvü olmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar iddia ərizəsi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" kiçik müəssisəsində işləyə-işləyə, müəssisənin direktoru ola-ola Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC təsis edilmiş, bundan sonra Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamı ilə "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi qərara alınmışdır. Halbuki hər iki sərəncam əsassız qəbul edilmiş və həmin sərəncamlar onların hüquqlarını pozmuşdur. Onlara məxsus əmək kitabçalarının surətlərindən görünür ki, onlar Ş ahmehi kiçik müəssisəsinə köçürülmüşlər. Yəni onlar əvvəlcədən həmin zavodun işçisi olmuşlar, bundan sonra onlar həmin zavodun tərkibində yaradılmış müəssisəyə köçürülmüşlər. Bu da onu sübut edir ki, onlar həmin müəssisədə işləmişlər. Bundan başqa iddiaçıların həmin müəssisədən çıxmaları barədə heç bir yerdə qeyd edilməmişdir. Niftəli Fətəliyev isə həmin müəssisənin sex rəisi təyin edilmiş, ölənə kimi həmin müəssisənin sex rəisliyindən çıxması barədə heç bir məlumat aşkar edilməmişdir. "xxxx" kiçik müəssisəsi 30 may 2014-cü il tarixli 160 saylı sərəncamla "xxxx" MMC-yə çevrilmiş, bundan sonra 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamla "xxxx" MMC hərrac yolu ilə özəlləşdirilməsi qərara alınan vaxt Niftəli Fətəliyev sağ olmuş, 07 oktyabr 2018-ci il tarixdə vəfat etmiş, hər iki sərəncam verilərkən onlara heç bir məlumat verilməmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Ə mlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir, həmin sərəncam verilərkən hər hansı hüquq norması pozulmamışdır. "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilməklə və nizamnaməsi Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə qeydə alınmaqla dövlət müəssisəsi olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçisi onun yenidən təşkili barədə qərar qəbul edə bilər və “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hü quqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsinə dair xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncam mülki və dövlət əmlakının idarə edilməsi haqqında qanunvericiliyə uyğun qəbul edilmiş və həmin sərəncamın etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. İddia ərizəsində iddiaçıların "xxxx" kiçik müəssisəsinin işçiləri olduğu və bu səbəbdən Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamının qanunsuz olduğu qeyd edilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, iddiaçıların "xxxx" ki çik müəssisəsinin əmək kollektivinin üzvləri olub-olmaması məsələsi artıq bir dəfə məhkəmə araşdırmasının predmeti olmuş və buna qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Belə ki, hazırkı iddiaçıların "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın və onunla bağlı verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3450/2019 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-2211/2020 nömrəli qərarında (5-ci səhifənin sonuncu abzası) qeyd edilmişdir ki, “işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, i ddiaçıların əsas iş yerinin "xxxx" kiçik müəssisəsi olması, onların həmin müəssisədə əvvəlki iş yerlərinə qayıtmaq hüquqlarını saxlamaları, eləcə də onların sonradan özəlləşdirilən həmin müəssisədə 7 ildən çox çalışmaları, həmin müəssisədən təqaüdə çıxmaları və 01 yanvar 1995-ci il tarixindən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunaraq işsiz kimi qeydiyyata alınmaları mülki iş materialları ilə təsdiq olunmur”. Eyni zamanda, Ali Məhkəmənin qərarında (8-ci səhifənin 3-cü abzası) qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıların hazırkı tələblə bağlı iddia qaldırmaq hüquqlarının (subyektiv hüquq) olması baxımından mübahisəyə hüquqi qiymət verib, düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar hazırkı iddianı qaldırmaq üçün müvafiq subyekti v hüquqa da malik olmayıblar”. Beləliklə, hazırkı iddiaçıların "xxxx" kiçik müəssisəsinin işçiləri olub-olmaması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilərək, iddiaçıların həmin müəssisənin əmək kollektivinin üzvləri olmadığı, bu səbəbdən müəssisənin özəlləşdirilməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. İddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olmaması artıq qanuni qüvvəyə minmiş digər bir məhkəmə qərarı ilə təsdiq edilmişdir və həm iddiaçılar, həm də cavabdehlər həmin məhkəmə işinin tərəfləri olmuşdurlar. Bununla da iddiaçıların "xxxx" kiçik müəssisəsi ilə bağlı hər hansı hüquqi bağlılıqlarının olmadığı və bu səbəbdən həmin müəssisənin əsasında yeni bir müəssisənin yaradılması barədə Əml ak Məsələləri Dövlət Komitəsinin sərəncamını mübahisələndirmək üçün subyektiv hüquqa da malik olmadıqları öz təsdiqini tapır. Eyni zamanda, iddiaçıların "xxxx" MMC-nin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 13 nömrəli sərəncamını da mübahisələndirməyə subyektiv hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə iddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olmadığı faktı təsdiq edildiyindən, onlar həmin müəssisənin hərracda digər şəxs tərəfindən özəlləşdirilməsinin qanuniliyini mübahisələndirmək üçün subyektiv hüquqa da malik deyildirlər. Digər tərəfdən, iddiaçılar özəlləşdirmənin qanuniliyini artıq bir dəfə məhkəmədə mübahisələndirmiş və həmin iddiaya Sumqayıt Apellyasiya M əhkəməsində və Ali Məhkəmədə baxılaraq müəssisənin özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyi, hərracın qanuni keçirildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan xx.xx.2020-ci il tarixli qərarında (6-cı səhifənin 3-cü abzasında) qeyd edilmişdir ki, "... işdən görünür ki, sözügedən Cəmiyyət ("xxxx" MMC) dövlət əmlakı olmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən sərəncamına əsasən özəlləşdirməyə açıq elan edilərək və bu barədə qanuni şəkildə “Mülkiyyət” qəzetinin 29 yanvar 2017-ci il və 04 mart 2017-ci il tarixli buraxılışlarında elan verilməklə müvafiq hərrac keçirilib və hərracda Cəmiyyət qanuni əsaslarla 100 000 manata Cavabdeh2 satı lıb və hazırda əmlak kompleksi kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınıb”.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva, 2-1(118)-1338/2021 saylı iş) 16 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından iddia mümkün sayılmalı deyildir. Belə ki, iddiaçıların tələbi "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdiril məsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017- ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasından ibarətdir. Onlar hesab edirlər ki, həmin müəssisənin işçiləri olduqlarından sözügedən sərəncamlar onların hüquqlarını pozmuşdur. Halbuki onların həmin müəssisənin işçiləri olmaması yuxarıda adı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. İddiaçılar iş üzrə cavabdeh qismində Cavabdeh2 qeyd etmişlər. Lakin, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında fiziki şəxsin fiziki şəxsə qarşı iddialarına baxılması nəzərd ə tutulmamışdır.

9. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)-133/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirmədən saxlamışdır.

11. İddiaçılar İddiaçı1 və İddiaçı4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi, işin məhkəmə baxışına təyin edilməsi barədə qərar q əbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 19-cu maddəsinə əsasən əmək müqaviləsi şifahi və ya yazılı formada bağlana bilər. Əmək müqaviləsinin yazılı formada bağlanması qanunvericilikdə nəzərdə tutulmuş hallarda məcburidir. İşə qəbul müəssisə, idarə, təşkilat müdiriyyətinin əmri (sərəncamı) ilə rəsmiləşdirir. Əslində işə buraxılma işə qəbulun lazımı qaydada rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, əmək müqaviləsinin bağlanması hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 1 2.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

58. Sübutların ara şdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 61.İş üzrə icraat materialları ilə tanış olmaq hüququ 61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər. 61.2. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üçün müvafiq prosessual nümayəndəyə verə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyün ə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə ç atmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

16. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

17. Cavabdeh apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. İddiaçı "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasını xahiş edir.

20. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə işə buraxılma işə qəbulun lazımı qaydada rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, əmək müqaviləsinin bağlanması hesab edilir.

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından və iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı "xxxx" MMC sex rəisi X1 vərəsəsi İddiaçı1 və digər iddiaçıların cavabdehlər Cavabdeh2 Şıxmurad oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və dəym iş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiaları üzrə Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələri və həmin hərracın nəticəsində bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixl i qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsinin qismən - “qeyri-yaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Belə olan halda iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların tələbi "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikas ı ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017- ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasından ibarətdir. Onlar hesab edirlər ki, həmin müəssisənin işçiləri olduqlarından sözügedən sərəncamlar onların hüquqlarını pozmuşdur. Halbuki onların həmin müəssisənin işçiləri olmaması yuxarıda adı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Belə ki, sadalanan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərinin əsasını mübahisəli "xxxx" MMC-nin əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin, işin araşdırı lmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli cəmiyyət onun bazasında yaradılıb, əvvəllər işçilərlə bağlanmış müqavilələr ləğv edilsə də, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş "xxxx" MMC əmək kollektivinin üzvü olmayıb.

24. İddiaçılar ərizələrində hər iki sərəncamın əsassız olduğunu qeyd etsələr də, iş materiallarından görünür ki, "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir.

25. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığ ı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

27. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, id diaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

28. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

30. İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cava bdehlərə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə sübuta yetməmişdir.

31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan mara qlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

33. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən olunmadığından iddianı mümkün saymamaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.

34. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddi açılar İddiaçı1 və İddiaçı4 kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(105)-133/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar