Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-875/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X2rşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, Metropolitendə maşinist giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı oğlu, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 Təyinat İdarəsinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 Təyinat İdarəsinə(bundan sonra cavabdeh) qarşı“iddiaçının əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu xx xxxx 2016cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2907/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. x xxxxxxxx 1974-cü il tarixdən xx xxxx 1976-cı il tarixinə kimi təhsil almış, xx xxxx 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, xx xxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixinə kimi hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmiş, x xxxx 1982ci il tarixdən Bakı Metropolitenində təmir üzrə çilingər peşəsinə qəbul edilmiş, x xxxx 1982ci il tarixdən 3-cü dərəcəli çilingər elektrik peşəsinə keçirilmiş, x xxxx 1982-ci il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsinə hərəkət qatarlarının maşinist köməkçisi peşəsinə keçirilmiş, xx xxxxxx 1986-cı il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində çalışmış, xx xxxx 2014-cü il tar ixdən Depolar üzrə iş departamentinin istismar sahəsinə hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmiş, x xxxxxx 2017-ci il tarixdən isə Hərəkət qatarlarının istismarı üzrə iş departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmişdir və hazırda da həmin peşədə işləyir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx xxxxxxx 2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx xx 2007-ci il tarixli qərarı ilə təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh DSMF-nin Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12,16, 38, 71-ci, “Əmək pensiyaları haqqında” Qanunun 30.1, 31.1-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-1089/2019 saylı iş) x xxxx 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək iddiaçının əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi DSM F-nin Bakı şəhər Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininx xxxx 2019-cu il tarixli qərarı ilə razılaşan BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X12-məruzəçi, X17 və X9, 2-1(103)-1233/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarla DSMF-nin Bakı şəhər Suraxanı rayon şöbəsinin apelyasiya şikayətini təmin etməmiş, biri nci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-məruzəçi, X13 və X14, 2-1(102)-2955/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə DSMF-nin Bakı şəhər Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.4. Dəmiryo lu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” adlanır. Göründüyü kimi, qanunverici “Dəmiryolu nəqliyyatı” və “Metropoliten”i bir-birindən ayırmış, elektrik qatarlarının maşinisti peşəsini 21.4-cü bölmədə nəzərdə tutsa da, 21.5-ci bölmədə nəzərdə tutmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin “Siyahı”nın 21.4-cü bölməsində göstərilən peşə növlərinə uyğun gələn peşələr hesab edilməli olması nəticəsinə gəlsə də, istinad etdiyi 21.4-cü bölmə üzrə peşədə çalışanlara iddiaçını aid etmək əsaslarını məhkəmə müəyyən etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Bakı şəhəri Suraxanı rayon şöbəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6-məruzəçi, X7 və X15, 2-1(103)-2907/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2019cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək təmin edilməmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə qərarın surətini almış, x xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün BakıApelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Ali Məhkəmə qərarının “əsaslandırıcı hissə”sində iddiaçının hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifə və ya malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməsini göstərmişdir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir yazmışdır. Daha sonra məhkəmə İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur yazmışdır. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi birbaşa yenidən yoxlama aparılmasından ötrü göstərişlər vermiş və qərarla işi geri qaytarmışdır. Bakı Apelyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli qərarının üçüncü vərəqinin 5 beşinci abzasında göstərir ki, İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya məhkəməsi üçün məcburidir. Apelyasiya instansiya məhkəməsində araşdırma 4-6 dəqiqə çəkmiş, bu da iddiaçı və vəkilinin məhkəməd ə çıxışı olmuşdur. Bakı apelyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini yerinə yetirməkdən qəsdən imtina etmiş və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyas ının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı Metropolitendə elektrik deposunun istismar sahəsinə hərəkət qatarlarının maşinist köməkçisi və maşinist peşəsində işləməsinə istinad edərək 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdehə görə iddiaçının güzəştli pensiya hüququ verən iş stajı olmadığından onun güzəştli şərtlər pensiya hüququ olmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. xx.xx.1959-cu il təvəllüdlü iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə təhsil almış, xx.xx.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1978-xx.x x.1980-ci il dövründə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1982-ci il tarixdən Bakı Metropolitenində təmir üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdən 3-cü dərəcəli çilingər elektrik peşəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsinə hərəkət qatarlarının maşinist köməkçisi peşəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində çalışmış, xx.xx.2014-cü il tarixdən Depolar üzrə iş departamentinin istismar sahəsinə hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdən isə Hərəkət qatarlarının istismarı üzrə iş departamentinin istismar sahəsində hərəkət qatarlarının maş inisti peşəsinə keçirilmişdir və hal-hazırda da həmin peşədə işləyir. İddiaçı hesab edir ki, Metropolitendə qatarda maşinist peşəsi güzəştli şərtlə pensiya hüquq verən vəzifədir və işlədiyi dövr əsas götürülərək ona pensiya təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, q adınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda əksini tapmışdır. Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.4. Dəmiryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” adlanır. İddiaçı metropoliten sahəsində çalışmışdır. Siyahıda “Dəmiryolu nəqliyyatı” və “Metropoliten” bir-birindən ayı qeyd ed ilmiş, elektrik qatarlarının maşinisti peşəsi 21.4-cü bölmədə nəzərdə tutulsa da, 21.5-ci bölmədə nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi maşinist peşəsi Siyahıda nəzərdə tutulan Metropoliten yarımbölməsində əksini tapmadığından güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Odur ki, iddiaçının güzəştli şərtlə pensiya hüququnun olması və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddianı rədd etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməd ən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı oğlunun kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2907/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-875/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-875/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver