Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-874/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, qanuni əsaslarla tərxis olunma) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2020-ci il tarixli, 2-1(107)-538/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 yanvar 2020-ci il tarixli məktubu ilə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin 11 dekabr 2018-ci il tarixli 9/2-20303 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xidmətdə olan zaman 01.02.1994-cü il tarixdə hospitala gedəndən sonra iddiaçının xidmət keçməyi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı məh kəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 aprel 1993-cü il tarixdə Mingəçevir rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N, N və N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. Döyüşlər zamanı “sağ ayağının üst nahiyyəsindən” aldığı güllə yarasından Goranboy rayonunun Mərkəzi Xəstəxanasında 26 yanvar 1994-cü ildən 10 iyun 1994-cü ilə kimi müalicə olunmuşdur. 1994-cü ilin iyul ayının 16-da sağalmasa da, N saylı hərbi hissəyə qayıtmışdır. Hərbi hissə rəhbərliyi isə belə qərara gəlmişdir ki, onun tərxisi ilə bağlı sənədləri hazırlayıb komissiyaya göndərəcəklər. Bundan sonra o, evə getmişdir. Bir müddət sonr a məlumat ala bilmədiyi üçün yenidən hərbi hissəyə qayıtmışdır. Orada isə bildirmişlər ki, onun hərbi biletini tapa bilmirlər, tapan kimi sənədləri Mingəçevir Hərbi Komissarlığına göndərəcəklər. Uzun müddət keçsə də, sənədləri tapılmamışdır. Hərbi biletinin hərbi hissənin rəhbərliyinin təqsiri ucbatından itdiyini nəzərə alaraq Mingəçevir şəhər Hərbi Komissarlığına müraciət edərək yeni hərbi bilet almışdır. Bundan sonra isə müharibə veteranı adı və vəsiqəsinin alınması üçün Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh isə əsassız olaraq imtina cavabı vermişdir. Halbuki, işdəki sənədlər ona müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət edir. 4.Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 11 dekabr 2N8-ci il tarixli 9/2-20303 nömrəli məktubda N N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 24.04.1993-cü il tarixdə Mingəçevir RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin 25.04.1993-cü il tarixli 84 N-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş N №-li hərbi hissənin əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin 26.06.1993-cü il tarixli 133 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 19.09.1993-cü il tarixli 31 №li əmrində şəxsi heyətin siyahısında iddiaçının adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N.02.1994-cü il tarixli 27 №-li nizami hissə üzrə əmrilə sıravi İddiaçı hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin iyun 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. 5.Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(116)-860/2020 saylı (hakim – İ.H.Cabbarov) qərarı ilə iddia tələbi təmin edilməmişdir. 6.Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. 7.İddiaçı apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 8.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2020-ci il tarixli 21(107)-538/2020 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – V.İ.Məlikov, hakimlər – E.Ş.Hüseynov və M.M.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(116)-860/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 9.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 10.İddiaçı kassasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 11.İddiaçının kasasiya şikayətinin dəlillərinə görə, N №-li hərbi hissənin komandirinin 01.02.1994-cü il tarixli 27 №-li nizami hissə üzrə əmrinə əsasən o, müalicə üçün Gəncə Hospitalına göndərilməsi ilə bağlı qeyd olunan hərbi hissənin qazan təminatından çıxarılmışdır. Bu fakt məhkəmənin qərarında öz əksini tapmışdır. Bunun özü onun döyüşlərdə iştirak etməyini birbaşa sübut edir. Lakin onun Gəncə Hospitalından müalicədən sonra hərbi hissəyə qayıtmağı ilə bağlı məhkəməyə təqdim etdiyim sübutlar hakim tərəfindən araşdırılmamışdır. 12.Məhkəmə qərarında onun 1993-cü il tarixdən 1994-cü il tarixədək Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyilə bağlı mübahisənin olmadığı qeyd edilir. Həmçinin məhkəmə qərarında xidmət zamanı onun heç bir cinayət məsuliyyətinə cəlb olunm adığı da qeyd edilir. Belə olan zaman məhkəmə onun Gəncə hospitalında müalicədən sonra hərbi hissəyə qayıdıb-qayıtmamağı faktını ətraflı araşdırmadan imtina etmişdir. 13.Məhkəmə qərarında ziddiyyətlər mövcuddur. Belə ki, qərarda onun hərbi xidmətdə olmağını, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyini təsdiq edən sübutlar öz əksini tapır. Lakin Gəncə Hospitalından N saylı hərbi hissəyə qayıtdıqdan sonra ondan asılı olmayan səbəblərdən xidmətini davam etdirməməyi, hərbi biletin və digər sənədlərin hərbi hissənin rəhbərliyi tərəfindən itirilməsi faktı məhkəmə qərarında öz əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə icla sında cavabdehin vəkili kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 16.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlandığı teleqramda isə işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17.«Veteranlar haqqında» Qanun: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğru nda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 3 Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şami l edilmir Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Bənd 1. “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kə ndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 19.İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ 20.Kasasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 21.İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 22.Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 23.Kasasiya şikayətlərinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. 24.Hazırki işin müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, iş materiallarında mövcud olan sənədlərdə iddiaçının ehtiyata qanuni əsaslarla buraxılması təsdiq olunmur. İddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri isə şəxsin nəinki döyü ş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həm də qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. 25.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2020-ci il tarixli, 21(107)-538/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.