Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-873/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Ələkbərsoy (Ələkbərov) Şamil Azadxan oğlunun cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin bağlanılması, iddianın qeyri-mümkünlüyü, cavabdehin iddiaya cavab verməli inzibati orqan olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Ələkbərsoy (Ələkbərov) Şamil Azadxan oğlunun cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-3510/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 7 nömrəli qərarı əsasında verilmiş xx.xx.1994-cü il tarixli, 011612 nömrəli orderə görə, Əhmədli qəsəbəsi, “A” y/m, məhəllə 2942 B-Q, ev 2, 1-ci blok, 2-ci mərtəbədə 3 otaqlı, sahəsi 46,7 kv.m olan 6 saylı mənzil 4 ailə üzvü ilə birlikdə X3 verilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2(103)-2284/2012 nömrəli qətnaməsinə əsasən, X6 və X1 ünvan 4 saylı evin 6 saylı mənzilinə (keçm iş “A” y/m, məhəllə 2942 B-Q, ev 2, mənzil 6) istifadə hüququ tanınmışdır.
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-105/2016 nömrəli qətnaməsinə əsasən, X2 ünvan 4 saylı evin 6 saylı mənzilinə (keçmiş “A” y/m, məhəllə 2942 B-Q, ev 2, mənzil 6) istifadə hüququ itirilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışa əsasən, X6 və X4 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 5. 24.02.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə X5 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39B, 6 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir.
6. İdd iaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39B, 6 saylı mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanılması barədə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur). Lakin qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən iddiaçının xahişini təmin etmək imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanuni istifadəsində olan və yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39B saylı evin 6 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39B saylı evin 6 saylı mənzili ona məxsusdur. Hazırda həmin mənzildə qeydiyyatdadır, ailəsi ilə birgə orada yaşayır. Bütün kommunal xidmət xərclərini ödəyir. Qeyd olunan mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasında köməklik göstərilməsi barədə cavabdeh təşkilata rəsmi müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişd ir ki, sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən onun xahişinin təmin edilməsi imkanları xaricindədir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında yoxdur. Belə ki, Bakı Şin zavodunun sifarişi ilə inşa edilmiş qeyd edilən yaşayış binası tikintisi başa çatdırılmış obyekt kimi Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İda rəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39B, 6 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) 23 iyun 2023-cü il tarixli, 2-1(112)-8821/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında yoxdur, belə ki, Bakı Şin zavodunun sifarişi ilə i nşa edilmiş qeyd edilən yaşayış binası tikintisi başa çatdırılmış obyekt kimi Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Xətai rayon İcra Hakimiyyəti sözügedən yaşayış sahəsinin mülkiyyətçisi olmamaqla yanaşı, onun hazırda həmin mənzilə dair sosial kirayə müqaviləsi bağlamaq hüququ yoxdur.
14. Digər tərəfdən, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olmaması işin mübahisələndirilməyən halıdır. Odur ki, (gələcəkdə) müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış sahəsinə daxil edildiyi təqdirdə iddiaçı həmin mənzilə münasibətdə mənzil kirayə müqaviləsinin bağlanmasını mülki qaydada iddia qaldırmaqla tələb edə bilər. Belə ki, məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəmin atlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir. Cavabdeh yerli icra hakimiyyəti inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud yerli icra hakimiyyətinin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3510/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya ş ikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə sorğu ünvanlanaraq ünvan 6air istismara qəbul aktının verilib-verilməməsi barədə, əgər verilmişdirsə, bununla bağlı inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, həmin qurumun sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
18. Həmçinin işin obyektiv araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq ünvan 8lan mənzillərə dair çıxarışların verilib-verilməməsi barədə, əgər verilmişdirsə, bununla bağlı inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq ünvan 8lan mənzillərin ilkin qeydiyyatdan keçməsinə əsas olan sənədlərin və çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ünvan 8lan mənzillərə müxtəlif şəxslərin adına çıxarışlar verilsə də, həmin çıx arışların verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin deyil, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamları və həmin sərəncamlar əsasında verilmiş orderlər çıxış edir. Göründüyü kimi, bir daha təsdiq edilir ki, sözügedən yaşayış binası Xətai rayon İcra Hakimiyyətinin balansında deyil və onun həmin binada yerləşən mənzillərlə bağlı sosial kirayə müqaviləsi bağlamaq səlahiyyəti mövcud deyil.
19. İddiaçı sübut qismində məhkəmə qətnamələrini təqdim edərək, sözügedən mənzilin xx.xx.1994-cü il tarixli orderə əsasən X3 ayrıldığını, daha sonra həmin şəxsin mənzili ona satdığını və mənzilə dair istifadə hüququnun qeyd edildiyini, ailə üzvləri ilə birlikdə həmin mənzilə pasport qeydiyyatına alındığını bildirmişdir. Lakin iddiaçı həmin mən zilə dair kirayə müqaviləsinin bağlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.
20. Bundan əlavə, işin araşdırılmış hallarından göründüyü kimi, hazırkı cavabdeh Xətai rayon İcra Hakimiyyəti qeyd edilən tələbə cavab verməli inzibati orqan deyildir. Belə ki, həmin mənzilin, həmin mənzilin yerləşdiyi binanın Xətai rayon İcra Hakimiyyətinin balansında olmaması, həmçinin, həmin binada yerləşən mənzillərə verilmiş çıxarışların verilməsinə əsas kimi Nərimanov rayon İcra Hakimiyyətinin sərəncam və orderlərinin çıxış etməsi iddia tələbinin düzgün olmayan cavabdehə qarşı irəli sürülməsini aydın göstərir.
21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmə sini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuşdur) Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yaz ılı şəkildə bağlanır. Maddə
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyar ına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
83. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Maddə
84. İcarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb et mək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.5. Uç ota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşı n yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Maddə 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsin dən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasit əsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri idd iaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman p rosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi qanuni istifadəsində olan və yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39B saylı evin 6 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılmasına nail olma qdan ibarətdir.
35. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
36. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisə nin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
37. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
38. Mübahisəyə dair hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının onunla kirayə müqaviləsinin bağlanılmasını istədiyi mənzil və həmin mənzilin yerləşdiyi bina Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansında deyildir, bunun üzərindən də Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin həmin binada yerləşən mənzillərlə bağlı sosial kirayə müqaviləsi bağlamaq səlahiyyəti yoxdur. Həmin binada yerləşən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılmasına və müvafiq çıxarışların verilməsinə əsas kimi isə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və orderlər çıxış etmişdir.
39. Göründüyü kimi, iddiaçının hazırkı iddiası üzrə cavabdeh qismində göstərdiyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti həmin iddiaya cavab verməli inzibati orqan deyildir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidm əti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü i l tarixli, 2-1(103)-3510/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.