Məhkəmə qərarları › İş №2-1(102)-875/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-875/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-875/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının, həmçinin iş stajını təsdiq edən sənədlərin mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3410/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İslah-Əmək müəssisəsi UA38/11-də xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi 3220 günün hər 3 günü 4 gün qəbul edilməklə əmək stajına əlavə olaraq 1073 gün, yəni 2 il 11 ay 8 gün əmək stajı hesablanması və xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr əmək stajına daxil edilmə klə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(112)-409/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr onun əmək stajına daxil edilməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3410/2024 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və müxtəlif tarixlərdə onun müraciəti əsasında pensiya məbləği yenidən hesablansa da, hazırkı tələbi üzrə əmək fəaliyyəti dövrləri onun stajına daxil edilməmişdir. Dəqiqləşdirilmiş iddiadan göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir: 1) xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması (bu hissədə iddia təmin olunmuşdur); 2) xx.xx.1984xx.xx.1995-ci il tarixlərdə penitensiar xidmətin əməkdaşı kimi İslah-Əmək müəssisəsində işlədiyi müddətin güzəştli şərtlərlə hesablanıb əmək stajına daxil edilməsi (bu hissədə iddia rədd olunmuşdur). Məhkəmə kollegiyası tələbinin rədd olunduğu hissədən apellyasiya şikayəti verən iddiaçının dəlillərini əsaslı saymayaraq qeyd edir ki, onun tələbinin göstərilən hissədə təmin olunması üçün müvafiq dövrdə onun icra etdiyi vəzifə və tutduğu rütbə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.1 və 39.3-cü maddəsinin şərtlərinə uyğun olmalıdır. Yəni iddiaçı penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmalıdır. Qanunvericiliyə əsasən, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlardan, mülki işçilərdən və hərbi qulluqçulardan ibarətdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmamışdır. Bu dövrdə o, penitensiar xidmətin işçisi kimi mülki işçi statusunda olmuşdur. Belə ki, əmək kitabçasındakı qeydlərdən və digər sənədlərdən göründüyü kimi, iddiaçı İslah Əmək müəssisəsində istehsalat sahəsində usta, mühəndis, əməyin təşkili və əməkhaqqı şöbəsində qiymətləndirici, planlaşdırma və İqtisadiyyat şöbəsinin rəhbəri vəzifələrində işləmişdir. Penitensiar xidmətin mülki işçilərinə isə pensiya təyin edilərkən penitensiar müəssisələrdə müddət qulluq illərinə adi qaydada (bir iş günün bir iş günü) hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı penitensiar xidmətin əməkdaşı statusuna malik olmadığından və qanunvericilikdə penitensiar xidmətin mülki işçilərinə pensiya təyin edilərkən işlədikləri illərin üç iş gününün dörd iş günü, yaxud iki iş günü üç iş günü kimi hesablanması nəzərdə tutulmadığından cavabdehin imtinası və cavabdehin imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsinin mövqeyi qanunauyğun olmuşdur.

5. İddiaçının təmin edilən xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçının "xxxx" MMC-də işləməsi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəs sisənin möhürü ilə təsdiq edilmiş, vergi orqanının məlumatlarına əsasən "xxxx" MMC-nin 2003-cü ildən dövlət qeydiyyatına alınmaqla mövcudluğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Ona görə də 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr iddiaçının əmək stajına mübahisəsiz daxil edilməlidir. 6. xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə əmək pensiyasının təyin edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mümkündür. İşin məhkəmə araşdırması zamanı iddiaçı, "xxxx" MMC tərəfindən mübahisəli dövrlər üzrə işçilərin sosial sığorta ödəmələri barədə DSMF-yə göndərilmiş haqq-hesab cədvəllərini məhkəməyə təqdim etmişdir. Mübahisəli dövrlə r üzrə məcburi dövlət sosial sığorta haqlarının DSMF-yə ödənilməsi işin digər halları ilə yanaşı cavabdeh tərəfindən də təkzib edilməmişdir, lakin cavabdeh apellyasiya şikayətində bildirir ki, məhkəmə tərəfindən işə baxılan zaman iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi məsələsi araşdırılmadan qərar qəbul edilmişdir. Cavabdehin bildirdiyi dəlillərə münasibətdə qeyd olunmalıdır ki, 2006-cı il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) iddiaçının adının sığortaolunan kimi qeyd edilməsini inkar edən hər hansı dəlil təqdim edilməmişdir. Müəssisə tərəfindən 2007ci il üzrə sosial sığorta ödəmələrinin 2008-ci ildə ödənilməsi isə iddiaçının təqsiri ilə bağlı hal deyil. Nəzərə almaq lazımdır ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət edilməsi cavabdehin öhdəliyinə aid olmuşdur. Belə ki, müvafiq dövrdə qüvvədə olan qanunvericilik işçidən (sığortaolunandan) məcburi dövlət sosial sığorta haqqının tutulması məsələsində işəgötürəni (sığortaedəni) məsul şəxs kimi müəyyən etmiş, sığortaedən tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün fərdi şəxsi hesablarda qeydə alınmasını isə sığortaçıya, yəni cavabdehə həvalə etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin gətirdiyi dəlillər əsas sızdır, ona görə də apellyasiya şikayəti təmin olunmamalıdır.

7. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyin in, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiy inə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əg ər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürü lməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edil ən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).

12. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından şəxsin iş stajını təsdiq edən sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin sənədlərdə nəzərdə tutulmuş məlu matların həqiqiliyi qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-498/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-67/2023 nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkill ə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq ə saslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3410/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar