Məhkəmə qərarları › İş №2-1(102)-875/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-875/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-875/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasına dair vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi“ tələbinə dair inzibati iş üzrə Naxçı van Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-06/2021 nömrəli, 2021-ci il 08 fevral tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 24 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli, 2-1(087)-98/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020ci il 05 iyun tarixli, 2-1(108)-05/2020 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1715/2021 nömrəli, 2020-ci il 07 oktyabr tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 i yun tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021ci il 08 fevral tarixli, 2-1(108)-06/2021 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

9. İddiaçı, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli 21(108)-06/2021 nömrəli qərarından şikayət verilməsi üçün qanu nla müəyyən edilmiş və iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

10. Vəsatətdə göstərilmişdir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarını 2021-ci il 12 mart tarixdə alsa da, xəstəliyi ilə bağlı ev şəraitində müalicə olunduğundan vaxtında kassasiya şikayəti verə bilməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

11. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).

12. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İPM: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual m üddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. K ASSASİYANİN MÜMKÜNLÜYÜ.

14. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

16. İddiaçı vəsatətində məhkəmə qərarının ona 2021-ci il 12 mart tarixdə təqdim edildiyini qeyd etsə də, işdə olan poçt sənədinə əsasən, məhkəmə qərarı iddiaçıya 2021-ci il 10 fevral tarixdə göndərilmiş, 2021-ci il 13 fevral tarixdə iddiaçıya təqdim olunmuşdur.

17. Məhkəmə aktının təqdim edildiyi 2021-ci il 13 fevral tarixdən iddiaçının sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən iddiaçı istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının irad əsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçının vəsatətində istinad etdiyi halları (xəstəliyini və müalicədə olmasını) təsdiq edən hər hansı sübut isə məhkəməyə təqdim olunmamışdır. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçının təqsirsiz olduğu müəyyən edilməmişdir.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli, 2-1(108)-06/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar