Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-874/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə torpağının satılması (ayrılması) qərarının ləğv edilməsi və onun əsasında verilmiş sənədlərin etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X11 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) “cavabdehin X6 adına torpaq sahəsinin satılması (ayrılması) barədə 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-225/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 28 saylı 03 may 2004-cü il tarixli qərarı ilə bələdiyyənin ehtiyyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən X9 fərdi ev tikmək məqsədilə 0,0992 ha torpaq sahəsinin ******* (bir milyon iki yüz min manat) (2005-ci ilədək olan manatla) manata satılması, satış zamanı Dövlət Torp aq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması qərara alınmış, qeyd olunan torpaq sahəsinin 1:10000 miqyasda planı tərtib edilmişdir.
2. Cavabdeh, hazırkı iş üzrə üçüncü şəxs olan X11 və DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş akta görə üçüncü şəxs xx.xx.2004-cü ildə torpaq sahəsi almaq barədə bələdiyyəyə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və masazır bələdiyyəsi ərazisində 0,0992 ha torpaq sahəsinin satılması barədə cavabdeh tərəfindən 03 may 2004-cü il tarixli 28 saylı qərar qəbul edilmiş, bunun müqabilində üçüncü şəxs bələdiyyənin "xxxx" ASC-dəki hesabına müvafiq ödəniş etmiş, qeyd olunan akt DTXK-nın Abşeron rayon şöbəsində xx.xx.2011-ci ildə 2080/4 nömrəsi ilə qeydə alınmışdır.
3. DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən cavabdehin 28 saylı 03 may 2004-cü il tarixli qərarı ilə X9 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 992 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında 09 sentyabr 2011-ci ildə 17350 nömrəsi ilə uçota alınmışdır.
4. DƏDRX-nin Abşeron ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0.0992 ha. həyətyanı torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, torpaq sahəsinə dair AA seriyalı 033259 saylı plan və ölçü tərtib edilmişdir.
5. Həmin torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı i l tarixli, 4Ə-315 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X14 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X12 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə **********01 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
6. Abşeron rayon Məhkəməsinin 2(012)-117/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər Sudavər İsmayılovaya, Rəna İsmayılovaya, Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinə və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı torpaq sahəsinə dair bağışlama müqaviləsinin, reyestrdən çıxarışın etibarsız hesab edilməsi və pul tələbiə dair iddiası rədd edilmiş, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Rəna İsmayılovanın mülkiyyətində olan torpaq sahəsin in üzrəindən həbsin götürülməsi qət edilmiş, qeyd olunan qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-1965/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)7466/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, iddiaçının verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, ididaçı hazırki mübahisə predmeti olan torpaq sahəsinin onun tərəfindən alınmasına, anası və bacısı ilə yaranmış soyuq münasibətlər nəticəsində bacısının sonradan torpaq sahəsini bağışlama müqaviləsi əsasında özgəninkiləşdirməsinə istinad etsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etmədiyinə görə iddia tələbləri rədd edilmişdir.
7. Bundan sonra, torpaq sahəsi Sumqayıt “ASAN xidmət" mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2019-cı il tarixli, 4Ə-645 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X4 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********01 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
8. İddiaçı ilə X10 (əvəzinə X32) arasında Abşeron rayonu 2 saylı Notariat kontorunda xx.xx.2019-cu ildə bağlanılmış daşınmaz əmlkaın bağışlama müqaviləsiə əsasən iddiaçı mülkiyyətində olmaqla, Abşeron rayonu Masazır kəndində yerləşən 0.0992 ha. torpaq sahəsini azyaşlı övladı X7 bağışlamışdır.
9. DƏDRX-nin Abşeron ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Masazır kəndində yerləşən 0.0992 ha. torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)134/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı X28 Masazır bələdiyyəsinə qarşı “Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə Masazır bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 28 saylı qərarrın ləğv edilməsi barədə iddiası mümkün sayılmamış, qeyd olunan qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(102)-155/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəm ə aktı ilə kollegiya müəyyən etmişdir ki, iş üzrə iddiaçı hüquqlarına toxunan qərarın mövcudluğu barədə iddia qaldırdığı tarixdən 1 ay əvvəl deyil, daha əvvəldən məlumatlı olsa da, onu qanunla göstərilən müddət ərzində mübahisələndirməmiş, həmin vaxtdan xeyli müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
11. İddiaçı Masazır kəndində fərdi yaşayış evi və yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə DƏDƏRX-nin 1 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarənin xx.xx.2021-ci il tarixli məktubu ilə ərizəsi təmin edilməmişdir. Qeyd olunan məktuba istinad edərək, hüquqların pozulma anının həmin məktub əsasında ona məlum olmasına istinad edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHK ƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə və üçüncü şəxslərə qarşı iddia ərizəsi və dəqiqləşdirlmiş ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayon Masazır Bələdiyyəsinin üçüncü şəxsin adına torpaq sahəsinin satılması (ayrılması) barədə xx.xx.2004-cü il tarixli 28 nömrəli qərarının və onun əsasında verilmiş sənədlərin mövcud olmadığının müəyyən edilərək etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-ci il tarixli sərəncamına əsasən AR kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə 0,1 ha ölçüsündə torpaq sahəsi fərdi ev tikintisi üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində, at ası İsmayılov Tofiq İbrahim oğlu nəvəsi və iddiaçının azyaşlı oğlu X2 adına 2006-ci ildə yaşayış sahəsi 16 4 кv metr, köməkçi sahəsi 10.0 kv. metr olan fərdi evi inşa etmiş və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 37096 nömrəli reyestri kitabında və 5199 nömrəli inventar işi qeydiyyata alınmış, qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Sözügedən fərdi yaşayış evi hal-hazırda oğlunun mülkiyyətində və ailənin istifadəsindədır. Sözügedən fərdi evin tikintisi zamanı icra hakimiyyəti ilə razılaşdırılmadığı üçün inzibatı xəta haqqında qərar qəbul olunmuş, lakin razılıq alandan sonra həmin evə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydiyyat v əsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılması müvafiq inzibati orqanın vəzifəsidir. Zərurət yarandığı halda sənədlərin texniki ekspertizası, imza və möhürlərin düzgün olub-olmamasının yoxlanması məhkəmə tərəfindən təyyin oluna bilər. Əlavə olaraq, iddiaçının müraciəti əsasında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən məktubdan və ondan irəli gələn araşdırmalardan məlum olur ki, arxa tarixlə saxtalaşdırılmış Masazır bələdiyyəsi xx.xx.2004-cü il tarixdə 28 nömrəli qərarla oğlunun mülkiyyətində olan evin yerləşdiyi və RİH başçısının Masazır kənd nümayəndəsinin sərəncamı ilə ona ayrılan torpaq sahəsinin ünvan 1 ünvanda qeydiyyatda olan üçüncü şəxsin adına qanunsuz əsasla ayırmış və həmin qərar heç dövlət arxivində mövcud deyil və arxivdən verilən arayışa görə eyni nömrəli qərar tamamilə başqa məzmunda və tarixdə verilib, yəni bələdiyyə tərəfindən DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş sənədlər qeyri qanunidir və saxtadır. Belə ki, Bələdiyyə mövcud qanunvericiliyin tələbinə əsasən yalnız Bələdiyyənin ərazisində daimi yaşayan və qeydiyyatda olan şəxslərə fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi ayıra bilərdi. Sudavər İsmayılova heç vaxt Abşeron rayonunda qeydiyyatda olmamışdır. Həmin qanunsuz qərar əsasında İsmayılova Sudavər DTXK Abşeron şöbəsinin xx.xx.2011-ci il tarixli 2080/11 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı- satqısına dair aktını və DTXK Abşeron şöbəsinin 09.09 2011-cı il tarixli 17350 nömrəli Torpaq sahəsiriin plan və ölçüsünü əldə etmiş dir. Sonda isə, üçüncü şəxs qeyd olunan sənədlər əsasında "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli. 27.10 2011-cı ıl tarixli ********** qeydiyyat, nömrəli Çıxarışı və xx.xx.2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünü qanunsuz əsaslarla əldə etmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin və ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsinə dəftərxanasında olan fərqli sənədləri və ziddiyyətləri təhlil etdikdə məlum olur ki, Masazır bələdiyyəsinin xx.xx.2004-ci ıl tarixli 28 nömrəli qərarı saxtadır və Masabr bələdiyyəsinin o vaxt ki sədri - X13 xx.xx.2011 –ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair aktını pərdələmək üçün həmin saxta qərarı köhnə tarixlə qəbul edərək ƏMDK yanında DƏDRXnin 4 saylı Ərazi İdarəsinə təqdim etmişdir, halbuki həmin qərar 2004 yox, 2011 -ci ildə arxa tarixlə tərtib olunmuşdur və bu fakt AR Milli Arxiv idarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində öz təsdiqini tapır, izləri tez-tələsik itirmək üçün üçüncü şəxs həmin əmlakı qızı X14 bağışlamış, o isə, öz növbəsində yaxın tanışı X1 adına bazar qiymətindən aşağı qiymətlə alqı-satqı vasitəsilə rəsmləşdirmişdir və sonuncu 28.02,2019-cu il tarixli **********01 reyestr nömrəli çıxarış əldə etmişdir.
14. İddiaçının azyaşlı oğlu X3 adına qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış sahəsi 16.4 kv.m, köməkçi sahəsi 10 kv.m. olan fərdi yaşayış evi və həyətyanı torpağı ona ayrılmış torpaq sahəsinin üzərindədir və bunu təsd iq edən X17 planı və Masazır bələdiyyəsi tərəfindən möhürlə təsdiq olunmuş Abşeron rayonu Masazır bələdiyyəsinin yer quruluşu planından çıxarışdan aydın görünür. Eyni zamanda, uzaq qohumu olan şəhid bacısı və 1-cı qrup əlil, həmçinin də şəkər xəstəsi X15 həmin fərdi evdə yaşayır və yeri uzrə polis tərəfindən pasport qeydiyyatındadır. Təəccüblüsü odur kı, imtina məktubunda qeyd olunur ki “faktiki torpaq sahəsinin 245.6 kv.m hissəsinin yüksək gərginlikli (10 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, 0.0992 ha hissəsinə isə başqa şəxsin adına xx.xx.2019-cı il tarixli **********01 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir" - bəs necə olur ki, 2006-ci ildən inşa olunmuş fərdi ev mövcud ola-ola və orda yaşayış olduğu halda, məktubda qeyd olunan yüksək gərginlikli elektrik xəttinin həmin ərazidən keçdiyi halda həmin fərdi evin yerləşdiyi torpaq sahəsinə 2019-cu ildə başqa şəxsin adına çıxarış verilir?
15. Cavabdeh iddia ərizəsinə qarşı xx.xx.2021-ci il tarixli 496/EM saylı yazılı etiraz təqdim edərək iddia tələbi üzrə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Etirazı belə əsaslandırmışdır ki, masazır bələdiyyəsinin 03 may 2004-cü il tarixli 28 saylı qərarı ilə üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair məsələ araşdırlmış, məlum olmuşdur ki, bələdiyyənin keçmiş rəhbərliyi tərəfindən saxlanılmış, lakin bələdiyyənin yeni tərkibinə təhvil verilməmiş arxiv sənədlərində üçüncü şəxsə Bələdiyyənin xx.xx.2004-cü il tarixli 28 saylı qərarı ilə torpaq sahəsinin ayrılması barədə hər hansı torpaq ayırma sənədləri aşkar edilməmişdir. Masa zır bələdiyyəsiin keçmiş rəhbəriyi Azərbaycan Respublikasının “Milli Arxiv fondu haqqında” Qanununu rəhbər tutaraq, Masazır bələdiyyəsinin 2000-2013-cü illəri əhatə edən müvafiq ərizə, məktub, müraciətlərin, torpaq ayırma sənədlərinin, bələdiyyə aktlarının və digər sənədlərin arxivləşdirlməsi məqsədilə Abşeron rayon Dövlət Arxivinə təhvil verilmişdir. Lakin keçmiş rəhbərlik tərəfindən hansı sənədlərin təhvil verilməsinə dair tərtib olunmalı akt isə Masazır Bələdiyyəsinin yeni rəhbərliyinə təqdim eilməmişdir. İddia tələbində üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair qərarın olub-olmaması barədə bələdiyyədə hər hansı bir torpaqayırma sənədləri yoxdur. İddia olunan bələdiyyə aktının olub-olmaması yalnız Abşeron rayon Dövlət Arxivinə müraciət edildikdən sonra müəyyən edilə bilər. İddia tələbi ndə göstərilən torpaq sahəsi ilə bağlı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna uyğun olaraq iddiaçının müraciəti əsasında ilkin torpaqayırma sənədlərinin hazırlanması məqsədilə torpaq sahəsinin yerləşdiyi sahəyə X17 planı, Abşeron rayon İcra Hakimiyyəti və Masazır bələdiyyəsi tərəfindən imzalarla təsdiq edilmiş yerquruluşu planından çıxarış verilmişdir. Hal-hazırda torpaq sahəsinə dair ilkin sənədləşmə işləri aparılır.
16. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1272/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim İsmayıl Quliyev) iddianın mümkün sayılmaması qərara alınmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq hüququnun olması ilə bağlı sübyektiv hüququnun olması təqdim edilmiş sənədlər əsasında müəyyən edilmir. Beləki iddiaçı on a ayrılmış torpaq sahəsi barədə cavabdeh bələdiyyə tərəfindən mübahisələndirilən qərar verildiyini iddia edir. Lakin həmin torpaq sahələrinin eyni olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının yaşayış evinin mülkiyyət sənədi olduğunu iddia etdiyi 37096 reyestr nömrəli qeydiyyat vəsiqəsinin mövcudluğu barəsində arxiv əsaslarında və reyestr kitabında məlumat aşkar edilməmişdir. Habelə, hazırkı mübahisənin predmeti olan torpaq sahəsi ilə əlaqəli iddiaçı ilə üçüncü şəxsin tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olmuş, iddiaçının müvafiq hüquqlarının olması müəyyən edilməmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-225/2022 nömrəli qərardadı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən/, S.A.Qafari və Z.T.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2-1(118)-1272/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiyaçı şikayətində qeyd etmişdir ki, onun iddia tələbi inzibati aktın mövcud olmadığının müəyyən edilərək etibarsız sayılması barədədir. M əhkəmə isə mövqeyini mübahisələndirmə haqqında iddia üzərində qurmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin (İPM) 2.2.5-ci maddəsinə əsasən, baxılan iddianın növü inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) aiddir. Mübahisələndirmə haqqında iddia isə inzibati aktın ləğv edilməsi və dəyişdirilməsi barədə tələbdir.
23. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə İPM-nin 38.1-ci maddəsini tətbiq etməli olmadığı halda, tətbiq etməklə prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
25. Üçüncü şəxs tərəfindən təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, hazırki mübahisəyə Abşeron rayon Məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, X25 və iddiaçı əlbir olub əsassız iddialarla məhkəməyə müraciət edirlər. Məhkəmələr müəyən etmişlər ki, iddiaçının mübahisəli torpağa heç bir idiyyəti yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sa yılır. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
28. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən ş ikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
30. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
32. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya ş ikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Belə ki, hazırkı qərarın 26-27-ci bəndlərində qeyd olunan normaların tələblərinə görə istə nilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
40. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.
41. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsi zliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.
42. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır.
43. Hazırkı iş üzrə iddiaçı da iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilmədiyindən məhkəmə tərəfindən iddia tələbi mümkün sayılmamışdır.
44. Məhkəmə bununla bağlı işə əlavə olunmuş sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-225/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.